Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Burun sınıqları

Mündəricat

Burun sınıqları

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
KarinBlomgren

Əsaslar

  • Burun sınıqlarının diaqnozu klinik olaraq qoyulur.
  • Burun sınıqlarının yerinə salınması adətən ya şişkinlik inkişaf etməzdən əvvəl və da şişkinlik azaldıqda, əksər hallarda yaralanmadan sonra 14 gün ərzində aparılır
  • Bir qayda olaraq burun sınıqları xüsusi mərkəzlərdə müalicə edilir.

Klinik müayinələr

  • Zədələnmədən dərhal sonra ödemi azaltmaq məqsədilə burun üzərinə soyuq paket yerləşdirilir.
  • Xəstənin müayinəsi zamanı burunu palpasiya və təftiş etmək lazımdır.
  • Burunun daxili hissələri baş fənəri və burun güzgüsü vasitəsilə təftiş edilir. 
  • Burunda şişkinlik (ödem) və ya dislokasiya, burun dəliklərində qan müşahidə edildikdə və ya xırıltı (krepitasiya) hiss edildikdə, sınıqdan şübhələnin.
  • Burunun rentgenoloji müayinəsinə ehtiyac duyulmur və onun müalicə üzərində heç bir effekti olmur.
  • Diaqnozu çətinləşdirən amillər
    • şişkinlik (ödem)
    • əvvəldən olan sınıqlar və deformasiyalar
    • burun arakəsməsinin (lat.nasal septum) köhnə deformasiyaları

Müalicə

  • Burun arakəsməsinin açıq sınıqları və zədələnmələri zamanı xəstə, vəziyyəti qiymətləndirmək məqsədilə dərhal xüsusi şöbəyə və ya mərkəzə göndərilməlidir. Digər sınıqlar zamanı isə ödemin azalmasına qədər göndərişi təxirə salmaq tövsiyə edilir. Yalnız bundan sonra burunun vəziyyəti barəsində dürüst qiymətləndirmə aparmaq mümkün olur.
  • Xəstənin xarici görünüşündə xəstənin özünü narahat edən dəyişiklik və ya burun tənəffüsünün obstruksiyası, burun sınıqlarının müalicəsinə göstəriş hesab edilir.
  • Sınıqlar adətən yerli anesteziyanın təsiri altında repozisiya edilir. Ciddi sınıqlar və uşaqlarda baş vermiş sınıqlar ümumi anesteziyanın təsiri altında repozisiya edilir.
  • Selikli qişanın anesteziyası zamanı tətbiq edilən anestetikdən üst çənə sümüyünün (lat. maxilla) punksiyasında istifadə edilə bilər. Anestetik maddə ilə isladılmış bir parça pambıq burun girişinin üst boşluğuna, digəri isə aşağı və orta konxa arasındakı boşluğa yerləşdirilir. Hər iki tənzif mümkün olduğu qədər arxaya yerləşdirilməlidir. Anesteziya 1% lidokain-adrenalin məhlulunun burunun arxa və yan tərəflərinə infiltrasiyası ilə yekunlaşır.
  • bir qədər əyilmiş qaldırıcı və ya xüsusi alətlər, Walsam maşası repozisiyada istifadə edilə bilər. Repozisiyanın məqsədi hissələri bir-birindən ayırmaqdır. Buna nail olmağın ən yaxşı yolu burunu dislokasiya istiqamətində itələməkdir. Framqmentlərin qaldırıcı vasitə ilə mobilizasiyasından sonra onlar, proseduru kontrol etmək məqsədilə barmaqları burunun üzərində saxlamaqla öz yerlərinə yönəldilə bilir. 
  • Repozisiyadan sonra bir neçə günlük dəstəkləyici tamponlar burunun daxilinə yerləşdirilə bilər.
  • Burunun arxa hissəsinə yerləşdirilmiş qips longet və ya nazal splint eksternal fiksatorlar burunun normal pozisiyada qalmasını təmin edir.
  • xarici fiksasiya 1 həftə ərzində saxlanılır.
  • Burun sınıqlarından sonra təxminən bir ay müddət ərzində təmas idman növlərindən uzaq durulması tövsiyə edilir.

 

Adiyyatı mənbələr

 

  • Ədəbiyyat

Renkonen S, Vehmanen S, Mäkitie A et al. Nasal bone fractures are successfully managed under local anaesthesia - experience on 483 patients. Clin Otolaryngol 2016;41(1):79-82.