Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Giardioz

Mündəricat

Giardioz

EBM Klinik protokolları
17.11.2016 • Sonuncu dəyişiklik 17.11.2016
SakariJokiranta

İnfeksion agent

  • Giardia lamblia onikibarmaq və acı bağırsağın selikli qişasına birləşən qamçılı protozoadır.

Epidemiologiya

  • Giardia çoxlu miqdardan (5-50 % inkişaf etməkdə olan ölkələrdə) mülayim miqdara (0.5-7% sənayeləşmiş sahələrdə) qədər yayılma tezliyi olmaqla dünyanın hər yerində tapılır. 
  • Giardia su və ya qidaya düşməklə epidemiyalara səbəb ola bilər.

Ötürülmə

  • Ötürülmə yoluxmuş şəxsin nəcisi vasitəsilə sistlərın qida, suya düşməsi və ya birbaşa kontakt vasitəsilə baş verir
    • Suyun ənənəvi xlorlaşdırılması infeksiya riskini azaltmır; filtrlənmə azaldır. 
    • Sistlər soyuq suda 2-3 ay canlı qala bilirlər. 
    • Vəhşi heyvanların bir neçə növləri xəstəliyi ötürə bilirlər.
    • Uşaqlar arasında yoluxma riski yüksəkdir, məsələn, uşaq bağçalarında

Simptomlar

  • Klinik şəkil simptomsuz hallardan kəskin şiddətli qastroenterit və xronik malabsorbsiyaya qədər dəyişir. 
  • Klinik şəkilə əsaslanmaqla spesifik diaqnoz qoyula bilinmir. 
  • Kəskin giardiozun simptomları
    • Simptomlar adətən yoluxmadan 1-3 həftə sonra başlayır.
    • Epiqastral spazm, ürəkbulanma
    • Nəcis durudan daha bərkə qədər dəyişir və  çoxlu , pis iyli, solğun olur və su səthində qala bilər.
    • Tenezmlər olur, xüsusilə səhərlər və yeməkdən sonra. 
    • Köp, meteorizm, anoreksiya, çəki itirilməsi
  • Xronik giardiozun (lyambliozun) simptomları
    • Kəskin formaya oxşardır, amma daha mülayimdir. 
    • Simptomlar simptomatik və qeyri simptomatik dövrlər arasında dəyişir.
    • Aşağıdakı ağırlaşmalar mümkündür: ikincili malabsorbsiya, məsələn laktozaya qeyri-tolerantlıq, hətta subtotal villus atrofiyası, pankreatit, xolangit, nadir hallarda uşaqlarda inkişaf ləngiməsi və həmçinin reaktiv artrit, urtikaria və uveit mümkündür.

Diaqnostika

    • Giardia lamblianın mikroskopik tədqiqat zamanı müəyyən edilməsi, nuklein turşusu təyini və ya antigen tapılmasına əsaslanır. 
    • Mikroskopiyaya əsaslanan diaqnostikada nəcis nümunəsi formalinlə işlənib fiksasiya edilir, zənginləşdirilir və sonra Giardia sistləri axtarılır. Dəqiq diaqnostika üçün 4 günlük intervalla ən azı 3 nümunə tələb olunur. 
    • Nuklein turşularının təyin edilməsi Giardianın diaqnostikasında mikroskopiyadan daha həssas və protozoa səbəbindən qarında yaranan uzunmüddətli diskomfort və diareyanın diaqnostikasında daha geniş istifadə edilir. Nuklein turşularının təyin edilməsi daha həssas olduğundan, 1 və ya maksimum 2 nəcis nümunəsinin götürülməsinə ehtiyac var.
    • Giardianın mövcudluğu antigen təyin edilməsilə də təsdiq oluna bilər, hansı ki, mikroskopik təyin edilmədən daha çox, nuklein turşularının təyin edilməsindən isə daha az həssasdır. Nuklein turşularının təyin edilməsindən fərqli olaraq antigen təyin edilməsi bütün ən vacib bağırsaq protozoalarını aşkar etmir. 
    • Trofozoid formaları onikibarmaq və ya acı bağırsaqdan endoskopiya ilə götürülmüş selik nümunələrdə və ya biopsiya nümunəsində yaxma-ləpir slaydlarını müayinə etməklə axtarmaq olar.  
    • Giardioz prepatent adlandırılan periodla xarakterizə olunur, yani, ötürülmədən xeyli zaman ötəndən sonra protozoa nəcisdə təyin oluna bilir. İnkubasion dövr qısa olduğuna görə xəstəliyin başlanğıcında nəcisdə yalançı  mənfi nəticələr ola bilər.
    • Xronik giardiozda protozoalar azdır və nəcisdə sist və ya giardia antigeninin təyini sporadik xarakter daşıyır. Buna görə də xüsusilə xronik qarın diskomfortunun diaqnostikasında həssas PZR nuklein turşusu analizi əsas müayinə metodudur.

