Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ginekoloji ultrasəs müayinəsi

Mündəricat

Ginekoloji ultrasəs müayinəsi

EBM Klinik protokolları
03.08.2015 • Sonuncu dəyişiklik 03.08.2015
IlkkaJärvelä

Əsas müddəalar

  • Ginekoloji xəstəlik şübhəsi olduqda ultrasəs (US) müayinəsi göstərişdir. US müayinəsi ginekoloji xəstəliklərin diaqnozunun qoyulmasında inqilab etdi. Hamiləlik dövrünün US müayinəsi üçün baxın____.
  • US müayinələri həm pasiyent, həm də döl üçün təhlükəsizdir.
  • US görüntülərinin keyfiyyətinin optimallaşdırılması məqsədilə sensor (datçik) hədəfə mümkün qədər yaxın yerləşdirlir və tədqiqatlar transvaginal olaraq həyata keçirilir.

Normal menstrual sikl

  • Menstruasiyadan sonra endometrium nazik olur (şəkil__) və yumurtalıqlarda maye ilə dolu, diametri <5 - 6 mm olan kistalar, yaxud antral follikullar (şəkil__) görünür.
  • Menstrual siklin erkən dövründə estrogen, endometriumun qalınlığının artmasına səbəb olur və proliferativ mərhələ üçün tipik olan üçqat təbəqə yaranır, çünki uşaqlığın endometriumunun ön və arxa divarlarının selikli qişaları (mukozal qatları) bir - birinə doğru inkişaf edir (şəkil__). Proliferativ mərhələdə endometriumnun özü ətrafdakı miometriumdan daha qalın olduğundan daha qaranlıq (daha hipoexogen) görünür. İki həftə ərzində endometrium qalınlığı təxminən 10 mm qədər artır.
  • Dominant follikulun diametri təqribən 20 - 25 mm olduqda ovulyasiya baş verir (şəkil_). Dominant follikuldan isə sarı cisim (corpus luteum)  inkişaf edir. Luteal fəaliyyət üçün profuz neovaskulyarizasiya xarakterikdir və  bu, doppler sonoqrafiyası (şəkil-----) tərəfindən müşahidə edilə bilər.
  • Sekretor mərhələdə progesteronun təsiri nəticəsində endometrium ətrafdakı miometriuma nisbətən daha parlaq (daha çox exogenik) görünür, ancaq endometriumun qalınlığıı artırmır (şəkil----). Eyni zamanda, endometriumun üç qatlı strukturu çətin ayırd edilir.

Hamiləlik

Normal birinci trimester, 4 - 8 həftə

  • Bax həmçinin_______
  • Hamiləliyin dördüncü həftəsində uşaqlıqda heç bir hestasional kisə (HK) görünə bilməz və desidual qişa sekresiya mərhələsində olana bənzəyir. Xorionik qonadotropin hormonunun (human chorionic gonadotropin (hCG)) stimullaşdırılması nəticəsində, corpus luteum aktivdir və bol vaskulyarizasiyaya malik olduğu görünür.
  • Uşaqlıqda hamiləliyin 5-ci həftəsində daxilində sarı kisə (SK) olan hestatsional kisə görünür (şəkil___). 5-ci həftənin sonuna doğru sarı kisə (SK) yanında fetal nəbz tezliyi görünə bilər.
  • Hamiləliyin 6-cı həftəsində embrionun təpə - büzdüm məsafəsi - TBM (ingl. crown-rump length - CRL) ölçülə bilər (4 - 8 mm) -(şəkildə____ sarı kisə ətrafında görüldüyü kimi).
  • Hamiləliyin 7-ci həftəsində TBM (təpə - büzdüm məsafəsi  9 -16 mm-dir). Fetusun başında dördüncü serebral mədəcik (şəkil-------), onurğa və ətraflar (şəkil-------) təyin edilə bilir. Fetus ətrafında əsl amnion kisəsinin (AK) nazik amnion qatına rast gəlinir (şəkil----------). Amnion kisəsinin (AK) (şəkil____) ətrafındakı maye dolu yer hamiləliyin 11 - 12-ci həftələrində yox olur, belə ki, bu zaman amnion hestasion kisəni örtən xorionla birləşir (xoriona bitir). Corpus luteum 7-ci həftəyədək aktiv olaraq qalır və sonra da tədricən atrofiya olur.
  • Hamiləliyin 8-ci həftəsində TBM 16 - 22 mm-dir (şəkil____). Baş və ayaq hərəkətləri görünə bilər. Sarı kisə  (SK) hələ də amnion boşluğundan kənarda görünür.

