Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ambulator müalicədə vaxtından əvvəl doğulmuş körpə

Mündəricat

Ambulator müalicədə vaxtından əvvəl doğulmuş körpə

EBM Klinik protokolları
24.01.2017 • Sonuncu dəyişiklik 24.01.2017
MarjoMetsäranta KristiinaSaarinen

İzah

  • Erkən doğulmuş uşaq, hamiləliyin 37+0 həftəsindən öncə doğulmuş körpələrə deyilir. Erkən doğulmuş körpələrin çoxunun çəkisi 2 500 qramdan az olur. Erkən doğulmuş uşaq digər yeni doğulmuş uşaqlarda olduğu kimi kiçik (hamiləlik dövrü üçün kiçik-HDK), normal (hamiləlik yaşına uyğun - HYU) və ya böyük (doğun tarixinə görə) ola bilər.
  • Çox balaca erkən doğulmuş bir uşağın çəkisi 1 500 qramdan az, erkən doğulmuş həddindən artıq kiçik köpənin çəkisi isə 1 000 qramdan az olur.
  • Düzəldilmiş yaş, yəni inkişaf dövrü, doğum tarixi əvəzinə, erkən hamiləlikdə ultrasəs müayinəsinə və ya son menstruasiya görə təyin olunan gözlənilən doğum tarixindən hesablanır. Erkən doğuş uşağın böyüməsini və ya inkişafını sürətləndirmir. Düzəldilmiş yaş təqvim yaşından uşağın formalaşma dövründə başlayan həqiqi bioloji yaşına uyğun gəlir. Erkən doğulmuş körpənin böyüməsi və inkişafı, düzəldilmiş yaşa görə olan fərq təcrübədə qiymətləndirilməlidir. Əgər uşaq hamiləliyin 28-ci həftəsindən əvvəl doğulmuşsa, düzəliş bir yaşında və bəlkə də iki yaşında olmalıdır, lakin üç yaşında olmur .
  • Müayinə: bax .

Böyümə

  • Erkən doğulmuş körpələrin böyüməsi düzəldilmiş yaşa görə qiymətləndirilir.
  • Doğulduğu ilk ildə, vaxtından əvvəl doğulmuş körpələr üçün xüsusi olaraq hazırlanmış böyümə qrafiklərindən istifadə olunur. Bu qrafiklər, çəkini (bu yaşda) dəqiq olmayan boy ilə əlaqələndirmədən izləməyə imkan verir. Doğuşun təxmin edilən vaxtından əvvəl doğulmuş bir körpənin böyüməsi körpələrin doğuş çəkisinə əsaslanan qrafiklərdən istifadə edilərək qiymətləndirilir.
  • Erkən böyümənin yoxlanılması bətndə uşağın böyüməsi qrafikinə əsaslanır ."?>
  • Doğuş zamanı 1 500 q-dan çox ağırlığı olan körpələr doğuş kilosuna çatdıqdan sonra (10-14 gündə) balanslı şəkildə böyüyürlər.
  • Doğuşdan sonrakı suboptimal şərtlər səbəbindən çox erkən doğulan körpələrdə böyümə demək olar ki, daim geri qalır. Qidalanma ilə yetərincə qısa müddətdə həm körpələrdə, həm də bətndaxili böyümə pozğunluğu olan körpələrdə (doğum tarixi üçün kiçik) böyümə başlayır. Nəzərdə tutulan böyümənin olmaması qidalanma və ya bədənin funksiyaları və ya bəzi əsas xəstəliklərlə əlaqəli problemlərin olduğunu göstərir.

