Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağzın selikli qişasının virus infeksiyaları

Mündəricat

Ağzın selikli qişasının virus infeksiyaları

EBM Klinik protokolları
23.03.2017 • Sonuncu dəyişiklik 03.09.2017
TuulaSalo MariaSiponen

Ağzın selikli qişasının virus infeksiyaları

Herpes simpleks virusu (HSV)

  • Ağzın selikli qişasının infeksiyaları adətən  Herpes simplex virusu (HSV) tip 1 tərəfindən törədilir. Hadisələrin təqribən 10 - 15%-inin törədicisi HSV-2-dir.

Birincili infeksiya

  • Hadisələrin 99%-ində birincili infeksiya asimptomatik yaxud yüngül simptomatikdir.
  • Birincili infeksiya adətən uşaq vaxtında, bəzən isə 20 yaşından gec yoluxur.
  • Xəstələrin 1%-də birincili oral HSV infeksiyası fulminant febril stomatitlə özünü göstərir. Bu zaman ağrılı qabarcıqlar həm diş ətində, həm də ağzın bütün selikli qişasında yaranır (gingivostomatit; şəkil ). İnfeksiya ağız suyu vasitəsilə ağız ətrafı dəriyə yayılır.

Təkrarlanan HSV infeksiyası

Diaqnostikası

Müalicə

  • Birincili infeksiya
    • İstirahət
    • Ehtiyac olarsa ağrılı qabarcığa  lidocaine sprey applikasiyası (məs. Xylocain® 100 mq/ml sprey məhlulu; 1 sprey tərkibində 10 mq; yaşı 12-dən az olan uşaqlar üçün maksimal doza 3 mq/kq-dır)
    • Ağzın gigiyenasını qorumaq üçün chlorhexidine ağız yaxalayıcısı (2 mq/ml; 1 dəqiqə müddətinə yaxalamaq üçün 10 ml gündə 2 dəfə; məhlul sonra ağızdan atılır).
    • Aciclovir ilə müalicə istifadə edilə bilər: 2 yaşdan böyük uşaqlara tablet şəklində 200 mq yaxud mikstura şəklində 5 ml ver (40 mq/ml), 5 dəfə 5 gün. 3 ay - 2 yaş arası uşaqlara miksturadan gündə 5 dəfə 5 gün müddətinə 2.5 ml ver.
    • Valaciclovir 500 mq gündə 2 dəfə 5 - 10 gün müddətinə alternativdir.
  • Təkrari infeksiya
    • Aciclovir kremi 5 gün gündə 5 dəfə, aciclovir  tabletləri 200 mq gündə 5 dəfə 5 gün, valaciclovir  tabletləri, 2 000 mq (4 tablet)  gündə 2 dəfə 1 gün və ya aciclovir  miksturası 5 ml gündə 5 dəfə 5 gün tövsiyyə edilir . Profilaktik müalicə xüsusi hallarda təyin edilməlidir (200 mq gündə 4 dəfə və ya 400 mq gündə 2 dəfə 6 - 12 ay; qısamüddətli profilaktik kurs da təyin edilə bilər, məs səyahət zamanı).
  • Əvvəlki tədqiqatlara əsasən lazer müalicəsi labial herpesin sağalmasını sürətləndirə və  residivlərin tezliyini azalda bilər .
  • Aciclovirə rezistent HSV subtipləri hələ ki, nadirdir, lakin onlar immun çatışmazlığı olan xəstələrin müalicəsində problem yarada bilər.

Herpes varicella - zoster virusu (VZV)

Diaqnostikası

Müalicəsi

Enterovirus infeksiyaları

Herpangina

  • Koksaki A (Coxsackie A) virusu tərəfindən törədilir.
  • Bu patologiya uşaqlar arasında epidemiyalar şəklində (yay və erkən payızda) ortaya çıxır.
  • Simptomlara qızdırma, halsızlıq, qarın ağrısı, baş ağrısı və əzələ ağrısı aiddir. Generalizasiya olunmuş simptomlar oral simptomlardan əvvəl ortaya çıxır.
  • Oral simptomlara damaq qövsü, yumşaq və sərt damaqda, dilçək və badamcıqlarda olan qabarcıqlar aiddir . Başlanğıcda qabarcıqlar kiçikdir və aydın halo ilə əhatə olunmuşdur. Yavaş - yavaş onların ölçüsü böyüyür və 4 - 6 gün ərzində spontan sağalır. Boğaz diffuz şəkildə qızarır.
  • Diaqnostika klinikdir və ya  enteroviruslar virus kulturasında aşkar edilə bilər.
  • Diferensial diaqnostika
    • Herpangina zamanı diş ətində HSV infeksiyasından fərqli olaraq qovuqlar qeyd edilmir.
    • HSV patologiyaları həmçinin herpanginadan fərqli olaraq daha uzun müddət qalır və daha ağrılıdır.
    • Herpesəbənzər afta zamanı nə ümumi simptomlar, nə də qabarcıqlar qeyd edilmir.
    • Streptokokk tonzilliti zamanı diffuz faringit, qabarcıqlar və ümumi simptomlar çox ağır dərəcədə deyildir.

Əl - ayaq - ağız xəstəliyi

  • Adətən Coxsackie virus tip A16 və ya enterovirus 71 tərəfindən törədilir.
  • Sinonim: ekzantemalı enteroviral vezikulyar stomatit
  • İnkubasiya dövrü adətən 3 - 5 gündür.
  • Ağrısız qabarcıqlar əlin ovuz səthində, ayaqaltında və yanaq regionu üstünlük təşkil etməklə ağzın selikli qişasında meydana gəlir. Ümumi simptomlar yüngüldür və 5 gün ərzində geriyə inkişaf edirlər.
  • Diaqnostikası klinikdir yaxud kulturada enterovirusların aşkar edilməsi ilə diaqnoz qoyulur.

