Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Doğuşdan sonrakı psixoz və digər doğuşdan sonrakı psixi pozuntular

Mündəricat

Doğuşdan sonrakı psixoz və digər doğuşdan sonrakı psixi pozuntular

EBM Klinik protokolları
01.09.2016 • Sonuncu dəyişiklik 28.02.2011
AnttiPerheentupa

Əsas məqamlar

  • Doğuşdan sonrakı depressiya tez - tez rast gəlinir.
  • Risk qrupunu və depressiyanı xatırladan simptomları təyin edin; Müzakirə üçün kifayət qədər vaxt saxlayın. 
  • Doğuşdan sonrakı psixozun başlanğıcı mümkün olduğu qədər erkən aşkar edilməlidir. 

Epidemiologiya

  • Anaların 80%-ə qədəri uşaq dünyaya gətirdikdən sonra depressiv əhval ("uşaq maviləri") yaranır və bu normal fenomendir. 
  • Uşaq dünyaya gətirdikdən sonra təxminən 10 - 20% anada doğuşdan sonrakı depressiyanın diaqnostik meyarları müşahidə olunur. 
  • Hospitalizasiya tələb edən doğuşdan sonrakı psixozun yayılma tezliyi hər 1000 doğuşa 1 - 2 nəfərdir. 

 Ümumi müddəalar

  • Uşaq dünyaya gətirdikdən sonra birinci ay ərzində analarda depressiyanın inkişaf etmə riski eyni yaşda olan qadınlarla müqayisədə 3 dəfə çoxdur.
  • Əgər hamiləlikdən qabaq ana depressiyadan əziyyət çəkmişdirsə doğuşdan sonrakı depressiya riski 25%-dir. Əgər ana əvvəllər doğuşdan sonrakı depressiyadan əziyyət çəkibsə residiv riski 40%-dir. 
  • Doğuşdan sonrakı  psixi pozuntular üçün digər risk faktorlarına uşaq dünyaya gətirmə, münasibətlərdə çətinliklər, subay olmaq, Qeysəriyyə kəsiyi və ailə anamnezində əhval pozuntularının olması daxildir. 
  • Anamnezində bipolyar affektiv pozuntunun olması doğuşdan sonrakı psixoz üçün ən geniş yayılmış risk faktorudur.  
  • Qalxanabənzər vəzinin disfunksiyası doğuşdan sonra kifayət qədər geniş yayılmışdır və depressiv simptomların müayinəsi zamanı istisna edilməlidir.

Uşaq dünyaya gəldikdən sonrakı depressiv əhval - ruhiyyə

  • Bütün anaların 80%-ə qədərində müəyyən dərəcədə doğuşdan sonrakı melanxoliya olur və simptomlar uşaq dünyaya gəldikdən donrakı 3 - 5-ci günlərdə ən güclü olur. Bu fenomen tez - tez rast gəlinir və buna görə də adətən uşaq dünyaya gətirməyə normal reaksiya kimi düşünülür. Buna baxmayaraq o analarda doğuşdan sonrakı depressiyanın inkişafı riskini yüksəldir. 
  • Simptomlara ağlağanlıq, əhval dəyişmələri, baş ağrısı, qıcıqlılıq, bəzən iştaha itirilməsi və yuxu pozuntuları daxildir. 
  • Vəziyyət adətən spontan olaraq aradan qalxır, ailə və həkim tərəfindən dəstəkləyici münasibətdən başqa heç bir müalicəyə ehtiyac yoxdur.