Qidalanma

Enerji, zülallar, minerallar

  • Erkən doğulmuş körpələrin böyümə sürəti, dölün böyüməsində olduğu kimi, vaxtında doğulmuş körpələrə nisbətən daha sürətli olur. Beləliklə, vaxtında doğulmuş körpələrə nisbətən, erkən doğulmuş körpələrin doğulduğu ilk həftələrdə və aylarda qidalandırıcı maddələrə və enerjiyə daha çox ehtiyac olur. Digər körpələrlə eyni inkişaf səviyyəsinə çatmaq da öz növbəsində qida və enerji ehtiyyacını artırır . Digər tərəfdən də, anadan əldə edilən qidalar da az olur. Tənəffüs problemlərinə görə mayenin miqdarı normal çəkisinin yarısından daha az olmaqla məhdudlaşdırıla bilər.
  • Doğuş zamanı 1800 q-dan çox çəkidə dünyaya gələn körpələr vaxtında doğulmuş körpələrin pəhrizlərinə bənzər pəhriz vasitəsi ilə yaxşı böyüyürlər.
  • Çox az çəki ilə doğulmuş körpələrin qidalanması, vaxtında doğulmuş körpələrin qidalanmasından fərqlənir.
    • Xəstəxanada qaldığı müddət ərzində və çıxdıqdan sonra ana südü zülallar və minerallarla möhkəmləndirilməlidir və ya xüsusi preterm reseptlər istifadə olunur. Bu reseptlər adi reseptlərə nisbətən daha çox enerji, zülal və qidalandırıcı elementləri ehtiva edir.
    • Qidanın müxtəlif maddələr vasitəsi ilə zəngiləşdirilməsi prosesi dayandırıla bilər və ya uşağın böyümə prosesi yaxşı gedərsə, gözlənilən doğum tarixinə qədər bir çox hallarda normal bir reseptə keçid edilə bilər.
    • Enerji qəbulu normal (110–135 kkal/kq/24 s) olsa belə, əgər böyümə zəifdirsə, yağın azalması pozulmadığı təqdirdə enerji qəbulunu artırmaq üçün heç bir əsəs yoxdur. Zəif böyümə, çox güman ki, bəzi digər qida, ən çox yayılmış zülal çatışmazlığından qaynaqlanır.
    • Xəstəxanada və yaya uşaq "full-term" olana qədər xəstəxanadan çıxandan sonra və yaxud 3000–3500 q çəkidə olduqda, ana südü normal reseptlərdə istifadə oluan qidalandırıcı elementlər, züllal və enerji ilə zənginləşdrilmiş preterm reseptlər, eləcə də, züllallar və minerallarla zənginləşdirilməldir. Bu formullar ana südünə əlavə kimi də istifadə edilə bilər. "?>
  • Hər hansı bir xüsusi qida məhsullarının istifadəsi və pəhriz planları xəstəxanada təlimatlandırılmalıdır.

Dəmir

  • Erkən doğulmuş uşaqlarda vaxtında doğulan uşaqlara nisbətən daha çox dəmir lazım olur, çünki qan həcmi və dəmir ehtiyatları azdır və nisbi böyümələri sürətlidir. Dəmirin çox hissəsi hamiləliyin son həftələrində anadan dölə köçürülür. Dəmir çatışmazlığı beynin böyüməsinə və inkişafına zərərli təsir göstərir və uşağda dəmir çatışmazlığı anemiyanın yaranmasına gətirib çıxarır.
    • Əlavə dəmir "?>, doğum ağırlığı 2 500 q-dan az olan bütün körpələrə, 2 həftəlik yaşdan başlayaraq gündə təxminən 2 mq/kq dozada, maksimum qəbulu 15 mq/kq olmaqla verilir.
  • Əlavə dəmir ümumiyyətlə 12 aylıq olana qədər istifadə olunur. Valideynlər üçün yazılı təlimatlar verilir. Maye dəmir preparatları da mövcuddur. Bunlar süd dişlərini rəngsizləşdirə bilər; bu proses zərərsizdir. Dəmir məhlulu qəbul etdikdən sonra ağzını yaxalamaq üçün uşağa, məsələn, təmiz meyvə və ya su verməklə bunun qarşısını almaq üçün bir cəhd edilə bilər.

Vitaminlər

Əlavə qidalar

  • Uşaq digər ərzaq məhsullarını fərdi olaraq almağa başlayır, çünki ana südünün yağ və protein tərkibi anadan anaya dəyişir və uşaq böyüdükcə südün tərkibi də dəyişir.
  • Vaxtında doğulmuş körpələr kimi  4– 6 aylıq olanda əlavə qidaya başlaya bilərlər. Bununla birlikdə, adekvat qidalanmanı təmin etmək üçün çox erkən doğulmuş uşaqlar, xüsusilə də doğuş zamanı 1000 q-dan az çəki olan uşaqlar, bundan əvvəl, 3–3.5 ayda əlavə qida tələb edə bilər."?>
    • Əlavə qidaların tətbiqi ümumiyyətlə təqribən uşaqlar 4 aylıq olanda başlayır.
    • Bundan əvvəl, təxminən 2,5-3 aylıq bir dövrdə, hələ çox kiçik olan bir uşaq ac qaldığı təqdirdə, qarğıdalı, düyü və ya tərəvəzdən hazırlanan (qlutensiz) dənələrdən, gündə 1-2 porsiya olmaqla əlavə qidadan istifadəyə başlaya bilərlər. Yulaf əzməsi adətən digər əlavə qidalardan daha yaxşı olur və daha tox tutarlılığa malikdir. Bir süd qatılaşdırıcısı da istifadə edilə bilər.
    • Uşağın qəbizliyi varsa, abuxara püresi 2,5-3 aylıq olduqdan sonra müalicə üçün istifadə oluna bilər.
    • Ət püresi, dəmirin, mineralların və qidalandırıcı elementlərinin kifayət qədər qəbul edilməsini təmin etmək üçün ən geci 5 aylıq dövrdə başlanır. Ət də zəngin miqdarda zülal ehtiva edir. Quş əti, balıq və yumurta da verilə bilər.
    • Taxıllar (yulaf, arpa, buğda, çovdar) uşağın 6 aylığından etibarən istifadə edilməyə başlanır.

