Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yersinioz

Mündəricat

Yersinioz

EBM Klinik protokolları
26.04.2018 • Sonuncu dəyişiklik 07.02.2017
Editors

Əsas məqamlar

  • Aşağıdakılar olduqda xəstədə yersiniozun olduğunu düşünün:
    • kəskin qarın ağrısı
    • kəskin ishal
    • mənşəli bilinməyən qızdırma
    • Reiter xəstəliyi
      • artrit
      • uretrit, balanit
      • iritlər, konyunktivit
    • düyünlü eritema
    • sidik, qaraciyər funksiyası testləri və ya pankreatitlə bağlı laborator analizlərində pozuntular
    • hypersedimentasiya.

Xəstəliyə səbəb olan patogenlər

  • Yersinia enterocolitica 3 və 9, Y. pseudotuberculosis 1A və 3.
  • Səbəbkar patogen faktor kliniki simptomlar əsasında müəyyən edilə bilinmir.

Simptomlar və kliniki mənzərə

Kəskin infeksiya simptomları

  •  Qizdırma
  • İshal (80% pasientlərdə): əksər hallarda uşaqların nəcisində gan və selik olur
  • Abdominal ağrı: uşaqlarda əsasən qarının sağ aşağı nahiyəsində; simptomlar appendisiti xatırladır. Xəstə əməliyyat olunduqda mezenteral limfadenopatiya, terminal ileit və ya əsl appendisit aşkar edilə bilər.

İnfeksiyadan sonra olan simptomlar

  • Reaktiv artrit
    • enteritdən 1-3 həftə sonra 
    • Simptomlar mülayim artralgiyadan ağır poliartritə, bəzən Reiter sindromuna qədər dəyişir.
    • Xəstələrin kiçik bir hissəsində xronik artrit yaranır.
    • Xəstəlik HLA-B27 ilə ciddi şəkildə əlaqələndirilir.
  • Okulyar (göz) simptomlar
    • Iritlər
    • Konyunktivit
  • Sidik ifrazat sisteminə aid simptomlar
    • Uretrit
    • Balanit
    • Qlomerulonefrit
  • Dəri simptomları
    • Düyünlü eritema ən çox görünən dəri təzahürüdür (təxminən 10%  hallarda Yersiniya infeksiyası ilə bağlı olur); bu yersiniozun yeganə əlaməti ola bilər.
  • Kardioloji (ürəklə bağlı) tapıntılar
    • EKQ-də keçib-gedən (tranzitor) pozuntular
    • ürəyin klapan xəstəlikləri yersinioz ilə əlaqəli deyil.
  • Digər simptomlar
    • Hepatit, pankreatit və ya tiroidit
  •  

Diaqnostika

Nəcisin əkilməsi və ya antigenlərin təyin edilməsi

  • Ümumiyyətlə, yersiniyaya görə nəcisin əkilməsi əslində kəskin diarreya xəstəliyində təyin edilən nəcisin əkilməsi testinə daxildir. Həssaslığı yüksək olan nüvə turşusunu aşkarlama testi bir alternativdir.
  • Xəstəliyin kəskin dövründə faydalıdır.
  • Enterit əlamətləri aradan qalxdıqda, testin həssaslığı da azalır.

Serologiya

  • Post-infeksion simptomlar (artritlər) əsas diaqnostika metodudur, amma düyünlü eritema, çoxformalı eritema, karditlərin və mənşəyi məlum olmayan qızdırmanın etiologiyasını araşdırarkən anticismlər müəyyən edilə bilər.
  • Bakterial aqlutinasiya analizi xüsusilə IgM anticismlərinin müəyyən edilməsi üçündür. Bundan əlavə, daha konkret olan EIA testi də istifadə edilə bilər (EIA -enzyme immune assay, immunoferment testi).
  • Yaxında baş vermiş infeksiyanı bir zərdab nümunəsi əsasında təyin etmək olar.
  • IgM sinfinə aid anticismlər infeksiya zamanı bir neçə gün ərzində müəyyən edilir və bir neçə aydan sonra yox olurlar.
  • IgG sinfinə aid anticismlər bir neçə il ərzində qan analizlərində aşkar edilə bilərlər.
  • IgA sinifi anticismləri xüsusi olaraq artrit halları ilə əlaqələndirilir.
  • Y. enterocolitica 9 və Brucella arasında çarpaz reaksiya baş verir. Lakin müsbət hallarda diaqnozun təsdiq edilməsi üçün avtomatik olaraq ELISA inqibisiya testi aparılır.

Müalicəsi

  • Xəstəlik adətən özbaşına keçir.
  • Xronik daşıyıcılara rast gəlinmir.
  • Antibiotik müalicəsinin effektinə dair yetərli sübut azdır; antibiotiklərin post-infeksion simptomların meydana gəlməsində rolu da məlum deyil.

Antbiotiklərin təyini

  • Septisemia
  • Xəstəliyin fulminant forması və ya artrit kimi ağır infeksiya əlamətlərinin olması antibiotiklərin təyininə nisbi göstərişdir.

Dərman seçimi və dozası

  • Xinolonlar, məs., siprofloksasin 500 mq x 2 dəfə, 7-10 gün ərzində
  • Tetrasiklinlər yaxşı bir alternativdir.
  • Trimetoprim-sulfa preparatı uşaqlar üçün seçim dərmanıdır.

Məsləhətləşmələr

  • Kəskin appendesitə şübhə olduqda
  • Ağır post-infeksion simptomlar olduqda
  •