Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Septisemiya

Mündəricat

Septisemiya

EBM Klinik protokolları
31.05.2016 • Sonuncu dəyişiklik 07.08.2013
Veli-JukkaAnttila

Əsas məqamlar

  • Həmişə olmasada, çox zaman müsbət qan kulturası nəticələri göstərən, mikrob mənşəli ağır sistemik xəstəlik.
  • Vəziyyəti çox ağır olan və ciddi simptomlar nümayiş etdirən xəstələrdə septisemiyadan sübhələnmək lazımdır.
  • Xəstənin anamnezidə mümkün etioloji agent haqqında ip ucları olur: xəstəliyin ilkin simptomları, onların davam etmə müddəti, son müdaxilələr, əsas ümumi xəstəliklər, alkoqol qəbulu, tənəffüs və ya sidik yolları simptomları, immunosupressiv dərman maddələri, splenoektomiya, yaralar, dişlənmiş yerlər, diş problemləri, səyahət və s. 
  • Xəstəxanaya yerləşdirilməsi dərhal həyata keçirilməmiş xəstələrdə serum CRP-ni (C-reaktiv zülalı) təxirə salmadan yoxlayın.
  • Dəri infeksiyasından əziyyət çəkən xəstələrdə streptokokk və stafilokokk mənşəli sepsis ehtimalını nəzərə alın.
  • Petexiya (nöqtəvari qansızmalar) və geniş qanaxmalar: meninqokokk, pnevmokokk və ya Capnocytophaga canimorsus (məsələn, it dişləməsindən sonra).
  • Ağır infeksiyaların bütün şübhə yaradan hallarında meninqit diaqnozu qoymaq məqsədilə ənsə əzələlərinin  rigidliyini yoxlayın və şüur səviyyəsini qiymətləndirin.

Septisemiyaya işarə edən simptomlar və əlamətlər

  • Sistemik iltihabi cavab sindromu (SİRS,systemic inflammatory response syndrome) meyarları; bundan septisemiyanın ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə istifadə edilə bilər, lakin hospitalizasiya zərurəti barədə yalnız bu meyarlara əsaslanaraq qərar vermək olmaz.
    • Bədən temperaturu > 38°C və ya < 36°C
    • Sürətli ürək döyüntüləri > 90/dəq
    • Spontan nəfəs alma zamanı artmış tənəffüs göstəriciləri > 20/dəq və ya pCO2 < 4.3 kPa
    • Ağ qan hüceyrələrinin miqdarı > 12 × 109/l və ya < 4 × 109/l və ya > 10% yetişməmiş neytrofillər
  • Ümumi süstlük
  • Yayılmış və ya yerli ağrı
  • Üşütmə
  • Yorğunluq, halsızlıq
  • Ürəkbulanma
  • Qusma
  • Dəri simptomları (adətən petexiya, hematoma)
  • Aşağı qan təzyiqi, lakin xəstənin bədəni istidir (''isti dəri'')
  • Çaşqınlıq
  • Əsas ümumi xəstəliklərin izah edilə bilinməyən ağırlaşmaları

Müayinələr

  • Klinik müayinələr: nəbzin sürəti, qan təzyiqi, nəbz oksimetriyası, tənəffüs sürəti, ürək və ağ ciyər auskultasiyası, dərinin müayinəsi, qarnın auskultasiyası və palpasiyası, ağzın və boğazın müayinəsi, limfa düyünlərinin palpasiyası, anal nahiyyənin müayinəsi.
  • Zərdabda C-reaktiv zülalının yüksək səviyyəsi simptomların ən azı 12 saat davam etməsi şərtilə septik infeksiyalar üçün yaxşı göstərici hesab edilir. Bu vaxta qədər C-reaktiv zülalı hətta septisemiya halında belə normal səviyyədə ola bilər.
  • Leykositlərin miqdarı C-reaktiv zülalın konsentrasiyasından daha tez arta bilər (və buna görə də onların ölçülməsi simptomların ən azı 12 saat davam etməsi halında həyata keçirilməlidir). Bununla belə, leykositlərin aşağı miqdarı septik infeksiyanı istisna etmir.
  • Trombositlərin aşağı miqdarı septisemiyanı və ya digər ciddi bir infeksion xəstəliyin diaqnozunu təstiqləyir (epidemik nefropatiya ehtimalını nəzərə alın).
  • Antibiotik müalicəsinə başlamazdan əvvəl qan kulturasını təyin etmək üçün  iki dəfə qan nümunəsi  götürülməlidir. Septik şok zamanı nümunələr eyni zamanda hər iki qoldan götürülməlidir. Xəstədən temperaturun pik həddində nümunələr götürülməməlidir. Əgər yüksək temperatur yenə də müşahidə olunursa, antibiotiklə müalicə aparılan zaman  qan kulturası üçün  təkrarən analiz  götürülməlidir.

