Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Aşıq-baldır oynağı bağlarının gərilməsi

Mündəricat

Aşıq-baldır oynağı bağlarının gərilməsi

EBM Klinik protokolları
11.05.2017 • Sonuncu dəyişiklik 11.05.2017
JukkaRistiniemi

Əsas məqamlar

  • Zədələnmənin ən çox rast gəlinən yeri ön aşıq-incik (anterior talofibular - FTA) bağıdır.
  • Simptomlara zədələnmə yerində ağrı, şişkinlik və hematoma daxildir.  
  • Rentgen müayinəsi "Ottava aşıq-baldır oynağı qaydaları" ilə müvafiq surətdə aparılmalıdır. 
  • Müalicə konservativdir (funksional müalicə: qısa müddətli immobilizasiya + fiziki çalışmalar); təkrarlanan gərilmələrdə seçilmiş pasiyentlər üçün cərrahiyyə nəzərdə tutula bilər. 
  • Pasiyentlərin demək olar ki, yarısında xroniki problemlərin olması gözlənilir və ilkin müalicə planlaşdırılan zaman bu nəzərə alınmalıdır.  

Prevalentlik (yayılma)

  • Aşıq-baldır oynağı bağlarının gərilmə zədələnməsi ən çox rast gəlinən əzələ-sümük zədələnməsidir.  
  • Bu travma fiziki çalışma ilə əlaqəli zədələnmələrin 20-30%-ni təşkil edir.   
    • Bütün basketbol zədələnmələrinin demək olar ki, yarısı və furbol zədələnmələrinin üçdə biri aşıq-baldır oynağı bağlarının gərilmələridir.

Meyl yaradan amillər 

  • Anamnezdə aşıq-baldır oynağı bağlarının gərilməsinin olması 
  • Baldır əzələlərinin gərginliyi"?>
  • İncik əzələlərinin zəifliyi/parezi"?>

Zədələnmə mexanizmləri və patoloji anatomiya  

  • Ayaqaltı bükülmə və inversiya 
  • Zədələnmənin ən çox rast gəlinən yeri ön aşıq-incik (anterior talofibular - FTA) bağıdır.
  • Daban-incik (calcaneofibular -FC) bağı həmişə digər bağ zədələnmələri ilə birlikdə olmaqla halların 10-20%-də zədələnir. 
  • Arxa aşıq-incik (posterior talofibular -  FTP) bağı yalnız aşıq-baldır oynağının çıxığı ilə əlaqədə zədələnir. 

Kliniki tapıntılar 

  • Lateral malleolusdan öndə və aşağıda şişikinlik və hematoma 
  • Ağır dərəcəli gərilmələrdə şişkinlik bütün aşıq-baldır oynağı nahiyəsində, o cümlədən, iç tərəfdə görünür.   
  • Aşıq-baldır oynağı bağlarının gərilməsi deformasiya ilə əlaqəli deyil. 
  • Ağrı və şişkinlik hərəkəti məhdudlşadıracaq. 

Kliniki sınaqlar

  • Deformasiyalar
  • Toxunuşa həssaslıq 
  • Şişkinlik 
  • Siyirmə sınağı 
  • İnversiya sınağı  
    • Müayinə edən şəxs bir əlini aşıq-baldır oynağından yuxarıda qoyub digər əli ilə dabanı içəri tərəfə çevirir.  
  • Bağ zədələnmələri üçün sınaqlar 
    • Sıxma sınağında qamış və incik sümüklərinin aşağı hissələri birlikdə əllə sıxılır: ön qamış-incik (anterior tibiofibular -TFA) bağı nahiyəsində ağrı distal sindesmoz zədələnməsini göstərir.  
    • Bayır rotasiya sınağı: müayinə edən şəxs baldırın aşağı hissəsini bir əli ilə tutur və aşığın bayıra rotasiya edilməsinin mümkünlüyünü yoxlamaq üçün digər əli ilə ayağa bayır rotasiya tətbiq edir. Ön qamış-incik bağı nahiyəsində qeyri-stabillik və ağrı sindesmoz zədələnməsini göstərir.  

Differensial diaqnoz

  • Sindesmoz zədələnməsi
  • İncik saxlayıcı bağ (peroneal retinaculum) zədələnməsi 
    • İncik vətərləri lateral malleolus üzərində subluksasiya olaraq bayır topuğun arxasında ağrıya səbəb olur.
  • Daban vətərinin (Axil vətəri) zədələnməsi
  • Aşıqaltı (aşıq-daban) oynağın çıxığı 
  • Ayaq çıxığı/sınığı 
  • Aşıq sümüyünün bayır çıxnıtısının sınığı (snoubordçular)  

Aşıq-baldır oynağının radioqrafiyası üçün göstərişlər 

  • "Ottava aşıq-baldır oynağı qaydaları": əgər sadalananlardan ən azı biri varsa, radioqrafiyaya göstəriş vardır:"?>
    • dörd addım belə atmaqda çətinlik və ya mümkün olmaması
    • qamış sümüyündə distal 6 sm məsafədə bayır və ya iç malleolusun arxasında palpasiya zamanı həssaslıq 
    • qayığabənzər sümüyün iç kənarında və ya beşinci ayaq darağı sümüyünün əsasında palpasiya zamanı həssaslıq 
  • Daha gec mərhələdə (zədələnmədən 6 həftə sonra) kilidlənmə hissi və ya oynağın davamlı şişkinliyi aşıq sümüyünün qığırdaq zədələnməsi ilə bağlı ola bilər. KT və ya MRT müayinəsinə göstəriş ola bilər.

Müalicə 

Funksional müalicə

Aşıq-baldır oynağı bağlarının gərilmələrinin qarşısının alınması

 

Müvafiq resurslar

 

  • Koxreyn icmalları

Barker HB, Beynnon BD, Renström PA. Ankle injury risk factors in sports. Sports Med 1997 Feb;23(2):69-74. Hartsell HD, Spaulding SJ. Eccentric/concentric ratios at selected velocities for the invertor and evertor muscles of the chronically unstable ankle. Br J Sports Med 1999 Aug;33(4):255-8. Stiell IG, McKnight RD, Greenberg GH, McDowell I, Nair RC, Wells GA, Johns C, Worthington JR. Implementation of the Ottawa ankle rules. JAMA 1994 Mar 16;271(11):827-32. Karlsson J, Lundin O, Lind K, Styf J. Early mobilization versus immobilization after ankle ligament stabilization. Scand J Med Sci Sports 1999 Oct;9(5):299-303. Mattacola CG, Lloyd JW. Effects of a 6-Week Strength and Proprioception Training Program on Measures of Dynamic Balance: A Single-Case Design. J Athl Train 1997 Apr;32(2):127-135.