Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Hipotireoz

Mündəricat

Hipotireoz

EBM Klinik protokolları
08.08.2017 • Sonuncu dəyişiklik 08.08.2017
CamillaSchalin-Jäntti

 

Əsas müddəalar

  • Xəstənin  yorğunluq,qəbizlik,üşütmə hissi,yaddaşda zəifləmə və ürək vurğusunda ləngimə kimi şikayətləri  olduqda hipotireoz olma ehtimalını dəyərləndir.
  • Çox rast gəlinən xəstəlikdir və simptomları aydın olmaya  bilər
  • Qalxanabənzər vəzdə yaranmış hipotireozun (birincili hipotireoz ) diaqnostikası və müalicəsi ilkin tibbi xidmətin vəzifəsidir.
  • Qanda TSH və sərbəst T4 (FT4) konsentrasiyasını təyin etməklə hipotireozu təsdiqləmək və ya inkar etmək asan olur.
  • Yadda saxla ki,hipotireoz qanda  xolesterolun və ya kreatin kinazın (CK) yüksək konsentrasiyasının səbəbi ola bilər.
  • Cavan və ya orta yaşlı xəstələrdə  əvəzedici müalicə zamanı TSH konsentrasiyası 1-b2 mU/l aralığında və FT4 konsentrasiyası referans aralığın yuxarı sərhəddinə yaxın olduqda özlərini adətən yaxşı hiss edirlər.
  • Məsələn ,stenokardiyası və ya aritmiyası olan yaşlı xəstələr adətən  tiroksinin effektinə daha həssas olurlar.Onlarda dəstəkləyici doza bir az daha aşağıda  və TSH konsentrasiyası uyğun olaraq bir az daha yuxarıda saxlanılır
  • Hipotireozun araştırılmasında ultrasəs müayinəsi  heç bir rol oynamır ( palpasiya nəticəsində buna göstəriş yaranmırsa )
  • Biokimyəvi cəhətdən eutireoz olub,amma məsələn,depresiyası,enerji azlığı və  ya artıq bədən kütləsi olan xəstələrdə tiroksin müalicə məqsədi ilə istifadə olunmamalıdır.

Hipotireozun səbəbləri

Daimi hipotireoz

  • Birincili hipotireoz (95% xəstədə)
    • Autoimmun tireodit ən çox rast gəlinən səbəbdir (qanda TPO anticisimləri artmışdır )
    • Digər səbəblər ;qalxanabənzər vəzdə əməliyyat,radio-yodla müalicə
  • TSH təsirinin defisiti və ya olmaması (mərkəzi hipotireoz; 5% xəstədə)

Müvəqqəti hipotireoz

  • Yarımkəskin tireodit
  • Postpartum tireoditlə əlaqədar olan hipotireoz mərhələ ,adətən başlanmasından təxminən 4-8 ay sonra.Xəstəlik adətən keçici tireotoksikozla başlayır, bax.
  • Bir sıra dərmanlar qalxanabənzər vəzin funksiyasına təsir edir (hipo- və ya hiperfunksiyaya səbəb ola bilər), məsələn litium ,amiodaron

Simptomlar

  • Simptomlar və onların ağırlığı müxtəlif şəxslərdə dəyişkəndir.
  • Dərin hipotireozda sistemik simptomlara yorğunluq, təşəbüskarlığın olmaması,depressiv əhval-ruhiyyə ,yaddaşla bağlı problemlərin olması , hərəki funksiyalarda və nitqdə ləngimə ,üşümə hissiyatı,qəbizlik, bədən çəkisində artma və ürək ritmində ləngimə aiddir. Dəri quru, kobud, soyuq və ya solğundur. Saçlar kobudlaşmış ola bilər və saçtökülmə olur. Simptomlara həmçinin əzələlərdə zəiflik, ağrı və bərkimə də daxil ola bilər.
  • Aybaşı tsiklində pozulmalar ola bilər.
  • Yaşlılarda klinik mənzərə adətən  atipikdir, depresiya və ləng hərəkətlər demensiyaya bənzəyə bilər.
  • Cavan qadınlarda ilkin simptom amenoreya və ya sonsuzluq və/və ya hiperprolaktinemiya ola bilər.  

Diaqnoz

  • Qalxanabənzər vəzlə bağlı şikayəti olan xəstənin müayinə planı ilə bağlı məqaləyə bax
  • Qalxanabənzər vəz palpasiya edilir (ölçüsü , konsistensiyası )

Labarator müayinə

  • İlkin olaraq qanda TSH və FT4 yoxlanmalıdır.
  • Yüngül artmış TSH konsentrasiyası xəstənin qəbul etdiyi dərman ilə əlaqəli ola bilər.
  • Sərbəst T3 (FT3) yoxlanilması əhəmiyyətsizdir.
  • Birincili hipotireozda, TSH konsentrasiyası referans aralığın üzərində və FT4 isə referans aralığın altındadır.
  • Subklinik hipotireozda  FT4 konsentrasiyası referans aralıq daxilindədir ,amma TSH konsentrasiyası daimi olaraq artmış olur. Xəstələrdə  simptomlar adətən mülayim olur  və ya simptomsuz olurlar. Dəyişikliyin daimi xarakterdə olması TSH müayinəsinin 6-8 həftə sonra yenidən təkrarlanması ilə təsdiqlənməlidir. Eyni zamanda qanda TPO anticisimlərinin konsentrasiyasına baxılmalıdır.
  • Mərkəzi hipotireozda, TSH konsentrasiyası  referans aralıq daxilində  və ya mülayim azalmış və FT4 referans aralığın altında olur. Bu xəstələr qiymətləndirilmə üçün xüsusi müayinələrə yönləndirilməlidirlər.
    • Xəstədə hipofiz vəzinin daha geniş hipofunksiyası ola bilər.

