Kuşinq sindromu
EBM Klinik protokolları
08.08.2017 • Sonuncu dəyişiklik 08.08.2017
Anna-MariKoski
Əsas məlumatlar
- Kuşing sindromuna xəstənin yüksək təzyiqi, metabolik sindrom və ya erkən inkişaf edən osteoporoz (sümük əriməsi) səbəb ola bilər.
- 1.5 mq deksametazon testi ilə ilkin tibbi yardımda Kuşinq sindromu diaqnozu ehtimalını yoxlayın.
- Oral qlükokortikoid qəbul edən xəstələrdə Kuşinq simptomlarının inkişafını izləyin.
Hiperkortikolizmin səbəbləri
- Hipofiz (70%) və ya adrenokortikal (20%) şiş
- Birincili düyünlü adrenokortikal hipertrofiya (çox nadir)
- Ekstra hipofiz şişinin yaratdığı ektopik AKTH (10%)
- Ectopic ACTH produced by an extra-pituitary tumour (10%)
- Kortikosteroid və ya AKTH istifadəsi. Farmakoloji qlükokortikoid müalicəsi haqqında məqaləyə baxın .
Əlamətləri
- Hiperkortizolizm davamlı və ya siklik ola bilər və intensivliyi subklinik hiperkortizolizmdən sürətlə irəliləyən, kəskin simptoma çevrilə bilir.
- Tipik görünüşü: üzün ay formasında girdəliyi, xəstələrin demək olar ki, 100% -də boyun donqarı
- Çəki artımı, 90% xəstələrdə trunkal piylənmə
- 90-95%-də əzələ zəifliyi (proksimal miyopatiya)
- 80%-də Hipertoniya
- Zədələnmiş qlükoza tolerantlığı, 40-90%-də şəkərli diabet
- 80% -də tüklənmə, aybaşı pozğunluqları
- Nazik dəri, damarlanma, 70%-də göyərməyə meylilik
- 70% -də əhval pozuntuları
- 50% -də sümük əriməsi
Laboratoriya diaqnozu
- 1.5 mg deksametazon testi
- İlkin səhiyyə xidmətində ilkin araşdırma kimi uyğundur
- Nəticələrin səhvən müsbət olması müxtəlif dərmanlardan (fenitoin, karbamazepin, barbituratlar, rifampisin, nifedipin, pioglitazon, oestrogenlər) həmçinin kəskin xəstəliklər, anoreksiya sinirozu, depressiya, xroniki narahatlıq və ya alkoqolizmdən qaynaqlana bilər.
- Deksametazon testinin nəticəsinə şübhə varsa, 24 saatlıq sidik kortizol ilkin tibbi yardımda müayinə üçün uyğundur.
- Diaqnozun təsdiqlənməsi və etioloji tədqiqatlar üçün endokrinoloji sahədə əlavə araşdırmalar aparılır.
Müalicə
- Müalicə olunmamış Kuşinq sindromu ölümlərin artmasına və ciddi xəstəliklərə (məsələn, ürək-damar xəstəliklərinin artması, immunosupressiya, osteoporoz, həmçinin psixoloji və koqnitiv problemlər) səbəb olur.
- Yatrogenik hiperkortizolizm istisna olmaqla, xəstəlik cərrahi yolla müalicə edilir. Bəzən radioterapiya da tətbiq edilə bilər.
- Uğurlu cərrahi müalicədən sonra hidrokortizon ilə dərman müalicəsi lazımdır (tez-tez, lakin müvəqqəti olaraq), çünki hipofiz-adrenokortikal uyumu hiperkortizolizmin yaratdığı depresiyadan xilas edir. Addison xəstəliyində də buna bənzər şəkildə tətbiq olunur.
- Hiperkortizolizm əməliyyatla müalicə edilmirsə, farmakoterapiya alətlərindən olan adrenal steroidogenez inhibitorları, dopamin agonistlər, somatostatin reseptor agonistləri və qlükokortikoid reseptoru tipli II antaqonistlər istifadə edilir.
- Uğurlu müalicədən sonra reabilitasiya yavaş gedə bilər və ürək-damar risk faktorları ilə əlaqədar olaraq nəzarət edilməlidir.
Müvafiq mənbələr
Lacroix A, Feelders RA, Stratakis CA et al. Cushing's syndrome. Lancet 2015;386(9996):913-27.