Minimal və yüngül beyin zədələnməsi
EBM Klinik protokolları
24.05.2017 • Sonuncu dəyişiklik 24.05.2017
TimoKoivisto
TeemuLuoto
- Uşaqlarda mərkəzi sinir sistemi zədələnmələri üçün nəzər yetirin.
Əsasları
- Travmatik beyin zədəsi xarici qüvvənin səbəb olduğu beynin funksional bir pozğunluğudur. Daha ciddi zədələrə həmçinin struktur pozğunluqlar da aid edilir.
- Travmatik beyin zədələrinin diaqnostikası Qlasko Koma Şkalasından (QKŞ) [Glasgow Coma Scale (GCS)] əldə edilən nəticələrə, zədədən sonrakı yaddaş pozğunluğunun davam etmə müddətinə, huşsuzluğun davam etmə müddətinə və beyin tomoqrafiyasından əldə edilən nəticələrə əsaslanır.
- Minimal beyin zədələri (=sarsıntı) travmatik beyin zədələnmələrinin ən yüngül və ən çox rast gəlinən formasıdır.
- Minimal və yüngül travmatik beyin zədələri aşkar edilməli, xəstənin vəziyyəti qiymətləndirilməli (başın təcili tomoqrafiyası da daxil olmaqla) və müvafiq olaraq təkrari müayinə üçün uyğun parametr seçilməlidir.
- Hadisənin tarixi və xəstənin vəziyyəti xəstəlik tarixində yaddaş pozğunluğunun davam etmə müddətinə, hər bir huşsuzluq halına və QKŞ dəyərlərinə xüsusilə diqqət yetirərək kifayət qədər ətraflı bir şəkildə sənədləşdirilməlidir.
- Kəskin ağırlaşmalar istisna edilməlidir. Əgər intrakranial hematomaya dəlalət edən nəticələr mövcuddursa, xəstə dərhal başın kompyuter tomoqrafiyasının (KT) həyata keçirilə biləcəyi təcili yardım şöbəsinə yönləndirilməlidir.
- Beynin maqnit rezonans tomoqrafiyası (MRT) zədələnmənin dərəcəsini müəyyənləşdirmək, sənədləşdirmə və simptomların daha uzun müddət dava etməsi halında differensial diaqnostika üçün vacibdir.
- Yüngül travmatik beyin zədəsinin müşahidə edildiyi xəstədə simptomlar adətən zədədən sonra bir neçə həftə ərzində aradan qalxır (bir neçə aydan uzun çəkməyərək).
- Əgər simptomlar uzanarsa (2 həftədən daha uzun), xəstə əlavə nevroloji müayinələr üçün yönləndirilməlidir.
- Minimal və yüngül travmatik beyin zədələri aşkar edilməli, xəstənin vəziyyəti qiymətləndirilməli və müvafiq olaraq təkrari müayinə üçün uyğun parametr seçilməlidir. Hadisənin tarixi və xəstənin vəziyyəti xəstəlik tarixində yaddaş pozğunluğunun davam etmə müddətinə, hər bir huşsuzluq halına xüsusilə diqqət yetirərək kifayət qədər ətraflı bir şəkildə sənədləşdirilməlidir. Kəskin ağırlaşmalar istisna edilməlidir. Əgər intrakranial hematomaya dəlalət edən nəticələr mövcuddursa, xəstə dərhal təcili yardım şöbəsinə göndərilməlidir. Əgər ambulator şəraitdə xəstə üzərində aparılan 7 günlük təkrari müayinələrdən sonra hələ də simptomlara təsadüf edilərsə və ya daha qısa bir müddət ərzində xəstənin vəziyyəti daha da pisləşərsə, xəstə dərhal əlavə müayinələr üçün yönləndirilməlidir. Əgər zədəyə xas uzun müddətli problemlərə təsadüf edilərsə, xəstə əlavə nevroloji müayinələr üçün yönləndirilməlidir.''?>
Beyin zədələnməsinin simptomları
- Minimal beyin zədəsi şüurun itməsinə təsir etmir və zədədən sonra yaddaş pozğunluğunun davam etmə müddəti (post-travmatik amneziya, PTA) 10 dəqiqəni keçmir.
- Yüngül beyin zədəsi zamanı huşsuzluğun davam etmə müddəti bir neçə dəqiqədən artıq olmur (ən çoxu 30 dəqiqə) və PTA-nın davam etmə müddəti 24 saatı keçmir.
