Təhlükəli və ya şiddətə meyilli pasiyentlə qarşılaşma
EBM Klinik protokolları
24.08.2017 • Sonuncu dəyişiklik 24.08.2017
AkiRovasalo
Alo JürilooAaro Toivonen
Əsaslar məqamlar
- Situasiyanı cəld dəyərləndirin.
- Təhlükəsizlik: Kimin təhlükəsizliyi risk altındadır? Pasiyentin silahı varmı?
- Əməkdaşlıq: Təhlükəli şəxslə verbal əlaqə qurmağınız mümkündürmü?
- Müalicə: Pasiyentin hər hansı fiziki və ya psixiatrik xəstəliyi mi var yoxsa təcili müdaxilə tələb edən hər hansı bir intoksikasiya altındadır?
- Göstərilənləri edin:
- Diqqət!
- Nəzərə çarpmadan kömək çağırın
- Sakitləşin!
- Özünü və digərlərini sakitləşdirin.
- Bir nəfər situasiyadan cavabdehdir və diskussiyadan məsuldar şəxsdir.
- Qorunun!
- Özünüzü və digərlərini təhlükədən qoruyun.
- Əgər edə biləcəyiniz birşey yoxdursa(məsələn, atışma zamanı) uzaqlaşın və qurtulun!
- Təhlükəli situasiyalar üçün təlim və hazırlıq öncədən həyata keçirilməlidir. Ümidvarıq ki, heç kəs bu təlimatı kəskin situasiya zamanı ilk dəfə oxumur.
- Xaotik situasiyalarda mənsubların təcili təhlükəsizliyi ilk düşünülən olmalıdır.
- Şübhə içindəsinizsə kömək çağırın. Tək başına riskli situasiyalara cəhd etməyin.
- Əgər təhlükəli şəxslə ünsiyyət qura və ya danışıq apara bilmirsinizsə diqqətinizi təhlükəsizlik üzərində cəmləşdirin.
- Təhlükəsizlik: Kimin təhlükəsizliyi risk altındadır? Pasiyentin silahı varmı? Əməkdaşlıq: Təhlükəli şəxslə verbal əlaqə qurmağınız mümkündürmü?Müalicə: Pasiyentin təcili müdaxilə tələb edən hər hansı fiziki və ya psixiatrik xəstəliyi var mı? "?>
Təcili təhlükəsizliyi necə təmin etmək olar?
- Məxfilik müalicəyə aid edilir, şəxsin zorakı davranışı isə yox.
- Yerli qanunvericilikdən asılı olaraq, bəzən polisə şəxsin tibbi məlumatları və ya hətta pasiyent olub olmadığı barədə belə məlumat verilməyə bilər. Lakin polisə təhlükəsizliyə təhlükə yaradan şəxs barədə məlumat verilə bilər.
- Əgər şəxsin davranışları özü, digər müştərilər, ailə üzvləri və ya əməkdaşların qorunması üçün tədbirlər tələb edirsə polis dərhal çağırılmalıdır. Ərazidəki mühafizə işçiləri, zəruri hallarda, polisə gəlməmişdən əvvəl təhlükəsizliyə ciddi təhlükə yaradan şəxsi saxlaya və uzaqlaşdıra bilər.
- Tək başına riskli situasiyalara cəhd etməyin. Əgər tam əmin deyilsinizsə, bir əməkdaşa sizə eşitmə uzaqlığında olmasını xahiş edin.Tibb bacısının iştirakı tibbi və ya təhlükəsizlik səbəbindən uyğun görülürsə, o, həkimi müşayiət edə bilər.
- Yeni bir əlaqədə ilk 2-3 saniyə çox informativdir (“mikro ifadələr”).
- Şəxs göz kontaktı qururmu, qəmgindirmi, ətrafa göz gəzdirirmi, qanında yüksək səviyyə adrenalin olmasının əlamətləri müşahidə edilirmi?
- Normal göz kontaktının pozulması şiddətə hazırlıq göstəricisi ola bilər.
- Əgər situasiya təhlükəsizlik təminatını pozursa, göstərilənlər nəzərə alınmalıdır
- Situasiya psixiatrik müalicədə məcburi qəbul meyarlarına cavab verirmi?
- Polisə ehtiyac varmı (şiddət təhlükəsi)?
- Uşaq rifahı orqanlarına məlumat verilməlidirmi?
Verbal müdaxilə
- Özünü idarəetməni və sakit tərzdə danışmağı özünüzdə məşq elətdirin. Özünüzün pasiyent tərəfindən təhrik edilməsinə imkan verməyin.
- Sadə ifadələrlə məqsədinizin şəxsin problemlərini həll etmək üçün çalışmaq olduğunu vurğulayın: ”Biz sənə kömək etmək istəyirik.”
- Birlikdə çalışmaq arzusunda olduğunuzu çatdırmağa çalışın: ”Nəyin yanlış olduğunu aşkar etmək və sizin üçün nə edə biləcəyimizi tapmaq üçün birgə çalışmanızı istəyirik.”
