Fotodermatit
EBM Klinik protokolları
11.09.2018 • Sonuncu dəyişiklik 11.09.2018
TainaHasanPirkkoPaakkari
Əsas məqamlar
- Günəşdən gələn ultrabənövşəyi (UB) şüalanma aşağıdakı şəkildə səpgiyə səbəb ola bilər:
- təkan verici faktorlar mövcud olmadan öz-özlüyündə (autoimmun, yəni idiopatik);
- daxilə qəbul edilmiş və ya xaricə tətbiq edilmiş dərman vasitələri ilə birlikdə;
- dəri üzərinə tətbiq edilmiş kimyəvi maddə ilə birlikdə (məsələn, bitki ilə təmas zamanı ilə əlaqəli fotodermatit)
- UB şüalanma həmçinin digər xəstəliklər səbəbindən mövcud olan dəri patologiyalarını ağırlaşdıra bilər.
- Günəşdən qorunmaq, eləcə də məlum patogen agentlərdən qaçınmaq əsas əhəmiyyət daşıyır.
- Müalicə krem ya tablet şəklində qlikokortikoidlərdən, eləcə də antihistaminlərdən ibarətdir.
Autoimmun (idiopatik) fotodermatit
- Polimorf işıq səpgisi (PMİS; şəkil )
- Ən vacib və yayılmış
- Tipik olaraq yazda və yayın əvvəlində rast gəlinir.
- Adətən saidlərdə və döş qəfəsi üzərində papulalar, kiçik vezikulalar və ya piləklər. Yuvenil yaz səpgisi əsasən kiçik yaşlı oğlanlarda qulaq seyvanlarında vezikulalara səbəb olan bir subtipdir.
- Yay davam etdikcə günəşə dözüm artacaq və əksər pasiyentlərdə yayın sonunda heç bir simptom olmayacaq. Lakin simptomlar növəti yaz/yay geri qayıdacaq.
- Günəş övrəsi
- PMİS ilə müqayisədə əhəmiyyətli dərəcədə nadirdir.
- Demək olar ki, təsirə məruz qalmış bütün dəri sahələrində qaşınma və eritema və ya köpüşüklər; bəzən günəşin minimal təsirinə məruz qalmanın nəticəsi kimi
- Simptomlar günəşə məruz qalmadan asılı olaraq hətta bir neçə dəqiqə ərzində sürətlə yaranır və aradan qalxır.
- Dözüm artacaq, lakin PMİS-də olduğu dərəcəyə kimi olmayacaq.
- Xroniki aktinik dermatit
- Çox rast gəlinmir
- Klinik olaraq ekzematoz dəri dəyişiklikləri kimi təzahür edir.
- Əsas etibarilə anamnezində çox zaman bir xroniki dəri patologiyası (atopik ekzema, kontakt allergiyası) olan yaşlı şəxsləri əhatə etməsi hesab edilir.
- Simptomlar ləng üzə çıxır və itir.
- Aktinik follikulit
- Çox rast gəlinmir
- Pustulyar səpgi; xüsusilə üzdə
- Güman ki, günəşin kifayət qədər intensiv təsirinə məruz qalmaq tələb olunur.
Dərman maddələri və ya kimyəvi maddələr ilə induksiyalaşan fotodermatit
- UB şüalanma ilə kombinə olunmaqla ekzogen bir maddənin tətbiqi tələb edilir (təbiəti etibarilə reaksiya allergik və ya toksikdir).
- Fotohəssaslıq yaradan maddə bəzən endogen mənşəli ola bilər (porfirinlər).
Dərman səbəbli fotodermatit
- Dərman fototoksik reaksiyaları dərman fotoallergik reaksiyalarına nisbətən daha çox rast gəlinir və əgər işığa məruz qalmaq kifayət qədər intensivdirsə dərman qəbulundan az sonra inkişaf edir.
- Adətən daxilə istifadə edilən dərmanlar tərəfindən təkan verilir. Qeyri-ənənəvi təbabətə dair vasitələr də daxil olmaqla dərmanlar barədə ətraflı anamnez əldə edilməlidir.
- Daha nadir hallarda yerli istifadə edilən dərmanlar (analgetik gellər və kremlər) fotokontakt dermatiti stimullaşdıra bilər.
