Anus nahiyəsinin ağrıları
EBM Klinik protokolları
03.05.2018 • Sonuncu dəyişiklik 28.03.2017
MattiV.Kairaluoma
Əsas məqamlar
- Diaqnoz qoymaq üşün diqqətlə toplanmış anamnez və klinik müayinə əsasən kifayət edir.
- Əlavə müayinələrin aparılması əsasən xərçəngönü vəziyyətləri və xərçəng xəstəliyini, habelə bağırsağın iltihabi xəstəliklərini istisina etmək məqsədini daşıyır.
Epidemiologiyası
- Anus ağrıları çox geniş şəkildə yayılan simptomdur. Bu vəziyyət adətən xoşxassəli səbəblərdən baş verir, çox vaxtlar isə onları anal çatlar törədir.
- Çox nadir hallarda anal ağrının səbəbi şişlər olur.
- Pasiyentlər çox zaman reseptsiz satılan məlhəmlərlə özlərini müalicə etməyə cəhd edirlər və anal problemin həlli üçün həkimə müraciət etməni gecikdirirlər.
Anus ağrılarının səbələri
-
|
Anus ağrılarının daha çox rast gəlinən mənşələri
|
|
Simptomlar və əlamətlər
|
Ehtimal edilən mənşə
|
|
Çəki itkisi ilə gedən anal qanxma
|
Xərçəng və kolitləri istisna etmək
|
|
Yaxın zaman ərzində baş vermiş ağrı (daimi artan, hərarətlə və ya hərarətsiz gedən)
|
Absess
|
|
Ağrının qəflətən başlanması
|
Tromblaşmış hemorroy
|
|
Defekasiya aktı ilə əlaqədar yaranan xronik qısa, keçib gedən və qayıdan ağrılar
|
Anal dəlik ətrafında çatların olması
|
|
Tenezmlər və ya spastik ağrılar (qanaxma və ya diarreya ilə birlikdə gedən)
|
Proktit, kolit
|
|
Defekasiya ilə əlaqədar olmayan dərin, dəyişkən ağrı
|
Anusun levator əzələsinin spazmı
|
|
Defekasiyadan sonra kiçik çanaqda ağrı və daxildə təzyiq hiss edilir.
|
Düz bağırsağın invaginasiyası
|
|
Heç bir simptomla bağlı olmayan xronik qaşınma
|
Anal qaşınma
|
|
Qaşınma və diarreya
|
Proktit
|
|
Qaşınma və selikli qişanın sallanması
|
Hemorroy
|
|
Qanaxma
|
Hemorroy, xərçəng, kolit
|
|
Palpasiya edilə bilən kütlənin olması
|
Sallanmış hemorroy, çatlarla əlaqədəar olan “gözətçi budkasının” olması, şiş, kondiloma, absess, xarici cisim.
|
- Çox nadir hallarda olan klinik tapıntılara aiddirlər:
- Kron xəstəliyi
- Anusun xərçəngi
- Düz bağırsağın xərçəngi
- Digər anorektal bədxassəli törəmələr
- Düz bağırsağın sallanması
- Anal selikli qişanın sallanması
- Anal fistulanın olması
- Leykemiya
- İrinli hidroadenitin olması
- Anal ağırının səbələri əsasən ilkin səhiyyə xidməti səviyyəsində müalicə edilə bilir.
Anamnez toplanması və müayinə aparılması
Baxışın həyata keçirilməsi
- Baxış zamanı pasiyentdən defekasiya aktında olduğuna bənzər gücənməyi xahiş edirlər.
- Ağrı şikayətləri olduqda pasiyentin aralıq nahiyəsi palpasiya edilir ki, mümkün olan gizli absess mövcudluğu yəqinləşdirilir.
- Əgər sağrı nahiyəsinin böyük olması səbəbindən anus görünmürsə, sağ sağrı anus görünənə qədər yuxarı qaldırılır.
- Baxış zamanı aşağıdakı vəziyyətlərin olmasının diaqnozu qoyula bilər:
- Hemorroy düyünlərinin boğulması
- Perianal hematomanın olması
- Anal qaşınma olması
- Anal fistula
- Anal çat
- Hemorroyun sallanması
- Düz bağırsaq sallanması
- Anal bədxassəli törəmələr
- Anal kondilomaların olması
Düz bağırsağın barmaqla müayinə edilməsi
- Əksər hallarda düz bağırsağı barmaqla müayinə etmək olur, lakin bəzi hallarda məs. boğulmuş hemorroid düyünləri, anal çatlar və perianal absess yarandıqda bu müayinə istisna edilir.
