Nevroloji mənşəli göz simptomları
EBM Klinik protokolları
24.04.2016 • Sonuncu dəyişiklik 26.02.2013
KirsiSetälä
Əsas məqamlar
- Neyrooftalmoloji zədələnmənin yeri və onun mümkün səbəbi barədə təəssürat aşağıdakı müayinələri aparmaqla əldə edilə bilər:
- görmə itiliyi
- görmə sahələri
- göz hərəkətləri
- bəbəyn işığa reaksiyaları
- bəbəklər arasında ölçü fərqi.
- Diaqnoz və müalicə üçün oftalmoloq və nevroloqun əməkdaşlığı tələb olunur.
Görmə itiliyinin pozulması
- Diqqətli anamnez vacibdir.
- Görmə yalnız bir gözdə və ya hər iki gözdə pozulmuşdur?
- Görmə qəfil və ya tədricən pisləşmişdir?
- Qəfil pisləşmə: damar mənşəli?
- Yaşı 50-dən çox olan pasiyentlər: görmə sinirinin işemik neyropatiyası (başlanğıc həmişə qəfil deyil və bəzi hallarda görmə bir neçə gün ərzində pisləşə bilər)
- Bir neçə gün ərzində pisləşmə: görmə sinirinin nevriti?
- Xüsusilə, gənc yaşlı böyüklərdə
- Görmənin tədricən pisləşməsi: görmə sinirinin kompressiyası?
- Pasiyent bu problemi necə fərq etdi?
- Təsadüfən digər gözünü qapayıb: etiologiya gözdən qaynaqlana bilər, məsələn, katarakta və ya makular degenarasiya (sarı ləkənin degenerasiyası).
- Əgər görmə itiliyi yalnız bir gözdə pozulubsa dilatasiya edici göz damcılarının təyin edilməsindən öncə bəbəyin işığa reaksiyalarını müayinə etmək vacibdir: nisbi afferent bəbək defekti (NABD) birtərəfli və ya asimmetrik görmə siniri zədələnməsinin yeganə obyektiv əlamətidir.
- Həmçinin, baxın .
Bəbəklərin qeyri-bərabər ölçüsü (anizokoriya)
- Fizioloji anizokoriya çox geniş yayılmışdır: adamların 20%-də bəbəklərin ölçüsü tam bərabər deyil.
- İlk öncə gözlərdə aparılmış əməliyyatlar və ya travma, göz damcıları barədə soruşun. Bəbəklərin ölçüsü nə qədər müddətdir ki, qeyri-bərabərdir (köhnə fotoşəkillər varmı)?
- Hər iki bəbəyi müayinə edin: onlar normal reaksiya verir?
- Əgər hər iki bəbək normal reaksiya verirsə pasiyentdə ya Hörner sindromu, ya da fizioloji anizokoriya var.
- Hörner sindromu (simpatik innervasiyanın pozulması): ptoz və mioz (bəzən ipsilateral tərləmə pozulması); şəkil .
- Problemin yerini lokalizasiya etmək vacibdir və daha sonrakı müayinələr buna müvafiq surətdə aparılır.
- İpsilateral üz/boyun ağrısı ilə olan kəskin Hörner sindromunda yuxarı arteriyasının disseksiyasından şübhələnin.
- Yuxu arteriyalarının təxirəsalınmaz görüntüləmə müayinələri
- Gənc şəxslərdə (qadınlar) bir bəbəkdə intermittə edən (saatlar-günlər) genəlmə görülə bilər: miqren variantı?
- Bəbək reaksiyasının birtərəfli pisləşməsi: parasimpatik innervasiyanın pozulması
- Bir bəbək genəlib, simmetrikdir, girdədir və işığa heç bir reaksiyası yoxdur: gözün hərəki sinirinin anevrizma və ya digər bir kompressiya nəticəsində yaranan iflici. Demək olar ki, həmişə diplopiya (yüngül ola bilər) var.
- Gözün hərəki sinirinin iflici + fiksə olunan genəlmiş bəbək: təxirəsalınmaz maqnit rezonans tomoqrafiya (MRT) və maqnit rezonans angioqrafiya (MRA) və ya kompüter tomoqrafik angioqrafiya (KTA)
- Zədələnmiş və ya huşsuz pasiyentlərdə bir bəbəyin genəlməsi kəllədaxili təzyiqin yüksəlməsinin və beynin qaçılmaz dislokasiyasının göstəricisi ola bilər.
