Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaq poliklinikalarında uşağın psixoloji inkişafının monitorinqi

Mündəricat

Uşaq poliklinikalarında uşağın psixoloji inkişafının monitorinqi

EBM Klinik protokolları
12.04.2017 • Sonuncu dəyişiklik 12.04.2017
KaijaPuura

Ümumi məqamlar

  • Uşağın psixoloji inkişafınınmonitorinqinə valideyn və uşaq arasındakı qarşılıqlı münasibətlərin təsviri daxil olmalıdır. Bu qarşılıqlı münasibətlərdə hər iki tərəf rol oynayır və uşaqğın inkişafında və ya böyüklərin valideynlik bacarıqlarında çatışmazlıq rezliklə qarşılıqlı münasibətlərdə ortaya çıxacaqdır. 
  • Uşağın psixoloji inkişafının izlənməsində müşahidənin əsas aspektinə uşağın emosiyalarının tanınması və idarə edilməsi, sosial qabiliyyətlər, icraedici funksiyalar və davranışın idarə edilməsi daxildir. 
  • Uşağın həyatının birinci ili ərzində valideynlərlərlə erkən qarşılıqlı münasibəti uşağın inkişaf şəraitini formalaşdıracaqdır. 
    • Yaxşı keyfiyyətli erkən qarşılıqlı münasibətlər uşağın psixi sağlamlığına kömək edəcək və müxtəlif xəstəliklərin inkişafının qarşısını alacaqdır. Buna görə də valideynlər uşaq poliklinikasına ziyarət zamanı, onların validyn kimi rollarına, onların münasibətlərinə və uşağa öhdəçilik barədə müzakirə prosesinə cəlb olunmalıdırlar. Müzkirəyə ailə həyatına təsir edəcək və beləliklə valideynlərin sağlamlığına və onların valideynlik öhdəliklərində uğur qazanmaq qabiliyyətinə  təsir edən faktorlar daxil olmalıdır. 
    • Uşağın stimula necə cavab verməsi, yəni uşağın temperamenti həmçinin valideyn -uşaq münasibətlərinə təsir edir və valideynlərlə onların uşağının xarakteri və uşağa yardımı necə ən yaxşı təmin edilməsi haqqında müakirə faydalıdır; məsələn, uşağı sakitləşdirmənin ən yaxşı yolu hansıdır. Valideynlərlə uşağın həddindən artıq həssas və ya stimula qarşı uşağın reaksiyasının ormal və yaxud zəif olmasının valideynlərlə birlikdə aşkar edilməsi sadə, lakin faydalı yanaşmadır. 
    • Adətən valideyn prolemlərinin dinlənməsi və tərtib edilməsi valideynlərin ailə problemlərinə öz həllərini tapması, bununla da  uşağa zərərli effektin azaldılması üçün kifayətdir. Uşaq poliklinikası əməkdaşları və valideynlər arasında yaxşı münasibət və açıqlılıq valideynlərin verilənləri, məsələn, sosial xidmətlər (nümunə üçün, yorğun və ya depressiyalı anaya ev yardımı) və ya ixtisaslı tibbi yardım xidmətlərini qəbul etmələrini asanlaşdıracaq.
    • Ailənin emosional olaraq necə möhkəm olmasını, xüsusilə uşağa baxmaq üçün valideynlərə nə qədər moral dəstəyin veilməsinin müzakirə olunması vacibdir. Belə dəstək, məsələn, ananı doğuşdan sonrakı depressiyadan qaoruyacaqdır. 
      • Valideynlərin psixi xəstəliyinin uşağa təsiri: baxın  . 

Həyatın birinci ili ərzində tibbi müayinələrin məqsədləri

  • Erkən münasibətlərdə hər hansı pozuntular təyin edilməlidir, xüsusilə doğuşdan sonrakı depressiya və valideynlərin yorğunluğu. 
  • Sosial əhatələrində çatışmazlığa görə psixososial dəstəyə ehtiyacı olan ailələr və ya yükləyici faktorlar təyin edilməlidir. 
  • Uşağın yaşına uyğun münasibət qabiliyyətində hər hansı dəyişiklik təyin edilməlidir. 
  • Erkən qarşılıqlı münasibətlərə ruhlandırılmalıdır. 

