Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Raxit xəstəliyi

Mündəricat

Raxit xəstəliyi

EBM Klinik protokolları
11.09.2018 • Sonuncu dəyişiklik 07.03.2017
OutiMäkitie

 

Raxit xəstəliyi

Əsalar

  • Raxit xəstəliyi adətən D vitamin çatışmazlığı nəticəsində inkişaf etmiş sümük minerallaşmasının pozulmasıdır.
  • Risk qrupuna südəmər uşaqlar, südə qarşı alleriyası olanlar, oturaq həyat keçirən və qara dərili uşaqlar daxildir.
  • Raxit xəstəliyi zamanı kalsiumun plazmada konsentrasiyası aşağı və ya normaldır, fosforun plazmada konsentrasiyası azalmışdır, paratiroid hormonun və qələvi fosfataza səviyyələri isə yüksəlmişdir.
  • Diaqnoz klinik mənzərə və tipik radioloji və laborator əlamətlərə əsaslanır.

Etiologiya

Raxit xəstəliyi zamanı kalsimum metabolizmi

  1. Hipokalsemik faza bir neçə gün çəkir, lakin 2-9 ay arası uşaqlarda o daha uzun çəkə bilər bə tetaniya, qıcolmalara  səbəb ola bilər.
  2. İkincili hiperparatiroidizm, normokalsemiya və hipofosfatemiya fazası
  3. Böyümə geriliyi, sümük deformasiyaları, infeksiyalara meyillik və əzələ zəifliyi ilə müşayiət olan hipokalsiemiya və ağır osteopatiya fazası

Diaqnostika

Differennsial diaqnostika

  • Aşağıdakıları inkar et:
    • böyrək çatışmazlığı
    • malabsorbsiya (seliakiya xəstəliyi)
    • qaraciyər xəstəliyi
    • qələvi fosfataza səviyyələrində tranzitor yüksəlmə
    • hipofosfatemik raxit və raxitin digər irsi formaları
    • kalsium defisiti
    • qıcolmaəleyhinə preparatların qəbulu.

Müalicə

  • D vitamini
    • Müasir biliklərə əsasən  D3 vitamininə üstünlük verilməlidir (effekti D2 vitaminindən daha yaxşıdır).
    • Raxitin profilaktikası üçün tövsiyə edilmiş yaşa uyğun gündəlik dozaya əlavə olaraq 50 µq/gün (= 2 000 vahid/gün) terapevtik dozada D3 vitamini verilməlidir.
  • Eyni zamanda adekvat dozada kalsium təyin edilməlidir. Bu uşağın gündəlik olaraq 0.5 litr və daha çox miqdarda süd qəbul etməsi ilə əldə edilir. Kalsium qəbulu kifayət deyilsə xəstəyə oral kalsium preparatları təyin edilməlidir. Bu preparatlar ən azından 2 həftə müddətinə 4 dəfəyə bölünmüş şəkildə  50 mq/kq/gün dozada verilməlidir. 2 həftədən sonra dozalanma ilkin cavaba əsasən təyin edilməlidir.
  • Simptomatik hipikalsiemiyanın müalicəsi mütəxəssisin müdaxiləsini tələb edir.

Təqib

  • Müalicəyə cavab hər zaman plazmada kalsium, fosfor və qələvi fosfatazanın səviyyəsinin ölçülməsi ilə yoxlanılmalıdır.
    • 2 həftədən sonra (sümük metabolizminin sürətli olması səbəbi ilə qələvi fosfataza səviyyəsi hələ də yüksək qala bilər)
    • 3 aydan sonra (həmçinin paratiroid hormon konsentrasiyası təyin edilməlidir).
  • Müalicə başlanandan 3-6 ay sonra biləyin rentgeni çəkilir. D vitamin ilə müalicə effekt verməzsə raxitin digər nadir formalarını araşdırmaq üçün əlavə müayinələr etmək lazımdır.