Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Tip 1 diabetdə ilkin və nəzarət məqsədi ilə aparılan müayinələr

Mündəricat

Tip 1 diabetdə ilkin və nəzarət məqsədi ilə aparılan müayinələr

EBM Klinik protokolları
04.08.2017 • Sonuncu dəyişiklik 04.08.2017
MinnaKoivikko

Qısa Referans

Diabetə ilk olaraq diaqnoz qoyulduqda

  • Klinik müayinələr
    • Çəki, bədən kütləsi indeksi
    • Qan təzyiqi
    • Ürək və böyük arteriyalar
    • Periferik sinir
      • Topuq vətərinin refleksləri
      • Vibrasiya hissiyyatı
      • Taktil hissiyyatı (monofilament; şəkil)
    • Ayaqlar
    • Görmə kəskinliyi
    • Oftalmoskopiya
  • Laborator müayinələr
    • HbA1c
    • C-peptid və eyni zamanda plazma qlükozası
    • Səhər sidiyində albumin/kreatinin nisbəti
    • Bir gecə ərzində sidikdə albumin ekskresiyası (CU-alb-MI və ya U- albumin/kreatinin)"
    • Plazma kreatinini
    • Plazma xolesterolu, HDL xolesterol, LDL xolesterol, triqliseridlər
    • Plazmada TSH (TSH-da anormallıq müşahidə edildikdə, TPO antitelləri)
    • Qlutamik asit dekarboksilaza (GAD) antitelləri

Həkim ziyarəti zamanı aparılan klinik müayinələr

  • Xəstənin əhvalını xəbər almaq
  • Çəki 
  • Ev monitorinqinin nəticələri
  • İstifadə olunan insulin dozası
  • Xəstəlik tarixində hipoqlikemiya ( xüsusən də ağır və başqalarının köməyinə ehtiyac duyulan hipoqlikemiya halları)
  • Əgər xəstə və ya xəstənin yaxın qohumu hipertenziyalıdırsa və ya xəstəyə albuminuriya diaqnozu qoyulubsa, hər ziyarət zamanı qan təzyiqinin ölçülməsi
  • Əgər xəstə simptomlara və ya keçmişdə ayaqlarında hər hansı bir problemə sahib olubsa, ayaq müayinəsi

İldə bir dəfə aparılan digər müayinələr

  • Ürək və böyük arteriyalar
  • Zəruri hallarda ortostatik test
  • Ayaqların müayinəsi: taktil hissiyyatı (monofilament 10 q, şəkil) və vibrasiya, reflekslər və nəbz
  • İnyeksiya olunan nahiyələr (məs, lipohipertrofiya)
  • Çəki
  • Erkən tapıntılara, qanda qlükozanın tənzimlənməsi və diaqnozun qoyulmasından bəri keçən zamandan asılı olaraq hər 1 - 2 il ərzində gözdibi fotoşəklinin çəkilməsi

Laborator müayinələr

Hər müayinə zamanı (3 - 6 ay intervalı ilə)

  • GHbA1c
  • Plazma qlükozasının  özünü-monitorinq (SMPG) nəticələrinin icmalı

İldə bir dəfə və ya zəruri hallarda daha tez - tez aparılan müayinələr

  • Trombosit sayımı ilə qanın əsas analizi, plazma xolesterolu, HDL xolesterolu, LDL xolesterolu, triqliserid, kreatinin, təxmini qlomerulyar filtrasiya faizi (eGFR), səhər sidiyində albumin/kreatinin nisbəti və lazım gəldikdə gecə ərzində sidikdə albumin ekskresiyası, həmçinin xəstə, antihipertenziv dərman preparatlarını qəbul edirsə, plazmada kalium və natrium 

Sonradan aparılan digər müayinələr

  • Tireotropin (TSH), hər 1 - 2 ildən bir və ya simptomlarla əlaqəli göstəriş olduqda
  • Göstəriş olduqda "Coeliac" - Çölyak antitelləri ( məs, xəstə çəki itirdikdə və ya mədə - bağırsaq yollarının simptomlarına və yaxud da mikrositik anemiyaya sahibdirsə)
  • Əgər hipoqlikemiya ilə əlaqəli problemlər mövcuddursa, Adisson xəstəliyini inkar etmək məqsədi ilə səhər plazmasında kortizol konsentrasiyası. Kortizol defisiti, adətən çətin tənzimlənən hipoqlikemiyaya səbəb olur, çünki kortizol insulinin antoqonistidir.

