Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Kolonoskopiya və sigmoidoskopiya

Mündəricat

Kolonoskopiya və sigmoidoskopiya

EBM Klinik protokolları
30.03.2017 • Sonuncu dəyişiklik 30.03.2017
PerttuArkkila

Əsaslar

  • Kolonoskopiyanın təcrübəçi həkimlər tərəfindən ilkin tibbi müayinə zamanı aparılması artmaqdadır."?>
  • Dəmir çatışmazlığı anemiyasının və ya nəcisdə gizli qanın mümkün səbəblərini axtararkən ilkin araşdırma olaraq kolonoskopiya aparılmalıdır. Bu xəstələrin hərtərəfli araşdırılması və adenoma xəstələrinin endoskopik izlənilməsi erkən diaqnoz və müalicənin əsas yoludur və bu kolon xərçənginin qarşısının alınmasına kömək edir.
  • Kolonoskopiyanı həyata keçirən bütün müəssisələrdə polipektomiyaya hazırlıq tələb olunur.
  • Bir qayda olaraq, sigmoidoskopiyanın göstəricisi əvvəllər aşkar edilmiş dəyişikliklərin izlənməsi və ya müalicəsidir. Kolonoskopiya, bağırsaqda əmələ gələn hər-hansı narahatlıq törədən vəziyyət olduğundan şübhələnən bütün xəstələrdə aparılmalıdır.

Kolonoskopiyaya göstərişlər

  • Anal çat
    • Kolonoskopiya və ya sigmoidoskopiya adətən 50 yaşdan yuxarı xəstələrdə aparılmalıdır.
    • Anal çat və ya tipik hemoroid aşkar edilərsə və simptomlar bu nəticələrə uyğundursa, gənc xəstələr üçün proktoskopiya kifayətdir.
  • Naməlum mənşəli dəmir çatışmazlığı anemiyası
  • Nəcisdən qan gəlməsi və qastroskopiyanı göstərən epiqastrik əlamətləri olmayan xəstələrdə.
  • Xroniki ishal: xəstənin simptomlarına əsasən iltihabi bağırsaq xəstəliyi şübhəsi (proktit, xoralı kolit və ya Crohn xəstəliyi).
    • İltihabi bağırsaq xəstəliyi şübhəsi olduqda birinci dərəcəli test kimi nəcisin kalprotektin sınağı
    • Antimikrobiyal kursdan sonra xəstədə ishal və ya qanlı ishal varsa, ilkin diaqnostik araşdırma kimi Clostridium difficile toksin geni üçün nuklein turşusu testi kifayətdi. "?>
    • İshal xəstəliyi olan bir xəstədə normal görünən kolon mukozası olsa da, kolit diaqnozu qoymaq üçün hər zaman biopsiya edilməlidir.
    • 50 yaşdan yuxarı insanda bağırsaq vərdişlərində bir dəyişiklik, xüsusən də xəstədə qarın narahatlığı olduqda. Gənc insanlarda, İBS diaqnozu, Roma meyarlarının yerinə yetirildiyi təqdirdə, kolonoskopiyasız təyin edilə bilər.
  • Kolonoskopiya bu hallarda izlənilir (təkrarlandıqda)
    • adenoma çıxarıldıqdan sonra
    • kolorektal (yoğun bağırsaq) xərçəngin cərrahi müalicəsindən sonra
    • qohumlarında irsi kolorektal xərçəng diaqnozu ilə
    • İBD olan xəstələrin izlənilməsində
    • fəaliyyətini və səviyyəsini qiymətləndirmək üçün simptomları olan xroniki kolitdə.
  • Kolonoskopiya terapevtik müdaxilə kimi: məs.
    • polipektomiya
    • radiasiya proktitində argon müalicəsi
    • Clostridium difficile infeksiyasında nəcis nəqli
    • dilatasiya
    • stentlər
    • Ogilvie sindromunun (Kəskin intestinal psevdoobstruksiya) müalicəsi

Kolonoskopiya / sigmoidoskopiyanın ilk müayinə üçün tələb olunmadığı hallar

  • Melena (qara nəcis). Ən çox görülən səbəb yuxarı mədə-bağırsaq qanaxmasıdır və ilk növbədə qastroskopiya edilməlidir.
  • Xəstədə laktoza qarşı dözümsüzlük göstərən simptomlar varsa, əvvəlcə süd məhsullarının olmadığı pəhriz yoxlanılmalıdır.
  • Uzun müddətli aşağı qarın simptomları (qıcıqlanan bağırsaq simptomları çox vaxt artıq gənc yaşda başlayır və dövri xarakter daşıyır).
  • Əvvəllər həyata keçirilmiş kolonoskopiyada normal nəticələrin olduğu xəstələrdə 10–20 illik izləmə müddətində endoskopiyanın aparılmadığı xəstələrə nisbətən kolorektal xərçəng riski daha azdır. Normal nəticələri olan etibarlı kolonoskopiya daha əvvəllər aparılıbsa, təkrarlanan endoskopiya lazım deyil.

Ancaq xəstədə melena, dəmir çatışmazlığı anemiyası və ya uzun müddət davam edən ishal kimi yeni simptomlar ortaya çıxarsa kolonoskopiya təkrarən həyata keçirilməlidir.

