Kəskin diz ağrısı və şişkinlik, irinləmiş artrit şübhəsi ilə əlaqədar olaraq ciddi zədələnmələr zamanı təcili olaraq xəstəxanada müayinə tələb olunur.
Xəstənin tibbi tarixçəsinin götürülməsi, vəziyyətinin müayinə edilməsi və rentgen müayinəsi ümumilikdə kifayət edir.
Əgər ağrı uzun müddət davam edirsə, fiziki fəaliyyət və məşq vasitəsilə omba, ayaq biləyi oynaqlarına, həmçinin ayaqlara və çanaq nahiyəsinin funksionallığına da diqqət yetirilməlidir.
Ağrının başlaması: qəfil və ya tədricən artan ağrı
Hər hansı bir travma və ya diz hissəsində burulma nəticəsində zədələnmə
Əvvəl baş vermiş zədələnmə, həyata keçirilmiş endoskopik prosedur və ya əməliyyat
Ağrı, fiziki fəaliyyət zamanı, ayaqüstə dayanarkən, istirahət edərkən, yoxsa, gecə yaranır?
Ağrı gündəlik fəaliyyət və ya vərdişlərinizə təsir göstərirmi? Gəzmə məsafənizə təsir göstərirmi?
Hər hansı digər oynaqlarda simptomlar
| Simptomlar, nəticələr və səciyyəvi xəstələr | Vəziyyət |
|---|---|
| Uzun müddət dizlər bükülü şəkildə oturulduğuna görə yaranan ağrı (məsələn sinemalarda: "film işarəsi") Xondromalaziya xəstəliyi üçün səciyyəvi hesab olunur. | – |
| Çömələrkən və ya pilləkənləri enərkən ağrı; diz qapağını hərəkət etdirərkən sanki diz qapağı sümüyə sürtünmüş kimi xırıltı səslərinin gəlməsi və dizdə həssaslıq | Xondromalaziya |
| Qamış sümüyündə tuberozun şişməsi və həssas olması; 10–15 yaşlə xəstələrdə buna rast gəlinir. | Osqud-Şlyatter xəstəliyi |
| Diz qapağı və qığırdaqda aşağı hissələrində həssaslıq; əsasən tullanmanın daxil olduğu idman hərəkətləri ilə məşğul olan insanlarda rast gəlinir | Patellar tendenit(Jumper`s knee) |
| Dizlərin natarazlığı; zədələnmə və ya zədələnmədən sonra qalan qüsurlar |
|
| Dizlərin tutmaması, dizlərdə taqətsizlik və su yığılması , | |
| Dizin arxa tərəfində şişkinlik | Baker´ kisti |
| Diz qapağının ön hissəsində şişkinlik | Dizin ön hissəsində bursit (kisə iltihabı) |
| Heç bir zədələnmə olmadan dizlərdə ağrı və şişkinlik, səhərlər dizdə taqətsizlik | Artrit |
| Orta yaşlı və yaşlı insanlarda fəaliyyət göstərərkən ağrının yaranması, periodik olaraq yaranan şişkinliklər, hərəkətə başlayanda və ya pilləkənləri qalxıb enərkən ağrı hissi; deformasiya | Osteoartrit |
| Fəaliyyət göstərərkən dizin yan tərəfində ağrı, budun lateral epikondil hissəsinə toxunduqda ağrı | İliotibial bağda sürtünmə ağrısı |
| Çanaq oynağının hərəkət zamanı ağrıması | Çanaq osteoartriti (Ağrı dizlərə doğru yayılır) |
Xəstənin necə hərəkət etməsi (gəzməsi, əyilib-qalxması), köməkçi vasitələrdən istifadə edib-etməməsi
Hər iki ayağın ölçüsü, duruşu, ayaqüstə düz durduqda bir-birinə bərabər uzunluqda olub-olmaması
Menisk zədələnmələrinin müayinəsi
Zədələnmə zamanı əhəmiyyətli dərəcədə şişkinlik və ya ağrı müşahidə olunursa, rentgen müayinəsinə ehtiyac olur.
Klinik cəhətdən əhəmiyyətli dərəcədə osteoartrit və ya qeyri-normal sümük quruluşu (məsələn, şiş) kimi bir vəziyyətə dair şübhələr vardırsa, rentgen çəkilməsi tələb olunur.
Bu zaman AP (antero-posterior) filmlər və lateral proyeksiyanı əsas götürün.
Xroniki ağrısı olan xəstələrdə ayaqüstə durmaqla, hər iki dizin rentgen filmi
Diz qapağının çıxdığından şübhələnirsinizsə, o zaman da diz qapağının rentgen filmini çəkdirin.
İti ağrı üçün antiinflamatuar analgetiklər vasitəsilə (NSAID) qısamüddətli müalicə və kəskin ağrılar üçün opioid müalicəsi
Xroniki ağrının müalicəsi zamanı parasetamol ən az mənfi təsiri olan dərman hesab olunur və kifayət qədər təsirli olarsa, istifadə edilməlidir. Antiinflamatuar analgetiklər və opioidlərin əks təsirləri daha uzunmüddətli müalicələrdə özünü büruzə verir. İstifadə qaydaları isə əsasən, osteoartritin müalicəsində olduğu kimidir: baxın.
Bakterial iltihabın yerindən və nə qədər ciddi olub-olmamasından asılı olaraq ağızdan qəbul edilən və ya intravenoz şəkildə bədənə yeridilən antimikrobial dərmanlarla müalicə edilməlidir.
Əhəmiyyətli funksional pozğunluqlara səbəb olan zədələnmələr və inkişaf etmiş osteoartrit zamanı cərrahi müdaxilə tətbiq edilməlidir.