- Simptomlar günəş yanığına oxşardır və dərinin məruz qalmış sahələri ilə məhdudlaşır. Yüngül qaşınma.
- Dərman fotoallergik reaksiyaları adətən yalnız təkrarlanan və ya uzun müddətli dərman qəbulundan sonra günəş vannası və ya fototerapiya qəbul etməklə meydana çıxır.
- Adətən, ekzemaya oxşayan və şiddətli qaşınma ilə müşayiət olunan eritematoz səpgi (şəki ).
Fotokontakt dermatit
- Əksər hallarda bitkilər fotohəssaslaşdırıcı vasitə kimi çıxış edir və fitofotodermatit termini istifadə edilir (problem yaradan bitkilərə alışan [Dictamnus albus], Umbelliferae ailəsinin nəhəng dovşanotu [Heracleum mantegazzianum] və yabanı kərəviz [Angelica archangelica] kimi növləri, eləcə də sədəfkimilər ailəsinin bitkiləri və bəzi lixenlər aiddir; şəkillər ).
- Reaksiya həmçinin ətirlər və günəşdən qorunma vasitələri kimi istifadə edilən kimyəvi maddələrin təsirindən inkişaf edə bilər.
Fotohəssaslaşdırıcı effektlərlə olan adəti dərmanlar
| Ürək və antihipertenziv dərmanlar |
Psixotrop dərmanlar |
- Tiazid diuretikləri
- Amiodaron
- Furosemid (daha nadir hallarda, adətən yalnız böyük dozalarda)
- Xinidin (daha nadir hallarda)
|
- Xlorpromazin (reaksiya vermə ehtimalı ən çox olan psixotrop dərman)
- (Levo)promepromazin, promazin, flufenazin, perfenazin
- Bir sıra antidepressantlar
|
| Antimikrob vasitələri |
Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏD-lər) |
- Doksisiklin, daha nadir hallarda tetrasiklin
- Norfloksasin, daha nadir hallarda siprofloksasin
- Vorikonazol
- Sulfonamid və trimetoprim, daha nadir hallarda
|
- Piroksikam
- Naproksen
- Ketoprofen
- Xüsusilə, yerli istifadə olunduqda
|
| Antineoplastik vasitələr |
Digərləri |
- Flüorourasil
- Flutamid
- Vinblastin
- Vemurafenib
|
- Sulfonilurea preparatları
- Karbamazepin
- Xlorokvin
|
| Qeyri-ənənəvi təbabət vasitələri |
|
- Dəlikli dazıotu (Hypericum perforatum)
|
|
İşıq şüaları ilə kəskinləşən xəstəliklər
- Simptomlar həmçinin işıq şüalarının qeyri-mövcudluğunda da baş verir, lakin işıq şüaları ilə pisləşir.
- Çəhrayı dəmrov
- Herpes
- Vitiliqo
- Qırmızı qurdeşənəyi və dermatomiozit
- Bəzi digər nadir xəstəliklər
Anamnez və klinik mənzərə
- Anamnez (xüsusilə PMİS və günəş övrəsininin diaqnostikasında) diaqnozun qoyulması üçün vacibdir.
- Hal-hazırda qəbul olunan dərmanlar və kimyəvi maddələrə və ya bitikilərə kontakt olması barədə məlumat əldə edilməlidir.
- Əgər səpgi işığa məruz qalmış dəri sahələri ilə məhdudlaşıbsa fotodermatit barədə şübhəlinilə bilər. Təsirə məruz qalmamış sahələr çox zaman zədələnməyib (qolların iç tərəfi, çənənin altı, qulaqların arxasında və paltarla örtülmüş bütün sahələr).
- Differensial diaqnoz üçün vacib bir məlumat günəşə məruz qaldıqdan sonra simptomların üzə çıxması və itməsi üçün lazım gələn zamanın uzunluğudur (günəş övrəsində dəqiqələr, PMİS-də saatlar və günlər, xroniki aktinik dermatitdə günlər-həftələr).
- Səpginin görünüşü fotodermatitin müxtəlif tipləri arasında dəyişkəndir: eritema, övrə, papulalar, qovuqcuqlar, qovuqlar, ekzema, lixenifikasiya.
