Radikulopatiya
EBM Klinik protokolları
01.09.2017 • Sonuncu dəyişiklik 01.09.2017
Editors
Əsaslar
- Təsirə məruz qalmış (zədələnmiş) sinir kökündən innervasiya olunub onurğadan ətraf nahiyəyə yayılan ağrı sinir kökü kompressiyasının ən səciyyəvi əlamətidir.
- Sinir kökü sıxılmasının ən geniş yayılmış səbəbinə lumbar və ya servikal nahiyələrdə disk sürüşmələri və onurğanın degenerativ dəyişiklikləri aid edilir.
- Təcili müdaxilənin tələb oluna biləcəyi halları nəzərdə saxlayın: cauda equina sindromu, onurğa beyni kompressiyası sindromu və qəfil başlayan paraneal sinirin L5-kökunə aid parezlər
Simptomlar və əlamətlər
- Sinir köklərinin sıxılması nəticəsində yaranmış yayılan ağrılarda artmış kompressiya ağrının daha da güclənməsinə, azalmış kompressiya isə ağrının azalmasına səbəb olur.
- Yüngül hallarda təsirlənmiş sinir kökləri tərəfindən innervasiya olunan nahiyələrdə ağrı əvəzinə yayılmış paresteziyanı müşahidə etmək mümkündür.
- Müxtəlif sinir kökləri tərəfindən innervasiya olunan sahələr arasında müəyyən fərqlilik və oxşarlıqlar olur. Buna görə də hətta bir sinir kökünün tamamilə itməsi belə hissiyyatın tamamilə itməsinə səbəb ola bilməz.
- Sinir köklərinin innervasiya etdiyi əzələlərin zəifliyi və xronik mərhələdə atrofiyası. Əzələlər həmçinin bir neçə kök tərəfindən də innervasiya oluna bilər. Xronik kök anomaliyaları özündə fasikulyasiyanı ehtiva edə bilər.
- Sinir köklərinin innervasiya etdiyi reflekslər saatlar içində azala və yaxud da itə bilər.
- Sinir kökü anomaliyalarında klinik tapıntılar: cədvələ nəzər yetirin
Kontrol siyahısı .
Sinir kökü anomaliyalarında klinik tapıntılar
- SERVİKAL SİNİR KÖKLƏRİ
|
- Kök
|
- Yayıldığı nahiyyələr
|
- Təsirlənmiş əzələlər
|
- Refleks
|
- C2 - C3
|
- Boyunardı nahiyyə
|
|
|
- C4
|
- Boyun
|
|
|
- C5
|
- Çiyin, bazu
|
- Çiyin, bazu
|
Biceps (ikibaşlı əzələ) |
- C6
|
- Baş barmaq
|
- Bazu, said
|
- Biceps (ikibaşlı əzələ)
|
- C7
|
- Orta barmaq
|
- Said, əl
|
- Triceps (üçbaşlı əzələ)
|
- C8
|
- Kiçik barmaq (Çeçələ barmaq)
|
- Əlin daxili əzələləri
|
Triceps (üçbaşlı əzələ) |
- TORASİK SİNİR KÖKLƏRİ
|
- Kök
|
- Hissiyyat səviyyəsi
|
- Th1
|
- Körpücük sümüyünün altı
|
- Th5
|
- Döş gilələri
|
- Th10
|
- Göbək
|
- Th12
|
- Qasıq
|
- LUMBAR SİNİR KÖKLƏRİ
|
- Kök
|
- Yayılır
|
- Zəiflik
|
- Refleks
|
- L2
|
- Çanağın əsası
|
- Lumbar fleksiya
|
|
- L3
|
- Çanağın önü
|
- Dizdə vətərlərin və bağların gərilməsi
|
|
- L4
|
- Çanağın önü və baldır
|
- Dizdə vətərlərin və bağların gərilməsi
|
- Diz qapağı
|
- L5
|
- Ayağın baş barmağı
|
- Ayaqda baş barmağın əzələ gərilməsi və oynaq fleksiyası
|
|
- SAKRAL SİNİR KÖKLƏRİ
|
- Kök
|
- Yayılır
|
- Pozğunluq
|
- Refleks
|
- S1
|
- Daban və ayağın altı
|
- Ayaq barmaqları üzərində durmaq
|
- Axilles vətəri
|
- S2 - 4
|
- Sağrı və perianal nahiyyə
|
- "Yəhər" denervasiyası, sidik kisəsi, bağırsaq, cinsi funksiya
|
- Perianal
|
Səbəblər
Kompressiya
- Disk sürüşməsi
- Lumbar sahədə ən çox rast gəlinən səbəb
- Aşağı ətrafların zəifliyi ilə gedən kök-səbəbli hallarda ağrı, adətən kürəkdə və/və ya yayılmış ağrı aşağı ətraflarda hiss olunur. Əgər zəifliklə yanaşı gedən ağrıya təsadüf edilmirsə radikulopatiyadan başqa səbəblərdən də şübhələnmək lazımdır (onurğa beyni pozğunluqları və ya yeriş pozğunluqları).