Xəstənin kolonoskopiya / sigmoidoskopiyaya hazırlanması

  • Xəstə müayinədən bir həftə əvvəl toxumlu (pomidor, qarağat, xiyar) giləmeyvə və tərəvəzləri qəbul etmir.
  • Müayinədən əvvəl axşamdan etibarən maye kimi yalnızca su və ya mineral su qəbul edilir . Bu müddət ərzində başqa yemək qəbul edilmir.
  • Bağırsağın boşaldılması makroqol məhlulu ilə həyata keçirilir.
  • Antikoaqulyant müalicə keçən xəstələr üçün yerli təlimatlara baxın.

Fiberosigmoidoskopiyanın üsulları

  • İlkin tibbi xidmətlər sigmoidoskopiyaya hazırlığı əhatə edir. Bu prosesi öyrənmək nisbətən asandır. Kolonoskopiyanı öyrənmək uzun təhsil müddəti tələb edir.
  1.  Xəstə sol tərəfi üstünə dizlərini yığaraq uzanır.
  2.  Anus yaxınlığında lezyonlar aşkar etmək üçün əvvəlcə rektuma toxunma aparılır. Barmaqla cism hiss olunursa, əvvəlcə proktoskopiya aparılmalıdır. Endoskopiya tamamilə aparılmayana qədər  rektumdan biopsiya üçün nümunə götürülmür.
  3.  Alətin başlığı bağırsaq yoluna daxil edilməzdən əvvəl lidokain geli tətbiq edilir.
  4.  Bağırsağa hava və ya karbon qazı ötürülərək lümen görünən hala gətirilir. Alət yalnız lümen göründükdən sonra daxil edilə bilər və alət işə salındıqda vizual nəzarət olunur. Alətin kor-koranə daxil edilməsi divertikuluma keçməsinə və bağırsağın deformasiyasına və deşilməsinə səbəb ola bilər. Alət maksimum həddə çatdırılır və alətin geri çəkilməsi zamanı bağırsaq yoxlanılır. Daxildə lezyon görülərsə, onun yeri qeyd edilməlidir.
  5. Alət əyilərkən və daha çox hava alarkən lümen görünməzsə o, yenidən görünənə qədər bir neçə santimetr geri çəkilməlidir.Əgər alətin yenidən daxil olması ilə də lümen görünmürsə, bu zaman xəstə arxası üzərində dizləri yığılmış vəziyyətdə uzanır. Xəstənin duruş mövqeyinin dəyişməsi bağırsaq əyilmələrini düzəldə bilər.
  6. Alət maksimum səviyyədədaxil edildikdən sonra (və ya bağırsaqdakı döngə təkrar cəhdlərə baxmayaraq irəliləməyə mane olduqda) bütöv mukozanı görmək üçün alət astaca geri çəkilir.
  7. Biopsiya makroskopik olaraq şübhəli hissələrdən götürülməlidir (adətən bir yerdən ən azı 2 biopsiya, bir adenomadan daha çox). Əgər mukoza normal görünürsə, histologiya çox nadir hallarda anormal bir vəziyyət aşkar edir. Xəstə ishal olmadığı müddətcə gündəlik biopsiyaların alınması lazım deyil. İshal olan xəstədə normal görünən mukozada biopsiya almaq uyğundur. Kiçik bir polip biopsiya forsepsləri ilə tamamilə çıxarıla bilər. Daha böyük şişlərdən bir neçə biopsiya alınmalıdır. Əgər mukoza iltihablı görünürsə (rəngsiz, qanaxmalı, membranotik) biopsiyalar həm anormal mukozadan, həm də ətrafındakı normal görünən mukozadan götürülməlidir. Anusdan olan məsafəni bildirilir və ya biopsiyaların götürüldüyü yeri biopsiya nümunə qablarına qeyd edilir.
  8. Müayinə iltihablı bağırsaq xəstəliyinin izlənilməsini əhatə edirsə, bağırsaq normal görünsə də hər zaman biopsiya aparılır.

Klinik əhəmiyyətli nəticələr

  • Poliplər (adenomalar) və şişlər
  • Xoralar
  • Durulanmayan və ya çıxarılması qanaxmaya səbəb olacaq membranlar.
  • Alətin yüngül toxunuşunda qanaxmaya səbəb olması
  • Mukozanın rəngsiz görünüşü, normal damar izlərinin olmaması
  • Haustrasiyasız boruşəkilli bağırsaq
  • Telanqiektaziya (angiodisplasias)
  • Divertikula
  • Babasil
  • Histoloji iltihab, displaziya və ya adenoma
  • Xoralı kolit (Mayo-Score) və Crohn xəstəliyinin (SES-CD) ağırlıq dərəcəsinə görə təsnifatlar

Sigmoidoskopiya və kolonoskopiyaya qarşı göstərişlər

  • Xəstəliyin başlanğıcından 2-4 həftə sonra kəskin divertikulit və bağırsaq yırtığı şübhəsi
  • Zəhərli meqakolon
  • Şiddətli xəstəlik zamanı bağırsağın asanlıqla görünən hissəsi müayinə edilə bilər.