Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qasıq ağrısı

Mündəricat

Qasıq ağrısı

EBM Klinik protokolları
26.07.2018 • Sonuncu dəyişiklik 16.05.2017
JaroKarppinen KajSundqvist

Əsaslar

  • Təcili müalicəni zəruri edən septik infeksiyalar müəyyənləşdirilməlidir.
  • Rentgen etdirməzdən əvvəl belə bud sümüyünün boyun hissəsinin sınma ehtimalını nəzərə alaraq ağırlıq qaldırmağın göstərə biləcəyi əlavə zərərlərdən ehtiyyat etmək lazımdır.

Azyaşlı və yeniyetmə xəstələr

  • Stresdən qaynaqlanan vətər və ya əzələ zədələri
    • Ombanın aduktor əzələlərinin zədələnməsi və gərilməsi geniş yayılmışdır və ağrıya səbəb olan və ya zəif omba aduksiyasının kliniki müayinəsi ilə nəticələnir. Bu zədəyə ilk növbədə idmançılarda (həmçinin yetkin şəxslərdə) ya əzələdə (yırtıq), aduktor vətərdə (tendinoz) və ya əzələ qovşaqlarında (entezitlər) rast gəlinir.
    • Qalça-bel əzələsinin tendinopatiyası və ya bursiti qasıq ağrılarına səbəb ola bilər. Ombanın əyilməsi ağrılıdır və davamsızdır.
    • Birləşmiş vətər zədələnmələrində ("qasıq dağılması", əvvəllər "idman yırtığı") əslində kənardan görünən heç bir yırtıq olmasa belə aşağı qarın əzələləri (təxminən əsasən çəp qarın əzələləri və ya onların vətərləri) ağrıyır. Aşağı qarının bir tərəfində və ya mərkəzində məşqlərə mane olacaq qədər güclü səbəbi dəqiq bilinməyən küt ağrı olur.
    • Osteitis pubis və ya qasıq sümüyünün steril iltihabı qasıq ağrılarına səbəb ola bilər. Ağrı aşağı qarın boşluğunun bir tərəfində və ya mərkəzində hiss edilə bilər. Qasıq simfizinə ön tərəfdən əlin içi ilə toxunduqda onun həmişə həssas olduğunu görürük.
  • Yetkinlik yaşına çatmayan xəstələrdə bud oynaqlarının kəskin sinoviti
    • Əsasən tənəffüs infeksiyalarından sonra
    • Bud oynağının daxili fırlanmasının kəskin şəkildə məhdudlaşması (şəkil)
  • Omba sümüyünün boyun hissəsinin və qasıq sümüyünün stress qırığı
    • Həddən artıq gərginliyə görə, məs. hərbi xidmətdə
  • Femur başı epifiziolizi
    • Yeniyetmə artıq çəkili oğlanlar
  • Femur başı epifizisinin osteonekrozu, yəni Perthes xəstəliyi
    • Əsasən 5 yaşdan 9 yaşa qədər oğlanlarda
  • Sümük şişi
    • Ağrılara ən çox səbəb olan şiş Osteoid osteomadır
    • Gecə ağrıları
  • Reaktiv artrit və ya revmatoid artrit
    • Əsasən simptomlar digər oynaqlarda da müşahidə olunur
  • Septik artrit
  • Qasıqda ağrılı limfa düyünü
    • Erizipel, tularemiya, genital və ya alt ekstremist infeksiya
  • Qasıq yırtığı
  • Bud bölgəsində bursit
  • Bud siniri düyünü
    • Əsasən qığırdaq labrumunun cırılması ilə əlaqədar olur
  • Yayılan ağrı
    • Sidik kisəsi kolikası ağrısı qasıqdan yuxarı tərəfə yayılır.
    • Yayılan ağrı testislər və prostatdan da qaynaqlana bilər.
    •  