Peyvəndlər

  • BSJ peyvəndi, adətən, 2.5 kq ağırlığa çatdıqdan sonra risk altında olan körpələrə verilir. BSJ və digər peyvəndlər arasında minimum 4 həftəlik ara olmalıdır. "?>
  • İmmunizasiya cədvəlinin qalan hissəsi doğum yaşına görə (və düzəldilmiş yaşa uyğun deyil) həyata keçirilə bilər. Rotavirusa qarşı peyvənd seriyası, doğum yaşının 15 həftəsindən əvvəl başlanır, ancaq xəstəxana müalicəsində olan uşaqlara verilmir. BSJ və digər peyvəndlər arasında minimum 4 həftəlik ara olmalıdır.
  • 6 aydan yuxarı bütün erkən doğulmuş körpələr üçün qripə qarşı peyvənd tövsiyə olunur. Qrip əleyhinə peyvənd, körpə ilə sıx əlaqədə olan insanlar üçün də tövsiyə olunur.

Xəstəliklər

  • Doğumdan sonrakı ilk ildə, vaxtından əvvəl doğulmuş körpələrə tam vaxtında doğulmuş körpələrdən daha çox tibbi xidmət lazımdır. Daha kiçik uşaqlar üçün daha çox qayğı tələb olunur. Ən çox görülən səbəblər tənəffüs yolunda yoluxucu infeksiyalar, qasıq yırtıqları və reabilitasiya ehtiyacıdır.
  • Düzəldilmiş yaşı 3 aydan az olan erkən doğulmuş körpələrdə qızdırma müşahidə olunarsa təcili yardıma müraciət etmək lazımdır.

Tənəffüs orqanlarının perinatal dövrdə meydana çıxan xroniki xəstəliyi (BPD- Bronxopnevmoniya displaziyası)

  • BPD, çox erkən doğulmu körpələrdə oksigen və ventilyasiya müalicəsi nəticəsində yaranan xroniki ağciyər xəstəliyi kimi təyin olunur. Tənəffüs çətinliyinin davam etməsi və doğuşdan sonrakı ilk həftələrində tənəffüs dəstəyinə ehtiyac tipik xüsusiyyətlərdir.
  • BPD diaqnozu körpə dörd həftəlik olanda, şiddət dərəcəsi isə 36-cı hamiləlik həftəsinə uyğun dövrdə təyin olunur.
  • Klinik simptomlara oksigen darlığı, həddindən artıq selik, nəfəs almada ortaya çıxan xırıltı, nəfəs darlığı və obstruktiv xırıltı daxildir. Klinik simptomlara əlavə olaraq diaqnoz sinə rentgenoqrafiyasındakı tipik anormallıqlara və tipik bir genetik problemə əsaslanır.
  • Ən çox təsirlənən körpələrin müalicəsi infeksiyalar zamanı və həddindən artıq selik ifrazatının mərhələlərində inqalyasiya olunan bronxodilatatorlardan ibarətdir. Yelqovucu dərman vasitəsindən istifadə edilmişdirsə, dərmanlar körpə evə buraxılmadan və mayenin məhdudlaşdırılmasından əvvəl dayandırılmalıdır. BPD-nin ən ağır formasında, əlavə oksigenə ehtiyac müddəti uzanır və evdə bir oksigen konsentratı lazım olur. Sağ ürək yükü də aşkar edilə bilər. Bu vəziyyətdə uşağı mümkün ürək dərmanın yazılması üçün məsul uşaq kardioloqu müalicə etməlidir.
  • Kifayət qədər qidalanmanın təmin edilməsi çox vacibdir. BPD-nin müalicəsi və təqibi ixtisaslaşdırılmış tibbi yardım şəraitində təşkil olunur
  • BPD olan körpələrdə ümumi viral infeksiyalar tənəffüs çətinliyini artıra və xəstəxanaya qəbula səbəb ola bilər. Buna görə bu körpələrin ailələrinə infeksiyaya məruz qalacaq təmasların qarşısını almaq tövsiyə olunur.
  • Şiddətli BPD olan uşaqlara RS virusunun səbəb olduğu tənəffüs yoluxucu xəstəliklərin qarşısını almaq üçün respirator senkitial (RS) virusunun epidemiya dövründə profilaktik palivizumab inyeksiyaları təmin edilir.

Duyğusal qüsurlar

Psixomotor inkişaf

Əlaqəli mənbələr

  • Koçrane şərhləri
  • Ədəbiyyat

Niklasson A, Ericson A, Fryer JG, Karlberg J, Lawrence C, Karlberg P. An update of the Swedish reference standards for weight, length and head circumference at birth for given gestational age (1977-1981). Acta Paediatr Scand 1991 Aug-Sep;80(8-9):756-62. "?>Sankilampi U, Hannila ML, Saari A et al. New population-based references for birth weight, length, and head circumference in singletons and twins from 23 to 43 gestation weeks. Ann Med 2013;45(5-6):446-54.