Uşaqlarda faringit və tonzillit
EBM Klinik protokolları
01.12.2016 • Sonuncu dəyişiklik 01.12.2016
JohannaNokso-Koivisto
Əsas müddəalar
- Məktəbəqədər yaşlı uşaqlarda faringitin ən geniş yayılmış səbəbi viruslardır.
- A qrup streptokoklar tərəfindən törədildiyi təsdiq еdilən infeksiyalar antimikrob preparatlarla müalicə edilir. Əks halda, simptomatik müalicə yetərlidir.
- İnfeksion mononukleoz kiçik yaşlı uşaqlarda yalnız yüngül simptomlarla özünü biruzə verir. Antimikrob preparatlarla terapiya uşaq üçün heç bir müalicəvi effektə malik deyil, bununla bərabər xəstəlik müddətində amoksisillin (amoxicillin) kursu, demək olar ki, pasientlərin hamısında qırmızı-ləkəli səpginin yaranmasına səbəb olur (şəkil).
- Streptokoklar tərəfindən törədilən epidemiyalar ayırd edilərək, müvafiq tədbirlər həyata keçirilməlidir; Boğazda ağrı və tonzillit məqaləsinə bax.
Etiologiyası
- Ən geniş yayılmış etioloji amil adenoviruslardır.
- Streptokok infeksiyası 3 yaşdan kiçik uşaqlarda nadir hallarda meydana çıxır.
- İnfeksion mononukleoz kiçik yaşlı uşaqlarda yalnız yüngül simptomlarla özünü biruzə verir. Antimikrob preparatlarla terapiya uşaq üçün heç bir müalicəvi effektə malik deyil. Xəstəlik müddətində amoksisillin (amoxicillin) kursu qırmızı-ləkəli səpginin yaranmasına səbəb ola bilər (şəkil ).
- Boğazda ağrı və qızdırmanın aradan qaldırılması üçün QSİƏP. Yeməkdən yarım saat əvvəl ağrıkəsici preparatın istifadəsi qida qəbulunu asanlaşdırır.
- A qrup streptokokların törətdiyi infeksiyaların müalicəsi üçün penisillin V (penicillin V), 70 mq/kq/gün (100.000 vahid/kq/gün), yaxud (penisillinə (penicillin) qarşı allergiyası olan pasientlərdə) sefaleksin (cephalexin), 50 mq/kq/gün, iki dozaya bölünməklə, 10 gün ərzində istifadə edilir. Makrolidlər, yalnız penisillin (penicillin) və sefalosporin allergiyası olan pasientlərdə, həssaslıq testinin nəticəsinə uyğun tətbiq edilir.
- Sefalosporinlərlə daha qısa kurslar (2–6 gün) eynilə effektiv ola bilər. Daha qısa kurs, məsələn, uşağın antimikrob preparatları uzun kurs şəklində qəbul etməsi ilə bağlı çətinliklər olduğu halda nəzərdən keçirilə bilər.
- Yoluxuculuqla əlaqədar, antimikrob terapiyanın başlanılmasından sonra bir gün ərzində ev şəraitində baxım tövsiyə edilir. Məktəbəqədər müəssisə və ya məktəbdən azad olunmanın müddəti etioloji amillə deyil, uşağın ümumi vəziyyəti ilə şərtləndirilir.
McIsaac WJ, White D, Tannenbaum D et al. A clinical score to reduce unnecessary antibiotic use in patients with sore throat. CMAJ 1998;158(1):75-83. "?>