Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Torlu qişa venalarının trombozu

Mündəricat

Torlu qişa venalarının trombozu

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
PaulaSummanen

Əsas məqamlar

  • Tor qişanın ən çox yayılmış əsas damar xəstəliyi və diabetik retinopatiyadan sonra göz dibinin ikinci ən çox rast gəlinən qan dövranının pozulması
  • Bir neçə saat ərzində tədricən yaranmış görmə qabiliyyətinin ağrısız birtərəfli pozulması
  • Ən çox rast gəlinən risk amillərinə yüksək təzyiq, xolesterinin yüksək olması, şəkərli diabet, siqaret çəkmə və qlaukoma daxildir.
  • Qazanılmış və ya irsi keçmiş laxtalanma pozğunluqları və ya yapışqanlığın yüksək olması vena trombozuna meyilliliyi artırır.

Diaqnozun qoyulması

  • Göz almasının tor şəkilli lövhəciyi səviyyəsində görmə siniri üzərində mərkəzi torlu qişa venasında qan dövranının pozulması
  • Torlu qişa venasının qolunun okkluziyası (əsas və ya kiçik qolda) arteriovenoz kəsişmədə yaranır və çarpazlaşma simptomuna səbəb olur.

Yaranma tezliyi

  • Torlu qişanın ən çox yayılmış əsas damar xəstəliyi və diabetik retinopatiyadan sonra göz dibinin ikinci ən çox rast gəlinən qan dövranının pozulması
  • Hər iki cinsdə oxşar tezlikdə baş verir və adətən yaşı 65-dən çox olan xəstələrdə yaranır.
  • Torlu qişa venasının okkluziyasının yaranma tezliyi 0.52%-dir  (mərkəzi venanın okkluziyası 0.08%, tor qişa venasının qolunun okkluziyası 0.4%).

Risk amilləri

  • Yüksək təzyiq, xolesterinin yüksək olması və şəkərli diabet ən çox rast gəlinən səbəblərdir. Yaşlanma da həmçinin risk amilləri hesab edilir.
    • İlkin faktorlar kimi arterial dəyişiklik, yəni, arterioskleroz və yuxarıda qeyd edilmiş vəziyyətlər ilə əlaqədar tromboz xəstəliyinə meyilliyinin artması
  • Mərkəzi torlu qişa venasının trombozu olan xəstələrin təxminən 20%-də qlaukomanın müalicə edilməməsi
  • Qanda qatılaşmanın artması
    • Eritrositoz, makroqlobulinemiya, mieloma, limfoma, leykemiya
  • Koaqulyasiya pozğunluğu (məsələn, aktivləşdirilmiş C proteininə qarşı müqavimət )
  • Hormonları  əvəzedici müalicə
  • Vaskulit
  • Yuxuda olarkən təngnəfəslik ? 

Simptomlar və araşdırmaların nəticələri 

Araşdırmalar və müvafiq meyarlar

  • Təxirəsalınmaz ümumi yoxlanış (terapevt, peşəkar tibb işçiləri)
    • Qan təzyiqi
    • Plazma qlükozası (əgər lazım olarsa, insulin dirənci testi)
    • Lipidlər
    • Qanın ümumi analizi, həmçinin, trombositlərin sayı
    • Gözdaxili təzyiq
    • Atipik hallarda (əsas risk faktorları tromboz xəstəliyini izah etmir), ikitərəfli okkluziyada və ailəsində tromboz xəstəliyinə meyillilik olan xəstələrdə koaqulyasiya problemlərini aşkar etmək üçün araşdırma
    • Əgər mərkəzi görmə qabiliyyəti pozulursa, yerli müalicə ehtiyacını qiymətləndirmək üçün dərhal oftalmoloqa müraciət etmək lazımdır. Damar endotelinin artımı faktorunun müalicəsinə dərhal başlanılması ilə görmə qabiliyyətinin əksər hissəsini bərpa etmək mümkündür.
    • Digər xəstələrdə təxminən bir ay ərzində oftalmoloqun müayinəsinə təyinat verilir.

Müalicə və proqnoz

Müvafiq resurslar