Diaqnostik koronar angiografiya
EBM Klinik protokolları
12.09.2018 • Sonuncu dəyişiklik 14.03.2017
HelenaKervinen
Əsas məqamlar
- Koronar angioqrafiya koronar arteriyaların anatomiyasını öyrənmək və onların sayı, lokalizasiyası və koronar damarların mümkün stenozunun ağırlıq dərəcəsini müəyyən etmək üçün istifadə edilir.
- Ciddi stenoz aşkar olunduqda, həmin anda terapevtik yəni müalicəvi müdaxilənin aparılması da mümkündür. Bu hallarda məs., balon angioplastika (həmçinin dərmanlı balon) və, əgər tələb olunarsa, metal meş (metal və ya dərmanlı stent) yerləşdirməklə damarın mənfəzinin açıq saxlanması mümkündür.
Göstərişlər
Stenokardiya və ya gərginlik səbəbindən inkişaf edən digər simptom
- Müvafiq addımların atılması yerli tibbi qayğı standartları ilə müəyyənləşdirilə bilər. Lakin, müdaxiləyə göstərişi təyin etmək üçün kardioloqun müayinəsi çox vaxt tələb olunur. Konkret pasientdə potensial invaziv müalicəvi müdaxilələrin aparılmasının (perkutan koronar müdaxilə və ya aorto-koronar şuntlama) və tələb olunan farmakoterapiyanın yararlılığı əvvəlcədən dəyərləndirilməlidir.
- Terapiya alan zaman fiziki gərginlik səbəbindən inkişaf edən stenokardiya simptomları (döş ağrısı, dispnoye və ya təngənəfəslik, halsızlıq) və ürəyin xronik işemik xəstəliyinin test-önü mövcudluğu ehtimalı yüksək olduqda (> 85%): ya koronar angioqrafiya, ya da digər növ diaqnostik görüntüləmə metodu nəzərdən keçirilməlidir.
- Farmakoterapiyanın optimal səviyyəsinə rəğmən, pasientin gündəlik həyatını ağırlaşdıran fiziki gərginliklə əlaqəli simptomlar; ürəyin xronik işemik xəstəliyinin test-önü mövcudluğu ehtimalı 15-85% və gərginlikli stres test və ya digər diaqnostik görüntüləmə zamanı işemiyaya dəlalət edən əlamətlər olduqda.
- Dərmanla müalicəyə baxmayaraq, gərginliklə əlaqəli stenokardiya simptomları (döş ağrısı, dispnoye, halsızlıq) ilə yanaşı ürəyin xroniki işemik xəstəliyinin test-önü ehtimalı ≥15%-dan yuxarı olması və işemiyaya işarə edən digər əlamətlərin mövcudluğu (sol mədəcik funksiyasının zəifləməsi və ya lokal divar hərəkətliyinin pozulması, aritmiyalar).
Kəskin döş ağrısı
- STEMİ (ST elevasiyalı miokard infarktı): koronar angioqrafiya mümkün qədər tez bir zamanda həyata keçirilməlidir; baxın Kəskin koronar sindrom və miokard infarktı.
- ST-seqmentinin qalxmaması ilə miokard infarktı (NSTEMI): koronar angiografiya klinik vəziyyətdən asılı olaraq təyin edilir; lakin 2-72 saat ərzində aparılması məqsədəuyğundur; baxın Kəskin koronar sindrom və miokard infarktı.
Digər göstərişlər
- Naməlum etiologiyası olan ürək çatışmazlığı və ya divar hərəkətliyinin pozulması: səbəbi axtarın
- Mədəciklərin fibrilyasiyası səbəbindən aparılmış uğurlu ürək-ağciyər canlandırmasından sonra əlavə müayinə kimi
- Ürəyin klapan xəstəliyi hallarında invaziv müdaxilədən əvvəl müayinə
- Ürək transplantasiyasından əvvəl müayinə
Əksgöstərişlər
- Nisbi əksgöstərişlərə daxildir:
- ağır infeksiya, sepsis
- yaxınlarda baş vermiş nevroloji pozuntu
- ciddi hemorragik diatez
- ağır dərəcəli böyrək çatışmazlığı
- kontrast maddəyə allergiya.
Müvafiq resurslar
- Koxran icmalları
- Sübutların icmalı
- Klinik təlimatlar
- Ədəbiyyat