Boyunda şişkinlik
EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 15.02.2018
TimoAtula
Əsas məqamlar
- Etiologiyanı qiymətləndirdikdə infeksiyanın mümkün simptomlarını, pasiyentin yaşını və şişkinliyin lokalizasiyasını nəzərə alın.
- Kəskin infeksiyadan sonra boyunda limfa düyünləri çox zaman iki tərəfli böyüyür. Bu məqalədə şişkinliyin 2-4 həftə ərzində çəkilmədiyi və ya yerli infeksiya ilə aydın surətdə əlaqəli olmadığı vəziyyətlərdən bəhs edilir.
- Həmçinin, normal limfa düyünləri də (< 1 sm) çox zaman palpasiya edilə bilir. Bundan başqa hətta azca böyümüş simmetrik palpasiya edilə bilən limfa düyünləri də çənə bucaqları nahiyəsində çox rast gəlinir və nadir hallarda əlavə müayinələr tələb edilir.
Uşaqlar və yeniyetmələr