Pap (uşaqlıq boynundan) yaxma və endometrinin biopsiyası
EBM Klinik protokolları
09.08.2017 • Sonuncu dəyişiklik 09.08.2017
PekkaNieminen
Pap-test (yaxma)
Göstərişlər
- Əsasən skrininq vasitəsilə xərçəngin profilaktikası üçün, yəni, uşaqlıq boynu xərçənginin və xərçəngönü vəziyyətlər/zədələnmələrin diaqnozunu qoymaq üçün istifadə edilir .
- Aİ-nın (EU) skrininqə dair tövsiyələrinə əsasən, skrininqə 25-30 yaşlarında başlanılmalı və 3-5 illik intervallar ilə ən azı 60 yaşınadək icra edilməlidir. Bundan başqa, ginekoloji infeksiyalar və müalicənin effektivliyinin qiymətləndirilməsi üçün orqanizmin cavab reaksiyası barədə kliniki əhəmiyyətə malik məlumat əldə edilir. "?>
- Yaşı 25-dən az olan qadınlarda skrininq məqsədilə pap-test tələb olunmur.
- Yaşı 20-dən az olan qadınlarda pap-test tələb olunmur.
- Simptomlar, fərdi risk faktorları, cinsi yolla yoluxan xəstəliklər və ya ginekoloji infeksiyaların diaqnozu ilə əlaqədar ciddi ehtiyac yarandıqda, 20-24 yaşlı qadınlardan pap-test götürülə bilər.
- Pap-test yaxmada aşkar edilmiş dəyişiklərin sonrakı təqibində və xərçəngönü vəziyyətlərin müalicəsindən sonra sınaq intervalları skrininqdən daha qısa ola bilər. Yerli tövsiyələrə baxın.
- Tövsiyə olunan skrininq 65 yaşından yuxarı şəxslərdə, xüsusilə də şəxsin skrininq anamnezində xərçəngönü vəziyyətlər aşkarlandıqda 3-5 illik intervallar ilə HR-HPV testi (HR - yüksək risk) icra etmək və ya pap-yaxma götürmək tövsiyə olunur
- Əgər ehtiyac olarsa (yüksək risk altında olan və ya simptomları olan xəstələrdə), aktiv cinsi həyata başladıqdan bir neçə il sonra qadınlardan ilk pap yaxma götürmək tövsiyə olunur; yaşı 20-dən az olanlardan isə, xüsusi ciddi səbəb olduqda. Əvvəlki yoxlanışdan heç bir dəyişiklik aşkar edilmədikdə, uşaqlıq boynundan yaxma götürməklə adi skrininq icra etmək üçün beş illik interval kifayətdir. Simptomları olan və yüksək risk altında olan qadınlardan, məsələn, anamnezində insan papilomavirus infeksiyası (HPV) olmuş qadınlardan 1-2-illik intervallar ilə nümunələr götürülməlidir."?>
Nümunənin götürülüməsi
- Sorğu forması ilə kifayət qədər kliniki detalların təmin edilməsi (ən azından son menstruasiya dövrünün tarixi və müddəti, yaxmanın qeyri-adi nəticələrinin tarixçəsi və hər hansı müalicə).
- Eyni şüşə üzərində üç nümunə götürülür
- Şpatelin dairəvi ucu ilə vaginadan nümunə
- Şpatelin qabarıq hissəsi ilə uşaqlıq boynunun xarici hissəsindən nümunə
- Xüsusi fırça ilə uşaqlıq boynunun daxili dəliyindən (endoserviks) nümunə"?>.
- Hüceyrələrin zədələnməməsi üçün yığılmış materialları şüşə üzərində tək yüngül hərəkətlə (irəli geri hərəkətlə deyil) yayın. Fırçanı şüşə üzərində fırlatmaq vacibdir.
Fiksasiya
- Nümunəni mümkün qədər tez fiksasiya edin.
- Şüşəni 10 dəqiqə 85-90%-lik etanola salın və ya müvafiq fiksasiya spreyindən istifadə edin. Nümunənin zədələnməməsi üçün spreyi vurarkən kifayət qədər məsafə saxlayın və spreyi vurmamışdan əvvəl spreyin ucluğunu təmizləyin.
Pap-testin həssaslığı
- Uşaqlıq boynunun skvamoz hüceyrə karsinoması 85–95 % "?>
- Uşaqlıq xərçəngində yalnız 50–60 %
- Yumurtalıq xərçənginin diaqnozunda pap-test faydalı deyil.
