Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağız suyu vəzilərinin şişməsi

Mündəricat

Ağız suyu vəzilərinin şişməsi

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
TimoAtula

Əsas məqamlar

  • Çənəaltı vəzinin birtərəfli olaraq şişməsi adətən sialolitiaz  səbəbindən baş verir.
  • Zəif simptomlarla gedən ikitərəfli şişmə Şeqren sindromu və ya sistem xəstəlikləri ilə əlaqədar olan sialoadenoz nəticəsində baş verə bilər.
  • Əgər, tədricən, birtərəfli şişmə baş verirsə,xüsusilə də yaşı 50-dən çox olan pasiyentlərdə şiş ola bilmə ehtimalı nəzərdə tutulmalıdır. Şiş adətən düyün (yumaq) kimi təzahür edir.
  • Uşaqlarda və yeniyetmələrdə  çənəaltı vəzinin şişməsinin etiologiyası  Yuvenil residivverən parotit (JRP) ola bilər.
  •  Əgər tüpürcək vəzisinin şişməsi vəzi axacağı boşluğunda  irinli ifrazatla müşayiət olunarsa və bakterial infeksiyanın digər əlamətləri olarsa mikrobəleyhinə müalicə vacibdir.
  • Ağırlaşmalar olmadan sağalan, izolə olunmuş infeksiyadan sonra ixtisaslaşmış yardım daxilində müayinələr  tələb olunmur.

Ağız suyu vəzilərinin müayinəsi.

  • Simptomların təzahürü zamanı xəstənin yaşı və cinsi nəzərə alınmalıdır.
    • Uşaqlar və gənclər: virus infeksiyaları və residiv verən yuvenil parotit.
    • Orta-yaşlı xəstələr:ağız suyu daşları, kəskin və xronik infeksiya və şişlər
    • Xəstənin yaşı çox olduqca şiş olma ehtimalı daha böyükdür.
    • Ağız suyu vəzlərini zədələyən revmatik xəstəliklərin qadınlarda rastgəlmə tezliyi kişilərdən çoxdur.
  •   müayinə edən şəxsin bir əli pasiyentin ağız boşluğunda olmaqla bimanual palpasiya müayinə növlərinə aiddir. Nəzərə alın ki, sağlam ağız suyu vəzləri adətən asanlıqla əllənmir, palpasiya zamanı ağrı adətən iltihabın olması ehtimalını göstərir.

Ağız suyu vəzlərinin şişməsinin differensial diaqnostikası 

 Kəskin irinli sialoadenit

  • Vəzin birtərəfli, ağrılı şişməsi. Kəskin iltihab zamanı üzərindəki dəri qızara bilər, və pasiyentdə somatik simptomatika ola bilər. 
  • Adətən, yalnız bir vəz zədələnir.
  • Ən çox  stafilokok və streptokoklar törədir.
  • Diaqnostika
    • Vəzidən irinli ifrazat mümkündür. Hər bir ifrazat bakterial kulturaya görə göndərilməlidir.
    • Kəskin simptomatika ilə gedən infeksiya leykositoz və CRZ konsentrasiyasının artması ilə özünü göstərir. Yüngül hallarda laborator analizlərə ehtiyac yoxdur.  
  • Müalicə.
    • Əgər xəstədə kəskin simptomlar olarsa, müalicə venadaxili, məsələn, sefuroksim 750 mq-1.5 q, bir neçə gün ərzində, gündə 3 dəfə təyin olunur. Anaerob orqanizmlər əleyhinə müalicəyə  də çox zaman ehtiyac olur. (metronidazol əvvəlcə venadaxili, və sonra  400 mq 3 dəfə hər gün oral olaraq  7–10 gün müddətində).
    • Simptomlar azaldıqda və ya xəstəliyin başlanğıcında zəif olduqda oral olaraq Amoksisillin-klavulon turşusu və ya sefalosporinlə müalicəyə başlanılmalıdır,
    • İltihab-əleyhinə müalicə
    • İrinli ifrazatı boşaltmaq məqsədilə vəziyə yüngülcə təzyiq edilə bilər.

