Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Huşunu itirmiş pasient

Mündəricat

Huşunu itirmiş pasient

EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
MikkoKallela PerttuJ.Lindsberg

Əsas 

  • Reanimasiya: Bax
  • Huşunu itirmiş pasient danışa bilmir, ayılmır və heç bir göstərişi yerinə yetirmir.
  • Huşsuzluq, beyin yarımkürəsinin birinin disfunksiyası və ya beyin gövdəsində retikulyar aktivləşdirmə sistemində pozulma nəticəsində baş verir
  • Huşsuzluğun bir neçə səbəbi var, onlardan çoxu ölümcüldür (cədvəl). Diaqnoz və müayinə yanaşı aparılmalıdır.
  • Təcili müdaxilənin edilməsi,huşsuzluğun səbəbini tapmaqda və uyğun müayinənin başlanması üçün əlavə vaxt qazandıracaq

Təcili müdaxilə

  1. ABC yoxlanması (nəfəs yolları, tənəffüz, qan dövranı)
  2. Aspirasiyanın qarşısını almaq
  3. Hipoqlikemiyanın qarşısını almaq 
  • Təcili müdaxiləyə, həmçinin, tiaminin vurulması da daxildir (sərxoşlarda qlükozadan qabaq)
  • Pasient özünə gəldikdə, bayqınlığın səbəbi araşdırılmalıdır. Huşun itməsinə gətirib çıxaran səbəblər barədə şahidlərin dedikləri, xəstəlik tarixçəsi və müalicəylə bağlı hər hansı bir məlumat qədər vacibdir ("xəstəlik, özünü, başlanğıcda biruzə verir"). 

Bayılmanın səbəbinin dəyərləndirilməsi 

  • MIDAS mnemonik, bayılmanın vacib və sağalabilən səbəbləri barədə faydalı xatırlatmadır: Meninqit - Zəhərlənmə - Diabet - Hipoksiya -  Subdural hematoma 

Bayılmanın ümumi səbbələri 

  • Klinik təcrübədə, bayılmanın səbəbləri dörd əsas kateqoriyaya bölünür:
  1.  Kəllədaxili struktural səbəb:
    • Məsələn, beyin infarktı, beyinə qansızma, beyin kontuziyası, beyin şişi, beyin absesi və ya beyində müəyyən yer tutan törəmə 
    • Əgər disfaziya, hemiparez, göz iflici ("pasient beyindəki zədə istiqamətində baxır,hemiparezin əksinə") və hemiparez olan hissədə Babinski simptomu varsa, səbəb supratentorial ola bilər.
    •  Əgər gözlərin bir-birilə uzlaşmaması, nistaqm, disfaqiya, dizartriya, ataksiya, hemiparez, göz iflici ("pasient zədənin əksi istiqamətində baxır"), tetraplegiya, birtərəfli Babinski simptomu, ənsədə ağrı və öyümə varsa, səbəb infratentorial ola bilər. 
    • Diaqnoz, nevroloji və nevroradioloji müayinədən asılıdır. Müayinə zamanı başın kompyuter tomoqrafiyası seçimə bağlıdır.
  2. Beyin mənşəli sistemik və ya diffuz səbəb, məsələn, metabolik, toksik, hipoksik və ya septik etiologiya (60-70% hallarda) 
    • Nevroloji olmayan tapıntılar, əlamətlər və simptomlar ilk öncə "simmetrikdirlər" (birtərəfli simptom deyillər). Tipik tapıntılara, çaşqınlıq, yuxulama, mioklonik tutma, asterikis (əllərin silkələnməsi), əsmə və göz bəbəklərinin daralması (opioid zəhərlənməsi).
    • Klinik müayinəyə əlavə olaraq, laborator müayinə diaqnozun əsasını təşkil edir. 
  3. Mərkəzi sinir sisteminin iltihabı (meninqoensefalit, ensefalit)
    • Pasientin vəziyəti meningeal qıcıqlanmanın əlamətlərini daşıyır, məsələn, qızdırma, ənsə hissənin bərkliyi və bayılmadan öncə konfuziya.
    • Diaqnoz, onurğa beyni mayesinin və qan analizinin nəticələrinə əsaslanır.
  4. Epileptik və ya digər tutmalar və tutmadan sonrakı vəziyyət 
    • Diaqnoz, tutmanın şahidi olan şəxsin dediklərinə, tutmalara qarşı həssaslıq barədə xəstəlik tarixçəsinə və elektroensefaloqrama (EEG) əsaslanır. Dilin ucunda dişlək izləri, tutmadan sonrkı vəziyyətin əlamətidir. 