Pap-testin nəticələri
Betesda təsnifatı
2001-ci il Betesda təsnifatı
| Təsnifat |
Nəticə |
| Nümunənin növü |
Ənənəvi yaxma, maye əsaslı yaxma |
| Nümunənin müvafiqliyi |
Qiymətləndirmə üçün kifayətdir |
| |
Qiymətləndirmə üçün kifayətdir, vəzi hüceyrələri yoxdur, |
| |
Kifayətdir, ancaq ... ilə məhduddur ... (səbəbini qeyd edin) |
| |
Qiymətləndirmə üçün kifayət deyil... (səbəbini qeyd edin) |
| Ümumi təsnifat |
İntraepitelial zədələnmələr və bədxassəlilik - mənfidir |
| |
Epitel hüceyrələrdə patoloji dəyişiklik |
| |
Digər, hesabata baxın |
| Patoloji mikroblar |
BV (bakterial vaginoz), "açar" hüceyrələr |
| |
Qarışıq flora |
| |
Funqal (göbələk) infeksiya |
| |
Aktinomisetlər (şüalanan göbələklər ) |
| |
Vaginal trixomonadlar |
| |
Herpes |
| Reaktiv dəyişikliklər |
İltihab |
| |
Regenerasiya |
| |
Radiasiya |
| |
Uşaqlıqdaxili vasitənin (UDV) səbəb olduğu dəyişiklik |
| Qeyri -neoplastik dəyişikliklər |
Yaşı 50-dən çox olan qadınlarda endometrial hüceyrələr |
| |
Histerektomiyadan sonra vəzi hüceyrələri |
| |
Atrofiya |
| |
Sitoliz (cytolysis) |
| Skvamoz hüceyrədə patoloji dəyişikliklər |
ASC-US - qeyri-müəyyən əhəmiyyətə malik atipik skvamoz hüceyrələr |
| |
ASC-H - atipik skvamoz hüceyrələr, yüksək dərəcəli skvamoz intraepitelial zədələnmə (HSIL) inkar edilə bilməz |
| |
LSIL - yüngül dərəcəli skvamoz intraepitelial zədələnmə |
| |
HSIL - yüksək dərəcəli skvamoz intraepitelial zədələnmə |
| |
Skvamoz hüceyrə karsinoması |
| Vəzi hüceyrələrində patoloji dəyişikliklər |
AGC-NOS, endoservikal mənşəlli, qeyri-müəyyən əhəmiyyətə malik |
| |
AGC-FN, endoservikal mənşəlli, neoplaziyaya meyilli |
| |
Endometrial mənşəlli, qeyri-müəyyən əhəmiyyətə malik |
| |
Endometrial mənşəlli,, neoplaziyaya meyilli |
| |
Qeyri-müəyyən mənşəlli, qeyri-müəyyən əhəmiyyətə malik |
| |
Qeyri-müəyyən mənşəlli, (neoplaziyaya meyilli) |
| |
“İn situ adenokarsinoma” |
| |
Adenokarsinoma |
| Hormonal qiymətləndirmə |
Yetişmə indeksi ......./......../ |
| |
Yaşa və xəstəlik anamnezinə uyğundur |
| |
Yaşa və xəstəlik anamnezinə uyğun deyil (qeyd edin) |
| |
... səbəbindən hormonal qiymətləndirmə mümkün deyil |
Pap yaxmanın təhlilinin müxtəlif nəticələrində tədbirlər və sonrakı nəzarət
| Nəticə |
Tədbirlər |
Sonrakı nəzarət |
| Qiymətləndirmə üçün kifayətdir, vəzi hüceyrələri yoxdur |
Yeni nümunə götürülməsini nəzərə alın |
|
| Qiymətləndirmə etibarlı deyil |
Yeni nümunə götürülməsini nəzərə alın |
|
| Qiymətləndirmə üçün kifayət deyil |
Yeni nümunə götürün |
|
| İntraepitelial zədələnmə və bədxassəlilik mənfidir |
| Iltihab |
Əgər lazım olarsa, sitoloqun tövsiyyəsi ilə mikroba xas müalicə və növbəti müşahidə |
|
| Regenerasiya |
Sitoloqun tövsiyəsi ilə növbəti müşahidə və əgər regenerasiyaya dair ciddi sübut olarsa, kolposkopiya |
|
| Atrofik vaginit |
Yerli estrogen müalicəsi tövsiyə olunur, sitoloqun tövsiyəsi ilə növbəti müşahidə |
|
| Radiasiyanın səbəb olduğu dəyişiklik |
Sitoloqun tövsiyəsi ilə 4-12 aydan sonra nümunənin təkrar yoxlanışı; əgər əhəmiyyətli dəyişiklik olarsa və təkrarlanarsa, kolposkopiya. |
Yaxmanın ildə bir dəfə yoxlanışı |