- PTA, xəstənin fasiləsiz yaddaş pozulduğunun zədədən sonrakı dövrünü əhatə edir. PTA zamanı beyin, hər hansı bir hadisənin daimi yaddaş izlərini formalaşdıra bilmədiyi üçün bu dövr adətən daimi yaddaş boşluğu buraxır.
- Şüurun müvafiq pozğunluğuna (disorientasiya daxil olmaqla) əlavə olaraq yüngül beyin zədəsinin simptomlarına baş ağrısı, qusma və müvazinət problemləri də aid edilə bilər.
- Yaralanma ilə əlaqədar müvəqqəti və anatomik olaraq ortaya çıxan yeni, yerli bir nevroloji çatışmazlıq, kontuziya səviyyəsində zədələnməyə işarə edir.
- Minimal beyin zədəsi şüurun itməsinə təsir etmir və zədədən sonra yaddaş pozğunluğunun davam etmə müddəti 10 dəqiqəni keçmir. Yüngül beyin zədəsi zamanı huşsuzluğun davam etmə müddəti bir neçə dəqiqədən artıq olmur və PTA-nın davam etmə müddəti 24 saatı keçmir. Şüurun müvafiq pozğunluğuna əlavə olaraq yüngül beyin zədəsinin simptomlarına baş ağrısı, qusma və müvazinət problemlərinə rast gəlmək mümkündür. Əgər huşsuzluğun davam etmə müddəti uzun çəkərsə, beyin kontuziyası ehtimalı yüksək olur. Xəstədə həmçinin proqressiv intrakranial hematoma inkişaf edə bilər.''?>
Müayinələr, təkrari müayinə və sonrakı müalicə
- Müvafiq enerjinin beyin zədələnməsinə səbəb olacaq qədər kifayət miqdarda olub olmamasını dəyərləndirin.
- Müayinə anında və ya təkrari müayinə zamanı xəstənin zamana, məkana və şəxsə görə orientasiyasını qiymətləndirin.
- Hər bir PTA və onun davam etmə müddətini təkrarlanan, ətraflı sorğu-sual vasitəsilə qiymətləndirin.
- Zədələnmənin dəqiq vaxtını və PTA-nın bitmə tarixini xəstənin anamnezinə daxil edin.
- Klinik müayinələr zamanı hər bir lokallaşmış nevroloji simptomları və nəticələri inkar edin, məsələn, ətrafların paralizi, nitq pozğunluğu, görmə pozğunluğu və ya diplopiya, nistaqm, eşitmənin itməsi və ya üz parezi.
- Xüsusilə baş və üz bölgəsi olmaqla hər bir xarici zədələnmələrə diqqət yetirin və əldə edilən hər bir nəticəni xəstənin anamnezinə qeyd edin.
- Sınığın hər hansı bir əlamətini təyin etmək üçün kəlləni palpasiya edin.
- Göz ətrafında və ya qulağın arxasında subkutan hematomalar kəllə əsaslı sınıqlara işarə edir.
- Kəllənin rentgenoqramması, müalicəyə olan ehtiyacın və ya kəskin beyin zədələnməsinin qiymətləndirilməsinə kömək olmur.
- Kəllə sınıqlarından, serebral hemoragiyadan və ya kontuziyadan şübhələndikdə, təcili kranial KT təyin edilir.
- Kəskin zədələnmədən sonra kranial KT üçün göstəriş (hətta aşağıdakılardan biri kifayət edir):
- Huşun itməsi
- Amneziya
- QKŞ dəyəri 15-dən aşağı
- Anormal lokal nevroloji nəticələr
- Kəllə sınıqlarından şübhələnmək
- Qanaxmaya meyillilik (antikoaqulyant dərman maddələri, hemofiliya və ya qanın koaqulyasiya sisteminə təsir edən digər xəstəlikləri)
- Qıcolmalar
- Serebrospinal şunt
- Çoxsaylı zədələr
- Üz sınıqları (yalnız burun sınığı istisna olmaqla)
- Uzun müddətli və ya şiddətlənən baş ağrısı
- Uzun müddətli və ya şiddətlənən ürəkbulanma
- KT tərəfindən müəyyən edilmiş kəskin intrakranial zədənin müalicə istiqamətini müəyyənləşdirmək üçün neyrocərrahın təcili konsultasiyası tövsiyə edilir.
- Aşağıdakı kriteriyalara cavab verildikdə yüngül bir beyin zədələnməsinə malik xəstə təhlükəsiz şəkildə evə buraxıla bilər:
- Kranial KT-də yeni ocaqlar
- QKŞ dəyəri -15
- Sərxoşluq yüngül beyin zədəsini istisna etmir; intoksikasiyalı xəstələr müayinə edilməli və xüsusi qayğı ilə təkrari müayinə edilməlidir.