- Onurğanın servikal (boyun) nahiyəsində disk sürüşməsi.
- Simptomlar adətən başın hərəkət etdirilməsi zamanı meydana gələn kəskin boyun ağrısıyla başlayır.
- Ağrı, yuxarı ətrafa yayılır və başın ağrı istiqamətinə çevirilməsi zamanı intensivləşir.
- Boyun adətən gərgin olur.
- Ən çox təsirlənən nahiyyə C5 - C6; növbəti ən çox təsirlənən nahiyyə isə C4 - C5 və C6 - C7.
- Medial sürüşmə, onurğa beynini sıxa bilər və səviyyədən asılı olaraq yuxarı və aşağı ətrafın və yaxud yalnız aşağı ətrafın zəifliyinə səbəb ola bilər; bu hallarda müalicəyə təcili olaraq başlamaq lazımdır.
- Yüngül hallar üçün müalicə konservativ yolla aparılır. Cərrahi müalicə: parezlər, ağır hissiyyat pozğunluqları, davamlı ağrı.
- Şişlər
- Simptomlar yavaş - yavaş proqressivləşib bir neçə kökə qədər yayıla bilər.
- Əgər şiş boyunda və ya onurğanın döş nahiyəsində yerləşibsə, bu halda da onurğa beyni kompressiyasına xas simptomlara rast gəlmək olar.
- Neyronoma (sinir toxumasında inkişaf edən xoşxassəli şişlər), sinir kökü kanalında, hətta sadə rentgenoqramda görülə bilən genişlənmələrə səbəb olur (C2 kök kanalı adətən digərlərindən daha geniş olur; hər iki sahə müqayisə olunmalıdır).
- Degenerativ dəyişikliklər
- Kök kanalının, xüsusilə onurğanın servikal (boyun) nahiyəsində daralması köklərin qıcıqlanmasına xas simptomların yaranmasına səbəb ola bilər.
- Funksional diaqnostika metodlarının və klinik əlamətlərin ikisinin də eyni seqment səviyyəsini göstərib göstərmədiyini qeyd etmək lazımdır.
- Funksional diaqnostika üsullarından əldə edilmiş nəticələr əksər hallarda asimptomatk daralmış fəqərəarası dəliyi meydana çıxardır.
İltihab
- Herpes zoster.
- Radikulit
- Etiologiyası adətən bilinməyən bir və ya bir neçə sinir kökünə təsir edən radikulitlər, həm servikal, həm də lumbar nahiyələri əhatə edir. "Lyme" xəstəliyi kimi hallar mümkün səbəbə aid edilə bilər.
- Poliradikulitlər
- Bir neçə gün içində inkişaf edir və artan simmetrik əzələ zəifliyinə səbəb olur. Müalicəyə təcili olaraq başlamaq lazımdır.
Diabet
- Toratik nahiyənin diabetik radikulopatiyası unilateral əhatə olunmuş ağrıya, hissiyatın pozulmasına və lokallaşmış əzələ zəifliyinə səbəb olur.
Diaqnoz
- Diaqnoz, qorxulu "qırmızı bayraq" əlamətlərinin möcud olmadığı kəskin mərhələnin klinik təzahürünə əsaslanır.
- Funksional diaqnostika üsullarının aparılması lazım bilinərsə adi rengenoqram digərlərindən öncə aparılmalıdır.
- Daha sonrakı müayinələr üçün isə MRT aparılması gərəkən ilkin müayinə üsulu sayılır. Simptomların səviyyəsindən asılı olaraq ya bütünlükdə onurğa beyninin, ya da onurğanın lumbar nahiyəsinin MRT-si həyata keçirilir.
- ENMG, kök və digər periferik sinir pozğunluqları arasında diferensiasiyanın aparılmasında və pozğunluğun davam etmə müddəti barəsində məlumatın əldə edilə bilməsində yardımçı olur.
- Denervasiya 2 - 3 həftə sonraya qədər inkişaf etmir; buna görə də ENMG-nin, təcili müalicənin gərəkdiyi hallarda heç bir yardımı toxunmur.
Müalicənin aktuallığı
- Təcili hallar
- "Cauda equina" sindromu
- İncik sinirinin (lat. pereneus) qəfil başlanğıclı L5-kökünə aid tam parezi
- Onurğa beynin kompressiyası simptomları (gövdənin hissi demarqasiya xətti, aşağı ətrafların bilateral zəifliyi və ya tetraplegiyası).
- Təcili
- Sinir kökü-asılı paralitik simptomlar
- Dözülməyən ağrı
Referans
- Konservativ müalicə
- 6 həftədən daha az davam edən ağrı simptomların qorxulu olmadığına işarə edir.
- Əgər bel ağrısı 6 həftədən daha çox bir müddətdə davam edərsə, diaqnozu qoymaq və reabilitasiya planını tərtib etmək üçün adətən əlavə müayinələrə ehtiyac duyulur.
- Cərrahi müalicə
- Ortopediya: lumbar nahiyə
- Neyrocərrahiyyə: servikal nahiyə, onurğanın döş nahiyəsi, şişlər
- Qeyri - müəyyən halların diaqnostikası