Infections in old age
EBM Klinik protokolları
03.08.2017 • Sonuncu dəyişiklik 03.08.2017
JoukoLaurila
Əsas müddəalar
- Hüceyrə immuniteti və qismən də humoral immunitet qocalqıca zəifləməyə başlayır.
- Mövcud uzunmüddətli xəstəliklər və yaşla əlaqədar fizioloji dəyişikliklər, həmçinin immunosupressiv dərmanların qəbulu orqanizmin müdafiə mexanizmlərini zəiflədir və diaqnostikanı çətinləşdirir.
- Əksər hallarda infeksiyanın tipik simptomları mövcud deyildir və ya qeyri-spesifikdir (məs: gəzmək çətinliyi, huşun pozulması). Hətta yüngül infeksiyalar müxtəlif orqanların dekompensasiyasına səbəb ola bilər.
- Ahıl yaşlı şəxslərdə sabit olan həyat tərzində hər hansı bir şəkildə qəribə görünən dəyişiklər varsa və hətta onun ümumi vəziyyəti kafidirsə, huşun pozulması yoxdursa belə, həmin şəxsə qarşı çox diqqətli olmaq lazımdır.
- Əksər hallarda hərarət olmur. CRP-nin dəyişilməsi infeksiya olmasına dair faydalı bir marker ola bilər.
Pnevmoniya
Sidik yolu infeksiyaları və pielonefrit
- Qadınlar sidik yollarının infeksiyalarına meyillidirlər, çünki vaginal mukozanın atrofiyası baş verir və ya uşaqlıq boynun və ya uşaqlığın sallanması olur. Kişilər isə prostat vəzisinin hiperplaziyasına meyillidirlər. Sidik yollarının infeksiyalarına meyillilik yaradan ən mühüm xarici amil kateterizasiyadır. Kateterlər bir qayda olaraq, ən qısa zamanda çıxarılmalıdırlar.
- Ahıllarda mikrob əleyhinə preparatlarla müalicə, bir dəfəlik doza ilə deyil, 3 gündən çox davam edən kurslar ilə edilsə, daha effektiv olurlar. Mikrob əleyhinə dərman terapiyasının davam etdirilmə müddətinə dair əldə edilmiş sübutlar kifayət olmasa da, bir çox mütəxəssislər onun 7-10 gün davam edən kurslarla verilməsini tövsiyə edirlər.
- Residivləşən infeksiyaların səbəbləri müəyyən edilməli və müalicə edilməlidir. Səbəb tapılmazsa, vaxtaşırı profilaktik müalicə, məsələn, hər gecə bir doza trimetoprim verilə bilər. Estrogenlərin (estriol/oestriol, estradiol/oestradiol) yerli tətbiqi mukozal membrananın möhkəmləndirilməsi üçün əksər hallarda effektiv olur.
- Simptomsuz keçən bakteruriyalar ahıllar arasında çox yayılmışdır və infeksiyalaşmanın bəzi spesifik (dizuriya, sidiyə getmə tezliyinin artması, sidik buraxılması) və ya qeyri-spesifik (huş pozğunluqları, yıxılmalar) əlamətləri yoxdursa, mikrob əleyhinə preparatlarla müalicə aparılmamalıdır. Simptomsuz bakteriuriya xəstənin ümumi vəziyyətinin zəifləməsinin səbəbi kimi qəbul edilməməlidir.
- İnstitusional müalicədə, sidik qoxusu olmasını bəzən infeksiya ilə bağlayır və müalicə başlayırlar. Belə təcrübə tövsiyə edilmir. Müalicə, həmçinin yatağa sidik buraxılmasının tezliyini azaltmır.
- Seftrioksimin (Cefuroxime) venadaxili verilməsi pyelonefritin ilk xətt müalicəsidir. Ümumi vəziyyət yaxşılaşdıqda və ya temperatur normallaşdıqda, vena daxili müalicə həssaslıq testinə əsaslanan və per os olaraq qəbul edilən dərmanlarla əvəz edilə bilər. Müalicə müddəti ən azı 10 gündür.
- Daimi kateter olan xəstələrə profilaktika məqsədlərlə dərman preparatları təyin edilməməlidir. Kateterdən analiz nümunələrin alınmasının faydası yoxdur. Xroniki bakteriuriya (məsələn, Pseudomonas) kateterdən istifadə edən yaşlı insanlar arasında geniş yayılmışdır və ümumi simptomlar olmadıqda heç bir müalicə aparılmayır.
Qastrointestinal və qarınboşluğu daxili infeksiyalar
- Qocaldıqca visseral ağrı hissiyatı aşağı düşdüyündən, kəskin appendisit və öd yollarının infeksiyası olduğu hallarda, diaqnozun qoyulması çətinləşə bilər. Bu hallar simptomsuz keçə bilər və ya perforasiya və ya fəlakət gətirən kəskin abdominal patologiyaya səbəb ola bilərlər.
- Divertikuloz və divertikulit yaşla bağlı xəstəliklərdir.
- Plazma CRP-nin səviyyəsinin və qan leykositlərinin miqdarının təyini, təkrar klinik müayinələr və digər orqanlarda infeksiyaların olmasının istisna edilməsi və qarın nahiyəsinin KT müayinəsi - nəticədə diaqnozun düzgün qoyulmasına kömək edir.
Əlaqədar mənbələr