Evdə monitorinq

  • Çəki və zəruri hallarda, qan təzyiqi
  • Plazmada qlükoza (müntəzəm olaraq izlənilir, aşağıya nəzər yetirin)
  • Xəstəni maarifləndirmək və məsləhətlər vemək üçün qeydlər kitabçasından istifadə edilir.

Evdə qan (plazma) qlükozasının ölçülməsi

  • 24 saatlıq qlükoza profili üçün kifayət qədər informasiya, adətən 4 və ya 8 nümunədən əldə edilir:
    • Ac qarına plazmada qlükoza dəyərinin təyin edilməsi, uzun təsirli bazal insulin dozasının yetərli olub - olmamasını müəyyyən etmək məqsədi ilə aparılır. Acqarına yüksək dəyərlər, yetərsiz dozaya, aşağı dəyərlər isə çox yüksək dozaya işarə edir. Həmçinin acqarına təsadüf edilən hiperqlikemiya halına da nəzər salın.
    • Sürətli təsirə malik insulin dozasının yetərliliyi, yeməkdən əvvəl və yeməkdən 1.5 - 2 saat sonra plazma qlükozasının bir neçə dəfə ölçülmələri ilə müəyyən edilir. Qanda qlükozanın səviyyəsinin yeməkdən əvvəlki ilə müqayisədə maksimum 2 dəfə artması inyeksiya dozasının və vaxtının düz olmasına işarə edir.
    • Qısamüddətli təsirə malik (əgər istifadə edilirsə) və ya uzun təsirli səhər insulininin yetərliliyi, nahar , axşam yeməyindən və yatmazdan əvvəl götürülmüş nümunələr vasitəsiylə təyin edilir. Yüksək dəyərlər, adətən yeməkdən öncə qəbul edilən qısa təsirli insulinin və ya uzun təsirli səhər insulininin dozasının artırılmasına ehtiyac duyulduğunu göstərir.
  • Lazım olan ölçmə tezliyi fərdi olaraq dəyişir. Xəstəliyin stabil fazasında gün ərzində 2 - 3 ölçmənin aparılması kifayət edir. Xüsusi hallarda (məs, xəstə olduqda, hamiləlikdə) və diabetin zəif kontrolu zamanı adətən ölçmələrin tezliyinin artırılması tələb olunur.

Qan təzyiqi

  • Qan təzyiqi 140/80 mmHg-dan aşağı həddə olmalıdır (ev şəraitində aparılan ölçmələrdə, 135/75 mmHg-dən aşağı həddə).
  • Müalicəyə ehtiyac duyulur:
    • sistolik qan təzyiqi, ən azı 140 mmHg, diastolik təzyiq isə ən azı 80 mmHg olduqda
    • qan təzyiqi stabil olaraq daha öncə ölçülmüş həddən yuxarı qalxırsa və ya hətta təzyiqin verilmiş sərhəd dəyərlərini keçməməsi halında belə (aşağı hədd 130/80 mmHg), albuminuriya qeydə alınırsa
  • Qeyri - farmakoloji terapiya, birincili seçim hesab edilir.
    • Günlük duz qəbulu,  5 q-dan aşağı endirilməklə məhdudlaşdırılır.
    • Alkoqol qəbulu məhdudlaşdırılır.
    • Planlı idman məşqlərinə başlanılır.
    • Siqaret tərgidilir.
    • Zəruri hallarda çəkinin azaldılması və/və ya saxlanılması proseslərinə start verilir.

Hipertenziya üçün farmakoterapiya

  • ACE inhibitorları və ya angiotenzin - reseptor blokatorları (ARBs) tərcih edilən dərman preparatları sayılır, xüsusilə də diabet xəstələri nefropatiya və ya mikroalbuminuriyaya malikdirsə.
  • Aşağı dozalı tiazid diuretiki
  • Kalsium kanalı blokatorları
  • Selektiv beta - blokatorlar
  • Hipertenziya üçün dərman müalicəsi: nəzər yetirin
  • Diabetik nefropatiya: nəzər yetirin

Dislipidemiyalar

  • Dislipidemiyalar adətən yaxşı nəzarət edilən və sadə formalı tip 1 diabetlərdə təsadüf edilmir.
  • LDL xolesterolu üçün hədəf səviyyə, 2.5 mmol/l-dən aşağı (xüsusilə də xəstə, mikroalbuminuriyaya malikdirsə) və əgər xəstə arterial xəstəlik keçmişinə malikdirsə, 1.8 mmol/l-dən aşağıdır.