Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Hipernatremiya

Mündəricat

Hipernatremiya

EBM Klinik protokolları
22.08.2018 • Sonuncu dəyişiklik 22.08.2018
TimoSane

Əsaslar

  • Maye itkisi müşahidə olunan xəstədə müvafiq maye terapiyası ilə hipernatremiyanın qarşısını alın.
  • Çox sürətli rehidratasiyadan qaçının.
  • Yaşlı şəxslərdə maye qəbuluna (ən azı 1.5-2 l/gün), susuzluğun qeyri-adekvat kontrolu vasitəsiylə nəzarət edildiyindən əmin olun, xüsusən də əgər onların temperaturu varsa və hava istidirsə.

Referans göstəricilər

  • Plazmada natriumun miqdarı : 137–145 mmol/l 

Hipernatremiyanın simptomları və əlamətləri

  • Susuzluq, quru selikli qişa, disfaqiya, dərinin azalmış elastikliyi
  • Dehidratasiya, hipotenziya
  • Mərkəzi sinir sistemi ilə əlaqəli olan simptomlar: çaşqınlıq, yuxusuzluq, boyun əzələlərinin regidliyi, huşun itməsi, qıcolmalar

Hipernatremiyanın səbəbləri

  • Su defisiti
    • Kifayət qədər maye qəbul etməmək (yaşlılar və demensiyalı xəstələr)
    • Susuzluq hissinin mövcud olmaması (hipotalamik zədələr)
    • Dəri və selikli qişa vasitəsiylə intensiv buxarlanma (hərarət, yanıq zədələri)
    • İstehsalın yetersizliyi və ya antidiuretik hormonların (ADH) təsiri, məs, litiumun istifadəsiylə əlaqədar
  • Su və duz defisiti Su defisitinin dominantlıq etdiyi, su və duz defisiti
    • Osmotik diurez (qlükozuriya)
    • İlgək diuretiklərinin istifadəsi
    • Böyrək xəstəlikləri
  • Artıq duz qəbulu
    • Hipertonik duz məhlulları (natrium bikarbonat)
    • Mineralokortikoidlər (birincili hiperaldosteronizm)
    • zondla qidalanma

Differensial diaqnostika

  • Hipernatremiyalı xəstədə sidiyin osmolyar təzyiqini yoxlayın
    • Hipernatremiyalı xəstələrdə sidiyin osmolyar təzyiqinin < 300 mosm/kq H2O olması, istehsal yetersizliyinin və ya ADH təsirinin əlamətidir. 
    • Plazmada kopeptinin konsentrasiyasını təyin edin. Kopeptin, ADH prekursorunun bir hissəsini təşkil edir və ADH ilə ekvimolyar şəkildə sekresiya edilir. ADH defisiti zamanı, kopeptinin konsentrasiyası aşağı olur, ADH-ın natamam təsiri zamanı isə (böyrək mənşəli şəkərsiz diabet) yüksək olur.
    • Mərkəz mənşəli  ADH defisitini və böyrək mənşəli ADH rezistentliyini, 2 µg desmopressinin venadaxili və ya əzələdaxili yeridilməsiylə differensasiya etmək olar. Əgər pozğunluq mərkəz mənşəlidirsə, növbəti bir neçə saat ərzində sidiyin miqdarı azalır və sidik daha da sıxlaşır (sidiyin osmolyar təzyiqi artır > 50 %).

Müalicə

  • Su defisiti, xəstənin plazmasındakı natriumun konsentrasiyasına və bədən çəkisinə əsasən təxmini olaraq qiymətləndirilə bilər. Bədən çəkisi 60 kq, natrium konsentrasiyası 160 mmol/l olan xəstələrdə su defisiti 4.5 l  və uyğun olaraq bədən çəkisi 80 kq olanlarda su defisiti, 6.0 l olur.
  • 5 %-li qlükoza və ya hipotonik (0.45%) məhlul, peroral və ya intravenoz olaraq tətbiq edilir, məsələn, 200 ml/l. Əgər qan təzyiqi aşağıdırsa,  0.9 %-li duzlu məhluldan başlayın. Natriumun konsentrasiyasını tənzimləmək üçün ən ideal göstərici, başlanğıc olaraq 1 mmol/l/saat və 24 saat ərzində 10 mmol/l-dir.
  • Mayenin həddindən artıq sürətlə  yeridilməsi, beyin ödeminə və nevroloji simptomların daha da kəskinləşməsinə səbəb ola bilər.
  • Əgər hipernatremiya, ADH defisiti səbəbindən yaranmışdırsa, desmopressinlə müalicəyə başlanılır: zəruri hesab edildiyi təqdirdə ilkin olaraq 2 µg tək doza şəklində intravenoz və daha sonra 1-2 µg gündə iki dəfə dərialtına, 60-120 µg gündə üç dəfə oral və ya 2.5-5 µg gündə iki dəfə intranazal yolla tətbiq edilir.

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oiso Y, Robertson GL, Nørgaard JP et al. Klinik göstəricilər: Neyrohipofizal şəkərsiz diabet xəstəliyinin müalicəsi. J Clin Endocrinol Metab 2013;98(10):3958-67. Sterns RH. Plazmada natrium pozğunluqları--səbəbləri, nəticələri və korreksiyası. N Engl J Med 2015;372(1):55-65.