Dölsalma

  • Təhlükəli düçükdə (abortus imminens) xəstədə uşaqlıq qanaxması olur, amma döl diridir və onun nəbzi aşkar edilə bilər.
  • Baş verməyən  düşük (abortus inhibitus) döl sağ deyildir və pasiyentin hələ də qanaxması yoxdur və ya az miqdarda qanaxma olur; şəkil __.
  • Əgər qanaxma profuzdursa və uşaqlıq qanaxmasının əlaməti olaraq yalnız qarışıq exo-siqnal alınırsa pasiyentin spontan düşüyü var; şəkil __.

Uşaqlıqdankənar / Ektopik hamiləlik

  • Ektopik hamiləliklərin 95% -i  uşaqlıq borusunda, digər  5%-i  isə uşaqlıq boyunu və ya buynuzlarında (foto___), qeysəriyyə kəsiyinin çapıq toxuması ətrafında, yumurtalıqda və ya qarın boşluğunda və ya digər yerlərdə tapılır.
  • Əgər uşaqlıq boşluğundan kənarda daxilində döl olan hestasional kisə varsa, ektopik hamiləliyin diaqnozu aydındır (şəkil____), lakin bu nadir hallarda olur.
  • Əksər hallarda uşaqlıqdan xaricdə və yumurtalığa yaxın yerləşmiş dəyişkən şəkilli sahənin görünməsi mümkündür və bəzən də qarın boşluğunda bir qədər maye toplanmış olur.
  • Əgər zülal  hCG-si 1 000-2 000 BV/l təşkil edirsə və uşaqlıqda heç bir hamiləlik görünmürsə, pasiyent ehtimal ki, ektopik hamiləliyə malikdir.

Yumurtalıqlar

  • Yumurtalıq şişi şübhəsi yaranadığı hər bir halda ultrasəs müayinəsi əsas müayinə üsulu heab edilir.
  • US müayinəsi zamanı xoşxassəli  və bədxassəli şişləri əminliklə fərqləndirmək mümkün deyil.

 Bədxassəli yumurtalıq şişləri

  • Bədxassəli olmanı göstərən xüsusiyyətlər:
    • Solid kistoz strukturlar
    • Multilokulyar quruluş
    • Qalın (> 3 mm) arakəsmələr (septa)
    • Daxili divarlarda papillar böyümə
    • Sərbəst qarın boşluğunda assitlər
  • Bax həmçinin__.

 Xoşxassəli yumurtalıq şişləri

  • Fertil yaşda olan qadınların 5 - 10% - də və  menopauza dövründə olan qadınların 15% - də asimptomatik olur.
  • Diametri 10 sm-dən az olan, qeyri - exogen, divar səthi hamar olan unilokulyar yumurtalıq lezionları (kistaları) demək olar ki, həmişə xoşxassəlidirlər.
  • Dominant follikullar təxminən 2.0 - 2.5 sm diametrə çatanda partlayırlar. Fertillik yaşında olan və menstrual sikli pozulmuş qadınlarda diametri >3 sm olan exogen olmayan, hamar divarlı partlamamış yumurtalıq follikulları və ya kistalar aşkar edilə bilinərlər, məsələn, uşaqlıq daxili hormonal vasitələr yumurtalıq follikularını normal inkişafına mane olmaqla bəzən belə kistalara səbəb olurlar.
  • Kistalar normal olaraq steroidlər istehsal etmirlər (yəni hormonal olaraq qeyri - aktivdirlər). Əgər kista hormonal aktiv olarsa, o böyüyür və endometriumun funksiyasını saxlayır. Menstruasiyadan dərhal sonra kista müşahidə olunarsa, onlar hormonal olaraq qeyri - aktiv olmamalıdır.
  • Ovulyasiya ilə əlaqədar olaraq, yumurtalıq səthində olan hər hansı bir qan damarı partlayaraq sarı cisimin (corpus luteum) daxilinə qansızmasını törədə bilər ki, beləliklə hemorragik sarı cisim yarana bilər. Bu cür zədələr (lezyonlar), US-də hemorrargik kistaya oxşayan endometriomalardan fərqli olaraq, öz - özünə keçirlər.
  • Yumurtalıqların digər xoşxassəli pozğunluqlarına (lezyonlara) seroz və selikli qişa kistaları, endometriotik kistalar (endometrioma) və dermoidlər (teratoma) daxildirlər, onların hər birinin öz xüsusiyyətləri var.
    • Endometrioma aydın təyin edilən yumru lezyondur, hətta özünəməxsus exo-görüntüyə malikdir. Yumurtalıqda bir neçə yan - yana endometrioma ola bilər. Ümumiyyətlə, endometrioma ətrafında antral follikullarla birlikdə sağlam yumurtalıq toxuması da olur (şəkil_______).
    • Selikli qişa kistaları qar fırtınası exo - görüntüsünü göstərir.
    • Dermoidlər bir çox hallarda homogen deyildirlər, çünki  onların daxilində piy, tüklər, qığırdaq və sümük ola bilər; həmçinin, boş olan kistalar müəyyən edilə bilər.
  • Yumurtalıq şişlərinin maliginizasiyası US müayinəsi vasitəsi ilə mütləq olaraq istisna edilə bilmədiyindən, əməliyyat üçün göstərişlər fərdi olaraq nəzərdən keçirilməlidir.

