Üz dermatozu
EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 30.05.2017
AlexanderSalava
Xüsusiyyətləri
- Ekzema və çəhrayı sızanaq (rosacea) qrupu xəstəliklərini fərqləndirmək çox vacibdir.
- Allergik kontakt dermatitinin yarana bilmə ehtimalını yadda saxlayın (kosmetika, dəriyə qulluq vasitələri və s.)
- Digər yerlər də (baş dərisi, dərinin digər bölgələri, dırnaqlar, qulaqlar) müayinə edilməlidir, çünki diaqnostik göstərişlər, adətən, üzdən fərqli nahiyələrdə görünür.
Səbəbləri
Ən geniş yayılmış səbəbləri
- Üz dərisi dermatozunun ən geniş yayılmış səbəbləri aşağıdakı cədvəldə göstərilib.
Üz dərisi dermatozunun ən geniş yayılmış səbəbləri
| Səbəb |
Nahiyə |
Diaqnostik açarlar |
| Atopik ekzema |
Göz qapaqları, üz, boyun, yuxarı üzvlər (şəkillər ) |
|
| Seboreik ekzema |
Qaş ətrafı, saqqal ətrafı, nasolabial qatlanmalar, alın, saç xətti, qulaq ətrafı, sinə (şəkillər ) |
|
| Sızanaq |
Yanaqlar, alın, çənə (şəkillər ) |
- Komedon və papulopüstülər
- Tarix
- Tipik yaş
|
| Rosacea |
Üzün mərkəzi (şəkillər ) |
- Qızartı
- Papulopüstülər
- Tarix
|
| Perioral dermatit |
Ağız ətrafı və/ya gözlər (şəkillər ) |
- Tipik yaş
|
| Allergik kontakt dermatit |
|
- Güclü qaşıntı
- Kontakt allergiyalar diaqonuzu?
- Kosmetika və ya dəriyə qulluq məhsulları?
|
| Psoriaz |
Üzdə yarana bilər, lakin adətən, simptomları dərinin başqa nayihələrində də görünür (şəkillər ) |
|
Üz infeksiyaları
- Streptoderma (şəkillər )
- Adətən, bir neçə simptomu olur
- Sarı qabıq, qabarcıq və ya yara ilə aydın şəkildə görünən eritematoz ləkələr
- Xəstəlik həmişə xəstənin olduğu mühitdəki yoluxmuş insandan keçir.
- Kəmərləyici herpes (şəkil )
- Ağrı ilə başlayır.
- Birtərəfli
- Toxunduqda ağrıyan eritematoz dəri
- Tək dermatomlarda vesiküllər qrupu
- Qızıl yel (şəkillər )
- Qızdırma və ümumi simptomlar
- Şiddətli istilik, formasız eritema, adətən, ləkəyəbənzər ödəm
- Herpes (şəkillər )
- Ağrı və sızlama ilə başlayır.
- Yaralar tez-tez eyni nahiyədə yaranır.
- Çox qabarcıq ilə eritema səpgiləri
- Ekzema herpetik (Kaposi varicelliform eruption; şəkillər )
- Atopik ekzema virusuna yoluxan xəstələrin üz dərisində herpeslər geniş yayıla bilər.
- Anidən yarana kisəciklər çoxalır və eroziya artır
- Göbələk xəstəliyi
- Adətən, boyunun tüklü hissəsində rast gəlinir
- Aydın şəkildə görünür, kənarları qabıqlıdır, adətən, papulopüstülərə bənzəyir
- Heyvanlarla kontaktda olmaq barəsində maraqlanın.
Üz dərisi problemlərinin digər səbəbləri
- Vitiliqo (şəkil )
- Göz və ağız ətrafı üçün səciyyəvidir
- Asimptomatik, aydın şəkildə görünən, simmetrik, hiperpiqmentasiya ləkələri
- Atopik ekzema sağaldıqdan sonra hiperpiqmentasiyalar (ağ dəmrov) qala bilər.
