Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bədxassəli neyroleptik sindrom (BNS)

Mündəricat

Bədxassəli neyroleptik sindrom (BNS)

EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
HannuKoponen

Əsas məqamlar

  • Antipsixotik qəbul edən xəstələrdə aşağıdakılar müşahidə edildikdə bədxassəli neyroleptik  sindromun mümkünlüyünü nəzərə alınmalıdır:
    • qızdırma
    • ekstrapiramid simptomlar
    • sistem avtonom sinir sisteminin funksiyasında pozulmalar
    • şüurun pozuntuları
    • əlavə laborator tapıntı kimi leykositoz və ya plazma kreatin kinazanın konsentrasiyasının artması. 
  • BNS istənilən tip antipsixotik dərman və həmçinin metoklopramid istifadəsi zamanı yarana bilər. 
  • Huşun bulanması vəziyyəti, qarışıqlıq halı və bədən temperaturunun yüksəlməsinin digər səbəbləri istisna edilməlidir.
  • BNS-dən sonra antipsixotikləri yenidən başlamaq üçün mütəxəssis fikri tələb olunur.

Epidemiologiya

  • Antipsixotik qəbul edən şəxslərin 0.01 - 0.02%-də BNS-in inkişaf etmə ehtimalı vardır. Yan təsirlər adətən antipsixotik dərman qəbulunu başladıqdan sonra və ya dozalanmada böyük dəyişikliklər edildikdən sonra inkişaf edir.
  • BNS metoklopramid və yeni antipsixotik dərmanlar səbəbindən də yarana bilər.

Klinik şəkil

  • Əgər xəstədə aşağıdakı sadalananlardan 2 əsas simptom və yanaşı olaraq huşun bulanması halı, leykositoz və ya plazma kreatinin kinaza konsentrasiyasının artması varsa BNS diaqnozu qoyula bilər.
  1. Hipertermiya: alternativ izah olmadan bədən temperaturunun 37.5°C-dən yuxarı olması
  2. Şiddətli ekstrapiramid simptomlar; aşağıdakılardan ən azı ikisi:
    • rigidlik (tez - tez qızdırmaya əlavə olaraq dominant simptom)
    • oculogyric crisis (göz əzələlərinin distoniyası)
    • opistotonus
    • retrocollis (boynun arxaya açılması)
    • trizm
    • xoreoatetotik hərəkətlər
    • diskineziya
    • yemək qabiliyyətinin çatışmazlığı, sormanın mümkün olmaması
    • salivasiya.
  3. Avtonom sinir sisteminin pozuntuları:
    • qan təzyiqində yüksəlmə və ya dəyişikliklər
    • taxikardiya
    • taxipnoe
    • həddindən artıq tər ifrazı
    • sidik saxlamama və ya sidik ləngiməsi. 

Əlavə meyarlar

  • Huş səviyyəsinin dəyişiklikləri
  • Leykositoz
  • Plazma kreatinin kinaza konsentrasiyasının yüksəlməsi.

Laborator müayinələr

  • Laborator parametrlərdə dəyişikliklər diaqnostik deyildir. Ən tez - tez müşahidə olunan dəyişikliklər aşağıdakılardır:
    • plazma kreatinin kinaza konsentrasiyasının yüksəlməsi (təxminən xəstələrin 2/3-də)
    • leykositoz
    • dehidratasiyaya görə hematokritin artması. 
  • Əlavə olaraq xəstələrdə elektrolit və ya turşu - qələvi balansının pozulması ola bilər (tənəffüs və ya metabolik asidoza doğru).
  • Plazma kreatinin kinazanın monitorinqi məsləhət görülür, onun səviyyəsinin normallaşması müalicəyə qarşı yaxşı cavabın olduğunu göstərir. 

