Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qabırğaların və çanağın sınıqları

Mündəricat

Qabırğaların və çanağın sınıqları

EBM Klinik protokolları
11.05.2017 • Sonuncu dəyişiklik 11.05.2017
EeroHirvensalo

Əsas məqamlar

  • Qabırğaların və çanağın sınıqları konservativ yolla müalicə olunan yüngül dərəcəli sınıqlardan tutmuş həyati təhlükəli sınıqlara qədər dəyişir. 
    • Qeyri - stabil qabırğa sınıqları profuz qanaxma, pnevmotoraks və tənəffüsdə çətinliklə müşayiət oluna bilər. 
    • Sınmış çanaq kəskin qan itirilməsinə aparıb çıxara bilər.
    • Sınıq öz - özlüyündə daxili orqanlarda hər hansı zədənin sayı və dərəcəsi barədə heç bir məlumat vermir. 
  • Qeyri - stabil qabırğa sınıqları profuz qanaxma, pnevmotoraks və tənəffüsdə çətinliklə müşayət oluna bilər. Sınmış çanaq kəskin qan itirilməsinə aparıb çıxara bilər. 
  • Travmalı xəstədə təzyiqli pnevmotoraksı təyin edin, baxın

Qabırğa sınıqları

Diaqnostika

  • Diaqnoz klinik olaraq qoyula bilər, məsələn sınıq olan tərəf həm birbaşa palpasiya zamanı, həm də sınıqdan uzaq sınmış qabırğaya arxadan təzyiq etdikdə həssas olur (video).
  • Bir yoxsa bir neçə qabırğanın sındığını təyin etmək çox vacibdir. Çoxsaylı qabırğa sınıqlarında ağırlaşma riski əhəmiyyətli şəkildə yüksəlmişdir.
  • Ağciyərlərə qulaq asın; əgər auskultasiyanın nəticəsi asimmetrikdirsə, pnevmotoraksdan şübhələnin.
  • Zədəyə istifadə olunan enerji aşağı olduqda, ağciyərlərin auskultasiyasında qeyri - normal tapıntılar olmadıqda, ağrıya baxmayaraq xəstə yaxşı nəfəs aldıqda və klinik müayinə heç bir həyəcan simptomları aşkar etmədikdə döş qəfəsinin rentgenoqrafiyasının tətbiq edilməsi lazım deyildir. Buna baxmayaraq, döş qəfəsinin rentgenoqrafiyası hemotoraks və ya pnevmotoraksı inkar etmək və çoxsaylı qabırğa sınıqlarına şübhə olduqda edilməlidir (şəkil).