Doğuşdan sonrakı depressiya

  • Ən çox doğuşdan sonrakı ilk 3 ayda ortaya çıxır, lakin rastgəlmə ehtimalı uşaq dünyaya gəldikdən sonra 6 aya qədər yüksəlmiş olaraq qalır. 
  • Provokasiyaedici faktorlara anamnezində kəskin depressiyanın olması, stress, perinatal dövrdə neqativ təcrübələr və qeyri - kafi sosial dəstək daxildir. Doğuşdan sonrakı depressiyanın anaya ailə və ya cəmiyyət tərəfindən böyük dəstək verildiyi mədəniyyətlərdə rastgəlmə ehtimalı aşağıdır. 
  • Tipik simptomlar yuxu pozuntuları, anhedoniya, diqqəti cəmləmənin mümkün olmaması, natamamlıq hissi, uşaq barədə həddindən artıq qayğı və qorxudur. Simptomlar psixozda olduğu kimi şiddətli ola bilər.
  • Tiroidit və hipotiroidizm də həmçinin analıq depressiyasının səbəbi ola bilər.
  • Ananın depressiyası körpəyə qayğı qabiliyyətinə təsir edir və normal ana - uşaq münasibətlərinin inkişafını təhlükə altına qoya bilər. Bundan başqa ananın doğuşdan sonrakı depressiyası uşaq və bütün ailədə müvafiq psixi xəstəliklər riskini artırır. Qəfləti uşaq ölümü sindromunun rastgəlmə ehtimalı doğuşdan sonrakı depressiyası olan anaların uşaqlarında kontrol qrupla müqayisədə daha yüksəkdir.
  • Ana və  uşaq sağlamlığı mərkəzlərində depressiyanın skrininqi rutin olaraq və ya kiçik şübhə olduqda həyata keçirilir (Edinburq Postnatal Depressiya kalası - EPDŞ). Ana və ya uşaq sağlamlığı klinikasında ana və ata ilə müzakirə vəziyyəti təyin etməkdə və qiymətləndirməkdə kömək edir.

Müalicə

  • Postnatal depressiyanın müalicəsi digər növ depressiyalardan fərqlənmir. Mümkün döşlə süd vermə ehtimalı dərmanı seçərkən nəzərə alınmalıdır (fluoksetin istisna olmaqla SİUSİ uyğundur). Şiddətli və ya təkrari hallarda psixiatrın konsultasiyası göstərişdir. Mümkün müalicə formalarına farmakoterapiya, sosial dəstək, uşağa qayğıda yardım və psixoterapiya daxildir. Bəzən hospitalizasiya göstərişdir.
  • Əgər depressiya simptomları qalırsa uşaq və ailəyə zərərli nəticələrdən qaçmaq məqsədilə vəziyyət yenidən qiymətləndirilməlidir (əgər lazımdırsa psixiatr tərəfindən).  

Doğuşdan sonrakı psixoz

  • Uşaq dünyaya gətirdikdən sonra rast gəlinən psixi pozuntulardan ən az rast gəlinəni, lakin ən şiddətlisidir.
  • Simptomlar əksər hallarda uşaq dünyaya gətirdikdən 3 - 14 gün sonra başlayır. Bu mərhələdə ana və uşaq adətən evə yazılır və ailə üzvləri ananın qəribə davranışını hiss edirlər.
  • İlk simptomlara narahatlıq, yuxusuzluq, ajitasiya və əhval dəyişikliyi daxildir, hansı ki, bələdliliyin pozulması və adətən maniakal psixoza qədər inkişaf edir.
  • Doğuşdan sonrakı psixoz psixiatrik təcili yardıma ehtiyac olan vəziyyətdir və hospitalizaiya tələb edir. İntihar riski ciddidir və yenidoğulmuş həmçinin risk altında ola bilər. 
  • Müalicə antipsixotiklər, ana və ailəyə psixoteraiya və sosial dəstəkdən ibarətdir. Döşlə qidalandırmanın mümkünlüyü individual olaraq və dərmandan asılı olaraq düşünülməlidir.
  • Psixotik depressiyada elektroterapiya dərmana nisbətən daha tez sağalma verə bilər.
  • Estrogen terapiyası da həmçinin ümidverici nəticələr verir. 
  • Birinci epizoddan sonra proqnoz yaxşıdır, lakin sonrakı doğuşlardan sonra psixoz tez - tez təkrarlanır və bu xəstə və ailəsinə izah edilməlidir.
  • Xəstə sonrakı hamiləliklər zamanı psixiatrik konsultasiyaya yönəldilməlidir. Kifayət qədər erkən başlanmış antidepressiv dərman müalicəsi vəziyyətin inkişaf etməsinin qarşısını ala bilər. 

 

Müvafiq mənbələr

 

  • Koxran icmallar
  • Ədəbiyyat

Miller LJ. Postpartum depression. JAMA 2002 Feb 13;287(6):762-5. Cogill SR, Caplan HL, Alexandra H, Robson KM, Kumar R. Impact of maternal postnatal depression on cognitive development of young children. Br Med J (Clin Res Ed) 1986 May 3;292(6529):1165-7. Gregoire AJ, Kumar R, Everitt B, Henderson AF, Studd JW. Transdermal oestrogen for treatment of severe postnatal depression. Lancet 1996 Apr 6;347(9006):930-3. Roti E, Emerson CH. Clinical review 29: Postpartum thyroiditis. J Clin Endocrinol Metab 1992 Jan;74(1):3-5.