Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Trixinelloz

Mündəricat

Trixinelloz

EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
SakariJokiranta

İnfeksiya törədicisi

  • Əvvəllər trixinlər kimi məlum olan trixinellalar (Trichinella spiralis, T. nativa, T. britovi və s.) nematod qurdlara aiddir və ətyeyən heyvanların parazitləridir. İnsanlar yoxlanılmamış və sürfələrlə infestasiya olunan pis hazırlanmış əti, adətən donuz əti, kolbasa və ya ayı ətini  yedikdən sonra  yoluxurlar.  
  • Sürfələr ətdən azad olaraq nazik bağırsağın selikli qişasında yaşayır və böyüyür. Böyük qurdlar  qan dövranı ilə bütün bədənin əzələlərinə gedən və əzələ hüceyrələrini invaziya edən sürfələri hasil edir. 
  • Sürfə sahib əzələ hüceyrəsi ilə birlikdə illər ərzində həyat qabiliyyətini saxlayan və öldükdən sonra kirəcləşən bir kapsul hasil edir. 
  • Vəhşi təbiətdə yaşayan yırtıcılara əlavə olaraq trixinellalar müəyyən dərəcədə donuzlarda və tutulub saxlanılan vəhşi  qabanlarda rast gəlinir. Ətin yoxlanması zamanı müəyyənləşdirildikdə infeksiyalaşmış heyvanlar məhv edilirlər. 
  • Yoxlanılmamış və pis hazırlanmış ət gerçək infeksiya riski daşıyır. 

Dünya üzrə əhəmiyyəti

  • Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmələrinə əsasən bütün dünyada hər il təxminən 3000-6000 insan trixinellozu halı qeyd olunur.  

Symptomlar 

  • Adətən, kliniki xəstəlik infestasiyadan sonra bir həftə ərzində  yüngül mədə-bağırsaq simptomları (ürəkbulanma, qusma, ishal) ilə başlanır. 
  • Sürfələr miqrasiya edərək əzələlərə invaziya olduqda (infestasiyadan 1-6 həftə sonra) pasiyentdə qızdırma, mialgiya, əzələ zəifliyi, əzələ şişkinlikləri, üzdə ödem və gözlər ətrafında ağrı, dırnaqların altına və konyunktivaya qansızmalar, vaskulit simptomları, övrə, bəzən isə öskürək və təngnəfəslik qeyd edilir. 
  •  Şiddətli infeksiyada ürək əzələsinə miqrasiya etmiş sürfələr aritmiyalara səbəb ola bilər. 

Diagnoz

  • Kliniki şübhə, eozinofiliya və kliniki mənzərə
    • Anamnezə əsasən yoxlanılmamış ətin istehlakı  (məsələn, evdə kəsilmiş donuz əti, ayı əti) 
    • Eozinofiliya  adətən güclü dərəcədə olub infestasiyadan təxminən 10 gün sonra müşahidə edilir və anticisim konsentrasiyaları bundan 2-3 həftə sonra yüksəlir. Əzələ fermentlərinin (kreatin kinaza, laktat dehidrogenaza)  və aminotransferazaların qanda konsentrasiyaları yüksələ bilər.
  • Diaqnoz serologiya və ya əzələ biopsiyası ilə təsdiqlənir. Lakin əgər güclü kliniki şübhə varsa artıq müalicə mütləq başlanılmalıdır. İnfestasiyadan 3-5 həftə sonra serokonversiya baş verir və sürfələr ən asanlıqla 4-cü həftədə  əzələ biopsiyası (deltayabənzər əzələ, baldır əzələsi) nümunələrində aşkar edilə bilər. 
  •  Səhiyyə üzrə səlahiyyətli şəxslər yerli qanunvericiliyə uyğun olaraq infeksiya barəsində məlumatlandırılmalıdırlar. 

Müalicə

  • Bağırsağın selikli qişasında yaşayan qurdlar bir çox həftələr ərzində sürfələr hasil etdikləri üçün onların eliminasiyası üçün mebendazolla (400 mq gündə 3 dəfə) və ya 8-14 gün ərzində gündə iki dəfə 400 mq albendazolla (albendazole) müalicə məqbuldur. Hamiləlik dövründə, xüsusilə birinci trimestr ərzində mebendazol (mebendazole) və albendazol (albendazole) preparatlarının istifadəsindən  qaçılmalıdır. Lakin mebendazolun faydaları riskləri (ABŞ Qida və Dərman Adminstrasiyası -FDA hamiləlik kateqoriyası) üstələyə bilər .  
  • C). Albendazol üçün xüsusi lisenziya tələb edilə bilər.  Qlikokortikoidlər: prednizon (prednisone)  40–60 mq gündə bir dəfə verilə bilər.  İnfestasiyadan 3-6 həftə sonra ölüm faizi artdığı üçün ağır hallarda intensiv (reanimasiya və intensiv terapiya bölməsində) qayğı tələb oluna bilər.  Toxumalara miqrasiya etmiş sürfələr səbəbindən ürəkdə, mərkəzi sinir sistemində və ağciyərlərdə yaranan mümkün iltihabi reaksiyaya görə antihelmint dərmanlarla böyük qurdların müalicəsi ağır infeksiyaların həyat üçün təhlükə törətmə potensialını aradan qaldırmır.

Profilaktika

  • Ətin yoxlanması (müntəzəm,ətraflı)
  • Ətin yaxşı hazırlanması (+80 °C-dən artıq temperaturda). Balığın və ya ətin hisə verilməsi kifayət deyil.  Əvvəllər dondurulma (-15 °C ən azı 20 gün ərzində) tövsiyyə olunmuşdur, lakin Trichinella nativa kimi ən azından bəzi növlər donmaya dayana bilir. 

Əlaqəli mənbələr

  • Ədəbiyyat

Ədəbiyyat

  1. Acs N, Bánhidy F, Puhó E, Czeizel AE. Population-based case-control study of mebendazole in pregnant women for birth outcomes. Congenit Anom (Kyoto) 2005 Sep;45(3):85-8.
  2. Torgerson PR, Devleesschauwer B, Praet N et al. World Health Organization Estimates of the Global and Regional Disease Burden of 11 Foodborne Parasitic Diseases, 2010: A Data Synthesis. PLoS Med 2015;12(12):e1001920.
  3. Gottstein B, Pozio E, Nöckler K. Epidemiology, diagnosis, treatment, and control of trichinellosis. Clin Microbiol Rev 2009;22(1):127-45, Table of Contents.