Dəri absesi və follikulit
EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 23.05.2017
AlexanderSalava
Əsas məqamlar
- Dərinin kiçik absesləri sistem antibiotiklərə ehtiyac olmadan kəsik və drenajla müalicə oluna bilər.
- Təkrarlanan abseslər (furunkulyoz) meyl yaradan faktorların müəyyənləşdirilməsi, şəxsi gigiyenanın yaxşılaşdırılması və, əgər lazımdırsa, burunda stafilokokk kolonizasiyasının yerli müaicəsi üçün bir çağırışdır.
Etiologiya və terminologiya
Diaqnoz
- Diaqnoz klinik mənzərə əsasındadır.
- Çox zaman üzdə və tüklü dəri sahələrində, başın tüklü hissəsinin dərisində, qasıq nahiyələrində, budlarda və qoltuq nahiyələrində rast gəlinir.
- Follikulit özünü ətrafı eritemalı 1-3 mm-lik sarımtıl pustula kimi göstərir.
- Abses isti, qızartılı və dəri altında ağrılı şişkinlikdir, "yetişdikdə" irinli möhtəviyyat ifraz edə bilər.
Müayinələr
- Bakterial kultura müayinəsi yalnız ağırlaşmış və ya uzanmış hallarda göstərişdir.
- Dermatofitiya şübhəsi olduqda göbələk infeksiyası üçün nümunələr (mikrobioloji və kultura müayinəsi üçün) müayinə edilir.
Differensial diaqnoz
- Differensial diaqnoz üçün ən mühüm xəstəliklər qızılyel, fleqmona və nekrozlaşdırıcı infeksiyaların erkən mərhələləridir.
- İnfeksiyadan savayı digər səbəbləri müəyyənləşdirmək vacibdir.
- Sızanaqlar, sızanaqlara bənzər dərman səpgiləri, çəhrayı sızanaq
- Yağlı dəri kremləri, peşə ilə bağlı provokasiya edici amillər (məsələn, sənaye yağları və halogenləşdirilmiş hidrokarbonlar), dəri okklüziyası (məsələn, plastırlar), sürtünmə, tərləmə və maserasiya, ülgüclə tüklərin qırxılması.
- Daha çox piqmentasiya olunmuş dəri tipləri olan şəxslərdə saqqal nahiyəsinin (saqqal nahiyəsi tüklərinin psevdofollikuliti) və boynun (boyunardı nahiyənin keloid sızanaqları) psevdofollikuliti.
- Aşağıda göstərilən patogenlər də həmçinin follikulitə bənzəyən klinik mənzərəyə səbəb ola bilər:
- dermatofitiya (xüsusilə, saqqal nahiyəsi və başın tüklü hissəsi ətrafında)
- herpes və Herpes zoster (qrup şəklində pustulalara səbəb ola bilər)
- Pseudomonas aeruginosa kimi qram-mənfi bakteriyalar (məsələn, çirkli cakuzi hovuzlarından və ya antimikrob vasitələrin uzun müddətli kursundan sonra) və ya Malassezia göbələyi (gövdənin arxa hissəsi və ya döş qəfəsi).
Müalicə
Yerli müalicə
- Follikulitin müalicəsi adətən yerlidir.
- Tüklü dəri sahələrinin (məsələn, budlar) səthi follikuliti bir fizioloji fenomendir və heç də həmişə müalicəyə ehtiyacı yoxdur.
- Təsirə məruz qalmış sahələr sabun və ya aşağı pH göstəricisi olan dəri təmizləyici mayesi ilə yuyulmalıdır.
- Əgər lazımdırsa, antimikrob kremlər (məsələn, fuzidi turşusu) və ya antiseptik preparatlar (məsələn, xlorheksidin və ya benzoil peroksid) istifadə olunur.
Sistem antimikrob vasitələr
- Dərin və ya geniş yayılmış follikulit stafilokokklar əleyhinə effektiv olan sistem antimikrob vasitələr üçün bir göstərişdir.
- Saqqal nahiyəsi tüklərinin sikozu sistem antimikrob vasitələr üçün həmişə bir göstərişdir.