Diferensial diaqnostika

  • Öd xəstəlikləri, xora, tsöliak xəstəliyi, digər malabsorbsiya xəstəlikləri və laktozaya dözümsüzlüklə yanaşı bağırsaq infeksiyaları , xüsusilə Dientameoba 1 infeksiyaları diferensial diaqnostikada nəzərə alınmalıdır. 
  • Yadda saxlanılmalıdır ki, bir bağırsaq patogenin aşkar edilməsi, digərlərin də mövcudluğunu istisna etmir, xüsusən su vasitəsilə ötürülən infeksiyalar arasında  virus və ya bakterial diareyadan sonra simptomatik olmağa başlayır.

Müalicə və proqnoz

    • Məqsəd həm simptomları, həm də protozoanı aradan qaldırmaqdır. Simptomsuz xəstələrin müalicəsi aşağıdakı hallarda göstərişdir:
      • Ötürülmə mənbəyini aradan qaldırmaq üçün
      • Giardiozla assosiasiya olunan sonrakı xəstəliklərin qarşısının alınması üçün.
    •  Ən effektiv dərmanlar metronidazol (böyüklər üçün gündə 3 dəfə 400 mq 7 gün, uşaqlar üçün 5 mq/kq oral suspenziya 3 gündəlik dozaya bölünməklə, 7-10 gün, maksimum doza 750 mq/gün) və tinidazoldur (tək dozada 2 q, uşaqlar üçün tək dozada 50 mq/kq, 2 q-ı keçməmək şərtilə); bu dərmanlar xəstələrin 90%-nin sağalmasını təmin edir. Tinidazolun təyinatı üçün xüsusi tənzimləmələr tətbiq oluna bilər. 
    • Albendazol və nitazoksazid də həmçinin giardia əleyhinə effektivdir (bu dərmana da xüsusi tənzimləmələr tətbiq oluna bilər).
    • Hamiləlik zamanı mülayim simptomları olan giardioz halları birmənalı olaraq müalicə olunmadan saxlanıla bilər. Şiddətli simptomları olan infeksiyada srolumayan paromomisin (500 mq gündə 3 dəfə 7 gün) ən təhlükəsiz müalicə alternatividir. Belə hallarda infeksionistlə konsultasiya edilməlidir.
  • Residivlər əksər hallarda müalicədən 2 həftə sonra örtaya çıxırlar, buna baxmayaraq hətta 2 aydan sonra görünə bilərlər. 
  • Residiv olan hallarda xəstə ilə bir evdə yaşayan bütün ailə üzvlərini müayinə etmək və bütün diaqnoz qoyulan xəstəlik hallarını müalicə etmək məsləhətdir. 
  • Residivlərdə daha yüksək dozada uzunmüddətli metronidazol (800mq-a qədər, gündə 3 dəfə 3 həftə) adətən kifayətdir. Giardianın metrornidazol və ya tinidazola həssaslığı azalmış ola bilər. Əgər giardia sistləri bir neçə müalicə cəhtlərinə və yaxınların müalicəsinə baxmayaraq nəcisdə tapılırsa, xəstə quinacrine (100 mq gündə 3 dəfə, 5 gün; xüsusi tənzimləmələr tətbiq oluna bilər) ilə müalicə olunmalıdır. İnfeksionist ilə konsultasiya edilməlidir. 
  • Residivlər də həmçinin simptomsuz ola bilər. Müalicədən 1 və 2 ay sonra kontrol nümunələr götürmək faydalıdır. 
  • Simptomlar uğurlu müalicədən sonra həftələr və hətta aylarca nazik bağırsağın məhv olmuş xovlarının bərpa olunmasına qədər davam edə bilər. Laktozadan azad çoxlu fibrin olan pəhriz simptomlardan azad edə bilər.

Əlaqəli mənbələr

  • Koxrein icmallar
  • Digər internet mənbələri
  • Ədəbiyyat

Ədəbiyyat

  1. Rimhanen-Finne R, Hänninen ML, Vuento R et al. Contaminated water caused the first outbreak of giardiasis in Finland, 2007: a descriptive study. Scand J Infect Dis 2010;42(8):613-9.
  2. Rimhanen-Finne R, Sakari Jokiranta T, Virtanen MJ et al. Giardia and Cryptosporidium infection in Finland: a registry-based study of their demographic determinants. APMIS 2011;119(11):735-40.
  3. Heyworth MF. Diagnostic testing for Giardia infections. Trans R Soc Trop Med Hyg 2014;108(3):123-5.
  4. van Lieshout L, Roestenberg M. Clinical consequences of new diagnostic tools for intestinal parasites. Clin Microbiol Infect 2015;21(6):520-8.