Huşunu itirmiş pasientin klinik müayinəsi 

Ümumi vəziyyəti

  • Pasientin ümumi vəziyyəti, baş, boyun, dil, dəri, bədən temperaturu, nəfəsindən gələn qoxu, tənəffüz şəkli, ürək-damar durumu, ağciyərlərin auskultasiyası, qarın boşluğu və ətraflar qeydə alınır.
  • Pasient, zədə izləri, infeksiya, ənsə hissədə bərklik, yüksək təzyiq, aşağı təzyiq, xroniki xəstəlik (bədxassəlik, ağciyərlər, qaraciyər, böyrəklər, ürək, immun çatışmazlığı), intoksikasiya (məsələn, iynə izləri)

 Nevroloji müayinə

  • Nevroloji müayinənin əsas məqsədi, beyindəki, bayılmaya səbəb olan zədəni tapmaq və aradan qaldırmaqdır.
  1. Huşun dərəcəsinin dəyərləndirilməsi sistematik şəkildə aparılmalıdır. 
    • Gözlərin açılması (pasientin qulağına qışqırmaq lazım gələ bilər), hərəkət reaksiyası (lazım gələrsə, ağrıya reaksiya; məsələn, supraorbitala, dırnaq yatağına və ya sinəyə təzyiq) və danışığa reaksiya.
    • Bu parametrlər Glasgow Coma Scale cədvəlində göstərilib (GCS, məqalədə cədvəl "?>). Pasientin reaksiyaları tibbi qeydlərdə yazılır. 
  2. Nevro-oftolmoloji vəziyyət 
    • Beynin, qavrama və zehin ayıqlığına cavab verən beyin mərkəzi, gözlərin hərəkətilə əlaqəli olan beyin kötüyünə yaxın yerləşir. Buna görə də, gözlərin müayinəsi xüsusilə vacibdir. 
    • Daha sonra göstərilənlər yoxlanmalıdır: bəbəklərin reaksiyası (ölçüsü, simmetriyası, işığa reaksiyası), optik disk (nəbzin pulsasiyası, papilloedema, qansızma; təcrübədə, papillanı aydın müşahidə etmək çətin ola bilər) və gözlərin hərəkəti (hərəkətsiz vəziyyəti, spontan hərəkətlər və, lazım gələrsə, okulosefalik refleks)
      • Okulosefalik refleks: pasientin başı bir yandan digər yana cəld çevrilir: bu zaman gözlər bir nöktədə sabitlənməlidir. 
      • Gəlincik gözü refleksi: baş çevrildikçə gözlər də onunla birgə çevrilir = beyin kötüyünün zədələnməsi.
  3. Beyin kötüyü refleksi
    • Kiprik və korneal refleks, yuxarı Varoli körpüsünün funksiyasını yoxlayır.
    • Öskürək refleksi (məsələn, traxeal aspirasiya) aşağı Varli körpüsünün funksiyasını yoxlayır. 
    • Okulosefalik refleks həm beyin kötüyünün refleksini yoxlayır, həm də aşağı Varoli körpüsü funksiyasının göstəricisidir. 
  4. Nevroloji birtərəfli simptomlar 
    • Hər hansı bir dəyişiklik, spontan hərəkətlər, ağrıya reaksiya, ətrafların tonusu və refleksi, həmçinin Babinski simptomu qeyd edilməlidir. 

Glasgow Koma Şkalası Bal Gözün açılması Spontan 4  Danışığa 3 Ağrıya 2 Reaksiya yoxdur 1 Hərəkət reaksiyası Göstərişləri yerinə yetirir 6 Ağrını göstərir 5 Aörıdan qaçır 4 Ağrıdan bükülür 3 Ağrıdan dartılır 2 Reaksiya vermir 1 Şifahi reaksiya Müvazinətli 5 Çaşqın 4 Uyğunsuz 3 Anlaşılmayan 2 Reaksiya yoxdur 1 Ümumi 3–15 "?> 

 

Glasgow Koma Şkalası  (GCS)
Kriteriya   Qiymət 
Göz qapaqlarının açılması  Spontan 4
Səsə reaksiya  3
Təzyiqə reaksiya  2
Mənfi  1
Şifahi reaksiya  Yönləndirilmiş  5
Anlaşılmaz 4
Sözlərlə 3
Səslə  2
Mənfi  1

 

Hərəki reaksiya

Göstərişləri yerinə yetirir 6
Lokal  5
Normal əyilmə  4
Anormal əyilmə 3
Dartılma  2
Mənfi  1
Ümumi    3–15 xal

Təcili hallar 

 

  • Bayılmanın müəyyən səbəbləri müalicə olunmasa tez bir zamanda ölümə səbəb olur. Pasientin klinik müayinəsi, bu halları müəyyən etmək və ya aradan qaldırmağa yönəlməlidir. Cədvələ bax.