- Barmaqla müayinənin strukturası:
- Düz bağırsağın selikli qişasının vəziyyəti,
- Anal kanalın vəziyyəti
- Daxili və xarici sfinkterlərin vəziyyəti,
- Anal dəliyi qaldıran (anorektal üzük) əzələnin vəziyyəti,
- Anovaqinal arakəsmənin vəziyyəti;
- Oma sümüyü nahiyəsi və oma önü sahənin vəziyyəti,
- Ağrı nahiyələri,
- Palpasiya edilən kütlələr (uşaqlıq boynu və prostat vəzisi),
- Sonda isə əlcək baxışdan keçirilməlidir, xüsusən orada qanın olub - olmaması yoxlanılır.
- Barmaqla müayinə zamanı aşağıdakı vəziyyətlərin diaqnostika edilməsi mümkündür:
- Anal absess
- Anal stenoz
- Anal stenoz Kron xəstəliyinin yaxud da əməliyyatdan sonrakı yaranmış çapıq toxumasının nəticəsi ola bilər.
- Anal çatlar
- Düz bağırsaq şişləri
- Anal kanalda yerləşən şişlər
- Çanaq əzələlərinin spazmı sindromunda (ona həmçinin, anizmus və ya qasıq - düz bağırsaq əzələlərinin boşalmasının pozulması da deyirlər) anusu qaldıran əzələnin palpasiyası zamanı ağrı olması meydana çıxa bilər, qasıq düz bağırsaq əzələsini anusdan büzdüm sümüyünə qədər orta xətt üzrə palpasiya etdikdə onun ağrılı olması meydana çıxır.
- Proktoskopiya (anuskopiya) sadə bir müayinədir və normal surətdə həyata keçirilən proktoloji praktikanın bir hissəsidir. Düz bağırsağın boşaldılması zəruridir. Proktoskopiya zamanı ən çox rast gəlinən tapıntı hemorroydur, lakin anal kanalın və düz bağırsağın distal hissəsinin vəziyyəti aydınlaşdırılmalıdır.
- Proktoskopiya zamanı aşağıdakı vəzyiyyətlərin diaqnostikası həyata keçirilir:
- Hemorroy
- Anal çatlar
- Anal stenoz
- Anal kanalın polipləri
- Anal məməciklərin hipertrofiyası
Əlavə müayinələr
Müalicəsi
- Proktoloji xəstəliklərin müalicəsi üçün adətən müxtəlif cür müdaxilələrin edilməsi tələb olunur. Terapevtik müdaxilə nadir hallarda kifayət olur, yalnız anal çatların müalicəsində qliseriltrinitrat (glyceryl trinitrate ) və ya kalsium kanalı bolkatorları olan məlhəm istifadə edilir.
- Hemorroy əleyhinə olan topik məlhəmlər geniş istifadə edilir, onlar simptomları yüngülləşdirir, lakin xəstəliyi sağaltmırlar. Topikal preparatların proktoloji xəstəliklərin müalicəsində olan effektliliyinə dair sübut edici tədqiqat işləri yoxdur.
- Dəqiq proktoloji müayinə aparmadan və bədxassəli törəmələri istisna etmədən hemorroy məlhəmlərini təyin etməyin.
- İdiopatik proktoalgiyanın müalicəsi üçün əzələ relaksantlarından və ağrıkəsici dərmanlardan istifadəyə cəhd edilə bilər. Benzodiazepenlərin istifadəsi sual altındadır.
- Həddindən artıq sinir gərginliyi nəticəsində yaranan ağrıların terapiyası üçün geriyə dönən bioloji rabitə tipli metod fizioterpiya mütəxəssiləri tərəfindən təmin edilir.
- Yerli anestetiklərlə qlükokortikoidlərin birgə inyeksiyasının tipik olan insersion tendinit ağrı nöqtəsinə vurulmasına cəhd edilə bilər. İnyeksiya qasıq sümüyünün kənarına edilir (əgər ağrı nöqtəsi anal dəlik üzərindən palpasiya ilə təyin edilirsə). İnyeksayanın edilməsi düz bağırsağa yerləşdirilmiş barmağın palpator nəzarəti altında və aralıq nahiyəsinin dərisindən keçərək həyata keçirilir.
- Bəzən ağrılar üzrə xüsusiləşdirilmiş klinikaların mütəxəssisləri məsləhətləşmələr aparıla bilər.
Müxtəlif xəstəliklərə dair təlimatlar
Spesifik olan xəstəliklər üçün təlimatlar
- Hemorroy
- Anal çatlar
- Anusun qaşınması
- Çanaq əzələlərinin spazmı sindromu
- Anal absess
Müşahidə