Pnevmoniya
EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 19.03.2018
PekkaHonkanen
Əsas məqamlar
- Pnevmoniya əsas simptomları öskürək, qızdırma, pisləşən ümumi vəziyyət və xüsusilə yaşlılarda konfuziya və əsasında duran xəstəliyin pisləşməsi ilə olan kəskin bir xəstəliklə təqdim olunan pasiyentdə mümkün bir diaqnoz kimi nəzərdən keçirilməlidir.
- Əlamət və simptomlar pnevmoniya və kəskin bronxitdə çox oxşardır, lakin adətən pnevmoniyada daha ağırdır. Bu iki patologiya eyni xəstəlik prosesinin ağırılığının müxtəlif dərəcələrini təmsil edir.
- Pnevmoniyanın diaqnozu döş qəfəsinin rentgenoqrafiyasına əsaslanır.
- İlkin olaraq pnevmoniyanın bir bakterial xəstəlik olması güman edilməli və aparılan hər hansı bir müalicə mütləq pnevmokokk infeksiyasına qarşı effektiv olmalıdır.
- Ambulator qayğı şəraitində amoksisillin antimikrob dərman müalicəsi üçün üçün birinci seçimdir (penisillinə allergiyalı pasiyentlər üçün doksisiklin, ağır simptomları olan pasiyentlər üçün isə moksifloksasin və ya levofloksasin).
- Xəstəxana şəraitində ilk seçim venadaxili sefuroksim və ya penisillin G preparatıdır (penisillinə allergiyalı pasiyentlər üçün moksifloksasin və ya levofloksasin).
- Flüoroxinolonların geniş istifadəsi mikrobların daha çox yayılması problemi riski ilə bağlı olduğu üçün mütləq penisillin allergiyasının sübutu olmalıdır.
- Sağalmadan 6-8 həftə sonra keçdikdən tez olmayaraq təkrar rentgen müayinəsi aparılmamalıdır. Əgər pasiyentin yaşı 50-dən azdırsa, siqaret çəkən deyilsə və müalicəyə cavab yaxşıdırsa heç bir təkrar rentgen müayinəsinə ehtiyac yoxdur. Əgər klinik simptomlar 1-2 həftə ərzində yaxşılaşmayıbsa mütləq təkrar rentgen müayinəsi aparılmalıdır.
Etiologiya
- Xəstəxanadan kənar pnevmoniyanın ən çox rast gəlinən törədici patogeni Streptococcus pneumoniae, daha az rast gəlinənləri isə Mycoplasma pneumoniae, Chlamydophila pneumoniae və Haemophilus influenzae mikroorqanizmləridir.
- Klinik mənzərə əsasında törədici mikroorqanizmi müəyyənləşdirmək mümkün deyil.
- Mikrob etiologiyası əsas etibarilə pasiyentin infeksiyaya xəstəxana daxilində və ya xəstəxanadan kənar yoluxması və meyl yaradıcı etioloji faktorların (məsələn, aspirasiyanın mümkünlüyü, xroniki ağciyər xəstəliyi, immunosuppressiv terapiya və ya cərrahiyyə) mövcud olub-olmamasından asılıdır.
Simptomlar və tapıntılar
- Aşağı tənəffüs yollarının kəskin infeksiyasının çox rast gəlinən əlamət və simptomlarına aiddir:
- öskürək
- irinli bəlğəm
- qızdırma (çox zaman 38,0°C-dən yüksək; yaşlı pasiyentdə mövcud olmaya bilər)
- təngnəfəslik
- fışıltılı xırıltı
- döş qəfəsində ağrı.
- Yuxarıdakı simptomlara əlavə olaraq aşağıda göstərilənlər qeyd olunduqda pnevmoniya şübhələnilməlidir:
- xəstəlik pasiyentin ümumi sağlamlıq vəziyyətinə təsir etmişdir
- simptomlar sürətlə meydana çıxmışdır
- Tənəffüs yolları infeksiyasının simptomları yenidən pisləşmişdir.
- pasiyentdə əlavə risk faktorları vardır (yaş, əsasında duran tibbi patologiyalar).
- Yaşlılarda konfuziya, abdominal simptomlar, ümümi sağlamlıq vəziyyətinin pis olması və ya əsasında duran (əvvəlcədən olan yanaşı xəstəlik) xəstəliyin pisləşməsi ən çox ifadə olunan simptomlar ola bilər. Yaşı 65-dən çox olan pnevmoniyalı hər üç pasiyentdən birində qızdırma mövcud deyil.
- Auskultasiya zamanı adətən nazik qabarcıqlı xırıltılar və ya krepitasiyalar (audio nümunələr) aşkar edilir, lakin auskultasiya taıntıları həmçinin normal da ola bilər (üç pasiyentdən birində).
- Plazmada CRZ miqdarının >100 mq/l olması pnevmoniya ehtimalının qüvvətli dərəcədə olduğun göstərir. Əgər plazmada CRZ miqdarı < 20 mq/l-dirsə və pasiyentdə pnevmoniya ilə uyğun heç bir simptom və ya tapıntı yoxdursa pnevmoniya ehtimalı azdır. "?>.
- Yadda saxlayın: pnevmokokk pnevmoniyası sürətlə inkişaf edə bilər və CRZ miqdarı bu xəstəliyin ən erkən mərhələlərində hələ yüksəlməyə bilər. Əgər simptomlar 24 saatdan daha az davam edibsə CRZ miqdarı etibarlı bir göstərici deyil.