| Epitel hüceyrəsində patoloji dəyişiklik |
| ASC-US (qeyri-müəyyən əhəmiyyətə malik atipik skuamoz hüceyrələr) |
6-12 aydan sonra nümunə götürülməlidir. Əgər 12-24 ay ərzində 2-3 dəfə dəyişiklik baş verərsə, kolposkopiya. Növbəti müalicə nəticələrə müvafiq olur. |
Kolposkopiyanın nəticələrinə əsasən |
| ASC-H (yuxarıda qeyd edildiyi kimi, lakin yüksək dərəcəli skvamoz intraepitelial zədələnmə (HSIL) inkar edilə bilməz ) |
1-2 ay ərzində kolposkopiya. Əgər CIN 2 və ya 3 aşkar edilərsə, digər hallarda nəticələr normal olanadək 6 aylıq intervallar ilə nümunələr təkrarlanmalıdır (CIN = cervical intraepithelial neoplasia, uşaqlıq boynunun intraepitelial neoplaziyası; CIN 1 = yüngül displaziya, CIN 2 = orta dərəcəli displaziya, CIN 3 = ciddi displaziya və ya epiteldaxili xərçəng). |
Kolposkopiyanın nəticələrinə əsasən |
| LSIL (yüngül dərəcəli skuamoz intraepitelial zədələnmə ) |
Yaşı 30-dan çox olan qadınlarda: 6 ay ərzində kolposkopiya. Əgər sitoloq tövsiyə edərsə və ya 6-12 aydan sonra yenə müayinə zamanı ASC-US və ya daha çox dəyişiklik aşkar edilərsə, yaşı 30-dan az olan qadınlara da eynisi tətbiq edilir. Əgər kolposkopiya zamanı CİN 2 və ya 3 aşkar edilərsə, müalicəyə ehtiyac var, əks təqdirdə nəticə normal olanadək 6-12 aylıq intervallar ilə nümunələrin təhlili təkrarlanmalıdır.
|
Kolposkopiyanın nəticələrinə əsasən. CIN 1 olduqda 2 il ərzində müşahidə edilməlidir. Müşahidə müddəti ərzində sağalmazsa, müalicə edilməlidir. Bundan sonra 30 ay ərzində hər il yaxmanın təhlili aparılmalıdır. Daha sonra, yaxmanın təhlilləri arasındakı interval 5 ili keçməməlidir. |
| HSIL (yüksək dərəcəli skuamoz intraepitelial zədələnmə) |
1-2 ay ərzində kolposkopiya. Əgər kolposkopiya zamanı CİN 2 və ya 3 aşkar edilərsə, müalicəyə ehtiyac var, əks təqdirdə nəticə normal olanadək 6 aydan bir kolposkopiya təkrarlanmalı və 6 aylıq intervallar ilə nümunələrin təhlili aparılmalıdır.
|
Kolposkopiyanın nəticələrinə əsasən. CIN 2–3 olduqda 60 ay ərzində hər il yaxmanın təhlili aparılmalıdır. Daha sonra, yaxmanın təhlilləri arasındakı interval 5 ili keçməməlidir. |
| Skuamoz hüceyrə karsinoması |
Kolposkopiya, UDV-nin çıxarılması və invaziyanın dərəcəsinə əsasən karsinomanın müalicəsi. |
Onkoloji klinikada sonrakı nəzarət altında saxlanılmalıdır |
| Endoservikal mənşəlli, atipik vəzi hüceyrələri |
1-2 ay ərzində kolposkopiya, sitoloq tərəfindən tövsiyyə edildiyi kimi qeyri-müəyyən vəzi atipiyasında 4-6 ay ərzində yaxmanın təhlilinin təkrarlanması kifayətdir. |
Kolposkopiyanın nəticələrinə əsasən. Yaxmanın ildə bir dəfə müayinəsi |
| Endometrial mənşəlli, atipik vəzi hüceyrələri |
Vaginal ultrasəs müayinəsi və endometrial biopsiya |
Postmenopauzal dövrdə endometriumun sonrakı nəzarətdə saxlanılması |
| Adenokarsinoma |
Kolposkopiya, karsinomanın müalicəsi |
Onkoloji klinikada sonrakı nəzarət |
| Digər bədxassəlilik |
Kolposkopiya və histoloji nümunələr |
Onkoloji klinikada sonrakı nəzarət |
| Hormonal vəziyyət xəstənin yaşına və xəstəlik anamnezinə uyğun deyil |
Vəziyyətdən asılı olaraq (Qeyd: menopauzadan sonra estrogen ifraz edən şişlər) |
|
Əməliyyatın aparılmasının ardığıllığı