- Xəstə yüngül beyin zədəsindən sonra ən azı 24 saat ərzində bir tibb məntəqəsində nəzarət altında saxlanılmalıdır, əgər:
- kranial KT icra edilməmişdirsə,
- intoksikasiya, kranial KT normal olsa da etibarlı bir nevroloji qiymətləndirmənin qarşısını alır və ya
- kranial KT-nin normal olmasına baxmayaraq xəstə şiddətli simptomlara malikdir (məs. baş ağrısı, vertiqo, ürəkbulanma)
- Yüngül beyin zədələnməsinə malik xəstələr kranial KT edilmədiyi təqdirdə aşağıda göstərildiyi tərzdə müayinə edilməlidir; şüur səviyyəsini (QKŞ), bəbəyi (ölçü \ işığa qarşı reaksiyası), nevroloji statusu və həyat funksiyalarını (qan təzyiqi, ürək göstəriciləri, respirator göstəricilər və oksigen saturasiyası) yoxlayın:
- zədələnmədən 0-6 saat sonra - hər 30 dəqiqədən bir
- zədələnmədən 7-12 saat sonra
- zədələnmədən 13-24 saat sonra
- Əgər təkrari müayinə zamanı nevroloji status daha da pisləşmiş olarsa (yeni nevroloji əlamətlər \ simptomlar və \ və ya QKŞ şkalasının ≥ 2 vahid aşağı düşməsi), xəstə, təcili kranial KT olan şöbəyə köçürülməlidir.
- Xəstəxanaya yerləşdirilmiş xəstələrin əksəriyyətində kranial KT-nin həyata keçirilməsinə ehtiyac duyulur. Radioloji müayinə, klinik olaraq yüngül görünən beyin zədələnməsinin beyin kontuziyası olduğunu müəyyən edə bilər.
- Xəstəxana şəraitində müalicə üçün müraciət edin:
- Vəziyyəti anormal olan və ya valideynləri vəziyyət barəsində açıq-aşkar narahat olan uşaqlar (həmçinin nəzər yetirin)
- Ağır sərxoş xəstələr
- Güclü (yüksək enerjili) bir zədə almış simptomsuz xəstələr.
- Çoxsaylı zədə almış xəstələr.
- Çox ciddi simptomları olan xəstələr (məs. baş ağrısı və \ və ya qusma)
- Nevroloji klinik müayinələrdə anormallıq göstərən xəstələr
- Kranial KT-də təzə ocaqlar müəyyən edilən xəstələr.
- Sonrakı müalicə
- Simptomatik dərman maddələri
- Baş ağrısı üçün parasetamol və \ və ya qeyri-steroid iltihab əleyhi dərman preparatları (QSİƏD [NSAID])
- İlk gün hipnotiklərdən və digər sedativlərdən uzaq durmaq lazımdır.
- İstirahət və ya ən azından 24-48 saat ərzində daha az gərginlik və ardınca fiziki və zehni gücün tədricən artırılması
- Minimal beyin zədələnməsindən sonra xəstə, 1-3 gündən sonra işə geri qayıda bilər.
- Yüngül beyin zədələnməsindən sonra işin xarakterindən asılı olaraq xəstənin xəstəlik məzuniyyətinin müddəti ən azı 7 gün olmalıdır.
- Zədələnmədən 1-2 həftə sonra xəstəylə əlaqə saxlamaq lazımdır. Əgər simptomlar hələ də davam edərsə, lazımi əlavə müayinələr təyin edilməlidir.
- Minimal və yüngül beyin zədələnməsinə malik xəstələr adətən simptomsuz olurlar və işlərinə geri qayıdırlar.