- Əgər pasiyentin ümumi vəziyyəti pisdirsə plazmada kalium, natrium və kreatininin miqdarı, eləcə də oksigen saturasiyası (və ya əgər mövcuddursa arterial qanda qazların analizi) yoxlanılmalıdır.
- Əgər yaşlı şəxsdə pnevmoniya şübhələnilirsə EKQ, eləcə sidiyin bakterial kulturası və ümumi analizi də çox zaman differensial diaqnoz üçün lazımdır.
Digər testlər
- Ambulator qayğı zamanı heç bir etioloji testlərə ehtiyac yoxdur.
- Qanın kultura müayinələri stasionara qəbul edilmiş pasiyentlərdə iki dəfə aparılmalıdır.
- İstəkdən asılı olaraq aşağıdakı müayinələr etiologiyanı qiymətləndirmək üçün aparıla bilər:
- Sidikdə pnevmokokk antigeni; müsbət nəticə kifayət qədər etibarlıdır.
- Mycoplasma pneumoniae və Chlamydophila pneumoniae diaqnozu tənəffüs traktından əldə olunmuş nümunədən PZR metodu ilə təyin edilə bilər. Finlandiyada bu infeksiyaların diaqnozu əsas etibarilə anticisim analizlərinə əsaslanır.
- Qrip infeksiyası regionda daha çox yayılmazdan öncə qrip epidemiyasının erkən mərhələsində qrip virusları üçün cəld testlər faydalıdır.
- Virus etiologiyası bir nümunədə 16 müxtəlif virusun tapılmasına imkan verən (respirator virus antigenin aşkar edilməsi) PZR metodları ilə daha etibarlı müəyyən edilir.
- Sidikdə legionella antigeni testi (Yalnız bu xəstəlik üçün ən çox cavabdeh olan Legionella pneumophila 1-ci seroqrupu aşkar edir)
Differensial diaqnoz
- Pnevmoniyanın differensial diaqnozunda nəzərdən keçilməli xəstəliklər cədvəldə təqdim olunub.
Pnevmoniyanın differensial diaqnozunda nəzərdən keçirilməli olan xəstəliklər Çox rast gələn Daha nadir Kəskin bronxit Şiş AXOX Kəskinləşməsi Ağciyər vərəmi Ürək çatışmazlığı Allergik alveolit Döş qəfəsinin rentgenoqrafiyasında görülən və səhvən yeni infeksiya kimi şərh edilən köhnə dəyişikliklər (müxtəlif vaxtlarda çəkilmiş təsvurləri müqayisə etmək vacibdir) Eozinofilik pnevmoniya Dərman reaksiyası Sarkoidoz Atelektaz Ağciyər infarktı Süni tənəffüs ilə əlaqəli ağciyər zədələnməsi Kriptogen orqanizə olunan pnevmoniya Ağciyər fibrozu Vaskulit Şüalanma pnevmoniti"?>
Pnevmoniyanın differensial diaqnozunda nəzərdən keçirilməli olan xəstəliklər
| Çox rast gələn |
| Kəskin bronxit |
| AXOX kəskinləşməsi |
| Ürək çatışmazlığı |
| Döş qəfəsinin rentgenoqrafiyasında görülən və səhvən yeni bir infeksiya kimi şərh edilən köhnə dəyişikliklər (müxtəlif vaxtlarda çəkilmiş təsvirləri müqayisə etmək vacibdir) |
| Daha nadir |
| Şiş |
| Ağciyər vərəmi |
| Allergik alveolit |
| Eozinofil pnevmoniya |
| Dərman reaksiyası |
| Sarkoidoz |
| Atelektaz |
| Ağciyər infarktı |
| Süni tənəffüslə əlaqəli ağciyər zədələnməsi |
| Kriptogen orqanizə olunan pnevmoniya |
| Ağciyər fibrozu |
| Vaskulit |
| Şüalanma pnevmoniti |
Antimikrob müalicəsi
- Antimikrob müalicəsinin xəstəxanadan kənar pnevmoniyada seçimi cədvəllərdə təqdim olunmuşdur və .
Mivafiq resurslar
Seppä Y, Bloigu A, Honkanen PO, Miettinen L, Syrjälä H. Severity assessment of lower respiratory tract infection in elderly patients in primary care. Arch Intern Med 2001 Dec 10-24;161(22):2709-13. Syrjälä H, Broas M, Suramo I, Ojala A, Lähde S. High-resolution computed tomography for the diagnosis of community-acquired pneumonia. Clin Infect Dis 1998 Aug;27(2):358-63. Metlay JP, Kapoor WN, Fine MJ. Does this patient have community-acquired pneumonia? Diagnosing pneumonia by history and physical examination. JAMA 1997;278:1440-1445 van Vugt SF, Broekhuizen BD, Lammens C et al. Use of serum C reactive protein and procalcitonin concentrations in addition to symptoms and signs to predict pneumonia in patients presenting to primary care with acute cough: diagnostic study. BMJ 2013;346():f2450. Woodhead M, Blasi F, Ewig S et al. Guidelines for the management of adult lower respiratory tract infections--full version. Clin Microbiol Infect 2011;17 Suppl 6():E1-59. . Bonten MJ, Huijts SM, Bolkenbaas M et al. Polysaccharide conjugate vaccine against pneumococcal pneumonia in adults. N Engl J Med 2015;372(12):1114-25.