Həyati təhlükə daşıyan bayılmaların səbəbi 

  1.   Beyin yırtığına və beyin kötüyünün sıxılmasına səbəb olan və surətlə inkişaf edən kəllədaxili proses. 
    • Huş birdən itir
    • Bəbəklər assimetrikdir: biri genişlənmiş və sabitdir (okulomotor sinirin parezi)
    • Bu neyrocərrahiyyə tələb edən haldır, və baş təcili TK edilməlidir.
  2. Artan kəllədaxili təzyiq 
    • Pasientdə başağrı, öyümə və papilyar staz baş verirsə, bu ocular fundidir.
    • Bu neyrocərrahiyyə tələb edən haldır, və baş təcili TK edilməlidir
  3.  Laxtalanma əleyhinə dərman qəbul edən pasientlər və ya əksinə, qanaxmaya meyilli pasientlərdə (hemofiliya) bayılma   .
    • Tipik əlamətlərə yerli nevroloji simptomlar və ayıqlıq dərəcəsindəki dəyişikliklər aiddir
    • Əksi sübut olunmayanadək, beyinə qansızma ehtimal edilir 
    • Bu neyrocərrahiyyə tələb edən haldır, və baş təcili TK edilməlidir
  4. Bazilyar tromboz 
    • Tipik əlamət və simptomlara, spazm, zəif ayıqlıq, ayqın olmayan nitq, göz hərəkətlərinin pozulması, hemiprez və ya tetraparez
    • Bu nevroloji haldır, və baş təcili KT + KT angioqrafiya (anju) və ya maqnit rezonans tomoqrafiyası + MRT angioqrafiya edilməlidir.
  5. Bakterial meningit 
    • Tipik əlamət və simptomlara, konfuziya, qızdırma, ənsə hissədə bərklik, tutmalar və dəridə dəyişiklik (petechia (nöqtə şəklində dəri altı qanamalar)) aiddir.
    • Müalicə dərhal baçladılmalıdır. Diaqnoz, beyin onurğa iliyi mayesinin (+qan kuıturası) nəticələri əsasında qoyulur.

Laboratoriya müayinəsi 

Nevroradioloji müayinə 

  • Başın KT 
    • Usually the first imaging study to be carried out in an unconscious patient
    • Adətən, huşunu itirmiş pasientlər üzərində apaılmalı olan ilkin visual müayinədir 
  • Beynin MRT
    • Adətən, KT-dən sonrakı müayinələrdə nəzərdə tutulur
    • Arxa kəllə çüxuru, beyin kötüyü və beynin ağ maddəsini daha dəqiq müayinə edir 
  •  KT angioqrafiyası, MRT angioqrafiyası
    • Damarlarda tapılan hanısa bir əlamət, məsələn, bazilyar tromboz, sinus tromboz, serebral vaskulit və ya yuxu arteriyasının cırılması, müalicənin seçiminə təsir edərsə, lazım olur. 

Digər müayinələr 

  • EEG
    • Tutmanın bayılmadan öncə olub-olmadığına baxıldıqdan sonra, və ya qeyri-konvulsiv epileptik hal ehtimal edilirsə.
    • EEG, həmçinin, metabolik pozulmalar (hepatik koma) və ya infeksiyalar (herpes ensefalit) barədə məlumat verə bilər 
  • Beyin onurğa iliyi maddəsi (CSF)
    • İnfeksiya ehtimalı varsa (və ya mərkəzi sinir sisteminin iltihabı) və ya bayılmanın etiologiyası hələ də bilinmirsə, nümunə götürülməlidir.
    • CSF müayinələrə, mayenin görünüşü (ksantoxromiya), hüceyrələr, zülallar, qlükoza və bakterial boyama (Gram metodu) + kultura (infeksiya şübhəsi varsa) daxildir. İki ədəd boru şüşə götürülməli və müvafiq müayinələr davam etməlidir. 

 

Əlaqəli mənbələr

 

  • Ədəbiyyat