Həyatının birinci ili ərzində tibbi müayinələr

  • Müayinələrə aşağıdakılar daxil olmalıdır:
  1. Valideynlərlə müsahibə
    • Valideynlərin hansı hissləri vardır? 
    • Valideynlərin uşaq barədə hər hansı qorxuları varmı?
    • Valideynlər bir-birindən, ailədən və yaxud dostlardan dəstək əldə edirlərmi? 
    • Valideynlər nə qədər yorğundurlar? 
    • Uşağın qayğısına qalmaqda nə pozitiv və nə neqativlər vardır?
    • Ailə daxilində həra hansı çətinlik/problemlər varmı?
    • Ailə həra hansı problemi aradan qaldırıblarmı?
  2. Münasibətlərin müşahidəsi
    • Valideyn uşağa tərəf baxırmı və göz əlaqəsi axtarırmı?
    • Valideyn və uşaq eyni şadlıq zamanı eyni zamanda gülürlərmi?
    • Onlar uşaq barəsində hansı tərzdə danışırlar? 
      • Uşağa yönəlmiş danışıqlarda pozitiv ton olmalıdır; uşağa qarşı düşmənçilik ailənin daha dərin öyrənilməli olmasına işarədir.
    • Valideyn uşaqla adətən olduğundan daha yüksək və mülayim səslə (uşaq səsi) danışırmı?
    • Valideyn uşağı təbii olaraq və onu öz bədəninə yaxın tuturmu?
    • Uşağın nitq vvə rəftara cavabı yaşına uyğundurmu?
  3. Uşağın müayinəsi
    • Uşaq normal qışqırırmı və yaşına uyğun tərzdə səs çıxarırmı?
    • Uşaq göz əlaqəsi yarada bilirmi?
    • Uşaq insan üzünə maraq göstərirmi?
    • Uşaq rəftara necə reaksiya verir, o həddindən artıq həssasdır və yaxud onun reaksiyaları normal və ya zəifdir? 
  • Uşağın psixososial inkişafının monitorinq və müayinəsinə görə vacib olan uşaq və valideynlərin hər ikisi üçün bəzi xarakteristika və bacarıqlar aşağıda qeyd olunmuşdur. Bu xarakteristikalar və bacarıqlar müşahidə üçün asandır və müayinə olunan zaman olmalıdır. 

4-6 həftələr

  • Valideyn uşağa baxır və göz əlaqəsi axtarır. 
  • Valideyn uşaqla danışmalı və ona gülümsəməlidir. 
  • Uşaq gözlərini valideynin və ya müayinə edən şəxsin üzünə yönəltməli və göz əlaqəsi axtarmalıdır. 
  • Uşaq yaşına uyğun olaraq müayinə zamanı səs çıxartmalı və hərəkət etməlidir və stimula gecikmədən reaksiya verməlidir. 

Sonrakı müayinə və dəstək tələb edən vəziyyətlər

  • Valideyn uşağa aktiv olaraq baxmır, uşağa qayğısı problemli görünür, uşağa bağlılıqda neqativ xarakter (məsələn, "mənim uşağım tamamilə dözüləsi deyil") və yaxud uşaqla söhbət düşmənçilik və ya alçaldıcıdır. 
  • Valideynin uşaqla rəftarı mexaniki və ya  onun cansız bir əşyaya rəftarı kimi gücündən artıqdır. 
  • Valideyn ağlamağa meyllidir, özünü tükənmiş hiss edir və ya qeyri-adi hissiyatlı olması ortaya çıxır və yaxud ümumiyyətlə müvafiq olmayan davranış nümayiş etdirir? 
  • Uşaq yaxşı qayğısına qalınmış kimi görünür. 
  • Uşaq səs çıxara bilmir. 
  • Uşaq maraq göstərməyən və apatik görünür.
  • Uşaq gözlərini valideynin və ya müayinə edən şəxsin üzünə yönəltmir və göz əlaqəsi yaratmır və göz əlaqəsinə cavab vermir.  