- Təhlükəsizliyə dair mesaj göndərməyə çalışın : ”Narahat olmağa ehtiyac yoxdur. Gəlin, kömək edək.”
- Limitlər səmimi şəkildə müəyyən edilə bilər: ”Belə təhlükəli davrandığınız müddətcə sizə kömək edə bilmərik.”"?>
- Əgər şəxs dolayı yolla təhlükə yaradırsa, birbaşa problemə yönəlin və sakitcə pasiyentdən ifadəni aydınlaşdırmasını soruşun: “Doğru anladığımdan əmin deyiləm. Bu bir növ təhlükə ehtiva edirmi?”
- Təhdidin dəqiq ifadə şəkli (həmçinin telefonla da) yadda saxlanılmalı və diqqətlə sənədləşdirilməlidir
- Şəxsin intihar və ya zorakı fikirlər düşünüb düşünmədiyini birbaşa soruşun.
- Heyət aqressiyanı pasiyentin xəstəliyinin əlaməti olaraq görür (şəxsin günahı), zorakı davranışı olan şəxs isə aqressiyanı xarici faktorlar tərəfindən təhrik olunduğunu hiss edir, məsələn, anlamsız limitlər və ya heyətin münasibəti tərəfindən"?>.
- Jestlər də həmçinin mesajlar çatdırır. Əllərinizi arxanızda və ya ciblərinizdə tutmayın; bu təhlükləli görünə bilər. Şəxsə tez-tez fasilələrlə baxın, uzun-uzun baxmayın. Təsdiq edirmişcəsinə başınızı yelləyin "?>.
- Çox sayda insan olduqda sakitcə heyəti çağırıb zonaya daxil olmasını təmin etmək ən təhlükəli situasiyaları sakitləşdirir. Həmçinin mühafizəçilər heç bir şey etmədən zonaya daxil ola bilərlər.
Cəld farmakoloji müdaxilə
- Bəzi hallarda, aqressiya fiziki bir xəstəlik səbəbindən ortaya çıxa bilər. Ən azından deliryum, kəllə zədələnmələri, intoksikasiya ehtimalları nəzərə alınmalıdır. Bütün aqressiv xəstələrdə qanda şəkərin səviyyəsi yoxlanılmalıdır."?>.
- Maddə asılı psixozlar təxmin edilməz və təhlükəli hallardır. Polimaddə bağımlılığı (dərmanlar daxil) şəxsin davranışlarının qəfil dəyişməsinə səbəb ola bilər.
- Əgər aqressiv pasiyent öz istəklərini ifadə edə bilməyəcək qədər çaşqındırsa kəskin idarənin yönləndirilməsi məqsədilə tutucuların istifadəsi uyğundur. Pasiyenti təcrid etməyə ehtiyac ola bilər, lakin daimi nəzarət altında saxlanılmalıdır. Təlaşsız situasiyalarda, pasiyent özü öz istəklərini ifadə edə bilmədiyi halda, müalicə barədə yaxın əqrabasıyla konsultasiya edilə bilər.
- Məcburi xəstəxanaya yerləşdirmə göstərişdirsə, pasiyentin təhlükəsiz yerləşdirilməsi və müalicənin qiymətləndirilməsi məqsədilə polisin yardımına ehtiyac ola bilər.
- Əgər özünüzü heç bir təlimatın olmadığı bir situasiyada görürsünüzsə və hərəkətlərinizin etik və hüquqi əsaslarından əmin deyilsinizsə, hərəkətlərinizin pasiyentin sağlamlığı və təhlükəsizliyini təmin etdiyindən əmin olun."?>. Bu, daha sonrakı mərhələdə izahata ehtiyac olduğu halda, hərəkətlərinizi əsaslandırmağınızı asanlaşdıracaq.
Knesper DJ. My favorite tips for engaging the difficult patient on consultation-liaison psychiatry services. Psychiatr Clin North Am 2007 Jun;30(2):245-52. Petit JR. Management of the acutely violent patient. Psychiatr Clin North Am 2005 Sep;28(3):701-11, 710. Nolan KA, Shope CB, Citrome L, Volavka J. Staff and patient views of the reasons for aggressive incidents: a prospective, incident-based study. Psychiatr Q 2009 Sep;80(3):167-72. Rovasalo A, Tohmo H, Aantaa R, Kettunen E, Palojoki R. Dexmedetomidine as an adjuvant in the treatment of alcohol withdrawal delirium: a case report. Gen Hosp Psychiatry 2006 Jul-Aug;28(4):362-3. Mayhew C, Chappell D. Violence in the workplace. Med J Aust 2005 Oct 3;183(7):346-7. Goedhard LE, Stolker JJ, Heerdink ER, Nijman HL, Olivier B, Egberts TC. Pharmacotherapy for the treatment of aggressive behavior in general adult psychiatry: A systematic review. J Clin Psychiatry 2006 Jul;67(7):1013-24. Violence and Aggression. Short-term management in mental health, heath and community settings. NICE Guideline NG10. NICE, London 2015.