Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Digər kontrasepsiya metodları

Mündəricat

Digər kontrasepsiya metodları

EBM Klinik protokolları
09.05.2018 • Sonuncu dəyişiklik 21.08.2017
AnneliKivijärvi

Əsas məqamlar

 

  • Kondom cinsi yolla keçən xəstəliklərdən qoruyan yeganə kontrasepsiya üsuludur.
  • Baryer və təbii üsullarla edilən kontrasepsiyanın effektliliyi zəifdir. Bu metodlar, yalnız təsadüfən hamiləlik baş versə, bunun bir problem olmayacağını düşünən şəxslər üçün əlverişli ola bilər.
  • İstifadəçilər postkoital kontrasepsiya üsulları barədə məlumatlandırılmalıdırlar.

Sterilizasiya - daha uşaq istəmədikdə effektiv və dünyada ən çox istifadə edilən, daimi olaraq davam etdirilən bir kontrasepsiya metodudur. Qadın sterilizasiyası əsasən laparoskopiya yolu ilə gündəlik edilən bir prosedur kimi həyata keçirilir. Xəstə 3 - 5 gün müddətində bülleten alır. Kişilərin vazektomiyası ambulator əməliyyat olaraq lokal anesteziya altında aparılır. Skalpelsiz aparılan metodda xaya nahiyəsində dəri qatı iti uclu bir forsep ilə dəlinir və toxum kanalı üzüklü forseps vasitəsi açılır və (vazektomiya edilir). Toxum kanalında və ya xaya artımında sperma qranuloması (adətən <0.5 sm) ola bilər, bu ziyanı olmayan bir ağırlaşmadır. Prosedurdan sonrakı 3 ay ərzində əlavə kontrasepsiya metodu tələb olunur və ya 10 dəfə eyakulyasiya baş vermiş olmalıdır və 3 aydan sonra alınan analizdə canlı spermatozoidlərin olmadıqları təsdiq edilməlidir. 

Baryer metodları

  • Baryer metodlarına kondom (kişilər üçün) və qadınlar üçün isə süngər, diafraqma, müxtəlif kontraseptivlər və jelelər daxil edilir. Spermisidlər təklikdə kontrasepsiya üsulu kimi istifadə edilməməlidir. 
  • Kondom infeksiyalardan qorunmanı təmin edən yeganə kontrasepsiya üsuludur. Buna görə başqa bir kontrasepsiya üsulundan istifadə olunursa da, həmişə təsadüfi və yeni şəxlərlə cinsi əlaqələr zamanı kondomdan istifadə olunmalıdır. Kondomdan istifadə və onun faydalılığı həddindən çox əminlik yaratmamalıdır. Lateks olmayan kondomlar da mövcuddur.
    • Tərkibində kimyəvi yağlar olan lübrikantlar və vaginal preparatlar kondomu asanlıqla korlaya bilərlər.
    • Müxtəlif üsullar mövcuddur (mütləq əczaxanalardan deyil, ən azından internet vasitəsilə də əldə edilən):
      • Tərkibində spermisid nonoksinol-9 (nonoxynol-9) olan vaginal suppozitoriumlar; təklikdə kontrasepsiya üsulu kimi istifadə edilməməlidir.
      • Kontraseptiv diafraqma - lateksdən hazırlanmış incə yarımkürədir. Uşaqlıq boynuna qədər uşaqlıq yoluna daxil edilir. Həmişə spermisid ilə  birlikdə istifadə olunmalıdır. Diafraqmanın ümumiyyətlə düzgün seçilməsi üçün hər hansı bir tibb işçisinin köməyi lazımdır.
      • Bir ölçülü silikon diafraqma da mövcuddur.
      • Süngər sənaye təyinatlı materialdan hazırlanır və spermisid ilə doydurulur. Onu  "bir ölçüsü olan birdəfəlik diafraqma" kimi təsvir edilə bilərik.
      • Diafraqma sidik yollarının infeksiyalarının artması riski ilə əlaqələndirilir və süngər toksik şok sindromuna meyillilik yarada bilər.
  • Baryer üsulları əsasən ya nadir hallarda və ya təsadüfi olan cinsi əlaqədə tətbiq edilən kontrasepsiya üçün yarayır.
    • Səmərəliliyi düzgün istifadə edilməsi problemləri ilə əhəmiyyətli dərəcədə azaldılır.
    • Baryer üsullarından istifadə edən şəxslərə postkoital kontrasepsiya üsulları haqqında məlumat verilməlidir.

Təbii kontrasepsiya metodları

  • Təbii üsullara fertillik dövründə cinsi əlaqədən çəkinmə və ya hamilə qalmaq ehtimalı olduğu zamanlarda baryer metodlarından istifadə edilməsi daxil edilir.
  • Təbii üsullar etibarsızdır. Lakin, onlardan olduqca etibarlı bir kontrasepsiya tələb olunmadığı təqdirdə, məs. qadının öz hamiləliklərinin arasını mümkün qədər uzatmaq niyyətində olduğu zaman istifadə edilə bilər.
  • Ovulyasiyadan sonrakı 20 saatdan az bir müddət ərzində yumurta döllənə bilər. Sperma, üç gün ərzində, hətta eyakulyasiyadan 6 -7 gün sonra fertillik qabiliyyətini saxlayır. Onun fertillik müddəti təxminən on gündür.
  • "Ovulyasiya" müddətini proqnozlaşdıran müxtəlif qurğular internetdə satılır və bu proqnozlar əsasən üzərində reagent olan ekpress zolaqlar vasitəsi ilə səhər sidiyində luteinləşdirici hormonunun müəyyənləşdirilməsinə əsaslanır.
  • Ritm metodunda, müntəzəm gedən 28 günlük menstrual siklin ilk səkkiz günu və son on günü "təhlükəsiz"dir.
  • Bazal temperaturun ölçülməsi metodunda isə ovulyasiya zamanı bazal bədən temperaturu ölçülür. Temperatur artdıqdan sonra cinsi əlaqəyə icazə verilir. Simptotermal metodda isə, temperaturun ölçülməsi ovulyasiyanın digər simptomları ilə birləşdirilir.
  • Billings üsulunda qadın vaginal mukoz ifrazatın çıxmasını müşahidə edir.
  • Təbii metodların etibarlılığı istifadəçiyə görə çox geniş dəyişir (Pearl index 1 - 40).
  • Normal və müntəzəm olaraq ana südü ilə qidalanan körpənin olması ilk menstruasiyaya qədər təsirli kontraseptiv üsuldur, lakin bu üsuldan istifadə doğuşdan sonrakı altı aydan çox olmamalıdır.

 

Müvafiq resurslar 

 

  • Koxran icmalları
  • Dgər elmi sübutların xülasələri