Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yaşla əlaqəli makulyar degenarasiya (AMD)

Mündəricat

Yaşla əlaqəli makulyar degenarasiya (AMD)

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
PaulaSummanen SannaSeitsonen

Xüsusiyyətləri

  • Yaşla əlaqəli makulyar degenarasiya (AMD və ya ARMD ) yaşlanma ilə əlaqədar göz dibi sahəsində yüksək görmə itiliyinin (makula) degenerasiyasıdır.
  • Qeyri-eksudativ və ya quru forma yavaş inkişaf etdiyi halda eksudativ və ya nəm forma daha tez inkişaf edir (günlər və ya həftələr ərzində).
  • Xəstəliyin eksudativ formasından əziyyət çəkdiyi ehtimal olunan xəstəni gecikmədən araşdırma və müalicəyə yönəldin. Həmçinin xəstənin gündəlik həyatında xəstəliyin əhəmiyyətini nəzərə alın.
  • Daha yaşlı xəstə iti görmə qabiliyyətinin azalmasının kataraktın, ikinci dərəcəli kataraktın və ya köhnə eynəkdən istifadənin nəticəsi olduğunu düşünə bilər; çünki bu kimi hallarda eksudativ AMD daha da kəskinləşir və xəstə müalicə almazdan əvvəl görmə itiliyi nəzərəçarpacaq dərəcədə zəifləyir. 

Epidemiologiyası

  • Sənayeləşmiş ölkələrdə 65 yaşdan yuxarı xəstələrdə görmə qabiliyyətinin pozulmasının əsas səbəbi 
  • AMD-nin bəzi dərəcələri 60 yaşdan yuxarı şəxslərin 10%-də, kəskin forması isə 1% şəxsdə müşahidə olunur. Bu, hər üç xəstənin ikisində ikitərəfli olur.
  • Təxminən 10-20% şəxsdə AMD-nin eksudativ növünə, 80–90% şəxsdə isə qeyri-eksudativ "quru" növünə rast gəlinir.
  • Daha ciddi forması qadınlarda kişilərə nisbətən daha çox yayılıb."?> 

Patologiyası

  • Yaş ən vacib risk faktorudur: epiteliya piqmenti və fotoreseptor hüceyrələri yaşlandıqca mərkəzi görmə sisteminin retinal sahəsinin degenerasiyasına səbəb olur.
  • Siqaret çəkmək əsas risk faktorudur
  • Göz dibi dövranındakı dəyişikliklər (arterioloskleroz) də səbəb ola bilər.
  • AMD-nin ümumi ürək-damar xəstəliyi ilə əlaqəli müəyyən risk faktorlarına sahib olduğu güman edilir: hipertenziya, hiperkolesterolemiya, artıq çəki, fiziki aktivliyin aşağı olması və qeyri-kafi miqdarda qoruyucu qidalar (antioksidantlar) ehtiva edən bir pəhriz.
    • Qida rasionunda balıq və tərəvəzlərdən istifadə AMD riskini azaldır.
  • AMD-dən əziyyət çəkən insanlarda xəstəliyə genetik meyillik olduğu təsdiqlənib; məs., H və ARMS2 tamamlayıcı faktorlar ilə əlaqəli genlərdə olan polimorfizm təhlükə riskini artırır. 

Növləri

Qeyri-eksudativ və ya quru forma

  • Piqment epiteliyası və fotoreseptor hüceyrələri pozulur və məhv olur (degenerativ dəyişikliyin növü ).
  • Qeyri-eksudativ formanın ilk mərhələsində piqment epiteliyasındakı piqmentlər qeyri-bərabər paylandığına görə göz dibindəki piqment qrupları və depiqmentasiya edilmiş sahələr, həmçinin sarımtıl, adətən, dəyişkən ölçülü yumru, solğun rəngli və lazımsız məhsul çöküntüsü görünür (druzlar; şəkil ). Qeyri-eksudativ formanın növbəti mərhələsində isə fotoreseptor hüceyrələri və piqment epiteliyası olmayan böyük atrofik sahələr mövcuddur.
  • İllər və onilliklər keçdikcə degenerasiya yavaş-yavaş artır.

Eksudativ və ya nəm forma

  • Quru formadan yarana bilər.
  • Retinal piqment epiteliyasının və retinanın altındakı Brux membranındakı kəsintilər sayəsində xoroiddən yeni damarlar çıxır. Bu damarlar həssasdır və qanamağa meyillidir.
  • Quru formada müşahidə olunan dəyişikliklərə əlavə olaraq ödəm, sarımtıl lipid deosu və qanama da meydana çıxır (şəkil ).
  • Qanama bəzən vitröz sahəyə yayıla bilər.
  • Günlər və həftələr keçdikcə xəstəlik daha tez irəliləyir.
  • Fərqli diaqnoz: digər diabetik makulyar növləri arasında müxtəlif səbəblərdən yaranan makulyar ödəm (metamorfopsi bölməsinin aşağısındakı məqaləyə baxın).

Simptomları

Diaqnoz

Müalicəsi

 

Müvafiq mənbələr

 

Schmidt-Erfurth U, Kaiser PK, Korobelnik JF et al. Intravitreal aflibercept injection for neovascular age-related macular degeneration: ninety-six-week results of the VIEW studies. Ophthalmology 2014;121(1):193-201. Comparison of Age-related Macular Degeneration Treatments Trials (CATT) Research Group., Martin DF, Maguire MG et al. Ranibizumab and bevacizumab for treatment of neovascular age-related macular degeneration: two-year results. Ophthalmology 2012;119(7):1388-98. Age-Related Eye Disease Study Research Group. A simplified severity scale for age-related macular degeneration. AREDS Report No.18. Arch Ophthalmol 2005;123:1570-4 Age-Related Eye Disease Study Research Group. A randomized, placebo-controlled, clinical trial of high-dose supplementation with vitamins C and E, beta carotene, and zinc for age-related macular degeneration and vision loss: AREDS report no. 8. Arch Ophthalmol 2001 Oct;119(10):1417-36. "?>