Yumurtalıqların polikistozu (YPK)

  • Ən azı 12 antral follikul (AF) olduqda və ya onların həcmi 10 ml-dən çoxdursa polikistoz haqqında düşünülür (şəkil____________).
  • Bundan əlavə, əgər pasiyentdə hiperandrogenizm (hirsutizm və ya yüksək testosteron səviyyəsi) və ya anovulyasiyasının olması aşkar edilsə, xəstədə polikistik yumurtalıq sindromunun (PKYS) olduğu təyin edilir.
  • Əgər xəstənin hiperandrogenizmi yoxdursa və menstruasiya müntəzəm olaraq gedirsə və yumurtalıq funksiyası normaldırsa, bu zaman yumurtalıq polikistozu (≥ 12 AFs) qeyri - normal bir tapıntı hesab edilmir.

Diferensial diaqnoz

  • Maye ilə dolu olan bağırsaqda gedən peristaltika, adətən yumurtalıq şişlərini və bağırsaqları ayırd etməyə kömək edir.
  • Uşaqlığın daxilindəki böyük damarları sistlərdən fərqləndirmək üçün, adətən, sensoru (datçik) firlatmaq lazım gəlir, bu zaman kista dairəvi olaraq qalacaq, lakin damarlar yaxşı təyin edilə bilinmirlər. Bundan əlavə, Doppler US-də damarda qan axını təyin edilə bilər.
  • Bəzən uşaqlığın boyun hissəsinin əzələ qatında maye ilə dolu naboti kistaları görünə bilər.

Uşaqlıq

  • Əlavə olaraq qanaxması olan pasiyentlərdə uşaqlıq şişinin olmasına şübhə yarandıqda, ginekoloji US müayinəsi əsas tədqiqat vasitəsidir.
  • US müayinəsi zamanı xoşxassəli və bədxassəli şişləri əminliklə fərqləndirmək mümkün deyil.

Uşaqlıq cisiminin xərçəngi

  • Qeyri - normal qanaxma bir simptom kimi baş verir (90%).
  • Endometrium xərçəngində US vasitəsi ilə ortalama qalınlığı 15 mm olan qeyri - homogen bir struktura rast gəlinir. Qanaxma olan xəstələrdə qalınlığı <5 mm olan endometriumda xərçəng ehtimalı varsa, menstruasiyalar arası dövrdə endometriumdan biopsiya alınmalıdır.

Polip

  • Polip endometriumun protruziyasıdır (qabarmasıdır). Bu, menstruasiya arası dövrdə qanaxmaya və ya ağır menstrual qanaxmaya səbəb ola bilər. Poliplər demək olar ki, həmişə xoşxassəlidir (99%).
  • Fertil yaşda olan qadınlarda polip diaqnozunun proliferativ mərhələdə və ovulyasiyadan əvvəl US vasitəsi ilə qoyulması daha doğrudur. Əgər US müayinəsi sekresiya mərhələsində (şəkil-------) və ya bu tədqiqat postmenopozal dövründə olan qadınlarda aparılırsa, kateter vasitəsilə uşaqlığa  (şəkil____) maye vurulsa, müayinənin dəqiqliyi artırıla bilər.
  • Qeyri - normal patoloji qanlı ifrazat varsa endometriumdan biopsiya alınmalıdır.