- Övrə (şəkillər )
- Dodaq və ya göz qapaqlarının ağrısı, sızlaması, şişməsi
- Paroksismal eritema, qızartı
- Şiddətli davam edən eritema, istilik
- Tərləmə halı baş verə bilər.
- Melazma (şəkil )
- Adətən, yanaqlarda və ya gicgahda xroniki, yaxşı təyin edilə bilən hiperpiqmentasiya ləkələri
- Tez-tez oral kontraseptivlər qəbul etməyə başladıqda və ya hamiləlik zamanı baş verir
- Fotodermatit və işığa həssaslıq ilə əlaqədar digər dəri xəstəlikləri (şəkil )
- Polimorf işıq erupsiyası və ya fototoksik reaksiyalar, məsələn
- Günəş işığına məruz qalmanın tarixi
- Ultrabənövşəyi şüalara məruz qalmış qaşınan və sızlayan nayihələr
- Qırmızı qurd eşşəyi (şəkil )
- Dəri ilə məhdudlaşmış növlər; məs., qırmızı qurd eşənəyi
- Yanaqlar, burun, alın
- Xroniki yara yaradan ləkələr
- Gün işığına məruz qalsa, daha da pisləşə bilər.
Müayinəsi
Tarixi
- Bu problem anidən yaranır, yoxsa xronikidir? Əvvəlcədən mövcud olan dəri xəstəliyinin ağırlaşmasıdır?
- Dəri xəstəliklərinin tarixi mövcuddur? Məsələn, atopik ekzemanın ailə tarixçəsi var?
- Xəstədə diaqnoz qoyulmuş kontakt alergiyası var? Məsələn, xəstə kosmetikaya və ya dəriyə qulluq məhsullarına hər hansı reaksiya verib?
- Yaralar qaşındırıcıdır (atopik ekzema, allergik kontakt dermatit)?
- Xəstədə ağrı və ya ümumi simptomlara rast gəlinir (infeksiyalar)?
Kliniki müayinə
- Dəri yaraları ümumi nəzrə yetirilməklə daha yaxından müayinə edilməlidir. Əsas diqqət yetirilməli məqamlar:
- Yerləşməsi (simmetrik, birtərəfli, periora və s.)
- Yaralar qabıqlıdırmı (ekzema olduğu güman edilir), yaxud üzərində papulopüstülər varmı (sızanaq-çəhrayı sızanaq qrupu xəstəlikləri olduğu güman edilir)?
- Yaraları asanlıqla təyin etmək mümkündür?
- Qabıq, qabarcıq və ya yara (impetiqo?), komedon və papulopüstülər (sızanaq-çəhrayı sızanaq qrupu xəstəlikləri) var?
- Digər nahiyələri də yoxlayın (baş dərisi, dərinin digər nahiyələri, dırnaqlar, qulaqlar və s.).
Laboratoriya testləri
- Atopik ekzemada ümumi serum IgE səviyyələri yüksələ bilər, lakin normal səviyyələr xəstəliyi istisna etmir. Yetkinlərdə atopik ekzemalar ümumiyyətlə IgE vasitəli allergiya ilə əlaqəli deyil və buna görə də dəriyə iynə batırmaq testinə ehtiyac olmur. Bəzi xəstələrdə ekzemanın (məsələn, qida məhsulları, heyvanlar, çiçək tozu) IgE vasitəçiliyi ilə ağırlaşması ola bilər və belə olduğu halda, dəriyə iynə batırma testi göstərilə bilər.
- Göbələk xəstəliyinə yoluxma ehtimalı olduqda mikroskopik nümunələr və müvafiq prosedurlar tələb edilə bilər
- Seboreik dermatit xəstəliyi zamanı Malassezia göbələk növü mikroskop altında görülə bilər, lakin göbələk analizi hələ də neqativdir. Diaqnoz klinik xüsusiyyətlərə əsaslanmalıdır.
- Allergik kontakt dermatitinə yoluxma ehtimalı olduqda maya testləri göstərilə bilər.
