EBM Təlimatlarının dəlillərə dair məlumat bazası, özündə 4400 dəlili birləşdirir. Yeni dəlillər xülasəsi, ildə bir neçə yüz olmaqla davamlı bir şəkildə redaksiya heyəti tərəfindən hasil edilir və mövcud dəlillərin yekunları, yeni sübutlar əsasında yenilənir.
Dəlillər xülasəsinin original əsas sənədləri, XML formatında yazılır və saxlanılır, hansına ki həmçinin təsviri və inzibati metadata da daxildir. Nəşr formatları, avtomatik olaraq XML orijinalından hasil edilir.
Hər bir dəlillər xülasəsi, sərbəst axtarıla bilən və digər sənədlərlə əlaqələndirilə bilən müstəqil bir sənəddir. EBM Təlimatlarındakı hər bir sənəd, URL (universal resurs axtarışı)-dəki hər hansı bir sənədi göstərmək üçün istifadə edilən və ya sənədi əldə etmək üçün axtarış termini kimi istifadə olunan, təkrarolunmaz 8- şifrəli, alfa-rəqəmli identifikatora malikdir. Identifikator, hər bir sənədin sonunda EBMG axtarış və brauzer proqramı vasitəsilə göstərilir.
EBM Təlimatları, verilənlər bazası Oracle ™ üzərində qurulmuşdur və axtarış proqramı, səhiyyə işçilərinin ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmışdır.
İlkin yardım və ambulator xidmətdə rast gəlinən bütün halların diaqnostikası, müayinəsi, müalicəsi və təqibi ilə bağlı klinik cəhətdən bütün əhəmiyyətli dəlillərin əhatə edilməsi planlaşdırılır.
Təlimatlar və sübutların yekunları, aşağıdakı parametrlər üçün nəzərdə tutulmuşdur:
Aşağıdakı parametrlər çox hallarda istisna edilir:
Bununla yanaşı, dar ixtisas prosedurları və müdaxilələri o zaman prosesə daxil edilə bilər ki, təcili yardım həkimləri, xəstələri bu müayinəyə və müalicəyə yönləndirmək hüququna malik olsunlar və ya bu proseslərin xəstələr üzərində tətbiq edilib edilməməsi üçün onları əvvəlcədən konsultasiya etsinlər.
Mövzuların seçimi, əsasən cari zaman-dəlilinə əsaslanır. Bu, yüksək keyfiyyətli dəlillərin sistemli olaraq axtarılması, keyfiyyətinin qiymətləndirilməsi və mümkün qədər qısa olaraq ümumiləşdirilməsi deməkdir. Aşağıdakı mənbələr, sistemli şəkildə redaktorlarımız tərəfindən izlənilir və dəlillər xülasəsi, yuxarıda qeyd edildiyi kimi bütün rəylərə və EBM Təlimatlarına daxil olan mövzulara əsasən hasil edilir:
Əlavə olaraq, aşağıdakı mənbələr müntəzəm olaraq izlənilir və dəlillər xülasəsi üçün əlavə mənbələr qismində istifadə olunur:
Bu dəlil mənbələrindən istifadə etdikdən sonra, xüsusilə yuxarıda göstərilən qaynaqlar tərəfindən əhatə olunmayan təlimatnamələrimizdə düzgün qərara varmaq üçün sübutlar axtarırıq. Biz, sübutları qiymətləndirmək üçün ədəbiyyat axtarışlarını yerinə yetiririk və Finlandiya rəhbər təşkilatlarından (təxminən 1000 mütəxəssis) istifadə edirik.
Biz, “Cochrane” nəzəriyyələrinin nəzərdən keçirilməsinə üstünlük veririk və yeniləri dərc edilən kimi onlardan, yeni dəlillər xülasəsi hasil edirik. Biz, dəlillər xülasəsinin hasil edilməsində həmçinin digər qrup mənbələrdən də istifadə edirik. Buna görə də yeni rəylərin hasil edilməsindən əvvəl müəyyən gecikmələrə rast gəlinə bilər və yaxud da tədqiqatlar, sübutların yekunlarına daxil edilə bilər.
Dəlillərin xülasəsi əsasən PICO sualına cavab verir (xəstə qrupu, müdaxilə, nəzarət, nəticə). Ideal hallarda, yalnız bir müdaxilə və az sayda xəstə-orientasiyalı nəticələr qeyd olunur.
