Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sinus taxikardiyası

Mündəricat

Sinus taxikardiyası

EBM Klinik protokolları
08.03.2017 • Sonuncu dəyişiklik 08.03.2017
PekkaRaatikainen

Əsas müddəalar

  • Sinus taxikardiyası ürək yığılmalarının tezliyi 100 vurğu/dəq olan sinus ritmini ifadə edir.
  • Adətən həqiqi aritmiya olaraq deyil, orqanizmin tələbatına müvafiq ürək atımını artıran fizioloji mexanizm kimi dəyərləndirilir.
  • Nəzərdə saxlanılmalıdır ki, sinus taxikardiyası digər bir xəstəliyin (ürək çatışmazlığı, anemiya, qalxanabənzər vəzi funksiyasının pozulması və s.) yaranması və ya proqressivləşməsinin əlaməti ola bilər.

Etiologiyası

  • Fiziki gərginlik
  • Psixoloji gərginlik, həyəcan, əsəb gərginliyi
  • Ağrı
  • Qızdırma
  • Hipertireoidizm (bəzən hipotireoidizm)
  • Anemiya
  • Hipovolemiya
  • Dərman preparatlarının qəbulu (simpatomimetiklər, alfa-adrenoblokatorlar, bəzi psixotrop preparatlar)
  • Miokardit
  • Ürək çatışmazlığı
  • Ağciyər arteriyasının emboliyası
  • Respirator distres-sindrom və ya tənəffüs çatışmazlığı (səbəbindən asılı olmayaraq)
  • Əsaslandırılmamış sinus taxikardiyasının səbəbi hər zaman xəstəlik olmaya bilər.

Differensial diaqnoz

  • Adətən sinus taxikardiyasının əvvəli və sonu tədricəndir, bununla mədəciküstü taxikardiyanın əksər növlərindən fərqlənir.
  • Sinus taxikardiyası zamanı P dişinin morfologiyası normaldır, bu da onu ektopik qulaqcıq taxikardiyası və düyün ritmindən fərqləndirir.
  • Atrioventrikulyar blokada 2:1 ilə birgə qulaqcıq taxikardiyası sinus taxikardiyasını simulyasiya edə bilər (Şəkil ), xüsusilə P dişlərindən biri ondan əvvəlki T dişi və ya QRS ilə üst-üstə düşdüyü halda.
    • Ehtiyac olduqda, diaqnostik məqsədlə vaqal stimulyasiya və ya adenosine istifadə edilə bilər.
  • Sinus taxikardiyasının digər mədəciküstü taxikardiyalardan differensiasiyası məqsədilə qeyd edilməlidir ki, böyüklərdə simpatikotoniya və qızdırma ürək yığılmalarının sayı 120 vurğu/dəq-dən yuxarı sinus taxikardiyasına nadir hallarda səbəb olur.

Müalicə

  • Sinus taxikardiyasının səbəbi ayırd edilməli və müalicəsi aparılmalıdır.
    • Ürək vurğularının sayını azaltmaq məqsədilə simptomatik müalicəyə, ikincili səbəblər (yuxarıda bax) istisna edilməyənə qədər başlanılmamalıdır.
    • Qeyri-adekvat sinus taxikardiyası daha çox cavan qadınlar arasında rast gəlinir. Onun proqnozu yaxşıdır və dərman müalicəsinin istifadəsi yalnız çox ağır hallarda göstərişdir. Əksər pasientlər simptomların əsasında ürəyin struktur xəstəliyinin dayanmamasını öyrəndikdə, artıq rahatlamış olur.
  • Fiziki hərəkətlərin uyğun qeyri-farmakoloji müalicə variantı olması təsdiq edilib, çünki adətən bədənin fiziki vəziyyətinin yaxşılaşması ilə nəbzin sayı da azalacaqdır.
  • İlkin tibbi yardım olaraq, simptomatik müalicə məqsədilə beta-blokatorlar istifadə edilə bilər. Mütəxəssis tərəfindən qiymətləndirmə əsasında, həmçinin verapamil və ya ivabradine (yalnız sinoatrial düyünə təsir göstərən IF-kanallarının inhibitoru) də tətbiq edilə bilər.
  • Qeyri-adekvat sinus taxikardiyası zamanı medikamentoz müalicəyə cavab alına bilmədikdə, simptomların xüsusilə ağır olduğu vəziyyətdə kateter ablaziyasının tətbiqi nəzərdən keçirilməlidir. Hazırda ablaziya terapiyası çox nadir hallarda istifadə edilir.

Əlavə mənbələr

  • Ədəbiyyat