Menisk yırtıqları
EBM Klinik protokolları
21.07.2017 • Sonuncu dəyişiklik 21.07.2017
JerkerSandelin
Əsas məqamlar
- Dizin artikulyar meniskinin ən önəmli funksiyası xüsusilə, qaçış və ya tullanma kimi intensiv fiziki fəaliyyətlə məşğul olunduqda, diz oynaqlarındakı gərginliyi bədəndən xaric etməkdir. Bunlar dizin sabitliyi ilə yanaşı, oynaqların yağlanması və qığırdaq səthinin qidalanması baxımından da vacibdir.
- Menisk zədələnməsinin tipik əlamətləri arasında oynaqdakı ağrı, həmçinin şişkinlik, dizlərin tutulması və taqətsizlik mövcuddur.
- Daha öncə, açıq əməliyyat tətbiq edildikdə, xəstələrdə menisk tamamilə çıxarılırdı. Bu, 10 il ərzində bütün xəstələrdə vaxtından əvvəl osteoartritin yaranmasına səbəb olurdu. Hazırda, menisk yırtığı endoskopik olaraq müalicə olunur və lazımi miqdarda (mümkün qədər az hallatfa) menisk toxuması çıxarılır. Menisk mümkün olduqda isə yerinə geri tikilir.
- Degenerativ Menisk yırtığına əlavə olaraq diz oynağında digər degenerativ dəyişikliklər müşahidə olunarsa, menisk rezeksiyasının çox az, bəzi hallarda isə heç bir faydası olmayacaq. Bu zaman təcili endoskopiyaya ehtiyac olmur və bir çox xəstələr konservativ müalicədən faydalanır.
Epidemiologiya
- Menisk yırtığı insanlar arasında yayılmış ümumi haldır; İnsanlar arasında menisk yırtığının baş vermə ehtimalı 60-70 / 100 000-dir. "?".
- Menisk zədələnmələri ən çox kişilər arasında yayılmışdır; Hər iki cinsdə baş vermə ehtimalı müxtəlif tədqiqatlara əsasən, 2,5: 1-4.5: 1 nisbətindədir "?".
- Travmatik menisk yırtıqlarına, əsasən, 20-30 yaşlı xəstələrdə, 40 yaşdan 60 yaşadək kişilərdə isə degenerativ yırtıqlara rast gəlinir. Qadınlarda, 20 yaşdan yuxarı bütün yaş qruplarında menisk yırtıqları ümumi hal hesab olunur.
Zədələnmənin mexanizmi
- Menisk zədələrinə dizin bükülməsi zamanı alınan xəsarətlər səbəb olur.
-
- Diz büküldükdə və ayaqlar yerə qoyulduqda, budun xaricə doğru hərəkəti və dizin ardıcıl olaraq uzadılması nəticəsində medial menisk zədəsi yaranır.
- Lateral menisk zədəsi isə budun daxilə doğru hərəkəti və dizlərin eyni anda uzadılması nəticəsində ortaya çıxır.
- Degenerativ yırtıqlar daha uzun müddət ərzində yaranır və hər zaman diz zədələnmələri ilə əlaqələndirilmir.
Simptom və əlamətlər
- İnsanlarda medial menisk lateral meniskdən beş dəfə çox zədələnir.
- Diz ağrısı zədələnmə zamanı müşahidə olunur, şişkinlik isə bir neçə saat ərzində özünü müruzə verir və demək olar ki, zədələnmə anında diz dərhal tutulur.
- Hemartroz, menisk oynaq kapsulundan ayrılmadıqda, yaranan menisk yırtığı ilə əlaqəli deyildir.
- Dizin təkrar tutulması və dizdə taqətsizlik
- Oynaq xəttində ağrı zamanı, xəstə sanki dizi yerindən qopurmuş kimi hiss edir.
- Toxunduqda yırtılmış meniskdə oynaq xətti boyunca ağrının yarandığı palpitasiya yaranması ən önəmli klinik müayinələrdən biridir.
- Apley testi: Xəstə dizlərini 90 ° dərəcə bükülü formada tutmaqla, üzü üztə uzanır. Baldır sümüyünün üzərinə şaquli istiqamətdə təzyiq göstərməklə, menisk artikulyar səthlər arasında sıxılır və bu da ağrıya səbəb olur. Ayaqları yuxarı qaldırmaqla, menisk üzərindəki təzyiq azalır, ancaq qığırdaq üzərindəki gərginlik isə artaraq ağrıya səbəb olur. Testin məqsədi ilk növbədə menisk və qığırdaq zədələrini bir-birindən fərqləndirməkdir.
- McMurray testi: Dizi əvvəlcə maili istiqamətdə bükmək, sonra isə maksimum dərəcədə açaraq uzatmaq lazımdır. Test meniskin ön, orta və arxa tərəflərinə təzyiq göstərməklə təkrarlanır. Əgər şaqqıltı eşidilirsə və həmin anda ağrı müşahidə olunursa, testin nəticəsi müsbət sayılır.
- Diaqnoz artroskopiya, MRT ilə təsdiqlənir.
-
Menisk yırtığının növləri
- Menisk yırtığı, ümumilikdə, artroskopiya və ya MRT nəticələrinə görə təsnif edilir. Ən çox rast gəlinən yırtıqlara şaquli vəziyyətdə uzununa olan yırtıqlar, maili yırtıqlar, yəni dil şəklində yırtıqlar, horizontal, məsələn degenerativ yırtıqlar, radial yırtıqlar və cür çoxformalı kombinasiyalar daxildir.
- Gənc xəstələrdə ən çox rast gəlinən yırtıq növləri uzununa şaquli ("kova sapı") və radial yırtıqlardır. Bu növlərə qığırdaq zədələnmələri ilə əlaqədar olaraq da rast gəlinir.
- Horizontal və dil şəklində olan yırtıqlar kimi degenerativ yırtıq növlərinə yaşlı insan qruplarında rast gəlinir. Bu yırtıqlar, adətən meniskin arxa buynuzlarında olur.
- Kök yırtığı olaraq bilinən yeni yırtıq növü, meniskin arxa kökündəki yırtıqdan ibarətdir. Bu yırtıqlara həm lateral, həm də medial meniskidə rast gəlinir. Medial yırtıqlar daha çox yayılmışdır, ümumiyyətlə, orta yaşlı insanlarda (> 50 yaşlı) bu yırtıqlar daha çox müşahidə olunur və mütləq şəkildə diz zədəsi ilə əlaqələndirilmir. Lateral meniskin arxa kökündəki yırtıqlar gənc insanlarda diz zədələnmələri nəticəsində baş verir, əksər hallarda ön çarpaz qığırdaq yırtığı ilə birlikdə müşahidə olunur.

Greis PE, Bardana DD, Holmstrom MC, Burks RT. Menisk zədələnməsi: I. İlkin araşdırma və qiymətləndirmə. J Am Acad Ortopedik Cərrahiyyə 2002 May-İyun;10(3):168-76. Sohn DH, Moorman CT. Meniskin çıxarılması, cari konsepsiyalar. J Diz Əməliyyatı 2008 Apr;21(2):145-53.