Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Halsızlıq

Mündəricat

Halsızlıq

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 01.03.2017
Editors

Əsas məqamlar

  • Halsızlıq hər hansı bir fəaliyyətə başlaya bilməmək, işi yerinə yetirərkən qeyri-adi halsızlıq hiss etmək və ya yaddaş və diqqəti cəmləyə bilməmək kimi ortaya çıxa bilər. 
  • Halsızlığa səbəb olan xəstəliklər və dərman vasitələrini müəyyən etmək üçün əvvəlcə xəstənin anamnezi, fiziki müayinəsi və digər tamamlayıcı müayinələr edilməlidir.
  • 6 aydan çox davam edən, səbəbi bilinməyən halsızlığa idiopatik halsızlıq deyilir.

Halsızlıq səbəbləri

  • Psixi pozğunluqlar
    • Depresiya
    • Bipolyar pozğunluq (depresiya dövrü)
    • Narahatlıq
    • Somatizasiya (çoxsaylı və təkrarlanan tibbi simptomların bəlli bir səbəb olmadan ortaya çıxması)
    • Müxtəlif səbəblərdən dolayı yuxu problemləri
  • İnfeksiyalar
    • sağalma müddətində davam edən uzunmüddətli halsızlıq ilə müşayiət edilən , hər hansı bir kəskin infeksiya.
      • Xüsusilə də mononukleoz , HİV, hepatit C və borrelioz xəstəliyi nəzərə alınmalıdır.
  • Uzun müddət ərzində kəskin inkişaf etmiş və ya mövcud olan somatik xəstəliklər
    • Hipotriodizm
    • Diabet
    • Anemiya
    • Avtoimmün xəstəliklər
    • Yuxu Apnesi 
    • Bədxassəli şişlər
    • Əvvəlcədən diaqnoz qoyulmuş bir çox xroniki pozğunluq
      • Məsələn ürək, qaraciyər və böyrək xəstəlikləri
      • Nevroloji hallar: serebrovaskulyar çatışmazlıqlar və beyin zədələri, onların fəsadları, yaddaş pozğunluqları, Parkinson xəstəliyi, Dağınıq skleroz və s.
  • Dərman vasitələri, məsələn:
    • Sakitləşdirici və hipnotik dərmanlar
    • Bir çox antidepressantlar
    • Opiod ağrıkəsicilər və öskürəyə qarşı dərmanlar
    • əzələ rahatlaşdırıcıları
    • Antiepileptik dərmanlar
  • İdiopatik halsızlıq

Dəyərləndirmə

Anamnez (Tibbi tarixçə)

  • Bu ən vacib müayinədir.
  • Xəstənin halsızlıqdan şikayət etdikdə nəyi nəzərdə tutduğunu  dəqiqləşdirin: iş yükünün çox olması ilə bağlı olan və ya yuxunun azlığı səbəbindən ortaya çıxan fiziki halsızlıq, yoxsa zehni halsızlıq?
  • Xəstədə bundan əvvəl halsızlıq simptomları baş veribmi? Yeni bir simptom səbəbin təbii amillərlə bağlı olduğuna işarədir.
  • Xəstədə bundan əvvəl halsızlıq simptomları baş veribmi? Yeni bir simptom səbəbin təbii amillərlə bağlı olduğuna işarədir.
  • Tapşırıqları yerinə yetirə bilməmək təbii halsızlığa işarədir, halbuki qeyri-müəyyən halsızlıq çox vaxt tapşırığı yerinə yetirməyə təşəbbüs və istəyin olmaması ilə əlaqələndirilir.
  • Əgər halsızlıq yeganə və əsas simptomdursa, onun səbəbi çox nadir hallarda hər hansı xəstəlik ola bilər, lakin bir çox simptomdan biridirsə bu ehtimal daha çoxdur.
  • Halsızlıqla bağlı aşağıdakı sualları verin:
    • ortaya çıxması: ani yaxud tədricən
    • gedişatı: stabil, yaxşılaşmağa və ya pisləməyə meylli
    • gündəlik dəyişim
    • ağırlaşdıran və ya yüngülləşdirən amillər: fiziki gərginliyin onu kəskinləşdirməsi, istirahətin müsbət təsiri
    • gündəlik həyata təsiri
    • işə və ya məşğuliyyətlərə uyğunlaşma zərurəti
  • Pasiyentin həyat tərzinin aspektlərinə nəzər salın.
    • yuxunun müddəti və keyfiyyəti
    • pəhriz və idman vərdişləri
    • alkoqol və ya digər intoksikant maddələrdən istifadə
    • dərmanlardan, xüsusilə də sakitləşdirici və ya yuxugətirici dərmanlardan istifadə
  • Pasiyentin sosial vəziyyətinə nəzər salın:
    • məşğulluq statusu, işsiz qalma təhlükəsi, tükəniş
    • partnyorla münasibət, ailə vəziyyəti, hər hansı bir zorakılıq
    • ailə üzvlərinin sağlamlığı, maddi vəziyyət kimi şəxsi həyatda stresə səbəb olan digər faktorlar 
  • Fiziki pozğunluqlar adətən digər, daha spesifik simptomlarla əlaqələndirilir, məsələn:
    • Çəkidə dəyişiklik
    • Tərləmə
    • Ağrı
    • Ürəkbulanması
  • Psixi pozğunluqlar içərisində, aşağıdakı simptomlar nəzərdən keçirilməlidir.
    • depresiya
    • bipolyar pozğunluq
    • narahatlıq
    • somatisaziya
  • Koqnitiv pozğunluqların əlamətləri və onlar barədə məlumat mövcuddurmu?