Papillomaviruslar (HPV)

  • Hal - hazırda insan papillomaviruslarının (HPV) 100-dən çox müxtəlif tipi aşkar edilmişdir. Onların bəziləri yalnız dəridə və digər tipləri isə yalnız selikli qişalarda infeksiya törədir. Ağzın selikli qişasını HPV-nin həm genital tipləri (məs. HPV 6, 11, 16, 18, 31, 33, 42), həm də dəri tipləri (məs. HPV 2, 4, 7, 57) infeksiyalaşdıra bilir.
  • Ekzofitik, gül kələminə bənzər ziyillər (papillomalar, kondilomalar) ümumi populyasiyanın 0.4%-inin ağzının selikli qişasında inkişaf edir. Uşaqların əllərində geniş yayılmış ziyillər barmaqların sovrulması yolu ilə ağız boşluğuna keçə bilər.
  • Digər xarakteristik HPV patologiyasının - fokal epitelial hiperplaziyanın (FEH) etioloji faktoru HPV 13 və ya HPV 32-dir. Bu patologiya çoxsaylı, hamar və kiçik fibromalar şəklindədir.
  • Yuxarıda qeyd edilmiş aydın klinik patologiyalardan əlavə HPV-lər ağzın sağlam selikli qişasında latent infeksiya kimi məskunlaşa bilər (xəstələrin 12%-də).
  • HPV udlaq və dil kökü nahiyəsində ağız boşluğu xərçəngi üçün risk faktorunu təşkil edir.
  • Diaqnoz klinik mənzərə və biopsiya materiallarında xarakteristik, HPV-nin induksiya etdiyi skuamoz hüceyrə dəyişikliklərinə əsasən qoyulur.
  • Müalicə
    • Patologiyaların böyük qismi spontan olaraq geri sorulur. Uyğun olan hallarda cərrahi eksiziya icra edilə bilər və ya patologiya lazer yaxud krioterapiya ilə ortadan qaldırıla bilər. Biopsiyada displastik dəyişikliklər aşkar edilən kimi xəstənin diqqətli təqibi vacibdir.

Ebşteyn - Barr virusu (EBV)

İnfeksion mononukleoz (öpüşmə xəstəliyi)

  • Tipik hallarda simptomlara qızdırma, boyun və qoltuqaltı limfa düyünlərinin böyüməsi (limfadenitə bağlı) və penisillinə cavab verməyən eksudativ tonsillit aiddir. Bəzi hallarda, diş ətində ağrılı xoralar və ya damaqda petexiyalar aşkar edilir. İnfeksiya çox zaman dalağın böyüməsi və uzanmış qızdırma ilə əlaqəli olur. Xəstələrin 15%-də xəstəliyin erkən mərhələlərində göz qapaqlarının ödemləşməsi müşahidə edilir.
  • Diaqnostikası
    • Heterofillik anticismləri aşkar edən sürətli analiz neqativdirsə serumda  EBV-spesifik anticismlər yoxlanılır. EBV infeksiyası qanda mononuklear hüceyrə sayını artırır. Ehtiyac olarsa  EBV toxuma nümunələrində immunohistokimyəvi və ya nuklein turşusu hibridləşməsi ilə aşkar edilə bilər.
  • Müalicə 
  • Mononukleoza bağlı ağızda yaranmış dəyişiklərin spesifik müalicəsinə ehtiyac yoxdur.

Tüklü leykoplagiya

  • Bu dilin hər iki tərəfini əhatə edən bilən, arxa üçdə birindən başlayan dili ağ örtüklə əhatə edən patologiyadır. Etioloji faktor olaraq EBV təsdiq edilmişdir.
  • Patologiya immunosupressiv vəziyyətlərlə (hər hansı səbəbli) əlaqəlidir və İİV ilə infeksiyalaşmış xəstələrdə geniş yayılıb. HAART müalicəsinin tətbiqi ilə tüklü leykoplagiyanın rast gəlinməsi azalmışdır.
  • Tüklü leykoplagiya klinik cəhətdən asimptomatik və təhlükəsizdir. Çünki biopsiyada displastik dəyişikliklər aşkar edilmir. İİV olan xəstələrdə tüklü leykoplagiyanın olması pis proqnostik əlamət sayılır.
  • Diferensial diaqnoza  mexaniki zədələnməyə bağlı hiperkeratotik patologiyalar, göbələk infeksiyaları və liken planus patologiyaları daxildir.
  • Diaqnostikası 
  • Kliniki mənzərə və histoloji dəyişikliklər tipikdir.
  • Müalicə 
  • Bu patologiyaların müalicəsinə gərək yoxdur. Bəzi hallarda HSV infeksiyalarının müalicəsində istifadə edilən sxemə uyğun aciclovir təyin edilir.

Müvafiq resurslar

Arduino PG, Porter SR. Oral and perioral herpes simplex virus type 1 (HSV-1) infection: review of its management. Oral Dis 2006;12(3):254-70. de Paula Eduardo C, Aranha AC, Simões A et al. Laser treatment of recurrent herpes labialis: a literature review. Lasers Med Sci 2013;():. Patton LL, Ramirez-Amador V, Anaya-Saavedra G et al. Urban legends series: oral manifestations of HIV infection. Oral Dis 2013;19(6):533-50.