Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Öd daşı xəstəliyi

Mündəricat

Öd daşı xəstəliyi

EBM Klinik protokolları
12.05.2017 • Sonuncu dəyişiklik 12.05.2017
IlmoKellokumpu

Əsas məqamlar

Risk amilləri

Klinik təzahürləri

Diaqnoz

  • Ultrasonoqrafiya həm ağırlaşmamış (videolar  ), həm də ağırlaşmış hallarda birinci seçim müayinəsidir. Bu metodla öd kisəsi daşları 90%-dən yuxarı həssaslıqla aşkarlanır, lakin ümumi öd axarındakı daşları aşkarlama həssaslığı yalnız 25% təşkil edir.
  • Xüsusi müayinələr
    • ERXP (endoskopik retroqrad xolangiopankreatoqrafiya) ümumi öd axarı daşlarının həm diaqnostikası, həm də ekstraksiyası üçün istifadə edilə bilər.
    • Ağrı tutması ilə birgə plazmada ALT, qələvi fosfataza və bilirubin konsentrasiyasının artması, ümumi öd axarı daşının olmasını göstərir. Bununla bərabər, yalnız qaraciyər funksional sınaqlarının yüksəldiyi durumlarda keçirilmiş ERXP müayinələrinin 40–60%-ə qədəri, normal nəticələr göstərir.
    • Xolesistitin diaqnostikası və onun ağırlıq dərəcəsinin dəyərləndirilməsi üçün, klinik müayinədən əlavə plazmada CRZ və qaraciyər funksional sınaqları (ALT, qələvi fosfataza, bilirubin) analizləri aparılmalıdır. Plazmada pankreatik amilaza konsentrasiyası və qarının yuxarı şöbəsinin ultrasonoqrafiyası pankreatitin istisna edilməsi üçün istifadə edilir .

Ağırlaşmalar

  • Kəskin xolesistit: 12 saatdan uzun sürən biliar ağrı, qızdırma və yüksəlmiş CRZ
  • Kəskin xolangit: yüksək qızdırma, ağrı və sarılıq
  • Kəskin pankreatit: güclü ağrı, plazmada pankreatik amilaza (və sidikdə tripsinogen-2 və ya sidikdə amilaza), qaraciyər funksional sınaqları göstəricilərinin artması, anamnez
  • Sarılıq
  • Öd kisəsinin karsinoması
  • Öd daşı təsirindən baş verən ileus (iri öd daşı onikibarmaq bağırsağa xolesistoduodenal fistula ilə keçir və bağırsaq obstruksiyası yaradır). Klinik mənzərə bağırsaq obstruksiyası üçün xarakterdir. Qarının icmal rentgen müayinəsində öd axarlarında hava görünə bilər.

Müalicə

Cari müalicə tendensiyaları və metodların seçimi Öd daşı xəstəliyinin ağırlaşmaları, simptomların yaranmasından sonra bir neçə gün ərzində cərrahi yolla müalicə edilməlidir. Hətta çox yaşlı və ümumi sağlıq durumu qeyri-qənaətbəxş olan pasiyentlər də həm ənənəvi cərrahi üsullar, həm də daha az invaziv olan yeni metodlarla müalicə edilə bilər (radioloji və endoskopik metodlar). Laparoskopik xolesistektomiya öd kisəsi və ümumi öd axarı daşlarının xaric edilməsi üçün getdikcə daha çox istifadə edilir. Bu yanaşmanın faydalarına hospitalizasiya və xəstəlik səbəbindən əmək qabiliyyətinin müvəqqəti itiriməsi müddətinin qısa olması daxildir. Bəzi hallarda prosedurun gedişində laparoskopik xolesistektomiyanı açıq cərrahi əməliyyata çevirmək zərurəti yaranır. Ümumi öd axarı daşları ERXP vasitəsilə xaric edilə bilər. Bəzi hallarda yaşlı və ümumi sağlıq durumu qeyri-qənaətbəxş olan pasiyentlərdə öd kisəsini saxlamaq mümkündür. Lakin, pasiyentlərin yarıya qədərində ağrı tutmaları davam edəcək, bu da son nəticədə pasiyentlərin üçdə birindən çoxunda xolesistektomiyaya gətirəcək. Xolesistektomiyadan sonra qalıq və ya residiv daşlar çox zaman ERXP vasitəsilə xaric edilə bilir. Asimptomatik öd daşları, cərrahi riskin (minimal olsa da) gözlənilən faydanı üstələməsi ilə əlaqədar cərrahi yolla xaric edilmir. Öd daşlarının medikamentoz əridilməsi və digər eksperimental metodlar hələlik rutin praktika olaraq istifadə tapmamışdır. "?>

Xolesistektomiyadan sonra qarında ağrı

 

Əlaqəli resurslar

 

Johnson CD. ABC of the upper gastrointestinal tract. Upper abdominal pain: Gall bladder. BMJ 2001 Nov 17;323(7322):1170-3. Boerma D, Rauws EA, Keulemans YC, et al. Wait-and-see policy or laparoscopic cholecystectomy after endoscopic sphincterotomy for bile-duct stones: a randomised trial. Lancet 2002 Sep 7;360(9335):761-5. Gibney EJ. Asymptomatic gallstones. Br J Surg 1990 Apr;77(4):368-72. Attili AF, De Santis A, Capri R, Repice AM, Maselli S. The natural history of gallstones: the GREPCO experience. The GREPCO Group. Hepatology 1995 Mar;21(3):655-60.