- Yay davam etdikcə artmış tolerantlıq
- Xüsusilə PMİS-də xarakterikdir, lakin dərmanla induksiya olunmuş fotodermatitdə pratik olaraq qeyd olunmur.
- Çox zaman fotodermatit tipik başlanma yaşına malikdir.
- Uşaqlıq
- PMİS, xüsusilə yuvenil yaz səpgisi
- Uşaqlıq porfiriyaları, xüsusilə eritropoetik porfiriyalar
- Fotokontakt dermatit
- Erkən yetkin dövr
- PMİS
- Dərmanla induksiyalaşan fotodermatit
- Günəş övrəsi
- Fotokontakt dermatiti
- (Xroniki aktinik dermatit)
- Çəhrayı dəmrov
- Qırmızı qurdeşənəyi
- Porfiriyalar (porphyria cutanea tarda, alabəzək porfiriya)
- Gec yetkin dövr
- Xroniki aktinik dermatit
- Dərmanla induksiyalaşan fotodermatit
- Fotokontakt dermatit
- Dermatomiozit
Diaqnoz və differensial diaqnoz
- Spesifik fototestlər çox nadir hallarda göstərişdir
- İxtisaslaşmış mərkəzlərdə
- Əgər ekzematoz simptomlarla olan fotodermatit barədə şübhələnilirsə dəriüstü sınaqlar diaqnostik tədqiqatda vacibdir.
- Kontakt allergiyaları (xüsusilə, kosmetik vasitələrə) differensial diaqnozda vacibdir.
- Xroniki aktinik dermatitdə pasiyentdə çox zaman məsələn, metallara, rezinə və ya bitki mənşəli kimyəvi maddələrə qarşı kontakt allergiyası anamnezi var.
- İşıq şüalarının təsiri ilə pisləşən xəstəlik ehtimalı mütləq yadda saxlanılmalıdır. Spesifik sınaqlara göstəriş ola bilər.
- Qan analizləri: qanın ümumi analizi, autoimmun seroloji sınaqlar, porfiriya sınaqları.
- Virus testləri, dəri biopsiyası
Müalicə
Profilaktika
- Dərmanla induksiyalaşan və fotokontakt dermatitində problem yaradan maddədən qaçınmaq
- UB şüalanma əleyhinə qorunma
- Geyim
- Günorta günəşdən yayınmaq
- Günəşdən qorunma vasitələrinin uyğun istifadəsi
- Fototerapiya (əvvəlcə kiçik dozalar, tədricən dozalar yüksəldilir)
- Xüsusilə PMİS-də effektivdir
- Hər il mütləq təkrar edilməlidir
- İstifadə edilən fototerapiya növləri: UVB (ultrabənövşəyi-B terapiyası), UVA (ultrabənövşeyi-A terapiyası), SUP (selektiv ultrabənövşeyi fototerapiya) və ya PUVA (psoralen ilə ultrabənövşeyi A terapiyası ). Bir kurs 15–20 sessiyadan ibarətdir.
Simptomların müalicəsi
- Yerli müalicə
- Kortisosteroid kremləri (II–III qrup)
- Yerli olaraq kalsinevrin inhibitorları (takrolimus, pimekrolimus) xroniki aktinik dermatitdə istifadə edilə bilər.
- Sistem dərman terapiyası
- Günəş övrəsi: antihistaminlər; çox zaman adəti olduğundan daha böyük dozalara ehtiyac vardır. Mütəxəssislərin ixtiyarında həmçninin ayda bir dəfə inyeksiya edilən bir bioloji dərman vardır: omalizumab
- PMİS: peroral kortikosteroidlərin qısa bir kursu nəzərdən keçirilə bilər. Beta-karoten və hidroksixlorokvin əvvəllər geniş təyin edilirdi. Lakin onlar yalnız nadir hallarda hər hansı bir fayda verir.
- Xroniki aktinik dermatitə çox zaman kortikosteroidlərin peroral kursu və ya mütəxəssis həkim tərəfindən yazıldığı zaman digər immunosuppressiv dərmanlar tələb olunacaq.