Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda yüksək qan təzyiqi

Mündəricat

Uşaqlarda yüksək qan təzyiqi

EBM Klinik protokolları
25.01.2017 • Sonuncu dəyişiklik 25.01.2017
EeroJokinen

  • Geniş yayılmasına baxmayaraq, uşaqlıq və ya yeniyetməlik dövründə davamlı yüksək qan təzyiqinə nadir hallarda rast gəlinir. Buna görə də, yüksək qan təzyiqinə səbəb olan ikinci dərəcəli səbəblər araşdırılmalıdır: məsələn, böyrək xəstəliyi, aorta daralması, endokrin səbəblər, artan kəllədaxili təzyiq və s. Qan təzyiqi dərmanının qəbuluna mütəxəssis nəzarəti altında etiologiyalı müayinələr keçirməzdən əvvəl başlanılmamalıdır.
  • Uşaqda ölçülən qan təzyiqi nəticələri həddindən dəfələrlə artıq olduqda mütəxəssis tərəfindən əlavə müayinələr edilməlidir (cədvəl).
Sistolik və diastolik qan təzyiqi üçün norma cədvəli
Yaş (il) Skrininq norma (mmHg)
< 1 110/65
1–5 115/75
6–10 125/85
11–18 140/90

Kliniki müayinə

  • Sağ əldə qan təzyiqi ölçülərkən aparatın manjet hissəsinin eni yuxarı qolun uzunluğunun üçdə iki hissəsi qədər olmalıdır. Eyni manjet ayaqda ölçmə apararkən də istifadə edilə bilər. Ölçmə buddan alınırsa, manjetin eni bud uzunluğunun üçdə ikisini təşkil etməlidir. Manjetin çox dar deyil, daha geniş olmasına üstünlük verilir. 
  • Bütün bədənə təsir edən hipertoniya diaqnozu bir neçə gün ərzində təkrarlanan qan təzyiqi ölçmələrinə əsaslanmalıdır. Qan təzyiqi  sağ qolda ən azı üç dəfə ölçülməlidir. Diastolik qan təzyiqi Korotkoff səslərinin (K5) dayanması ilə müəyyən edilir. Səslər dayanmazsa, azaldığı nöqtə (K4) qeyd olunur.
  • Qan təzyiqini ölçən osilometrik qurğular sfiqmomanometr (standart metod) ilə əldə edilən nəticələrdən bir qədər fərqlənə bilər. Buna görə, nəticələrdən əmin olmadıqda sfiqmomanometrlərdən istifadə edilməlidir.
  • Ağlamaq qan təzyiqini yüksəldir. Bəzən uşaq yuxuda olduğu zaman qan təzyiqinin ölçülməsinə imkan verən tənzimləmələr etmək lazımdır (bax).
  • Aorta koarktasiyası diaqnozunu dəqiqləşdirmək üçün həmişə bud (sfigmomanometer) və ya ayaq nahiyəsində qan təzyiqi ölçülür. Osilometrik cihaz istifadə edildikdə, aşağı əzanın qan təzyiqi ayağın malleolar səviyyəsindən yuxarıdan ölçülür. Normal olaraq ayaqdan ölçülən sistolik təzyiq ən azı sağ qolun yuxarı hissəsindən ölçülən sistolik təzyiq qədər yüksəkdir.
  • Ürəyin auskultasiyası
  • Bud sümüyündə arteriya nəbzləri hiss olunur. Əgər hiss edilə bilmirsə və ya qol arteriyası ilə müqayisədə daha zəif və ya gecikirsə, aorta koarktasiyası ehtimal edilməməlidir.
  • Qarın nahiyəsinin palpasiyası (böyrək kistaları, şişlər)
  • Endokrinoloji xəstəliklərin (Kuşing sindromuna xas əlamət, piqmentasiya) və Turner sindromunun (qısaboyluluq) əlamətlərini yoxlayın.

Etiologiya və differensial diaqnoz

Yeni doğulanlar və körpələr

  • Aorta koarktasiyası
  • Böyrəklərdə anadangəlmə qüsurlar
  • Böyrək arteriyasının daralması (və ya tromboz)

1–10-yaş aralığı

11–18-yaş aralığı

  •  
  • Böyrək parenkimal xəstəliyi
  • Aorta koarktasiyası
  • Davamlı yüksək qan təzyiqi (nadir; ikincili hipertoniya həmişə istisna edilməlidir!)
  • Başqa məqalələrə bax

 

Müvafiq mənbələr

 

  • Ədabiyyat