Kliniki nəticələr

  • Əsaslı tibbi müayinənin məqsədi, hər hansı bir fiziki xəstəliyin əlamətlərini və simptomlarını aşkar etməkdir.
    • Ümumi görünüş
    • Zehin açıqlığı
    • Dəridə olan qeyri-normal dəyişikliklər: solğunluq, sarılıq, göyərtilər
    • Əl ilə müayinənin qeyri-normal nəticələri: daxili orqanlar, limfadenopatiya (limfatik düyünlərin böyüməsi)
    • Hipotireoz və ya hiperqlikemiya əlamətləri
    • Ürəyin və ağciyərlərin auskultasiyası, qan təzyiqi (ortostatik hipertenziya), ciyərdə su yığılması
    • Nevroloji müayinə: reflekslər, əzələ tonusu

Diaqnoz

  • Laboratoriya testləri mövcud olmayan xəstəliklərin axtarışı üçün istifadə olunarsa, düzgün olmayan müsbət nəticələrin sayı çox olacaq və bu da öz növbəsində lazımsız yerə növbəti mərhələrin tamamlanmasına səbəb olacaq.
  • Laboratoriya müayinələri xəstələrin yalnız 5% -də halsızlığın səbəbini müəyyən edə bilər.
  •  Bütün xəstələrdə edilməsi vacib olan əsas araşdırmalar
    • Trombositlərin sayı, ac qarına nümunə götürülən qanda qlükoza miqdarı, plazma TSH  (tiroid stimullaşdırıcı hormon)
  • Lazımlı hesab edilən digər təməl araşdırmalar:
    • ESR (Eritrositlərin çökmə sürəti), CRP(C-reaktiv zülal )
    • ALT (alanin transaminaz), GT
    • Trankobalamin-tamamlayıcı vitamin B12 (holotranskobalamin)
    • Plazma kreatinin,  Sidiyin kimyəvi analizi
    • HBA1c
    • Natrium, kalium ,
  • Gələcəkdə oluna biləcək testlər yalnız simptomlar və ya xəstənin  anamnezi ( tibbi tarixçəsi)  əsasında aparılmalıdır
    • Döş qəfəsinin rentgeni,elektrokardioqrafiya
    • Plazma CK, Ca (albumin  düzəldilmiş), serum kortizol
    • İnfeksiyaların təyini üçün antitel analizi (HİV antitel və antigen, Hepatit C,  Epstein–Barr virusu, Borrelia)
    • Avtoimmün xəstəlik testləri
    •  Koliyak(kiçik bağırsaq) xəstəliyi testləri

  İdiopatik halsızlıq və SFDX (Sistemli fiziki gərginliyə dözümsüzlük xəstəliyi)

  • 6 aydan çox davam edən və səbəbi məlum olmayan halsızlıq idioatik yorğunluq adlanır.
    •  Müxtəlif məlumatlar toplusunda pasiyentlərin 10-30%-də rast gəlinən halsızlıq halları əlaqədar heç bir izahat göstərilmir.