Dəlillər xülasəsi, çox zaman “Cochrane” nəzəriyyələrinə əsaslandığı üçün onların məzmunu, bu rəylərin cəmini özündə əks etdirir. Aşağıdakı istisnalar meydana gələ bilər:
Biz, eyni sinifin qrupşəkilli müdaxiləsinə və eyni bir nəticənin təstiq olunmuş bərabər hüquqlu təsirinə üstünlük veririk. Beləliklə, bizim nəticələrimiz, ACE inhibitorları, statinlər və ya proton nasos inhibitorları kimi dərman maddələrinin qrup şəkilli təsirindən asılı olaraq dəyişə bilər. Sistemli təhlilin, çoxlu saylı dərman maddələrindən deyil, yalnız bir dərman maddəsinin təsiri nəticəsində əldə edildiyi halında nəticə, yalnız bir dərman maddəsindən asılı olaraq dəyişəcəkdir.
Başlıq neytraldır – heç bir təsir mesajına malik deyildir. Dəlillər, “Cochrane” nəzəriyyəsinə və ya DARE teoriyasına əsaslandıqda, başlıq çox hallarda bəhs edilən dəlillə və yaxud da (daha çox hallarda) onun ixtisarlaşdırılmış veriyası ilə eyni olur.
Nəticələrin dərəcəsi, GRADE qrupunun prinsiplərinə əsasən müəyyən edilir, hansı ki, bu prinsiplər, nəticələrin keyfiyyətlilik dərəcəsini, yüksək, orta, aşağı və yaxud da çox aşağı olaraq qiymətləndirir. EBMG-yə müvafiq kodlar A, B, C və D, kodlarıdır. Dərəcələnmə isə (GRADE qrupuna əsasən) aşağıdakı kimidir:
Yüksək (A): Biz, çox əminik ki, əsl nəticə, gözlənilən nəticəyə çox yaxındır.
Orta (B): Biz, gözlənilən nəticədən qismən (orta dərəcəli) əminik: həqiqi nəticə çox gümanki gözlənilən nəticəyə yaxındır, lakin onun, əhəmiyyətli dərəcədə fərqli olması ehtimalı da mövcuddur.
Aşağı (C): Bizim, gözlənilən nəticə barəsindəki əminliyimiz limitlidir: Həqiqi nəticə, gözlənilən nəticədən əhəmiyyətli dərəcədə fərqli ola bilər.
Çox aşağı (D): Biz, gözlənilən nəticədən çox az əminik: Həqiqi nəticə, çox güman ki, gözlənilən nəticədən əsaslı dərəcədə fərqlidir.
PİCO bəyanatı , dəlillər xülasəsi mövzusuna dair ən vacib tədqiqat tapıntılarını təsvir edir və məktubun koduna uyğun olan sübutların dərəcəsi haqqında şifahi təsvir verir. Şifahi təsvirlər, məqalədə qeyd edilmişdir. Əsas nəticənin şifahi ifadəsi hər zaman birinci olaraq qeyd edilir və onun təsviri dəlil koduna uyğun gəlir . Məsələn, (evd05438 ürək fəaliyyətinin dayanması halında, yaxınlıqda olan şəxs tərəfindən aparılan ürək masajı):
Dəlillərin səviyyəsi = B
Xəstənin ürək fəaliyyətinin, xəstəxanadan kənar dayanması halında, təsadüfi şahidin yerinə yetirdiyi xəstəni həyataqaytarma tədbirləri, klassik kariopulmonar reanimasiya tədbirlərindən daha çox effektlidir.
Bəyanatda bəzən maraqların digər nəticələri də qeyd edilir. Bu kimi digər nəticələrin sübut dərəcəsi, əsas nəticələrinkindən fərqlənirsə, bu qısa və dürüst şəkildə qey edilir. Məsələn:
Dəlillərin səviyyəsi = A
Sonrasında radyoterapiya aparılan cərrahi əməliyyatlar, yerli residiv rektal (düz bağırsaq) xərçənginin qarşısının alınması üçün aparılan tək cərrahi əməliyyatdan daha effektlidir və bu, həmçinin xəstələrin sağqalma faizini də artıra bilər.
Bu misalda, yerli residiv üçün dəlillərin səviyyəsi A , sağqalma üçün isə C –dir (hansı ki, “ola bilər” kəliməsi ilə işarələnir).
Yeni dəlil xülasələri, strukturlaşdırılmış tövsiyyələri özündə ehtiva edir. Tövsiyyələrin qısaldılmış ifadələri üçün mətnə nəzər yetirin. Nümunə (2-cili tip şəkərli diyabet xəstələrində aşağı dozalı aspirin istifadə edin):
Ən əhəmiyyətli nəticələr, sayısal informasiya və etibarlılıq intervalı ilə qeydə alınır. Xülasə, adətən original nəticədən və referatdan qısa olur. Əhəmiyyət kəsb edən yan təsirlər, qeydə alınır.