Sonrakı müayinələrin yerinə yetirilməsi

  • Yuxarıdakı əlamətlər valideynlərin həddindən artıq yüklənməsi, psixi sağlamlıq porblemləri və ya valideyn və uşaq arasında qarşılıqlı bağlılığın çatışmazlığına işarədir. Bu sonradan uşa poliklinikası əməkdaşları ilə müzakirə olunmalıdır. 
  • Vəziyyətin kəskinliyindən asılı olaraq ailə psixoloqa, ailə tənzimlənməsi klinikasına və ya böyük/uşaq psixitrik komandasına və əgər lazım olarsa ailə istiqamərli sosial xidmətlərə və ya uşağın qotunması xidmətlərinə yönəldilə bilər. 
  • Valideynlərin funksional qabiliyyətlərinin aşkar şəkildə azaldıqda, valideynin uşağın qayğısına qalmasında pozitiv tapmaması, əgər onda qeyri-real anomaliyalara dair fikirlər varsa ("uşaq narahat olmaqla mənə bilərəkdən ağlayı") və ya psixotik vəziyyətdədirsə (məsələn, " uşaq bilərəkdən məni incitmək istəyir") və yaxud valideynin özünün belə cidmətlərə ehtiyacının olduğu hallarda ixtisaslı tibbi yardım xidmətləri göstərişdir. 
  • Valideynlərin uşaqla kobud və ya düşmən şəklində davranmaları halında ixtisaslı tibbi yardım və uşaq müdafiə xidmətləri gecikdirilmədən tələb olunur; belə ailələrdə uşaqlara zor tətbiq edilməsi riski yüksəkdir. 
  • Digər müalicələrə əlavə olaraq valideynlərin evdə kifayət qədər yardım əldə etdiyinə əmin olmalısınız. 
  • Uşaqdan şübhələnildikdə qeyd olunan problemlər depressiya səbəbindən ola bilər, lakin uşağın eşitməsi və görməsi də həmçinin müayinə olunmalıdır. 

4 ay, hərtərəfli tibbi müayinə

  • Hərtərəfli tibbi müayinədə hər iki valideyn uşaqla birlikdə olmalıdırlar. Bu yolla ikitərəfli valideynlik münasibətlərinin funksionallığını, yəni birgə-valideynliyi qiymətləndirmək mümkündür. 
  • Yaxşı fəaliyyət göstərən valideynlikdə hər iki partnyor bir-birinə valideyn kimi qiymətləndirir və bir-biri ilə əksərən pozitiv yolla danışırlar və konfliktlər azdır. 
  • Valideynlər və uşaq göz əlaqəsi yarada bilməli və müayinə edən valideynlərin uşaqla ünsiyyəti zamanı "uşaq-nitqi"ni təyin edə bilməlidirlər. 
  • Valideyn və uşaqğın birlikdə şənlənməsi, yəni eyni zamanda gülümsəməvə ya gülmək müşahidə olunmalıdır. 
  • Valideynlər uşaqda mümkün qorxu və təsəlliyə ehtiyacı mü.ahidə etməlidirlər, yəni tanış olmayan müayinə edən şəxs ona toxunduqda uşağa heç bir böyük çətinlik olmadan təsəlli verə və sakitləşdirə bilməlidirlər. 
  • Sosial gülümsəmə və qarşılıqlı qarışıq danışıq uşağın bu yaşda edə biləcəyi yeni bacarıqlardır. 
  • Qarışıq danışıq danışmaqda çatışmzlığın altdayatan səbəbi nitq produksiyası və ya eşitməyə təsir edən xəstəliklər, inkişaf pozuntuları və ya kifayət qədər olmayan erkən qarşılıqlı münasibətlər ola bilər. 
  • Əgər uşaq yuxarıdakı bacarıqları edə bilmirsə, valideynlərin depressiya və ya psixi sağlamlıq problemlərinin sonrakı müayinəsi göstərişdir. 
  • Əgər uşaq müayinə edən şəxslə gözəlaqəsi yaratmlrsa, onun gülüşünə cavab vermirsə və yaxud inkişafda apatikv və ləng olması müşahidə olunursa uşaqda depressiyanın mümkünlüyü yadda saxlanmalıdır və uşağın sonrakı müayinəsi uşaq psixiatrı ilə birlikdə aparılmalıdır. 

8 ay

  • Yuxarıda göstərildiyi kimi valideynlik etmə ilə yanaşı valideyn və uşaq arasındakı qarşılıqlı münasibət müşahidə olunmalıdır. 
  • Valideyn və uşaq arasında ortaq şənlik, yəni birlikdə gülümsəmə və gülüşlə müşahidə olunmalıdır. 
  • Uşaq oyunlar vasitəsilə qarşılıqlı ünsiyyət yarada bilməlidir (məsələn, "al və ver" oyunu və qu-ku oyunu).  
  • Müayinə edən şəxs sosial üstünlük vermə adlanan əlamətləri qeyd etməlidir, yəni uşaq sürətlə valideynin üzünə baxaraq yeni vəziyyət və ya şəxsin təhlükəsiz olub-olmadığını yoxlayır. 
  • Sosial üstünlük və kənar şəxslərdən utanmaq, yəni aşkar şəkildə kənar şəxslərin adi qulluğa üstünlük verməsi inkişaf etmiş psixoloji inkişafın əlamətləridir. 
  • Uşaq digər insanın məqsədini başa düşə bilməlidir (yəni uşaq valideynin göstərdiyi əşyaya baxacaq və işarə verən barmağa deyil).
  • Yuxarıdakı bacarıqları yerinə yetirməkdə çatışmazlığın əarxasındakı səbəbvalideyn və uşaq arasındakı kifayət qədər olmayan qarşılıqlı münasibət və ya araşdırılmalı olan inkişaf pozuntusu ola bilər. 
  • Əgər uşaq insanlara maraq göstərmirsə inkişafda gecikmə və ya autistik pozuntudan şübhələnilməlidir və uşaq sonrakı müayinələrə yönəldilməlidir. 

