Ölüm vaxtının qiymətləndirilməsi
EBM Klinik protokolları
11.09.2017 • Sonuncu dəyişiklik 11.09.2017
AnttiSajantila
- Ölüm vaxtının təyin edilməsi aşağıdakılar üçün vacibdir:
- tibbi-hüquqi cinayət işləri
- sığorta, kompensasiya və pensiya
- məlumat verilmiş ölümün səbəblərinin etibarlılığının qiymətləndirilməsi.
- Bütün proseduralar və müayinələr sistematik olaraq qeydə alınmalıdır. Yekun rəy və ya nəticə sonradan çıxarıla bilər.
- Aşağıdakı hallarda həmişə ərazinizdə və ya yaxında olan universitet klinikasında çalışan tibbi ekspert ilə konsultasiya edin:
- ölüm vaxtının təyin edilməsi xüsusilə vacibdir (məs., qətl hadisələrində); bu hallarda bir neçə metoddan istifadə edilməlidir
- ölüm vaxtının təyini üçün istifadə edilməli olan metodların tətbiq edilməsində tərəddüdünüz varsa
- siz yekun rəy və ya nəticəni temperaturun ölçülməsi və ya laborator müayinələrə əsasən verirsiniz.
- Ölüm vaxtını müəyyən edərkən tədbirlər və müşahidələr: cədvələ baxın.
- Ölüm sonrası dəyişikliklərin inkişafı: Şəklə baxın
Ölüm vaxtının təyin edilməsi üçün tədbirlərin və müşahidələrin ardıcıllığı: siyahıya baxın
| Fəaliyyət və müayinələr |
Qeyd / qeydiyyat |
| Meyiti sonyundurun |
Bütün paltarlarını soyundurun; paltarın növünü və paltar təbəqələrinin (üst patlar, alt paltar və s.) sayını qeyd edin |
| Saatla vaxtın qeyd edilməsi |
Müayinənin başlanma və bitmə vaxtını qeyd edin |
| Meyit ləkələri |
Təzyiq tətbiq etdikdə lokalizasiyası və itməsi |
| Əzələ qacıması (lat. rigor mortis) |
Çənədən başlayaraq ayaq barmaqlarında bitməklə, oynaqlar bir bir |
| Temperaturun ölçülməsi |
- Rektal (düz bağırsaq) temperaturun ölçülməsi, 10 sm dərinlikdə, 10 dəqiqə davam etməklə; qətl hallarında 30 dəqiqə intervalla bir neçə dəfə ölçmək
- Temperaturun ölçülməsi vaxtının dəqiq qeyd edilməsi
- Havanın temperaturunu və meyitin paltarını, çəkisini və bədən quruluşunu qeyd edin
|
| Dekompozisiya dəyişiklikləri |
- Qarın divarından başlayın
- Venoz mənzərə görünməyə başlayır
- Dəri ayrılır
- Qurdlar / milçəklər
|
| Digər müayinələr |
- Gəlmiş məktubların, qəbzlərin vaxtı, xarab olan qidaların və telefon zənglərinin vaxtı və s.
- Meyitin başının altında yarpaq/qar
|
Cəsədin soyuması
- Temperatur per rectum olaraq 10 sm dərinlikdə xəstənin yerini və ya paltarlarını dəyişmədən ölçülməlidir.
- Ətraf mühitin temperaturu düz bağırsağın temperaturunun ölçüldüyü yerə yaxın təyin edilməlidir.
- Qiymətləndirilən təxmini vaxt bədən quruluşu, geyim və bədənin uzandığı səthin temperatur keçiriciliyindən asılı olaraq tənzimlənməlidir. Səhv etmə ehtimalı ölümdən sonrakı 10 saat ərzində ± 2 saat və bundan sonra ± 3–4 saatdır.
- Ölüm halından asılı olaraq bir neçə dəfə, məsələn, 1- və ya 2 saat intervalı ilə temperaturun ölçülməsi tələb oluna bilər.
Əzələ qacıması (rigor mortis)
- Bütün oynaqlar sistemli olaraq müayinə olunmalıdır. Otaq temperaturunda
- çənə və boyun 2-4 saat ərzində bərkləşir
- sonra əl və ayaq barmaqları bərkiyir
- böyük oynaqlar (çiyin, diz və bud-çanaq) ən sonda bərkiyir.
- Əzələ qacıması 6-8 saat ərzində inkişaf edir. Çürümə başladıqdan sonra əzələ qacıması yarandığının əksinə olaraq otaq temperaturunda 2 gündən sonra itir.
- Bu dəyişikliklərin baş vermə vaxtı fərqli olur. Məsələn, qızdırma, isti hava və ölümdən əvvəl idman etmək prosesi sürətləndirir və soyuq hava və yaxşı inkişaf etmiş əzələ prosesi gecikdirir.
Meyit ləkələri (lat. livores mortis)
- Yerə (torpağa) sıxılaraq təzyiq altında qalan bədən hissələri çıxılmaq şərtilə bədənin aşağı hissələrinin rəngi qan səbəbindən dəyişir. Arxası üstə uzanmış vəziyyətdə aşağıdakı ləkələr olur:
- 15-20 dəqiqədən sonra döş qəfəsinin yan tərəflərində görünür
- 20-40 dəqiqədən sonra boyun və qulaqlarda görünür
- 2-3 saatdan sonra birləşir
- ölümdən 10-12 saat sonra tamamilə inkişaf edir.
- Əgər ölümdən 4-6 saatdan çox keçməyibsə meyit ləkələri dəri sıxıldıqda (təzyiq edərkən) və ya bədənin vəziyyətini dəyişərkən itir.
- Qan itirmədən ölən xəstələrdə adətən meyit ləkələri olmur.
- Çürümə meyit ləkələrini məhv edir.
Digər metodlar
- Aşağıdakılara xüsusi diqqət yetirilməlidir
- quruma (gözlər, əl barmaqları, dodaqlar)
- çürümə (mədə nahiyyəsinin dərisinin yaşıl rəngdə olması ilk əlamətdir)
- həşəratların yumurta və ya sürfələri.
Müvafiq resurslar