Diferensial diaqnostika

  • Huşun bulanması, bələdliliyin pozulması və bədən temperaturunun yüksəlməsi təzahürləri olan xəstəliklərin istisna edilməsi vacibdir.
    • Meningit, ensefalit (beyin - onurğa beyni mayesi nümunəsi, kəllənin KT/MRT müayinəsi)
    • Bədxassəli hipertermiya (anesteziya ilə əlaqəli)
    • Şizofreniya xəstəsində letal katatoniya. Bu vəziyyət kəskin ajitasiya və hallüsinasiyadan öncə gəlir. Əzələ rigidliyi, qeyri - normal duruş və stupor sonradan inkişaf edir. Bu vəziyyəti BNS-dan fərqləndirmək adətən çətin olur. Elektrokonvulsiv terapiya faydalıdır. 
    • Antixolinergik dərmanlar qəbul edən xəstələrdə termal paralic. Tərləmə, rigidlik və ya plazma kreatinin kinazanın yüksəlməsi yoxdur. 
    • Mərkəzi xolinergik sindrom antixolinergik və bəzi dərmanların həddindən artıq istifadəsi nəticəsində yaranır. Simptomlara bələdliliyin pozulması, ajitasiya, qıcolmalar və bədən temperaturunun mülayim yüksəlməsi daxildir. Bəbəklər genişlənir, dəri quru və qızarmış, ağız qurudur. Taxikardiya, sidik ləngiməsi və kar bağırsaq səsləri tipikdir. 
  • Serotonin sindromu serotoninin intraneyronal udulmasının selektiv inhibitorları (SİUSİ) və MAO inhibitorlarının birlikdə istifadəsi zamanı yaranan və BNS-a oxşayan sindromdur. Simptomlara qızdırma, tremor, bələdliliyin pozulması, narahatlıq, rigidlik, mioklonus və epileptik tutmalar daxildir. Xəstədə tramadol və ya triptan tipli miqren əleyhinə dərmanla SİUSİ-nin birlikdə istifadəsi zamanı serotonin sindromuna meyillilik yarana bilər. Vəziyyət serotoninergik dərmanların istifadəsinin dayandırması ilə idarə oluna bilər.

Müalicə

  • Mülayim vəziyyətlər laborator müşahidə təşkil edilə bilərsə ilkin səhiyyə sistemində idarə edilə bilər.
    • Antipsixotik dərmanın dayandırılması
    • Mayelərin təyin eilməsi və böyrək funksiyalarının monitorinqi (rabdomioliz və böyrək çatışmazlığını müşahidə etmək)
    • Antipiretiklərin verilməsi və mexaniki təsirlərlə bədən temperaturunun idarə edilməsi
    • İkincili infekiyaların müalicəsi (aspirasion pnevmoniya ola bilər) 
      • Tənəffüs dəstəyi
      • İnfeksiyaların müalicəsi (aspirasion pnevmoniya ola bilər)
      • Laborator müşahidə
      • Bromkriptin ilə dərman müalicəsi (və ya dantrolen)
        • Bromkriptinin başlanğıc dozası gündə 3 dəfə olmaqla 5 mq-dır. Doza cavabın monitorinq edilməsilə (əzələ rigidliyinin yüngülləşməsi, bədən temperaturunu və plazma kreatinin kinaza səviyyəsinin endirilməsi) BNS simptomlarının yüngülləşdirildiyi səviyyəyə qədər (20 mq gündə 3 - 4 dəfə olana qədər) 15 mq/gün olmaqla qaldırılmalıdır. Simptomlar aradan qaldırıldıqdan sonra dərman müalicəsi 10 gün davam etdirilməli və sonradan getdikcə azaldılıb kəsilməlidir. 
    • Sindrom zamanı narahatlığı benzodiazepinin venadaxili təyin edilməsilə müalicə etmək olar Əgər katatoniyadan şübhələnilirsə elektrokonvulsiv terapiya düşünülməlidir. Antixolinergiklər öz effektini göstərməmişdir.

BNS-dən sonra müalicə

  • BNS-dən sonra antipsixotik dərmanların yenidən başlanması mütəxəssisin qərarına əsasən yerinə yetirilməlidir. Dərmanı yenidən başlamaq üçün simptomların aradan qaldırılmasından sonra 2 - 4 həftə gözləmək məsləhətdir. Sindroma səbəb olan kimyəvi dərmandan fərqli olan başqa bir qrupdan yeni antipsixotik dərman seçilməlidir. 
  • BNS milli dərman agentliyinə hesabat verilməli olduğu qədər kəskin müalicə ağırlaşmasıdır.

Dərman nəzarəti

  • BNS milli dərman agentliyinə hesabat verilməli olduğu qədər kəskin müalicə ağırlaşmasıdır.

 

Müvafiq resurslar

 

Strawn JR, Keck PE Jr, Caroff SN. Neuroleptic malignant syndrome. Am J Psychiatry 2007 Jun;164(6):870-6. Musselman ME, Saely S. Diagnosis and treatment of drug-induced hyperthermia. Am J Health Syst Pharm 2013;70(1):34-42. Langan J, Martin D, Shajahan P et al. Antipsychotic dose escalation as a trigger for neuroleptic malignant syndrome (NMS): literature review and case series report. BMC Psychiatry 2012;(12):214. Belvederi Murri M, Guaglianone A, Bugliani M et al. Second-generation antipsychotics and neuroleptic malignant syndrome: systematic review and case report analysis. Drugs R D 2015;15(1):45-62.