Absesin kəsilməsi və drenajı
- Furunkulların təkrarlanan meydana çıxması
- Etiologiya naməlumdur, lakin irsi faktorlar, şəkərli diabet, immunosuppressiya (şəkil ) və qidalanma zəifliyi kimi amillərin hamısı furunkulyoza meylliliyi artırır.
- Furunkulyoz xaricə səfərdən (xüsusilə isti iqlimli ölkələrə) sonra başlana bilər.
- Təkrarlanan furunkulların səbəbi MRSA (metisillinə resistent qızılı stafilokokk) ola bildiyi üçün bakterial kultura müayinəsinə ehtiyac vardır.
- Furunkulyoza səbəb olan stafilokokk ştammları çox zaman burun daxilindən və ya aralıq nahiyəsindən digər dəri sahələrinə barmaqlar üzərində daşına bilər.
- Furunkulyozu sızanaqlardan (məsələn, şara bənzər sızanaqlar) və irinli hidradenitdən (bükücü sahələrdə dərin furunkullar) differensasiya etmək vacibdir.
- Furunkulyozda sadalanan tədbirlər tövsiyə olunur: şəxsi gigiyenanın yaxşılaşdırılması, antiseptik təmizləyici losyonlar (məsələn, xlorheksidin və ya benzoil peroksid) və ya antimikrob kremləri; yataq ağları, dəsmallar və geyimin gündəlik dəyişdirilməsi.
- Bundan əlavə, burunda Staphylococcus aureus kolonizasiyasının eradikasiyasına, məsələn, mupirocin kremi gündə iki dəfə 5 gün ərzində və ya fuzidi turşusu kremi 1-2 həftə ərzində olmaqla antibakterial kremlərlə cəhd edilə bilər.
- Ağır hallarda (> 3 residiv/6 ay) yerli müalicəyə bir əlavə kimi klindamisin (clindamycin, 150 mq gündə 1–2 dəfə) 1–3 ay ərzində profilaktik müalicə olaraq verilə bilər. Tetrasiklin, sulfanilamid və makrolid qruplarınadan olan antimikrob preparatları da həmçinin istifadə olunmuşdur.
Konsultasiya
- Ağırlaşmış abseslərdə, ağır dəri infeksiyalarında və septik vəziyyətlərdə xəstəxanada təxirəsalınmaz müalicə və ehtiyac olduqda cərrahiyyə tövsiyə olunur.
- Müalicəyə rezistent furunkulyozda profilaktik və ya eradikasiya müalicəsi ilə əlaqədar dermatologiya və ya infeksion xəstəliklər üzrə bir mütəxəssislə konsultasiya olunmalıdır.
Masiuk H, Kopron K, Grumann D ym. Association of recurrent furunculosis with Panton-Valentine leukocidin and the genetic background of Staphylococcus aureus. J Clin Microbiol 2010;48(5):1527-35. Masiuk H, Kopron K, Grumann D et al. Association of recurrent furunculosis with Panton-Valentine leukocidin and the genetic background of Staphylococcus aureus. J Clin Microbiol 2010;48(5):1527-35. Duong M, Markwell S, Peter J et al. Randomized, controlled trial of antibiotics in the management of community-acquired skin abscesses in the pediatric patient. Ann Emerg Med 2010;55(5):401-7. .Artzi O, Sinai M, Solomon M et al. Recurrent furunculosis in returning travelers: newly defined entity. J Travel Med 2015;22(1):21-5. Miller LG, Daum RS, Creech CB et al. Clindamycin versus trimethoprim-sulfamethoxazole for uncomplicated skin infections. N Engl J Med 2015;372(12):1093-103. Rajendran PM, Young D, Maurer T et al. Randomized, double-blind, placebo-controlled trial of cephalexin for treatment of uncomplicated skin abscesses in a population at risk for community-acquired methicillin-resistant Staphylococcus aureus infection. Antimicrob Agents Chemother 2007;51(11):4044-8. Demos M, McLeod MP, Nouri K. Recurrent furunculosis: a review of the literature. Br J Dermatol 2012;167(4):725-32.