Dispepsiya
EBM Klinik protokolları
02.05.2018 • Sonuncu dəyişiklik 28.06.2017
Editors
Əsas müddəalar
- Dispeptik simptomların səbəbi ya orqanik dispepsiya, hansı ki, simptomlar orqanik səbəbdən yaranır və ya funksional dispepsiyadır, hansı ki, simptomlar orqanik, sistemik və ya metabolik xəstəliklə izah edilə bilməyən yuxarı həzm sistemi orqanlarından yaranır.
- Həyəcan simptomları olan xəstələrdə qastroskopiya seçim müayinə üsuludur (cədvəl 1).
- Həyəcan simptomlarının olmadığı hallarda 50 yaşından kiçik xəstələrdə dispeptik simptomların qiymətləndirilməsi proton nasosu inhibitorlarının terapevtik təyinatı və ya H.Pylori skrininq testi ilə başlanmalıdır. H.Pylori - pozitiv olan xəstələr üçlü terapiya ilə müalicə olunmalıdır 1A.
- İlkin müayinə kimi qarnın yuxarı hissəsinin ultrasəs müayinəsi faydalı deyildir.
- Risk qrupunda olan xəstələrdə yuxarı qarın simptomlarının səbəbi kimi ürəyin işemik xəstəliyinin mümkünlüyünü yadda saxlamaq lazımdır.
Tərifi və etiologiyası
- Dispepsiya aşağıda verilmiş simptomlardan ən azı biri ilə ya residiv şəklində, ya da xronik formada müşayiət olunur:
- qida qəbulundan sonra həddindən artıq dolu olmaq
- erkən doymaq
- epiqastral ağrı və ya yanğı hissi.
- Funksional dispepsiyada orqanik, sistemik və ya metabolik xəstəliklər simptomları izah etmir.
- Dispepsiya xəstəlik hallarının təxminən yarısında funksionaldır.
- Funksional dispepsiyanın etiologiyası naməlumdur. Təklif olunan səbəblərə visseral hiperhəssaslıq, mədə boşalmasının gecikməsi və mədə dibində toplanmanın zədələnməsi daxildir.
- Əhəmiyyətli orqanik dəyişikliklər olmayan (məsələn, xora) H.pylori infeksiyası funksional dispepsiya kimi təsnif edilir.
- Orqanik dispepsiyanın səbəblərinə mədə xorası, qastro-ezofaqeal reflüks xəstəliyi (QERX), laktozaya dözümsüzlük, seliak xəstəliyi, bədxassəli şiş, mədəaltı vəzi və ya öd xəstəliyi, endokrin və ya metabolik xəstəlik daxildir.
- Qastro-ezofaqeal reflüks xəstəliyi zamanı mədə möhtəviyyatının qida borusuna qayıtması tipik simptomlara (mədə qıcqırması və/və ya mədə möhtəviyyatının requrgitasiyası) və ya qida borusu selikli qişasında dəyişikliklərə səbəb olur.
- Xəstələrin təxminən 30%-də epiqastral simptomların səbəbi
- QERX siqnal simptomları olmaması şərtilə yalnız anamnezə əsasən qoyula bilər (Cədvəl 1).
- İki kateqoriyaya bölünür: eroziv və qeyri - eroziv.
- Ən vacib etioloji faktor aşağı qida borusu sfinkterinin zəifləməsidir (90% hallarda).
- Dispepsiya və QERX yanaşı rast gəlinə bilər.
- Siqaretçəkmə dispepsiyanı artırır; kofe və alkoqolun simptomlarla assosiasiyası daha az məlumdur.
- Epiqastrik simptomlar həmçinin, iltihab əleyhinə dərmanlar və bifosfonatların daxil olduğu xüsusi dərmanlar tərəfindən də yarana bilər.
- Daha az hallarda rast gəlinən səbəblərə eozinofilik ezofaqit, diafraqma yırtığı və şəkərli diabetdə qastroparez daxildir.
Epidemiologiya
- Sənayeləşmiş ölkələrdə böyük əhali arasında yayılma ehtimalı 14-26%-dir.
- İlkin səhiyyə sistemində müayinə olunmuş xəstələrin təxminən 3%-də epiqastrik ağırlaşmaların olması hesablanmışdır.