- Uzun müddət ərzində simptomlara malik xəstələr üçün xəstəxana şəraitində ambulator nevroloji müayinəyə ehtiyac duyulur: vacib olaraq, MRT, EEG (əgər xəstədə vəziyyətlə bağlı epilepsiya tutmaları müşahidə edilərsə və ya ondan şübhələnilirsə) və nevro-otoloji, oftalmoloji və ya psixoloji müayinələr
- Kranial MRT yüngül beyin zədələnməsindən 2-3 həftə sonra həyata keçirilməlidir:
- Bütün əmək qabiliyyətli xəstələrdə və uşaqlarda KT-də yeni ocaqlar təyin edildikdə
- Simptomların uzun müddət davam etdiyi (2 həftədən daha çox) xəstələrdə
- Kəskin mərhələli KT-nin normal nəticələr nümayiş etdirməsinə baxmayaraq beyin zədələnməsinin aşkar klinik əlamətləri müşahidə edilən xəstələrdə
- Müayinə anında və ya təkrari müayinə zamanı xəstənin zamana, məkana və şəxsə görə orientasiyası qiymətləndirilir. Mümkün yaddaş pozğunluğu və onun davam etmə müddəti təkraralanan suallar vasitəsilə qiymətləndirilir. Klinik müayinələr zamanı hər bir lokallaşmış nevroloji simptomlar və nəticələr inkar edilir, məsələn ətrafların paralizi, nitq pozğunluğu, görmə pozğunluğu və ya diplopiya, nistaqm, eşitmənin itməsi və ya üz parezi. Təkrari müayinə elə planlaşdırılır ki, həkim və ya tibb bacısı xəstəni 2 saat intervalı ilə müayinə etsin. Bu, xəstənin vəziyyətində baş verə biləcək mümkün ağırlaşmaları vaxtında müəyyən etməyə kömək edəcəkdir. İnebirasiya yüngül beyin zədələnməsini istisna etmir; sərxoş xəstələr xüsusi ehtiyatla müayinə edilməli və nəzarət altında saxlanmalıdır. Əgər müşahidənin 24 saat ərzində 2 saat intervalı ilə aparılması mümkün olarsa, xəstəyə nəzarət ev şəraitində aparıla bilər. Sonrakı müalicə Simptomatik dərman maddələri İstirahət Minimal beyin zədələnməsindən sonra xəstə, 1-3 gündən sonra işə geri qayıda bilər. Yüngül beyin zədələnməsindən sonra işin xarakterindən asılı olaraq xəstənin xəstəlik məzuniyyətinin müddəti ən azı 7 gün olmalıdır. Zədələnmədən bir həftə sonra ən azı telefon nəzarət vaxtı təşkil edilir. Əgər simptomlar hələ də davam edərsə, lazımı əlavə müayinələr təyin edilməlir. Uşaqları, böyükləri (qısaca; qanın koaqulyasiya sisteminə təsir göstərdiyi ehtimal edilən dərman maddələrini qeyd edin), ağır sərxoş xəstələri, metabolik pozğunluqlara malik xəstələri, güclü zədələnməyə məruz qalmış çoxsaylı zədələnmələrə malik xəstələr, çox güclü baş ağrısına malik xəstələr və\və ya qusan xəstələr, nevroloji klinik müayinələr zamanı anormallıqlar müşahidə edilən xəstələr müalicə üçün xəstəxanaya yerləşdirilməlidirlər.''?>.
Uzun müddətli təsirlər
- Tək və ya residivləşən sarsıntıların və yaxud yüngül beyin zədələrinin kumulyativ əks təsirləri (residivləşən zədələrin artmış və ya uzanmış simpromları kimi) və ya uzun müddətli təsirləri (xroniki travmatik ensefalopatiyanın da daxil olduğu neyrodegenerativ xəstəliklər kimi) barəsində etibarlı məlumatlar mövcud deyildir.
- Bəzi hallarda yüngül beyin zədələri ağ maddənin uzun müddətli degenerasiyası ilə əlaqəli ola bilər.
Adiyyatı mənbələr
McCrory P, Meeuwisse WH, Aubry M et al. Consensus statement on concussion in sport: the 4th International Conference on Concussion in Sport held in Zurich, November 2012. Br J Sports Med 2013;47(5):250-8. Giza CC, Kutcher JS, Ashwal S et al. Summary of evidence-based guideline update: evaluation and management of concussion in sports: report of the Guideline Development Subcommittee of the American Academy of Neurology. Neurology 2013;80(24):2250-7. Harmon KG, Drezner JA, Gammons M et al. American Medical Society for Sports Medicine position statement: concussion in sport. Br J Sports Med 2013;47(1):15-26. West TA, Marion DW. Current recommendations for the diagnosis and treatment of concussion in sport: a comparison of three new guidelines. J Neurotrauma 2014;31(2):159-68. Isokuortti H, Luoto TM, Kataja A et al. Necessity of monitoring after negative head CT in acute head injury. Injury 2014;45(9):1340-4. Raj R. Prognostic models of traumatic brain injury. Thesis. Dissertationes Scholae Doctoralis Ad Sanitatem Investigandam Universitatis Helsinkiensis 2014
Brandstack N. Detection of pathologic changes following traumatic brain injury using magnetic resonance imaging. Thesis. Annales Universitatis Turkuensis 2013
Johnson VE, Stewart W, Smith DH. Axonal pathology in traumatic brain injury. Exp Neurol 2013;246():35-43.