- Əgər yeganə əlamət bir bəbəyin fiksə olunan genəlməsidirsə hər bir gözə 1%-li pilokarpin göz damcıları təyin edin (zədələnməmiş göz nəzarət rolunu oynayır).
- Əgər bəbək daralırsa: əsas arteriyanın zirvəsinin anevrizması?
- Əgər bəbək daralmırsa: farmakoloji blokada? Təsadüfən və ya bilərəkdən gözə atropinə bənzər dərman tətbiq edilib.
- Pasiyent bitkilərlə təmas edib, xəstəxanada işləyir, irit xəstəliyi olan bir ailə üzvü var və ya ürəkbulanma əlayhinə plastrlardan istifadə edib?
- Əgər bir bəbək azca qeyri-rəvandır, işığa pis cavab verir və parlaq yanıb-sönən işıqlar bəbəyin kənarında soxulcana bənzər hərəkətləri induksiya edirsə pasiyentdə güman ki, "tonik bəbək" (Edi bəbəyi) vardır
- Zədələnmiş bəbək ilkin olaraq əks tərəfdəki bəbəkdən daha böyükdür, lakin illər ərzində kiçilir. Buna baxmayaraq bəbəyin reaksiyaları pis, ləng və tonik olaraq qalacaqdır.
- Gənc qadınlarda daha çox rast gəlinir.
- Bu vəziyyət halların 20-30%-də iki tərəfli olur. Pasiyentlərin üçdə birində diz refleksləri itmiş olur.
- Tonik bəbək 0,1%-li pilokarpin damcısı ilə daralır (denervasiya superhəssaslığı)
- Tonik bəbək xoşxassəli bir vəziyyətdir və əlavə heç bir müayinəyə ehtiyac yoxdur.
Diplopiya (ikigörmə)
- Diqqətli anamnez vacibdir: binokulyar və ya monokulyar diplopiya?
- Əgər pasiyent bir gözünü bağladıqda diplopiya davam edirsə diplopiyanın mənbəyi bağlanmamış gözdədir: buynuz qişa, billur, sarı ləkə.
- Binokulyar diplopiya: həqiqi iki görmə
- İntermittə edən (fasiləli) diplopiya, yorulduqda daha çox: pasiyentdə heteroforiya ola bilər.
- Bağlama testi göstərişdir.
- Göz almasının hərəkətlərinin diapozonunu müayinə edin: hər hansı defisit var?
Oftalmoplegiya
Gözün hərəki siniri (üçüncü kəllə-beyin siniri)
- Gözün hərəki siniri gözün hərəkətlərinə cavabdeh əzələlərin əksəriyyətini, eləcə də yuxarı göz qapağını qaldıran əzələni və bəbəyi daraldan əzələni innervasiya edir.
- Gözün hərəki sinirinin tam iflici: gözün yuxarıya, aşağıya və içəriyə hərəkətinin pisləşməsi ilə birgə ptoz, göz içəri (+azca aşağıya) istiqamətə çevrilib və bəbək genələrək işığa cavab vermir. Təxirəsalınmaz görüntüləmə müayinəsi tələb olunur; anevrizma və sinirin digər bir kompressiyası mümkündür.
- Əgər gözün hərəki sinirinin iflici digər cəhətdən tamdır, lakin bəbəklər qoşulmayıbsa ehtimal olunan diaqnoz sinirin özünü cəlb edən bir mikroinfarktdır.
- Bir neçə ay ərzində aradan qalxacaq.
- Əgər pasiyent yaşlıdır və damar xəstəlikləri risk faktorları varsa görüntüləmə müayinələri göstəriş deyil. Lakin mütləq pasiyentin mütəzəm təqib olunmasına ehtiyac var.
- Gicgah arteriyalarının arteriitinin mümkünlüyü mütləq yadda saxlanılmalıdır.
- Gözün hərəki sinirinin natamam iflicində normal bəbək sinirin kompressiyasını inkar etmir.