18 ay, hərtərəfli tibbi müayinə

  • Uşaq üz ifadələri və jestlərin köməyilə bəzi məqsədyönlü ünsiyyət yaratmalıdır. 
  • Uşaq bəzi sözlərin mənasını başa düşməlidir. 
  • Uşaq bəzi sözləri dyə bilər, özünü böyüklərə oxşadır. 
  • Uşaq əşyaların dəyişməzliyini başa düşür (məsələn, hədiyyənin kağız parçasının altında gizlədildiyini gördükdən sonra ona aşkar edə bilməlidir). 
  • Simbolik funksiyanın inkişafı uşağın oyununda müşahidə edilir: o simulyasiyalı oyunlar oynayır, məsələn, tikinti bloku telefon kimi istifaə olunur, uşaq valideynə təsəvvür edilən qida verir və s. 
  • Sosial üstünlük vermə və kənar şəxslərə utancaqlıq 18 ayında görünməlidir. 
  • Valideyn ilə uşaq arasında oxşar və uyğunlaşan emosiyalar olmalıdır, məsələn, valideyn sevinclə oyun zamanı uşağa qoşulur və ya peyvənd vurulduqdan sonra həssas səslə uşağı sakitləşdirir. 
  • Valideyn və uşaq arasında eyni sevinc, yəni eyni zamanda gülümsəmə və yaxud gülüşlər müşahidə olunmalıdır. 
  • Valideyn-uşaq münasibətlərində elə vəziyyətlər olmalıdır ki, valideyn uşağı istiqamətləndirir və əgər lazımdırsa onu verbal olaraq və yaxud qeyri-verbal tədbirlərlə məhdudlaşdırır (məsələn, götürülməməli olan əşyanı əlinə almağın qarşısını alır). 
  • Bu bacarıqların çatışmazlığı sonrakı müayinələri tələb edir. 

Məktəbəqədər yaşdakı müayinələr

  • Məktəbəqədər tibbi müayinələrdə qeyd olunan psixososial inkişafın vacib əlamətləri tədricən inkişaf edən özünü idarəetmə bacarığı, empatiya və sosial bacarıqlardır. Bu bacarıqların inkişafı valideynin uşağın davranışını uşağın hisslərinə empatiya (uyğunlaşan) göstərmək və uşağa məhdudiyyətlər qoymaqla tənzimləməsini tələb edir. 
  • Əgər valideynlik bacarığı bəzi səbəblərə görə qeyri-adekvat olduqda və ya uşağın bacarıqları yaşına uyğun olmadıqda sonrakı müayinlər göstərişdir. Uşağın sağlamlıq qeydlərinə ailənin gündəlik həyat tərzi və uşağın tərbiyə prinsiplərinə dair məlumat daxil olmalıdır; belə məlumat valideynlərin rolu baxımından vəziyyəti başa dşməyə kömək edəcəkdir. Tibbi müayinələr zamanı valideyn-uşaq münasibətlərinin müşahidəsi uşağın bacarıq səviyyəsi ilə yanaşı valideynin uşağa münasibəti və onun uşağı tənzimləmə qabiliyyəti haqqında məlumat verəcəkdir. Məqsəd problemləri erkən təyin etmək və uşaq poliklinikasının gösətrdiyi yerli xidmətlər və ailə psixoloji konsultasiyası və ya sosial xidmətlər, uşaq psixiatriyası və uşağın qorunma xidmətləri vasitəsilə kömək etməkdir. 
  • Məktəbəqədər yaşda uşaqların əksəriyyəti evdən kənar uşaq bağçası və ya yasliyə gedirlər. Bu şəraitlərə ümumi adaptasiya və mümkün problemlər (məsələn bullinq) valideynlər və əgər lazım olarsa uşaq və yaslinin əməkdaşları ilə sorğu-sual edilməklə qiymətləndirilməlidir. 

