Xarici qulaq keçəcəyinin yuyulması
EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
TatuKemppainen
Əsas məqamlar
- Yuyulmadan öncə qulaq müayinə olunmalıdır.
- Xarici qulaq keçəcəyinin yuyulmasına göstəriş nədir?
- Təbil pərdəsinin tamlığı pozulmamışdır ki?
- Diaqnozun qoyulmaığı təqdirdə bir terapevtik sınaq kimi xarici qulaq keçəcəyinin yuyulması diaqnozu ləngidə bilər və hətta vəziyyəti pisləşdirə bilər və buna görə də tövsiyə olunmur.
- Yuyulmadan xarici qulaq keçəcəyi təmizlənməli və sorulma vasitəsilə qurudulmalıdır.
Göstərişlər
- İnfeksiyalar
- Kəskin xarici otitlər
- Orta otitlər və təbil pərdəsinin perforasiyası.
- Qulaqda timpanostomiya borusu ilə otoreya.
- Yad cismin xaric olunması
- Bərk yad cismin pinsetlə, qulaq üçün qarmaqla çıxarılması və ya sorulması yuyulmadan daha çox praktikdir.
- Qulaq ifrazatının xaric olunması.
- Qulaq ifrazatı(qulaq kiri) yuyulma olmadan ən asan sorulma, pambıq tampon və ya maqqaşla çıxarıla bilər.
- Xarici qulaq keçəcəyinin yuyulması effektiv surətdə qulaq kirini yumşaldır və onun xaric olunmasını asanlaşdırır, lakin, onun xaric olunması üçün bu, nadir hallarda yetərli olur.
Prosedur.
- Yuyulma üçün maye
- Yuyulma üçün maye bədən temperaturunda olmalıdır.
- Əks təqdirdə, yuyulma daxili qulağın vestibulyar orqanında rotator başgicəllənmə, nistaqm və bəzən qusmaya səbəb olan kalorik reaksiya ilə nəticələnə bilər.
- Fizioloji duz məhlulu ən təhlükəsiz seçimdir.
- Əgər təbil pərdəsinin zədələnməməsinə əmin olmaq olarsa, etanol və duzlu məhlul da həmçinin, istifadə etmək olar.
- Etanol orta qulaqda yanğı hissiyyatına və üz siniri yaxud daxili qulağın disfunksiyasına səbəb ola bilər.
- Yuyulma təchizatı
- İrriqasion ucluq, şpris (maksimal 20 ml), ləyən, 2-mm sorucu ucluq
- İcrası
- Pasiyent yaxud assistentdən ləyəni qulağın alt tərəfində saxlamağı xahiş edin.
- İrriqasion ucluğu xarici qulaq keçəcəyinin bayır dəliyinə doğru birləşdirin və mayeni çəp şəkildə qulaq keçəcəyinin arxa divarına doğru istiqamətləndirin.
- İrriqasion mayeni yavaş-yavaş qulaq keçəcəyinə yeridin.
- Yuyulmadan sonra xarici qulaq keçəcəyinin müayinəsi
- qulaq keçəcəyində qalan nəmliyi xaric etmək üçün sorulmadan istifadə edin.
- Yuyulmadan sonra qulaq keçəcəyində qala biləcək hansısa cismi xaric etmək üçün sorma, maqqaş(pinset) yaxud oxşar alət istifadə edin.
- Daha sonrakı təmizlənməyə yaxud nəmin qurudulmasına etinasız yanaşılma , xarici eşitmə keçəcəyinin iltihabı üçün əlverişli şərait yaratmış olacaqdır.