- Dəri biopsiyası (məs., bədxassəli şişin və ya aktinik keratozun xaric edilməsi) yalnız dəridə şiş və ya konturlanmış, eritematoz, qabıqlı yaralar olduqda faydalıdır.
- Ekzematoz xəstəliklərində, sızanaq-qırmızı sızanaq qrupu xəstəliklərində və dəri infeksiyalarında dəri biopsiyasının faydası yoxdur (xüsusi histologiyası yoxdur)
- Lupus eritematozu xəstəliyi zamanı anti nüvə antikor serumu artırılmalıdır. Mənfi nəticələr dəri ilə məhdudlaşan xəstəlikləri istisna etmir.
- Dəridə lupus eritematozuna yoluxma ehtimalı varsa, dəri biopsiyası və immunofloresan testi həyata keçirilməlidir.
Müalicəsi
- Mümkün kauzativ müalicə
- Allergik kontakt dermatit xəstəliyinə səbəb olan faktordan yayınmaq lazımdır
- Atopik üz ekseması havadan keçən allergik maddələr vasitəsilə daha da şiddətlənə bilər (tozlanma fəslində, heyvanla təmas zamanı və s. bir yerə yığılma). Bu kimi hallarda məruziyyətdən yayınmaq tələb edilə bilər.
- Sızanaq-çəhrayı sızanaq qrupu xəstəlikləri yerli qlükokortikoidlər, sistemik qlükokortikoidləri və ya digər hormon, yaxud bəzi sistemik dərmanlar vasitəsilə güclənə və ya hərəkətə keçə bilər.
- Ekzematoz xəstəlikləri zamanı ilk üstünlük verilən müalicə üsulu 1-2 həftəlik fasilələr ilə yüngül (I Sinif) topikal qlükokortikoidlər müalicəsidir. Ciddi hallarda orta təsirli (II Sinif) məhsullar qısa müddət ərzində (məs., 5-7 gün) istifadə edilə bilər.
- Üz nahiyəsi topikal qlükokortikoid yağların (telanjiektazi, atrof, piqmentasiyada dəyişikliklər) əks təsirlərinə qarşı xüsusilə həssasdır. Təsirli və ya çox təsirli topikal qlükokortikoidlər üz nahiyəsinə tətbiq edilməməlidir.
- Topikal kalsinevrin inhibitorları (takrolimus və pimekrolimus) da atopik ekzema, həmçinin ekzemanın digər növlərinin və üz psoriazının müalicəsində çox təsirlidir.
- Əlavə olaraq, seboreik dermatit xəstəliyinin müalicəsi zamanı azelaik turşusu məlhəmi və ya geli və metronidazol məlhəmi və ya gelinin, topikal göbələyə qarşı dərmanın təsirinin sübutu mövcuddur.
- Sızanaq-çəhrayı sızanaq qrupu xəstəliklərinin müalicəsi ekzematoz xəstəliklərinin müalicəsindən kəskin şəkildə fərqlənir. Üz göbələyi topikal göbələk əleyhinə dərman ilə ilə müalicə olunmalıdır. Tük köklərinin dibinə (irinli səpgi, abseslər) yayılan müalicəsi çətin göbələk infeksiyaları zamanı 1-4 həftəlik sistemik göbələk əleyhinə dərmanlar ilə müalicə birləşdirilməlidir.
Mütəxəssis məsləhəti
- Allergik kontakt dermatiti xəstəliyinə yoluxma ehtimalı varsa, yama testi həyata keçirilməlidir.
- Müalicəyə müqavimət göstərən ciddi üz səpkiləri olduqda dermatoloqla məsləhətləşmək lazımdır.
- Şiddətlii sızanaqlar dermatoloq nəzarəti altında izotretinoin ilə müalicə edilməlidir.
Gamble R, Dunn J, Dawson A et al. Topical antimicrobial treatment of acne vulgaris: an evidence-based review. Am J Clin Dermatol 2012;13(3):141-52.