Klinik şəkli
- Dispepsiyanın əsas simptomları aşağıdakılardır:
- postprandial (qida qəbulundan sonra) doluluq
- erkən doyma hissi
- epiqastral ağrı və ya
- yanğı hissi.
- Bundan əlavə xəstə tez - tez qarnın yuxarı hissəsində genişlənmə, ürəkbulanma və mədə qıcqırmasından şikayət edir.
- Siqnal simptomlar (Cədvəl 1) təcili endoskopik müayinə üçün göstərişdir.
| Dispepsiyada həyəcan simptomları |
| 50 - 55 yaş və ya daha yaşlı şəxslərdə ilk dəfə simptomların (QERX üçün tipik olan simptomlardan başqa) ortaya çıxması |
| Disfaqiya və ya udduqda ağrı |
| Məqsədyönlü olmayan çəki itirilməsi (6 ayda 3 kq-dan çox) |
| Təkrarlanan qusma və ya ürəkbulanma |
| Anemiya və ya hematemezis və ya melena kimi qanaxma |
| Qarnın yuxarı hissəsində palpasiya edilən kütlə və ya genişlənmiş limfa düyünü |
| Qarından arxaya radiasiya edən ağrı və ya davamlı qarın ağrısı |
Diaqnoatika
- Anamnez
- Əsas simptomlar
- Xəstədə əvvəllər müayinə olunmamış simptomlar varmı?
- Xəstədə həyəcan simptomları varmı: çəki itirilməsi, hematemezis və ya melena, təkrarlanan qusma, udma zamanı qidanın ilişib qalması hissi, disfagiya, arxaya irradiasiya edən qarnın yuxarı hissəsində ağrı və ya anemiya?
- Qarın simptomları üçün əvvəlki müayinə və proseduralar və onların tapıntıları?
- Fiziki müayinə
- Ümumi sağlamlıq (çəki, boy, boy - çəki indeksi)
- Hərtərəfli fiziki müayinə
- Baxış və qarnın palpasiyası (rektal müayinə və əgər anamnez qanaxmanı düşündürürsə nəcisin rəng və konsentrasiyasının müayinəsi)
- Simptomların, fiziki müayinənin tapıntılarının, yaş və təxmini diaqnozun diktə etdiyi laborator analizlər (iltihab etiologiyası, qanaxma, mümkün malabsorbsiya və ya bədxassəli şiş şübhəsi)
- EÇS, trombositlərin sayı ilə birlikdə qanın ümumi analizi, C-reaktiv zülal, anti-toxuma transqlutaminaza İgA antitelləri, laktozaya dözümsüzlük üçün genetik analiz
- Əgər qanaxma şübhəsi varsa endoskopik müayinə (qanda gizli qan analizinin əvəzinə)
- Radioloji müayinələrin adətən faydası yoxdur.
- Əgər simptomatik xoletiliaz şübhəsi varsa yuxarı qarın nahiyəsinin USM-i ilkin müayinədir.
Diaqnostikada qastroskopiyanın rolu
- Həyəcan simptomları (cədvəl 1) bütün yaşlı xəstələrdə qastroskopiya üçün göstərişdir.
- Həyəcan simptomları olmadıqda qastroskopiya yalnız H.pylori eradikasiyası və ya simptomatik müalicədən sonra dispeptik simptomların davam etdiyi hallarda göstərişdir.
- Əgər xəstə iltihab əleyhinə dərman istifadə edirsə qastroskopiya dərmanın dayandırıla bilinmədiyi və proton nasosu inhibitorları ilə müalicəyə baxmayaraq simptomların davam etdiyi və ya anamnezində mədə xorası olan hallarda göstərişdir.
Diferensial diaqnostika
- Aşağıdakı hallar dispepsiyaya bənzər simptomlar ilə nəticələnə bilər
- ürəyin işemik xəstəliyi
- xüsusi dərman preparatları (iltihab əleyhinə dərmanlar, bifosfonatlar, SİUSİ, antimikrobial preparatlar, metformin, yaddaş problemlərində istifadə olunan dərmanlar, dipiridamol və s.)