 Tiroksinlə müalicə

  • Əgər qanda TSH konsentrasiyası yüksəlmiş və FT4 konsentrasiyası azalmışdırsa, hər zaman  tiroksinlə əvəzedici terapiya  göstərişdir.
  • Subklinik hipotireozda əgər TSH konsentrasiyası 10-dan yüksəkdirsə və ya əgər xəstə hamilədirsə müalicə başlanılır. Əgər qanda TSH konsentrasiyası daimi, amma yüngül artmışdırsa (>3.6-4 mu/I), aşağıdakı faktorlar müalicəni dəstəkləyir: yüngül belə olsa hipotiroza aid simptomların olması, gənc yaş, hamiləlik, TPO anticisimlərinin yüksək konsentrasiyası, zob və ya hiperxolesterinemiya.
    • Mülayim subklinik hipotireozda,müalicə qərarı individual olaraq seçilir. .Tiroksinlə əvəzedici müalicə başlanmazdan əvvəl TSH təkrar yoxlanilmalıdır 
    • Adətən 3-6 aylıq sınaq müalicə ilə başlanması tövsiyə olunur
  • Gənc xəstələrdə tiroksinin ilkin dozası 50-100 µg/gün-dür.Əgər xəstə uzunmüddət hipotiroz vəziyyətdə olubsa,doza 100 µg/gün-ə çatana qədər hər 2 həftədən bir 25 µg olmaqla tədricən artırılır.
  • Dəstəkləyici doza xəstənin bədən çəkisi ilə əlaqəlidir. Ortalama  dəstəkləyici doza təxminən 100-200 µg/gün təşkil edir. Subklinik hipotireozda adətən aşağı dəstəkləyici dozaya ehtiyac olur.
  • TSH axırıncı doza artımından ən az 4 həftə sonra yoxlanılmalıdır. Bu halda,dəstəkləyici doza uyğun səviyyəyə tənzimlənilir.Əgər TSH  konsentrasiyası 1-2 mU/l  və FT4 referans aralığın yuxarı üçdə biri civarındadırsa xəstələr özlərini adətən yaxşı hiss edirlər.
  • Yaşlı  və ürəyin işemik xəstəliyi olan xəstələrdə başlanğıc doza 25 µg/gün-dür.Doza 3 -4 həftə  intervalla tədricən artırılır. 
    • Yaşlı və ya ürək xəstəliyi olan xəstələrdə dəstəkləyici doza adətən normada olduğundan  daha aşağı saxlanılır, bu zaman TSH konsentrasiyası referans aralığın yuxarı sərhəddinə yaxındır.
  • tiroksinin dozası dəyişildikdən sonra qanda FT4 və TSH  ən tezi 4 həftə sonra yoxlanılmalıdır, çünki TSH konsentrasiyası yavaş dəyişilir. Dəstəkləyici doza müəyyən edildikdən sonra TSH ildə bir dəfə və ya 2 ildən bir yoxlanilir,məsələn reseptin yenilənməsi ilə bərabər.Tam əvəzedilmədə doza adətən stabil qalır.
  • Mübahisəli klinik hallarda (məsələn,müvəqqəti hipotireoz olma ehtimalı olanda)  müalicə kəsildikdən 6 həftə sonra qanda TSH yoxlanılmalıdır. Əgər qanda TSH referans aralıqdan yüksəkdirsə, tiroksinlə daimi əvəzedici müalicə göstərişdir.
  • İixtisaslaşmış tibbi xidmətdə izlənilən  qalxanabənzər vəz xərçəngi olan xəstələrdə tiroksinin dozası ilkin tibbi xidmət zamanı dəyişdirilməməlidir.
  • Tiroksin səhərlər acqarına tək dozada qəbul edilir.
    • Müəyyən dərmanlar ,xüsusilə dəmir və kalsium preparatları tiroksinin sorulmasını pozur: bu dərmanlar tiroksin qəbulundan ən az 4 saat sonra qəbul olunmalıdırlar.
    • Estrogenlə əvəzedici müalicə hamiləliktəki kimi eyni effekti verir : tiroksinin üçdə bir qədər artmasına ehtiyac olur.

Hamiləlik zamanı müalicə

  • Yaxşı olar ki, tiroksinlə əvəzedici müalicə alan qadin  hamilə qalmağa çalışdığı zaman  qanda TSH  konsentrasiyası  artıq < 2.5 mU/I olsun.
  • Hamiləlik vaxtı  tiroksinə tələbat 25 - 50 ug qədər artır. Hamiləlik aşkarlanan kimi doza 25 µg  və ya TSH konsentrasiyasına əsaslanaraq artırılmalıdır , belə ki, ilk trimesterdə TSH 2.5 mU/I-dən və ikinci və üçüncü trimesterdə isə 2.5-3 mU/I-dən aşağı saxlanılmalıdır.
  • Tiroksinlə kifayət qədər təmin edilmə döl üçündə çox vacibdir, xüsusilə hamiləliyin erkən dövründə.
  • Hamiləlikdən sonra öncəki dəstəkləyici dozaya qayıdılır.
  • Nadir hallarda rast gəlinən mərkəzi (ikincili) hipotireozda olduğu kimi, hamiləlikdə də  izlənmə parametri olaraq TSH yararsızdır.

Əlaqəli mənbələr

  • Digər sübutların toplamı
  • Ədəbiyyat