Müalicə

  • Aşağı enerjili ağırlaşmamış tək qabırğa sınığı adətən ambulator olaraq müalicə olunur. Xəstə simptomların pisləşməsi halında təcili yardım şöbəsinə yenidən müraciət etməkdən utanmamalıdır.
  • Çoxsaylı qabırğa sınıqlarında müşahidə müayinələri və müalicənin ilkin mərhələdə xəstəxanada edilməsi vacibdir. 
    • İki və daha çox qabırğanın sınığında zədələnmə üçün lazım olan enerji o qədər yüksək olur ki, plevranın cırılması və pnevmotoraksın inkişafı mümkündür. Qanaxma riski də həmçinin yüksəlmişdir.
  • Əgər klinik müayinə zədə ətrafında geniş yayılmış həssaslıq və prosesə cəlb olunan enerjinin yüksək olmasını aşkar edərsə, hətta qabırğa sınığı təsdiqlənməsə belə xəstə müalicə üçün xəstəxanaya yönəldirilməlidir.
  • Çökmüş döş qəfəsi (döş qəfəsinin taylı sınığı, "pəncərə" tipli sınığı) olan xəstələrdə tənəffüsün dəstəklənməsinə ehtiyac vardır (əgər düşüncə saxlanılıbsa CPAP maskasını istifadə edin; əgər düşüncəsi itirilibsə intubasiya və ventilyasiya vasitəsilə).
  • Pnevmotoraks və hemotoraks döş qəfəsi borusu ilə müalicə olunmalıdır. Kəskin təzyiqli pnevmotoraks əl altında digər cihaz olmadıqda ən qalın venoz kanyula ilə aradan qaldırılmalıdır. Təcili yardım hallarında torakosentez qərarı rentgenoqrafiyanı gözləmədən auskultasiya nəticələrinə əsasən verilməlidir. Tənəffüs səsləri olmayan tərəfdə kanyulanı daxil edin. 
    • Əgər ağciyərlərdən simmetrik tənəffüs səsləri eşidilirsə, lakin xəstə sianozludur və vəziyyəti pisdirsə, yanaşı olaraq vidaci venalar şişkinləşibsə xəstə ürək tamponadasından əziyyət çəkir. 
    • Əgər xəstədə taxikardiya varsa, çətinliklə nəfəs alırsa, təşvişlidirsə, dərinin rəngi bozdursa və vəziyyəti aşkar olaraq pisdirsə vaxt itirilməməlidir !
  • Bupivakainin inyeksiyası (qabırğanın aşağı kənarının altında 3 - 5 ml; video) bir neçə saatlıq ağrıdan azad edəcək və əgər lazımdırsa təkrarlana bilər. 
  • İlkin olaraq qabırğa sınığı adətən çox ağrılı olur. Ağrı növbəti bir neçə həftə davam edəcək, yavaş - yavaş zəifləyəcək və ağrıkəsicilərlə idarə oluna bilər. 
  • Xəstəyə evə yazıldıqdan sonra tənəffüs çətinliyi hiss edərsə yenidən təcili olaraq təcili yardım şöbəsinə qayıtmasını izah edin.
  • Döş qəfəsinin hərəkəti nəticəsində yaranan ağrını yüngülləşdirmək üçün döş qəfəsinin fiksasiyası istifadə edilə bilər. Fiksasiya tənəffüs funksiyasına mane olmamalıdır.
    • Fiksasiya üçün istifadə edilən sarğı materialı yapışdırıcı olmadan özü yapışan materialdan olmalıdır.
  • Müşahidə rengenoqrafiyası 2 və daha çox qabırğası sınmış xəstələrdə hətta birinci rengenoqrafiya normal ağciyərlər göstərsə belə tətbiq edilməlidir. Əgər pnevmotoraks və ya hemotoraks diaqnozu qoyulubsa hər 24 saat ərzində 1 (-2) dəfə zədə sahəsinin kiçilməsi müşahidə edilənə qədər təkrar edilməlidir. O vaxta qədər xəstə xəstəxanada müalicə olunmalıdır. 
  • Yaşlı şəxslərdə tüpürcəyin ləngiməsi döş qəfəsinin infeksiyasına gətirib çıxara bilər. Müvafiq ağrıkəsici tətbiq etməklə və dərin tənəffüs məşqlərilə (butulkaya üfürməklə) bunun qarşısı alına bilər. İnfeksiya əlamətləri ortaya çıxan kimi pnevmoniyadan şübhələnilməlidir. 
  • Bir qabırğa sınığı adətən ambulator olaraq müalicə oluna bilər. Çoxsaylı qabırğa sınıqlarında ilkin fazada müalicə şöbəsində müşahidə müayinələri vacibdir. İki və daha çox qabırğanın sınığında zədələnmə üçün lazım olan enerji o qədər yüksək olur ki, plevranın cırılması və pnevmotoraksın inkişafı mümkündür. Qanaxma riski də həmçinin yüksəlmişdir. Əgər klinik müayinə zədə ətrafında geniş yayılmış həssaslıq və prosesə cəlb olunan enerjinin yüksək olmasını aşkar edərsə, hətta qabırğa sınığı təsdiqlənməsə belə xəstə müalicə üçün xəstəxanaya yönəldilməlidir. Bupivakainin inyeksiyası (qabırğanın aşağı kənarının altında 3 - 5 ml; video) bir neçə saatlıq ağrıdan azad edəcək və əgər lazımdırsa təkrarlana bilər. Əgər sınmış qabırğanın inyeksiya edilməsi ağrıdan azad olmanı təmin etməsə hər iki tərəfdə olan sınmamış qabırğalar da həmçinin inyeksiya oluna bilər. Qabırğa sınığı 3 gün ərzində əhəmiyyətli dərəcədə ağrılı olacaq. Sonra ağrı zəifləyəcək və 3 həftə ərzində qalacaq, lakin analgetiklərlə idarə oluna biləcək. İki və daha artıq qabırğa sınığı olan xəstələrdə kontrol rengenoqrafiya edilməlidir. Əgər pnevmotoraks və ya hemotoraks diaqnozu qoyulubsa hər 24 saat ərzində 1 (-2) dəfə zədə sahəsinin kiçilməsi müşahidə edilənə qədər təkrar edilməlidir. Xəstəyə evə yazıldıqdan sonra tənəffüs çətinliyi hiss edərsə yenidən təcili olaraq xəstəxanaya qayıtmasını izah edilməlidir. Döş qəfəsinin hərəkəti nəəticəsində yaranan ağrını yüngülləşdirmək üçün döş qəfəsinin fiksasiyası istifadə edilə bilər. Fiksasiya tənəffüs funksiyasına mane olmamalıdır. Yapışan fiksatorlar dərini qıcıqlandırdıqları və götürərkən ağrılı olduqları üçün məsləhət görülmür. Fiksasiya üçün istifadə edilən sarğı materialı yapışdırıcı olmadan özü yapışan materialdan olmalıdır. Adətən yapışqan fiksasiya üçün materiallar tələb olunmur. Yaşlı şəxslərdə tüpürcəyin ləngiməsi döş qəfəsinin infeksiyasına gətirib çıxara bilər. Müvafiq ağrıkəsici tətbiq etməklə bunun qarşısı alına bilər. İnfeksiya əlamətləri ortaya çıxan kimi pnevmoniyadan şübhələnilməlidir. Döş qəfəsinin taylı sınığı fiksasiya edilməli və xəstə köçürülmə zamanı vakuum matrası (döşək) ilə dəstəklənməlidir; tənəffüs funksiyası təmin edilməlidir. Pnevmotoraks və hemotoraks döş qəfəsi borusu ilə müalicə olunur. Kəskin təzyiqli pnevmotoraks əl altında digər cihaz olmadıqda ən qalın intravenoz istifadə üçün nəzərdə tutulmuş şprislə (Viggo®) ilə aradan qaldırılmalıdır. Təcili yardım hallarında torakosentez qərarı rentgenoqrafiyanı gözləmədən auskultasiya nəticələrinə əsasən verilməlidir. Əgər xəstədə taxikardiya varsa, çətinliklə nəfəs alırsa, təşvişlidirsə, dərinin rəngi bozdursa və vəziyyəti aşkar olaraq pisdirsə vaxt itirilməməlidir !