Yetkin və yaşlı xəstələr

  • Aşağıda qeyd edilmiş kliniki testlərin etibarlılığı yoxlanmamışdır və buna görə də onlar müəyyən şərtlərlə edilməlidir.
  • Yuxarıdakılara əlavə olaraq
    • Bud osteoartriti
      • Budun hərəkət diapazonu, xüsusən daxili fırlanma məhdudlaşdırılır (video ).
      • Rentgen şüaları osteoartrik dəyişiklikləri göstərir.
    • Sakroiliak oynaq iltihabı və ya zədələnməsi
      • Sl oynaq provokasiya testləri müsbət ola bilər.
      • Yerimə və fiziki gərginlik ağrını kəskinləşdirə bilər (nəzərə alınmalıdır ki, yerimək kürək problemlərindən qaynaqlanan ağrıları yüngülləşdirir).
    • FAI (femoro-asetabulyar impincment)
      • Femur və sirkə kasası arasındakı anormal əlaqə bir sıra normal hərəkətlərin məhdudlşması kimi təzahür olunur. Bu, sirkə kasası və femur başı və ya boynu bölgələrində dəyişiklərdən qaynaqlanır.
        • İlkin impincment göstəriciləri: xəstə arxası üstə, bud nahiyəsi 90° əyilmiş şəkildə, dizləri bükülmüş və iç tərəfə istiqamətlənmiş vəziyyətdə uzanır. Qasıq bölgəsində ağrının olması müsbət göstəricidir (kəlbətin və cam, FAI-nin iki növü)
        • İmpincmentin sonrakı göstəriciləri: xəstə müayinə masasının sonunda arxası üstə, bud nahiyəsi kənara uzadılmış şəkildə, dizləri bükülmüş, bud sümüyü bir az çölə tərəfə istiqamətlənmiş vəziyyətdə (xaricə fırlanma) uzanır ki, bu da posteroinferior oynaq bölgəsinə güc düşməsinə səbəb olur.
      • Femoral vətərlərin sınması
      • İdmançılardakı ağrıların səbəbinin geniş elmi araşdırılması
        • Vətər yoxlanması: bud 70° əyilmişdir, tam abduksiya vəziyyətinə gəlmiş, daha sonra 30° orta xəttə doğru qayıtmışdır və bu halda budun tam daxilə və xaricə fırlanması hərəkətləri icra edilir. Bud bölgəsindəki ağrı müsbət göstəricidir.
    • Sinir tutulması
      • Meraljiya parestetikada (sinir tutulması. cutaneus femoris lateralis) ağrı ombanın anterolateral tərəfində olur. Ağrı keylik və sızıltı ilə müşaiət olunur. Xəstələr əsasən artıq çəkili şəxslər olur.
      • İlioinquinal sinir, obturator sinir, genitofemoral sinir, ombanın daxilində ağrılar
      • Əgər sinir tutulmasından şübhələnirsinizsə, "açıb bükmə" manevri faydalı ola bilər: xəstə kürək onurğasl hiperekstend (açılmış) vəziyyətdə durur və gövdəsini ağrıyan tərəfə doğru bükür. əgər ağrıyan tərəfdən uzaqlaşdıqca ağrı şiddətlənirsə, bu qasıq bölgəsində sinir tutulmasını göstərir.
        • Oburator sinir tutulması: xəstə bir ayağı üzərində dayanır və digər budu abduksiya vəziyyətinə, çölə tərəf gətirir. Oburator sinir olan bölgədə ağrı yoxlamanın cavabının müsbət olduğunu göstərir.
        • Yuxarı kürəkdəki (L1-L2) sinir köklərinin qıcıqlanması zamanı ağrı qasıq hissə ilə də əlaqəli ola bilər.
    • Femur buynu sınığı
      • Yıxılmadan sonra gəzmək mümkün olsa belə daxili sınıq ola bilər.
    • Femoral başın osteonekrozu
      • Məs. qlukokortikoid müalicəyə görə
      •  

Yoxlama

 

 

Sheen AJ, Stephenson BM, Lloyd DM et al. 'Treatment of the sportsman's groin': British Hernia Society's 2014 position statement based on the Manchester Consensus Conference. Br J Sports Med 2014;48(14):1079-87. Amanatullah DF, Antkowiak T, Pillay K et al. Femoroacetabular impingement: current concepts in diagnosis and treatment. Orthopedics 2015;38(3):185-99. de SA D, Phillips M, Philippon MJ et al. Ligamentum teres injuries of the hip: a systematic review examining surgical indications, treatment options, and outcomes. Arthroscopy 2014;30(12):1634-41. Rassner L. Lumbar plexus nerve entrapment syndromes as a cause of groin pain in athletes. Curr Sports Med Rep 2011;10(2):115-20.