2 il

  • Uşaq aşağıdakıları edə bilməlidir:
    • ünsiyyət üçün söz və qısa cümlələri istifadə etməlidir (məsələn, " mənə ver" və ya "xeyr")
    • münasibtlər zamanı təşəbbüs göstərməli
    • deyildikdə etdiyi hərəkətləri dayandırmalı və qısa, aşkar təlimatlara tabe olmalıdır (özünü-idarə etmə)
    • sakitləşmək və valideyndə sakitləşmə axtarmalıdır (valideyn və uşaq arasında empatiya bacarığı) 
  • Valideyn uşağa aşkar təlimatlar verə və məhdudiyyətlər qoya bilməli və onların gec tətbiq edilmədən yerinə yetirildiyinə əmin olmalıdır. 
  • Valideyn uşağa empatiya hiss etməli və uşağın hislərini başa düşmək və şərik olmaq yolu ilə tənzim etməlidir. 
  • Valideyn və uşaq arasında eyni sevinc, yəni eyni zamanda gülümsəmə və yaxud gülüşlər müşahidə olunmalıdır. 
  • Uşağın zaman və özünü idaəetmə hissinin inkişafı üçün gündəlik rutinləri olmalıdır. 

3 il

  • Uşaq aşağıdakıları edə bilməlidir:
    • nümunə üçün gün ərzində baş vermiş hadisələr haqqında danışmalıdır ("özü haqqında danışma")
    • digər uşaqlara maraq göstərmək
    • qısa zamanda gözləmək
    • valideynin qısa müddətdə olmamasına dözmək
    • reallıq və xəyal arasında fərqi başa düşmək
    • cinsləri fərqləndirə bilmək. 
  • Valideynlik bacarıqları yuxarıdakı kimi. 

4 il, hərtərəfli tibbi müayinə

  • Əvvəl  qeyd olunan bacarıqlara əlavə olaraq uşaq aşağıdakıları edə bilməlidir: 
    • dostluq yaratmalı
    • digərləri ilə birlikdə inetraktiv oyunlarda iştirak etmək. 

5 il 

  • Əvvəl  qeyd olunan bacarıqlara əlavə olaraq uşaq aşağıdakıları edə bilməlidir: 
    • bir əşya üzərində diqqətini 10-15 dəqiqə cəmləmək
    • digərləri ilə birlikdə işləmək
    • rol oyunlarında iştirak etmək
    • nümunə üçün oyunlarda qaydalara riayət etmək
    • dostalrının olması və ən yaxşı dostunun adını deyə bilmək. 

Məktəbəqədər yaşda uşaq üçün lazım olan əlavə müayinələr (mümkün pozuntular mötərizədə)

  • Valideynlər uşağın sağlamlığı və inkişafından narahatlıqlarını bildirirlər. 
  • Yaşa uyğun bacarıqlarda əhəmiyyətli dərəcədə çatışmazlıqlar (inkişafın ləngiməsi). 
  • Uşaq başqaları ilə ünsiyyət axtarmır və özünəməxsus qeyri-adi adətləri vardır (autistik pozuntular, inkişafın ləngiməsi). 
  • Uşaq çox naraha və ya aqressivdir (diqqət əksikliyi pozuntusu, davranış poxuntuları, travmatik hadisə, qayğının əksikliyi və ya qayğıdan imtina edilməsi). 
  • Uşaq ağlağan, ruh düşkünülklü, tənha və ya apatikdir (depressiv pozuntular, travmatik hadisə, qayğının əksikliyi və ya qayğıdan imtina edilməsi). 
  • Uşaq onun həyatına məhdudiyyətlər yaradacaq dərəcədə bir çox şeylərdən qorxur (təşviş pozuntusu, travmatik hadisə).
  • Uşaq öz valideynlərindən istənilən müddətdə ayrıla bilmir (ayrılıqla əlaqədar həyəcan pozuntusu). 
  • Uşağın qidalanma və ya yatmaqda çətinliyi var. 
  • Valideynlərin valideynlik bacarıqlarında çatışmazlıq var və ya imtina etmək və yaxud həddindən artıq fiziki cəzaya şübhə vardır (uşaq qorunması xidmətlərinə ehtiyac var). 
  • Valideyn uşaq düşmək kimi danışıq və ya onunlar ağır əllə rəftar edir. 
  • Problemlər ilkin olaraq uşaq poliklinikasında müzakirə olunmalı və sonra uşaq ilə valideynləri müvafiq olaraq ailə psixoloji konsultasiyası, ixtisaslı tibbi yardım (uşaq psixiatriyası, uşaq nevroloqu, foniatriya) və ya uşaq müdafiəsi xidmətlərinə yönəldilməlidir.