Çanaq sınıqları

  • Çanaq sınıqlarının təsnifatı, cədvələ baxın.

Çanaq sınıqları
Sınığın növü Rastgəlmə tezliyi Müalicə
Qopma İdmançılarda: əzələnin yığılması sümük fraqmentinin qopmasına gətirib çıxara bilər. Bəzən fiksasiya tələb olunur. 
Qanad sınıqları (tək, stabil)  Adətən yaşlı şəxslərdə yıxıldıqdan sonra Ağrının aradan qaldırılması və erkən mobilizasiya
Çanaq həlqəsinin bir neçə nöqtədə sınığı Yüksək enerjili sınıqlar (avtomobil qəzası, hündürlükdən yıxılma) Adətən cərrahi fiksasiya, daha mülayim zədələr (hissəvi stabil) konservativ müalicə olunur
Sirkə kasası Yıxılma (osteoporoz), avtomobil qəzası, hündürlükdən yıxılma; yaşlı şəxslərdə sirkə kasası dibinin sınığı Yerini dəyişmiş sınıq və ya yerini dəyişmiş bud - çanaq oynağı təcili qiymətləndirilməyə və ixtisaslı yardıma ehtiyac duyur

Çanağın yüksək enerjili sınıqları

  • Çanağın ağırlaşmış qeyri - stabil sınığı 1 - 3 litr qan itirilməsinə gətirib çıxara bilər və buna görə də köçürülmə zamanı venadaxili infuziya təmin edilməlidir.
  • Əgər xəstədə çanağın qeyri - stabil sınığı varsa köçürülmə zamanı qanaxmanın və ağrının azaldılması üçün vakuum döşəklərindən istifadə olunmalıdır. Alternativ olaraq massiv qanaxmanı azaltmaq üçün çanaq bədən örtüyü ilə stabilləşdirilməlidir.