Nisbi risk, ehtimal nisbəti, etibarlılıq intervalı kimi anlayışlar, xülasədə qısa təsvirlər şəklində (RR, OR, CI) verilmişdir.
Dəlillərin keyfiyyətinin aşağı düşürülməsi və ya yüksəldilməsi amilləri, GRADE prinsipləri əsasında təqdim edilir. Nəticələrin tətbiq olunmasına dair mühüm şərhlər də qeydə alına bilər.
Şərh: Dəlillərin keyfiyyəti, əsaslı təsir hesabına yüksəldilir.
Klinik şərhlər: dəlillər, birincili tənəffüs tutulması olan xəstələrə tətbiq edilə bilməz (məsələn, boğulma).
Keyfiyyətin aşağı düşürülməsi və ya yüksəldilməsi haqqındakı şərhin ehtiyac duyulmadığı iki hal, aşağıdakılardır:
Referanslar “Vancouver” üslubundadır. Hal-hazırki “Dare” teoriyalarının istinadları, CRD veb saytı ilə əlaqəlidir. Bütün referanslar PubMed teoriyaları ilə əlaqəlidir.
Bütün dəlillər xülasəsi əllə indekslənir. İki indekslənmə sahəsi vardır:
Axtarış terminləri olaraq, əsasən US yazımıyla MeSH terminlərindən istifadə edilir, lakin uyğun MeSH termini mövcud olmadıqda digər terminlərdən də istifadə edilir. Axtarılan terminlərin sinonimləri də bizim sözlüyə daxil edilmişdir belə ki, məsələn, “herpes zoster” və “lişay” eyni axtarış nəticəsini verəcəkdir. EBMG-nin sinonim sözlüyü, növbəti aylar ərzində yenilənəcək və əsaslı dərəcədə genişləndiriləcəkdir. “National Library of Medicine” (Milli Tibb Kitabxanası)-nın “Unified Medical Language System (UMLS)” “Birləşmiş Tibbi Dil Sistemi”, yeni sinonim sözlüyünün təşkili üçün istifadə edilir. Qısaltmalar da sinonim sözlüyünə daxil edilmişdir.
Əllə indekslənmiş axtarış terminləri, “əsas” və ya “qeyri-əsas” kateqoriyalar ilə təyin edilir. Axtarış nəticəsində, verilən axtarış terminini özündə əsas axtarış termini kimi birləşdirən qaydalar və dəlillər xülasəsi, birinci olaraq göstərilir və hansılar ki, verilən axtarış terminini özündə qeyri-əsas axtarış termini kimi birləşdirir onlar, axtarış nəticəsində daha aşağı yerlərdə göstərilir. Axtarış terminlərinin üçüncü kateqoriyası “mətn sözləri”-dir. Onlar verilənlər bazası tərəfindən avtomatik şəkildə indekslənir. Ən çox rast gəlinən “mətn sözləri”, axtarış nəticələrinin sonunda göstərilir.
Dəlillər xülasəsi yaradılan və ya yenilənən zaman, tarix dəyişdirilir. Dəlillər xülasəsinin tarixləri, hər bir sənədin əvvəlində göstərilir.
Son 6 ay ərzində yenilənmiş sənədlər, axtarış nəticəsinin başlıq hissəsində qırmızı nöqtəylə işarələnir.
Təlimatlar və ya dəlillər xülasəsi daxilində yenilənmiş mətnlər, qırmızı rəngdə göstərilir.
Dəlillər xülasəsi, müdaxilələrin mümkün olduğu təqdirdə, göstərildiyi dəqiq yerlərdə təlimatlarla əlaqələndirilir.
Dəlillər xülasəsinin, təlimatda müzakirə edilən bir vəziyyətlə əlaqəsi olduğu, lakin təlimatda onlara dair heç bir təqdimat olmadığı hallarda, dəlillər xülasəsi, təlimatla əlaqəli “Uyğun mənbələr”-in məqalələrinə daxil edilirlər. “Uyğun mənbələr” məqalələri yeni bir inkişafdır və onlar hələlik bütün EBM Təlimatları mövzularına daxil edilməyiblər. Onların sələfi, təlimatın sonunda olan “Uyğun” adlı paraqrafdır.
Hər bir dəlillər xülasəsi, onlarla əlaqəli olan bütün təlimatlarla əlaqəni özündə birləşdirir.