Əvvəlcədən sağlam olan şəxslərdə septisemiyanın ən geniş yayılmış etioloji səbəbi

  • E. coli
  • Pnevmokokk
  • Staphylococcus aureus
  • Meninqokokk
  • A qrup beta-hemolitik streptokokk
  • Sidik yolları simptomları müşahidə olunan xəstələrdə E.coli, Klebsiella növləri və enterokokk urosepsisin ən geniş yayılmış səbəbləri sayılır.

Müalicə

  • Elektrolit məhlulu ilə maye terapiyasına (məs. Ringer məhlulu) şoku müalicə etmək məqsədilə mümkün qədər tez bir zamanda (xəstəxanaya göndərilməmişdən əvvəl) başlanılmalıdır. Xəstəyə bir neçə litr elektrolit məhlulu lazım ola bilər. Əgər hipotenziya tənzimlənə bilməzsə, katexolaminlərin tətbiqinə (əsasən noradrenalin) dozanın tədricən artırılması ilə cəhd etmək olar.
  • Əgər klinik vəziyyət meniqokokk sepsisinə işarə edərsə və ya əgər xəstənin ümumi vəziyyəti qənaətbəxş sayılmazsa və xəstənin təcili yardım şöbəsinə çatdırılması bir saatdan daha çox bir müddəti əhatə edərsə: 
    • antibiotiklərə başlayın (məs. penicillin G, cefuroxime və ya üçüncü nəsil cephalosporin)
    • Xəstəxana ilə məsləhətləşin və antibiotikə başlamazdan əvvəl qan nümunəsi götürün (əgər qan nümunəsinin götürülməsi üçün sınaq şüşəsi yoxdursa, qanı şprisə doldurub isti yerdə saxlayın, məs. xəstənin pencəyinin cibində). Tez bir zamanda tətbiq edilən antibiotik terapiyası xəstənin həyatını xilas edə bilər.
  • Qranulositopeniyalı qızdırması olan xəstələrdə (neytropeniya: xəstə sitotoksik dərman preparatı qəbul edir) geniş spektorlu beta-laktam, məsələn, üçüncü nəsil cephalosporin(məs. ceftazidime), piperacillin-tazobactam, imipenem-cilastatin və ya meropenem-in  tətbiqinə hər zaman qan kulturası üçün nümunə götürüldükdən sonra başlanılır . Pseudomonas mənşəli infeksiyalardan şübhələnmədikdə ceftriaxone + aminoglycoside-in (məs. tobramycin) kombinasiyası tətbiq edilə bilər. Neytropeniyalı xəstə müalicə olunmadığı halda bir neçə saatın içində sepsisdən ölə bilər. Müəssisəniz tərəfindən qəbul edilən antibiotik təlimatlarına əməl edin.
  •  
  • Septisemiyadan şübhələnilən xəstənin müalicəsi xəstəxana şəraitində aparılmalıdır. Əgər təhlükəsizlik barədə hər hansı şübhə varsa, xəstənin xəstəxanaya daşınması zamanı həkim xəstəni müşayiət etməlidir.
  • Əgər qan kulturası üçün nümunə ilkin səhiyyə xidməti müəssisəsində götürülübsə (məs. piyelonefrit və ya pnevmoniya zamanı) və nəticə müsbət çıxarsa, lakin xəstənin vəziyyətində aşkar şəkildə yaxşılaşma hiss olunarsa, xəstənin müalicəsi xəstəxanaya göndərilmədən ilkin səhiyyə xidməti səviyyəsində aparıla bilər.

 

Adiyyatı mənbələr

 

  • Koxran nəzəriyyələri
  • Digər dəlillər icmalı
  • Klinik təlimatlar
  • Ədəbiyyat