- psixiatrik xəstəliklər (təşviş pozuntuları, somatoform xəstəliklər kimi)
- qıcıqlanmış bağırsaq sindromu
- bədənin yuxarı hissəsində sümük - əzələ xəstəlikləri
- metabolik xəstəliklər (məsələn, şəkərli diabet, porfiriya, qalxanabənzər və qalxanabənzər ətraf vəzi xəstəlikləri, kortizol metabolizmi xəstəlikləri)
- xronik böyrək xəstəliyi
- pnevmoniya
- uzunmüddətli qastroenterit və ya infeksiyadan sonrakı motorika xəstəlikləri
- porfiriya
Müalicə
- Əgər funksional dispepsiya müalicə tələb edirsə proton nasosu inhibitorları ilkin seçim preparatlarıdır (cədvəl 2).
- Dərman müalicəsi simptomatikdir; dərman yalnız tələb olunduqda qəbul olunmalıdır və davamlı istifadədə ən aşağı effektiv doza istifadə olunur.
- Proton nasosu inhibitoru dərmanları yüksəlmiş infeksiya riski və uzunmüddətli istifadə zamanı, xüsusilə yaşlı xəstələrdə sümüklərə neqativ təsiri kimi potensial yan təsirlərlə assosiasiya olunur.
- 50-dən kiçik yaşı və orqanik xəstəlik şübhəsi olmayan xəstələrdə sonrakı müayinələr düşünülənə qədər proton nasosu inhibitorları ilə müalicə 2 - 4 həftəlik müddətdə sınanmalıdır.
- Funksional dispepsiyanın müalicəsində plasebo effekti 30 - 60%-ə qədər yüksəkdir.
- Əgər 1 aydan sonra aşkar yaxşılaşma olmasa, vəziyyət yenidən qiymətləndirilməlidir.
- Dispepsiyanın müalicəsində pəhriz tədbirlərinin effektivliyinə dair elmi sübutlar ziddiyyətlidir.
- Təsdiq edilmiş H.pylori infeksiyasında eradikasiya müalicəsi bütün xəstələrdə simptomları aradan qaldırmır, amma mədə xorası xəstəliyi və mədə xərçəngi riskini azaldır.
Proton nasosu inhibitorlarının dozası
| |
Dispepsiya və ya mülayim ezofaqit |
Kəskin ezofaqitin və ya H.pylori eradikasiyasının ilkin müalicəsi |
Ezofaqitin profilaktikası |
| Esomeprazole |
20 - 40 mq gündə 1 dəfə |
40 mq gündə 1 dəfə (20 mq gündə 2 dəfə) |
20 mq gündə 1 dəfə |
| Lansoprazole |
30 mq gündə 1 dəfə |
30 mq gündə 1 və ya 2 dəfə |
15 mq gündə 1 dəfə |
| Omeprazole |
20 - 40 mq gündə 1 dəfə |
40 mq gündə 1 dəfə (20 mq gündə 2 dəfə) |
10 - 20 mq gündə 1 dəfə |
| Pantoprazole |
40 mq gündə 1 dəfə |
40 mq gündə 1 və ya 2 dəfə |
20 mq gündə 1 dəfə |
| Rabeprazole |
20 mq gündə 1 dəfə |
20 mq gündə 1 və ya 2 dəfə |
10 mq gündə 1 dəfə |
İzləmə (Müşahidə)
- Funksional dispepsiyanı rutin izləməyə (müşahidəyə) ehtiyac yoxdur.
- Son bir neçə ildə eyni simptomlar üçün endoskopiya edilmiş və histoloji analizi normal olmuş xəstələrdə təkrari qastroskopiya adətən göstəriş deyildir.
- H.pylori eradikasiyası tətbiq edilmiş və pozitiv nəticələr qeyd olunan hallarda izləməyə (müşahidəyə) ehtiyac yoxdur.
- Orqanik dispepsiyanın izləməsi (müşahidəsi) altdayatan səbəbə uyğun təşkil edilməlidir (mədə xorası, xronik pankreatit, bağırsağın spesifik iltihabi xəstəlikləri və ağırlaşmış QERX).
Müalicənin təşkili
- Yuxarı qarın şikayətləri əsasən ilkin səhiyyə sistemində müayinə və müalicə olunur.
- Mütəxəssis təyinatı və ya məsləhəti bəzi orqanik dispepsiya, ağırlaşmış QERX və müalicəyə davamlı H.pylori infeksiyası hallarında göstərişdir.
Əlaqəli mənbələr
- Koxran icmallar
- Digər elmi sübutların xülasələri
- Ədəbiyyat