 SFDX

  • 2015-ci ildə ABŞ-ın Tibb İnstitutu, xroniki yorğunluq sindromu üçün yeni bir ad və yeni diaqnostik meyar təklifini irəli sürdü. Əvvəlki adları "Xroniki yorğunluq sindromu" (XYS) və "mialgik ensefalomiyelit" (ME) olan xəstəlik "Sistemli fiziki gərginliyə dözümsüzlük xəstəliyi" (SFDX) adlandırılacaq.
  • Diaqnoz xəstədə aşağıda qeyd olunan üç simptomun müşahidə edilməsini tələb edir:
    1. 6 aydan çox davam edən və əksər hallarda ağır keçən, yorğunluqla müşayiət olunan, peşə, təhsil, sosial və ya fərdi fəaliyyət növlərinin xəstəliyə tutulmazdan əvvəlki səviyyəsində ortaya çıxan əhəmiyyətli dərəcədə azalma və ya pozğunluq ömürlük olmayan yeni və ya müəyyən bir başlanğıcdır, davam edən ağır fiziki gərginliyin nəticəsi deyildir və istirahət edilsə belə əhəmiyyətli dərəcədə yüngülləşmir.
    2. Fiziki gərginlik sonrası halsızlıq *
    3. Bərpa olunmayan yuxu *
  • Həmçinin aşağıdakı iki təzahürdən ən azı biri tələb olunur:
    1. Koqnitiv disfunksiya*
    2. Ortostatik dözümsüzlük (şaquli vəziyyətdə kəskinləşən simptomlar)
  • Ulduz (*) işarəsi ilə qeyd olunan simptomlar: Pasiyentdə həmin simptomlar günün ən azı yarı hissəsində və ağır şəkildə müşahidə olunur.
  • Meyarlar, sindromun səbəbini, patofiziologiyasını, patogenezini və ya müalicəsini əks etdirmir.

Xroniki idiopatik yorğunluğun müalicəsi

  • Etioloji fiziki və psixoloji səbəbləri müəyyənləşdirmək və həmin səbəblərin həlli yolunu göstərmək.
  • Müəyyən edilmiş şəfaverici müalicə yoxdur, lakin xəstələrin çox hissəsində simptomlar getdikcə azalır. Bu barədə xəstəyə məlumat verilməlidir.
  • Müalicə simptomların yüngülləşdirilməsinə və xəstə ilə birlikdə funksional bacarıqların inkişafına yönəldilməlidir.
  • Xəstənini ximptomlarını ciddi nəzərdən keçirmək və ona dəstək olmaq vacibdir.
  • Bir çox hallarda, yalnız xəstənin halı pisləşən zaman həkimlə görüşməsi barədə razılığa gəlmək deyil, müalicənin əvvəlində davamlı müayinələr təyin etmək daha yaxşıdır.
  • Normal bir həyat yaşamaq və fəaliyyətlərlə məşğul olmaq xəstənin özünü yaxşı hiss etməsinə kömək ola bilər.
  • Koqnitiv davranış terapiyasından istifadə yaxşı nəticə verir.
    • Müalicəyə pozitiv yanaşan pasiyentlər get-gedə sağalır və simptomların öhdəsindən daha yaxşı gəlirlər.
    • Müalicə pasiyentin sağalmasına əngəl olan münasibətlərə və davranış modellərinə müsbət təsir etmək məqsədi daşıyır.
    • Bax.
  • Aşağı gərginlikli məşq terapiyası da koqnitiv davranış terapiyasına oxşar nəticələr vermişdir.
    • Ağrı və həddən artıq fiziki gərginlikdən yayınmaq üçün hədəflər orta səviyyədə olmalıdır. Məsələn, dəqiqədə nəbzin dəqiqədə 100-dən az vurması şərit ilə 30 dəqiqəlik məşq edilə bilər. Ciddi simptomlar müşahidə olunan pasiyentlərdə məşq üçün ilkin hədəflər daha da az ola bilər.
    • Hədəflərin səviyyəsi tədricən artırıla bilər.
    • Gəzmək, üzgüçülük, velosiped sürmə və ya idman zalında məşq etmək kimi bir çox idman növləri faydalıdır.
  • Simptomlarla əlaqədar tələb olunduğu halda dərman vasitələrindən istifadə oluna bilər.
    • Pasiyentin yuxu ahəngində ciddi pozğunluq olduğu halda, ilk olaraq mirtazapin qəbul edilməlidir.
    • Ağrı ilə müşayiət olunan sindromlarda fibromiyalgia, amitriptilin, duloksetin və ya milnasipran qəbul edilə bilər.
    • Müalicəyə yaxından nəzaqrət etmək lazımdır, çünki dərmanlar halsızlığı daha da artıra bilər.
  • Koqnitiv və aşağı gərginlikli məşq terapiyaları Sistemli fiziki gərginliyə dözümsüzlük xəstəliyi üzrə diaqnostik meyarlara cavab verən pasiyentlər üçün qəti şəkildə uyğun deyildir, istifadə olunsa belə təklif olunan tərzdə edilməməlidir. Sistemli fiziki gərginliyə dözümsüzlük xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün optimal müalicəyə dair fərqli fikirlər mövcuddur, bütün növ müalicələrin effektivliyi hər bir pasiyent üçün fərdi olaraq müəyyənləşdirilməlidir.

İstinadlar

  • Tibbi tövsiyələr 
  • Digər internet resursları
  • Ədəbiyyat