Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqda xroniki öskürək

Mündəricat

Uşaqda xroniki öskürək

EBM Klinik protokolları
15.08.2018 • Sonuncu dəyişiklik 28.02.2017
MikaMäkelä

Əsas məqamlar 

  • Uzun müddətli öskürək 6-8 həftədən artıq sürən bir öskürəkdir.  
  • Öskürəyin ən çox mümkün ola bilən səbəbi uşağın yaşına uyğun surətdə dəyişir.
  • Astma bütün yaşlarda olan uşaqlarda mümkündür.

Etiologiya

  • Körpədə ən çox rast gəlinən səbəblər: 
    • infeksiya (ən çox rast gəlinən səbəbdir; otit, bronxiolit, bronxit)
    • astma, daha nadir
    • bəzən tənəffüs yollarının struktur anomaliyaları (toxumaların yumşalması, stenoz, traxeo-ezofaqal fistula, vaskulyar həlqə).
  • Məktəbəqədər yaşda olan uşaqda ən çox rast gəlinən səbəblər: 
    • infeksiya (otit, sinusit, bronxit)
    • astma
    • tənəffüs yollarında yad cisim.
  • Məktəb yaşda olan uşaqda ən çox rast gəlinən səbəblər:  
    • astma
    • infeksiya (məsələn, sinusit)
    • psixogen səbəblər.
  • Öskürək nəfəs alınan havada siqaret tüstüsü və ya havanın soyuqluğu kimi müxtəif qıcıqlandırıcılarla provokasiya edilə bilər.
  • Qastro-ezofaqal reflüks (QER) hər hansı bir yaşda mümkündür. 
  • Həmçinin, öskürək psixogen mənşəli ola bilər və ya tik pozğunluğu səbəbindən törənə bilər.
  • Allergik rinitlə əlaqəli olaraq burun boşluğundan udlağın arxa divarı boyunca axıntı (post-nazal axıntı) və əng ciblərində iltihabdan selikli qişanın irritasiyası da xroniki öskürəyin çox rast gəlinən bir səbəbidir.   
  • Öskürəyin çox nadir səbəblərinə sistik fibroz, bronxların epitelial kirpikciklərinin qeyri-normallığı, tənəffüs yollarına və diafraqmaya azan sinirin artmış təsiri, plevrit və ya perikardın irritasiyası daxildir. 

Diaqnostik işarələr

Diaqnostik müayinələr 

 

Müvafiq resurslar

 

  • Koxran icmalları
  • Ədəbiyyat

McCallum GB, Bailey EJ, Morris PS et al. Clinical pathways for chronic cough in children. Cochrane Database Syst Rev 2014;(9):CD006595. Chang AB, Oppenheimer JJ, Weinberger M et al. Use of Management Pathways or Algorithms in Children With Chronic Cough: Systematic Reviews. Chest 2016;149(1):106-19. Chang AB, Oppenheimer JJ, Weinberger M et al. Children With Chronic Wet or Productive Cough--Treatment and Investigations: A Systematic Review. Chest 2016;149(1):120-42.