 

Yaşlı şəxslərdə çanağın sınığı

  • Yaşlı xəstələrdə yıxılmanın ardınca çanaq həlqəsinin və sirkə kasasının sınığı yarana bilər.
  • Çanağın rentgenoqrafiyasına ön - arxa proyeksiya və zədələnmiş tərəfin lateral görünüşü daxil olmalıdır.
  • Sümük səthləri və sirkə kasasının dibi rentgenoqrafiyada diqqətlə öyrənilməlidir. Hər hansı çat və ya ilkin yerdəyişmə varmı?
  • Qasıq qanadının yerdəyişməyən sınığı olan xəstələrdə immobilizasiyaya ehtiyac yoxdur. Hərəkətlilik və yük daşınmasına ağrı sərhədlərində icazə verilməlidir; müalicə ilkin yardım səviyyəsində palatada həyata keçirilməlidir.
    • Antitrombotik profilaktika qanaxma riski azaldıqdan sonra 24 saat ərzində başlana bilər.
    • Sirkə kasasının sınıqları əsasən cərrahi yolla müalicə olunur, hansı ki, erkən mobilizasiyaya imkan verir. 
  • Yaşlı xəstələrdə yıxılma nəticəsində yaranan sirkə kasasının dibinin sınığına tez - tez rast gəlinir. Çanağın rentgenoqrafiyasına ön - arxa proyeksiya və zədələnmiş tərəfin lateral görünüşü daxil olmalıdır. Sümük sərhədləri və sirkə kasasının dibi rentgenoqrafiyada diqqətlə öyrənilməlidir. Hər hansı çat və ya ilkin yerdəyişmə varmı? Qasıq qanadının yerdəyişməyən sınığı olan xəstələrdə immobilizasiyaya ehtiyac yoxdur. Hərəkətlilik və yük daşınmasına ağrı sərhədlərində icazə verilməlidir; müalicə ümumi xəstəxana palatasında (yıxılma səbəbindən olan zədələr) həyata keçirilməlidir. Antitrombotik profilaktika qanaxma riski azaldıqdan sonra 24 saat ərzində başlana bilər.

Çanaq sınıqları. Sınığın növü. Rastgəlmə tezliyi. Müalicə. İdmançılarda qopma: İdmançılarda: əzələnin yığılması sümük fraqmentinin qopmasına gətirib çıxara bilər, bəzən daxili fiksasiya tələb olunur məsələn, şrupla.   Qanad sınıqları (tək, stabil): Adətən yaşlı şəxslərdə yıxıldıqdan sonra. Ağrının aradan qaldırılması və erkən mobilizasiya. Çanaq həlqəsinin bir neçə nöqtədə sınığı. Yüksək enerjili sınıqlar (avtomobil qəzası, hündürlükdən yıxılma). Adətən cərrahi fiksasiya, daha mülayim zədələr (hissəvi stabil) konservativ müalicə olunur. Sirkə kasası:Yıxılma (osteoporoz), avtomobil qəzası, hündürlükdən yıxılma; yaşlı şəxslərdə sirkə kasası dibinin sınığı. Yerini dəyişmiş sınıq və ya yerini dəyişmiş bud - çanaq oynağı təcili qiymətləndirilməyə və ixtisaslı yardıma ehtiyac duyur, tamamilə yerini dəyişməmiş hallarda konservativ müalicə olunur. 

 

Oma və büzdüm sümüklərinin sınığı

  • Yıxılmanın nəticəsində (hündürlükdən); osteoporozu olan xəstələrdə aşağı enerjili zədələr bunlara səbəb ola bilər. 
  • Yerini dəyişmiş oma sınıqları quyruq simptomları ilə assosiasiya oluna bilər. 
  • Rentgenoqrafiya diaqnostik müayinələrin ilkin mərhələsində vacibdir (diqqət yetirin! oma və büzdüm sümüyünün yan görünüşü, hansı ki, onurğanın çanaq hissəsinin yan baxışında görünmür). 
  • Oma sınıqları adətən cərrahi müalicəyə ehtiyac duyur. 
  • Büzdüm sümüyünün sınığının müalicəsi ağrının aradan qaldırılması və müvafiq oturacağın təmin edilməsindən ibarətdir. Xronik hallarda sınmış sümük fraqmentinin götürülməsi düşünülə bilər.
  • Yıxılma və ya uşaq dünyaya gətirdikdən sonra: Çox ağrılı sınıq kiçik zədənin erkən fazasında rengenoqrafiyaya ehtiyac yoxdur, lakin ciddi zədə olmuşdursa radioqrafiya məsləhətdir (məsələn, çox hündür yerdən yıxılma və büzdüm sümüyü üzərinə düşmə). Büzdüm sümüyünün sınığının müalicəsi ağrının aradan qaldırılması və müvafiq oturacağın təmin edilməsindən ibarətdir. Xronik hallarda sınmış sümük fraqmentinin götürülməsi düşünülə bilər. Kəskin fazada adətən lokal anesteziya istifadə edilmir.