Mioma

  • Miomalar və ya fibroidlər uşaqlıq əzələsi şişləridir; xoşxassəlidirlər və yaş artdıqca onların da tezliyi artır; demək olar ki, 50 yaşına çatan qadınların 70% -də miomalar tapılır.
  • Miomalar yerinə görə submukoz (seliki qişa altı), intramural və subseroz (seroz qişa altında olanlara) (şəkil----------) bölünür.
  • Mioma simptomlarına qanaxma olan pozğunluqları, ağırlıq hissi, dölsalma və sonsuzluq daxil edilə bilər.
  • US müayinəsində miomalar miometriuma nisbətən daha qeyri - homogendirlər, yumrudurlar və görünən hissələri olduqca yaxşı müəyyən edilir. Xüsusilə böyük miomaların ön səthləri, əksər hallarda, arxa kənarlardan daha dəqiq müəyyən edilir, çünki, US şüaları miomadan  çətinliklə keçir (şəkil______).
  • Submukoz miomalar uşaqlıq boşluğuna (şəkil_) çıxır.

Adenomioz

  • Endometrial glandulyar və stroma hüceyrələrinin uşaqlığın əzələ divarının daxilinə inkişaf etməsi (müqayisə et: uşaqlıqdan xaric endometrial toxuma tipli endometrioz ilə).
  • US müayinəsi ola bilər ki, aşkar etsin:
    • miometrium exosunun qeyri - homogen olması
    • uşaqlıq divarının qalınlığının qeyri - homogen olması
    • endomterium və miometrium arasında sərhədin qeyri - müəyyən olması və ya
    • miometriumda kistaların olması
  • Diaqnostika histerektomiya ilə təsdiqlənə bilər

UDV - Uşaqlıq daxili vasitələr

  • Həm mis, həm də hormonal UDV-lərin mövqeyi US müayinəsi ilə təsdiq edilə bilər.
  • Mis UDV-lər digər hormanal UDV-lərə (Mirena®) nisbətən daha aydın görünürlər. Bədəndə yerləşən mis UDV aydın bir exo verir, lakin levonorgestrel (levonorgestrel) hormonal depo hipoexogenikdir. Hormon ifraz edən UDV cisiminin və qollarının arxasında bir hipoexogenik kölgə sektoru var (şəkil___).

Sonohistoqrafiya

  • Sonohistoqrafiya zamanı 5 -15 ml duz məhlulu, məsələn, mayalanma kateteri vasitəsi ilə uşaqlıq boşluğuna yeridilir. Duz məhlulu uşaqlıq boşluğunda kontrastı təmin edir və bu, uşaqlıq cisimində yerləşən hər hansı bir polipi və yaxud uşaqlıq boşluğuna çıxan submukoz miomaları yaxşı aşkar etməyə imkan verir. Sonohistoqrafiya etməzdən əvvəl endometriumdan histoloji nümunə alınmalıdır.

Fallopi boruları

  • Normal fallopi boruları ultrasonoqrafiyada görünmür.
  • Fallopi borusunun ətrafında qarın boşluğunda maye varsa, ultrasonoqrafiyada fallopi borusunun saçaqlı (fimbriya) distal ucu görünə bilər.
  • Maye dolu fallopi borusu (hidrosalpinks) aydın şəkildə müəyyən edilmiş, mürəkkəb strukturlu (şəkil--------) olaraq görünür.
  • Çanaq boşluğunun kəskin və ciddi iltihab xəstəliyi (ÇBİ) yumurtalıq daxilində irin toplanması ilə əlaqədar ola bilər, bu isə daxilində bulanıq maye toplanmış multilobulyar (çoxpaylı), qalın divarlı bir şiş kimi görünür. İltihablı fallopi borusunda güclü vaskulusizasiya (çoxlu damarlanma) görünə bilər.

Salpinqosonoqrafiya

  • Boru keçiriciliyi uşaqlıq boşluğuna qalaktoza əsaslı kontrast maddə və yaxud fizioloji məhlulu və hava qarışığı (histerosalpinqo - kontrast sonoqrafiya [HyKoSn] və ya salpinqosonoqrafiya) yeritməklə müayinə edilə bilər.

    Müvafiq resurslar