Blok siniri (dördüncü kəllə-beyin siniri)
- Blok siniri gözün aşağıya hərəkəti, adduksiyası və içəri rotasiyasına imkan verən əzələni innervasiya edir.
- Blok sinirinin iflici aşağı baxdıqda, spiral şəkilli pilləkənlərdə, oxuduqda, qida qəbul etdikdə və s. hallarda pisləşən diplopiyaya səbəb olur.
- Çox zaman doğuşda mövcuddur, lakin nəzərəçarpacaq diplopiya təxminən 20-30 yaşa qədər inkişaf etməyə bilər. Köhnə fotoşəkillər diaqnozda faydalıdır: başın xarakterik əyilməsi.
- Blok siniri baş beyin kötüyünün arxa tərəfindən xaric olduğu üçün travma nəticəsində (məsələn, arxası üstə yıxılmaq) bu sinirin zədələnməsi ehtimalı ən çoxdur; qəfil zərbə zədələnmə ilə nəticələnə bilər.
- Blok sinirinin iflici həmçinin, mikroinfarkt nəticəsində baş verə bilər. Daha nadir hallarda səbəb sinirin kompressiyasıdır.
Uzaqlaşdırıcı sinir (altıncı kəllə-beyin siniri)
- Uzaqlaşdırıcı sinir bayır düz əzələni innervasiya edir. Uzaqlaşdırıcı sinirin iflicində zədələnmiş tərəfdəki gözün abduksiya edə bilməməsi ezotropiya ilə nəticələnir.
- Yaşlı pasiyentlərdə ən çox rast gəlinən səbəb uzaqlaşdırıcı sinirin mikroinfarktıdır və bu problem bir neçə ay ərzində spontan olaraq aradan qalxır.
- Digər etiologiyalara sinirin kompressiyası və kavernoz cib daxilində zədələnmələr aiddir. .
- Əgər kəllədaxili təzyiq yüksəlibsə pasiyentdə uzaqlaşdırıcı sinirin birtərəfli və ya ikitərəfli zəifliyi qeyd edilə bilər.
- Beyin kötüyündə nüvənin zədələnməsi çox zaman həmçinin digər nevroloji əlamətlər və tipik parezlə müşayiət olunur.
- Uzaqlaşdırıcı sinirin nüvəsinin zədələnməsi altıncı sinirin izolə olunmuş zədələnməsinə deyil, baxışın iflicinə səbəb olur.
İnternuklear oftalmoplegiya (İNO)
- İNO dağınıq skleroz xəstəliyində ən çox rast gəlinən göz hərəkətləri pozulmasıdır.
- Zədələnmə iç boylama dəstədə baş verir və nəticədə impuls uzaqlaşdırıcı sinirdən iç düz subnüvəyə keçmir.
- Məsələn, sola baxdıqda sağ göz adduksiya edə bilmir və sol gözdə sarsınıtılı hərəkətlər (nistaqm) nümayiş oluna bilər.
- Yaşlı pasiyentlərdə İNO üçün ən çox rast gəlinən etiologiya damar mənşəlidir.
Myasthenia gravis (ağır miasteniya)
- Əgər pasiyentdə yorulduqda daha pisləşən fasiləli diplopiya və birtərəfli və ya ikitərəfli ptoz varsa myasthenia gravis ehtimalı yadda saxlanılmalıdır.
- Myasthenia gravis göz-hərəki sinirin iflici və İNO da daxil olmaqla hər hansı bir göz hərəkətləri pozunluğunu yamsılaya bilər.
Görmə siniri diskinin ödemi
- Bu vəziyyət (demək olar ki, həmişə) iki tərəflidir (şəkillər ).
- Spontan venoz pulsasiyanın itməsi
- Adətən görmə itiliyi yaxşıdır.
- Kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri (baş ağrısı, ürəkbulanma, huş səviyyəsinin enməsi)
- Görmə siniri diskinin ödeminin səbəbi mütləq cəld müəyyən olunmalıdır: görüntüləmə müayinələri.
- Differensial diaqnoz: görmə siniri diskinin qeyri-adəti görünüşü - görmə siniri diskinin druzları (GDD)?
- Əgər kəllədaxili təzyiqin yüksəlməsinin heç bir digər əlaməti yoxdursa mütləq oftalmoloqla konsultasiya edilməlidir.