Xronik sialoadenit

  • İnfeksiya residiv verə bilər. Vəzi bərkiyir və kəskin infeksiyalar arası dövrdə şişkin qalır.
  • Mütəxəssis müdaxiləsi tələb olunur.
  • Adətən, əsas  səbəb sialolitiazdır, xüsusilə də çənəaltı vəzi zədələndikdə. 
  • Diaqnoz
    • Klinik müayinə və   ultrasəs müayinə
  • Müalicə
    • .Kəskin fazanın müalicəsi zamanı yuxarıda verilmiş təlimata əməl olunmalıdır.
    • Çənəaltı vəz zədələndikdə müalicə, ya sialoadenoskopiya və  ona  müvafiq terapevtik müdaxilə və ya qeyri-kəskin fazada vəzin yarılmasıdır.
    • Qulaqətrafı vəzinin xronik sialoadeniti zamanı sialendoskopiya  aparıla bilər və uzunmüddətli antibakterial müalicə  (1-2 ay müddətinə,amoksosillin və ya doksosillinlə) tövsiyə olunur.
    • Digər müalicə formaları etiologiyaya uyğun seçilir.

Virus infeksiyaları

  •  Vaksinasiya olunmuş pasiyentlərdə parotitə nadir halllarda rast gəlinir.
  • Digər virus infeksiyaları da bəzən oxşar klinik təzahürlü ola bilər.
  • Birtərəfli və ya ikitərəfli ola bilər.

Sialolitiaz (ağız suyu vəzilərində və ya axacaqlarında daşlar)

  • Daşlar adətən çənəaltı vəzin,daha az isə qulaqətrafı vəzin axacağında birtərəfli  olaraq əmələ gəlir.
  •  Ağrı və şişkinlik adətən yeməkdən sonra baş verir. Vəzinin və ya axacağın şişməsi sürətlə inkişaf edir və bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.
  • Diaqnoz
    • Xarakterik  anamnez
    • Axacaqda daşın əllənməsi mümkündür.
    • Əgər göstəriş olarsa, ultrasəs müayinə
  • Müalicə
    • Əgər daşlar çıxarılmazsa,onlar xronik sialoadenitə səbəb ola bilər. Daşlar stomatoloji və ya otorinolarinqoloji klinikalarda axacağın genişləndirilməsi və ya açılması ilə xaric oluna bilər. Bəzən endoskopik yolla xaric edilmə istifadə oluna bilər.   Münasib yerləşmiş kiçik daşlar endoskopik üsulla çıxarıla bilər. 
    • Çənəaltı vəzin daxilində yerləşən daşlar  olduqda, çox zaman vəzin də xaric olunması tələb olunur.
    • İnfeksiya epizodları mikrobəleyhinə və iltihab-əleyhinə dərmanlarla müalicə olunur.

Sialadenoz (sialoz)

  •  Adətən,qulaqətrafı vəzin bilateral, diffuz, ləng  inkişaf edən ağrısız şişkinlik. Vəzinin böyüməsinin nevrogen mənşəli olması hesab olunur.
  • Sialadenozla müşayiət olunan ən geniş yayılmış xəstəliklər  və ya hallar diabet, alkoqolizm, qara ciyər xəstəlikləri, bulimiya və anoreksiyadır. 
  • Mümkün olan hallarda müalicə əsas xəstəliyə yönəlməlidir.
  • Piylənmə və  Şeqren sindromu da həmçinin ağız suyu vəzlərinin oxşar şəkildə böyüməsi ilə müşayiət oluna bilər, amma bu zaman etiologiya fərqlidir. 

Şeqren sindromu

Ağız suyu vəzilərinin törəmələri.

Yuvenil residivverən  parotit (YRP)

Digər səbəblər

  • Sarkoidoz 
  • Limfoma
  • HIV infeksiyası ilə əlaqədar limfadenopatiya.

Ağız suyu vəzilərinin şişkinliyinin etiologiyasının təyinində diaqnostik mövqe